Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Oct 3, 2008

Qatıq Bazarı

Əlləm qəlləm mallarla doludur bu bazar. Əlləm qəlləm adamlar çox olduğuna görədir hamısı. Axtarmaqdan yoruldum, amma Azərbaycan süd məhsulları bazarı haqqında ciddi heç bir məlumat əldə edə bilmədim. ANS-in jurnalistlərinin “araşdırma” dedikləri bir xəbəri tapanda lap sevindim ki, “tapdım”. Amma, təəssüf!

Azərbaycan süd məhsulları bazarında yerli xırda istehsalçılar ilə yanaşı idxal məhsullar da çoxdur. Ancaq, bazarda həddindən artıq vaxtı keçmiş məhsullar və inanılmaz dərəcədə çox saxta məhsullar var. Xarici marka adı altında yerli istehsallar isə yenə də çoxdur. Burada ad ona görə çəkə bilmirəm ki, cəmi-cümlətanı bir dənə mənbə tapmışam adları çəkən, ona da gərək incələyəm sonra inanam. Azərsunun “rus yağı” adı altında bazarı yağla doldurması kimi, rus südü, danimarka smetanı, türk kremi, rus kəsmiyi və.s bazarda baş alıb gedir.

Bir nəfər işi yaxşı bilən, çox dəyərli dostumun dediyinə görə yerli istehsalçıların arasında da toz südü təzə süd adı ilə bazara təqdim edən çoxdur. PAL SÜD, Lənkəranlıların artıq haqqında hekəyələr də uydurduğu (Bilirsiniz, markalar haqqında uydurma və ya gerçək çox hekəyələr yayılır. Hətta bunun haqqında 2-3 yaxşı ad çıxarmış kitablar da var. Eləcə də, insanlar haqqında bu tipli hekayələr var. Mübariz bəy haqqında 2-3 hekayə var idi. İndi də Z.Tağıyev hekayələrinin “Mübariz” variantı çıxıb) Mübariz bəyin “inək südü”satan şirkətlərindəndir. İnanırıq.

Azersun Holding də ferma açır. Daha doğrusu özü süd sağıb, özü qutulaşdırıb, özü də satacaq. Mən şəxsən buna sevinənlərdənəm. Müzəffər məni əmin etdikdən sonra ki, Azersunun çaylarında heç bir qatqı maddəsi yoxdur və rəng qatılmır, mən inanıram ki, süd məhsulları da yaxşı olacaq. Ən əsası isə bazara “MÖCÜZƏ”lər çıxaran Azersun, indi bazarda olan cəmi 50-60 çeşid məhsul sayısının 90-100-ə çıxaracaq. Azersuna nə var, istehsal dərdi yoxdur ki, “sınama yanılma” üsulu ilə istehsal edir. “Tutar qatıq, tutmaz ayran”. Azersun da bazara təzə qatıq çıxardacaq, tutmasa da ayran kimi satar, nə dəxli var, əlində qalası deyil ki.

Bu qatıq məsələsi çox təhlükəli oldu, mən yazını bitirsəm yaxşıdır.

18 comments:

Anonymous said...

Rustem ne ilismisen Azersuna bele?:)
Menim gorduyum qeder Azersunun istehsal etdiyi butun mehsullarin uzerinde melumatlarin tam deqiq ve yanildici olmamasina xususi ehemiyyet verirler. Elece de yaglarda, uzerindeki istehsal yeri ve diger melumatlar oxunduqda harada istehsal edildiyi yazilibdir. O melumatlarin da sehv olmadigina emin ola bilersen:) Eynile caylara "kraska" vurulmadigina emin oldugun kimi...

Vüsal Qəmbərov said...

ay qadan alım siz ne istiyirsiz şirketlerimizden?

Anonymous said...

Ele onu denen Vusal. Carpilacaq Rustem:)

Anonymous said...

PalSud- emelli bashli poroshokdan hazirlayib tebii sud adi ile bazara cixib. Cox pis dadi var, bu qeder xerc cekib marka filan yaradiblar, hekayeler qoshublar, amma mehsul zaydi. Azersuna gelince, eger cayda hec bir kraska filan yoxdusa nece olru ki paket cayi suya salan kimi rengi cixir. Esl cayin rengi bir nece deqiqe sonra cixir:) Azersun da melek deyil

Rüstəm Məmmədov said...

Müzəffər güldürdün məni səhər -səhər:)))
Balam mənim Azersunla nə işim?! Mən zarafat elədiyimə baxma, əslində çox müsbət yazmışam Azersun haqqında. İstehsallarından, məhsul bolluğundan və qatqısız məhsullar istehsal etməsindən.
Yağlarını da sən deyirsənsə, vəssalam, inandım. Bu paket çaylara rəng qatılması məsələsi ilə bağlı mənim fikrim var idi, amma yazmıram. Çünki, ətraflı məlumat Müzəffərdədir. Ondan eşidək!

PAL süd almamışam, ancaq onu bilirəm ki, qatıqları heç yaxşı deyil. Qatıqları da süddən hazırlanırsa, deməli heç südləri də
birşey deyil.

Hörmətlə,

Vüsal Qəmbərov said...

Rüstem her şey bir kenara. Bu 'tutar qatıq, tutmaz ayranı' ela istifade elemisen. Üstelik de ki, ele dediyime baxma Azersun haqda gözlediyiden daha müsbet şeyler yazmısan :))

Qardaş men artıq Azersunu 1-2 meqam xaricinde destekleyirem. Ağıllı başlı şirketdir. Bazarda da nece lazımdır yürüyür.

Anonymous said