Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 24, 2009

Azərbaycan Maşın Bazarı

Dünya avtomobil bazarı çalxalanan vaxtda, çoxlarımız üçün maraqlıdır ki, Azərbaycan avtomobil bazarında vəziyyət necədir. Əslində mənim məqsədim bazar haqqında olan statistik məlumatları çatdırmaq deyil, bu bazarda hazırda baş verən bəzi məqamlara diqqət çəkməkdir. Rəqəmlərə baxası olsaq, 2009-cu ilin ilk üç ayında yenə də əvvəlki kimi Lada, Hyundai, Toyota ilk üç yeri bölüşürlər. Əlbəttə mən buraya işlənmiş Mercedesləri daxil etmirəm. Əgər təzəli-köhnəli bir rəqəmdən paylar çıxarsaq, Mercedes 2-ci yerdə dayanır. Bu markanın işlənmiş modelləri ayda 1000 ədəddən çox satılır. İlk 3 ayda Lada bazarın 29%-ə yaxının, Hyundai 16%-ə yaxını, Toyota isə 11%-ə yaxının ələ almış vəziyyətdədir. Sonrakı yerlər Nissan və Kia kimi markalara aiddir.

Hyundai, haqqında az yazacam, çünki özüm burada işləyirəm və özümüz haqqında yazmaq yaxşı olmur. Ancaq, çox sevinərdim ki, ən kəskin tənqidlərinizi və suallarınızı burada yazasınız, biz də bunlardan xəbərdar olaq. Reklamlarımız, uğursuz modellərimiz, strategiyamız və.s olmaq şərtilə bütün məsələlər ola bilər.

Lada, bazarda ucuz modelləri ilə satılır. Haqqında məlumat verməyə ehtiyac yoxdur.

Toyota, son aylarda 15% endirim kampaniyası ilə xeyli dirçəldi. Burada mən Toyota-nın satış rəqəmləri haqqında məlumat verə bilməyəcəm, ancaq onu deyə bilərəm ki, qiymət endirimi xüsusən də PRADO satışlarını artırdı. Prado, bu il də öz sinifində ən çox satılan model olaraq qalacaq yəqin ki, ancaq keçən il 3000 ədaddən çox satılaraq ən çox satılan model olan Toyota Prado bu il yəqin ki kiçik modellərin gerisinə düşəcək.

Nissan, servisinin həddindən artıq çox tənqid olunması, müştərilərin narazıçılığı və satış müddətində uğursuzluqlara görə sürətlə geriləyir. İlk üç ayda 500 ədəd maşın sata bilməyən Nissan, belə getsə yerini import bazarının 4-cüsü KIA Motors-a buraxacaq. Nissan təcili olaraq servisinə təkrar baxmasa və təcili tədbirlər görməsə marka çox aşağılara düşəcək.

KIA, HYUNDAI ilə “sister company”dir, ancaq Azərbaycan bazarına aid deyil bu. KIA, nın sahibi Hyundai Motor Company olduğuna görə, KIA-nın istehsalı zamanı istifadə olunan detallar demək olar ki eynidir. Kia Ceed Hyundai i30 ilə, Kia Optima Hyundai Sonata ilə, Sportage Tucson ilə demək olar kieynidir. Ancaq, satış zamanı Kia Hyundai-dan 3-12% arası daha baha qiymətlərə satır. Şirkət strategiyasıdır və bu haqda yazmayacam. Markanın satışlarının artmasında HYUNDAI-ın danılmaz rolu var. Kia-nın minik maşın bazarında payı təxminən 7%-dir.

Subaru, haqqında çoxlarımız eşitmək istədiyimizə görə onu da qeyd edim. Hazırda satışları yaxşı deyil. Subaru, özünüz də bilirsiniz ki, bazarda yeganə şirkətdir ki hər ilin yekununda media vasitəsi ilə öz satışları haqqında cəmiyyəti xəbərdar edir, bunu alqışlamaq lazımdır. Bugünə kimi mənim fikrimcə böyük səhv edərək kütləviləşmə strategiyası həyata keçirən Subaru (bu uğursuz oldu və hazırda minik maşın bazarında Subaru 1%-dən də az paya sahibdir), krizin də təsiri ilə “özünə qayıdacaq”.

O ki qaldı digər şirkətlərə, Mitsubishi, Chevrolet, Subaru, Opel, Honda, Mercedes, Mazda, və.s, bunlar bazarda 4%-dən aza bazar payına sahib olan şirkətlərdir. Ancaq, yaddan çıxarmayaq ki, mən yazdığım rəqəmlər yeni maşın satışına aiddir. Mercedes, marka olaraq 1989 “eyşka” modellərindən tut bugünün yeni E class-ına qədər hamısını hesaba qatsaq bazarda 20%-ə yaxın payı var.

Görək bu ilin axırında kim aharada olacaq, ancaq ən əsası 3 il sonra kim harada olacaq. Məncə sıra çox dəyişməyəcək.

14 comments:

maNIKA said...

Maraqlı idi...

Subaru'nun haline acıdım lap :)

Rüstəm Məmmədov said...

Düzələr inşallah, kefinizi pozmayın:)

Vüsal Qəmbərov said...

Deyirəm bu Hyundai-n gününə nə vaxt acıyacııq? :)

maNIKA said...

oopsss.... Vüsal, niyə elə dediniz? :)) Rüstəm indi hirslənəcək diyəsən :D

Rüstəm Məmmədov said...

Vüsal, bax mənim tənqidə heç dözümüm yoxdur haaa::))))

Manika sağol məni dəstəklədiyinə görə.

Bu gedişlə Hyundai-ın halına acımağa hələ çox var. Sən əvvəlcə bir fanatı olduğun hondanın halına acı. Bu arada onu da deyim ki, Subaru, Honda, Mazda və Mitsubishi artıq bir adamın əlindədir. Dörd böyük Yapon avtomobil markaları.

Autorevieü jurnalının axırıncı sayısını görən olub? Veracruz, Mazda CX9 və Honda Pilot qarşılaşdırmalı testə çıxarılıb. Veracruzun CX9-u dartıb çıxardığı yerlərin şəkillləri də var. Yekun odur ki, Veracruz həm Pilotdan, həm CX9-dan daha çox bal alıb və çox təriflənib:))) BU da PRcık.

maNIKA said...

Gəlin Hondanın xətrinə dəyməyək də ;) Ümumi miqyasda baxsaq təbii ki, belə baxişlar düzgün olmaz, Hondaya acımağa da dəyməz :)) Axı biz neyləyək ki, bu markanın positionu düzgün deyil Azərbaycanda :)) Buna görə "xəyanət" mi edək Hondaya :D

Rüstəm Məmmədov said...

maNIKA, Honda-nın mövqesi necə olmalıdır ki, Azərbaycanda?

maNIKA said...

Belə deyək də, mənim fikrimə görə Azerbaycanda Hondaya qarşı güvənsizlik, qeyri ciddilik var yəni ehtiyyat hisslərinin çətin tapılacağı, olsa da baha olacağı kimi xüsusiyyətləri-düşüncələri insanları qorxudur, risk etməyə imkan vermir, təbii ki, mənim fikrimcə marketingi də axsayır. Mövqe seçməyi isə təbii ki, bunları hamısını gözə alıb anti 1 şeylər etmək lazımdır.

Rüstəm Məmmədov said...

maNIKA, güvənsizlik əslində markaya qarşı deyil, onun təşkilatına qarşıdır. Həmişə Yapon markalarının EH, Almanlarınkına nəzərən daha baha olur. Söhbət eyni sinifli avtomobillərdən gedir, bizdə isə ümumiyyətlə çatışmazlıq var.

Bugün elə mən bu Mazda, Honda və Mitsubishi distributor salonlarına getmişdim. Hərşey doğurdan da əladır. İnanılmaz gözəl saolnları var, satıcıları tər-təmiz, gözəl geyimli insanlardır. Salona girən kimi, insanı qarşılayırlar, ancaq bir məsələ var ki, biz nə qədər danışsaq da, insanlar maşın alanda satışçının davranışı satınalmaya təsir edən ən əsas faktor deyil və əsas olan sistem və digər uzunmüddətli lazım olan faktorlardır. O da ki, hələlik yoxdur.

Vüsalın xətrinə dəysə də, dəyməsə də onu deyim ki, Honda və Mazda-nı şişirtməyin gözünüzdə. Hazırkı dünyanın ortabab markalarındandırlar sadəcə olaraq.

maNIKA said...

Təbii ki, özü də mən bilən elə məhz orta təbəqəni "yapon" keyfiyyəti ilə təmin edən maşınlardı. Amma eyni zamanda da bu marka özünə bağlılıq yaradan markadır. Honda istifadə edən maşını yenisinə NƏ VAXTSA dəyişmək istəsə məhz növbətinin Honda olmasa da, digər yapon markası olmasını istəyir. Mən həmişə belə situasiyaları bilirsiz nəyə oxşadıram?! Entony Hopkinsin bir filmi var ha - ayı ilə əlaqədar, orda ayı məhz "lyudayet" olur. Bir dəfə insan ətini dadan ayı, 2-ci dəfə də insan ətini yemək istəyir, orda da elə olur :))) 1 dəfə yapon maşının "dadına" baxan adam, 2-ci dəfə də eynisini istəyəcək ;)
Ətraflı məlumat üçün təşəkkür edirəm.

Hörmətlə

Rüstəm Məmmədov said...

Honda, xüsusən də köhnə Odyssey, Accord və Civic modelləri ilə sizin deiyiniz tipli marka idi. İndiki modellərinə bunu nə qədər aid etmək olar nu bilmirəm, əldə bir araşdırma nəticəsi yoxdur. Ancaq, bizim sizinlə etdiyimiz fokus grup araşdırmasının nəticəsi onu göstərdi ki, nə qədər Yapon maşını sürən varsa, 90%-i birgün Alman maşınına keçməyi düşünür.

Son dövrlərdə J.D Poüer nəticələri isə hələ də Yaponların tərəfindədir.

maNIKA said...

Araşdırmalarımız bunu deyibsə demək elədir ki var ;)

"I'm out of the "game"":)

DosT said...

Salam, sizin yazilarinizi ve dost bloglarin yazilarini da vaxt tapdiqca izleyirem.Her shey yaxshidir amma icazenizle sizden bir xahish etmek isteyirem.Eger mumkundurse gelecek yazilarinizda praktik ishlerinize yer verseydiniz daha maraqli ve bizler ucun daha faydali olardi.(Tebii ki kommersiya sirrleri ehemiyyeti dashimayan tedqiqatlarinizi)Meselen bezen mueyyen arashdirmalarimiz vaxti daxili bazara aid mueyyen tedqiqatlara en azindan kicik arashdirmalara ehtyacimiz olur amma teessuf ki, bu tipli bloglarda sadece umumi informativ meqalelerle rastlashiriq.(Yeni sizin arashdirmalariniza ve lazim olanda onlara istinadlara cox vaxt ehtiyacimiz olur :) )

Rüstəm Məmmədov said...

DosT salam. Blogda xoş gördük. Sevinirəm ki, izləyənlər var.

DosT sizin dediyiniz məsələyə dair bir neçə əsas fikir yazmaq istəyirəm;

1) Bir çox məsələ var ki, rəqib şirkətlər yazılanlara çox etiraz edir və hətta axırda düşmənçiliyə çevrilir. Ona görə də yazmaq olmur.

2) Əslində yazıların çoxunda konkret şirkət adı çəkməsəm də, elə öz qarşılaşdıqlarımdan yazmağa çalışıram. Amma, yenə də sırf birinci maddəyə görə orada da çox detala girə bilmirəm.

3) Mənə çox maraqlıdır ki, siz məsələn nə tipli yazı görəmək istəyərdiniz. Balaca da olsa açıqlama versəniz mən bunu diqqətə alacam həmişə.

Cavabınızı gözləyirəm.

Hörmətlə,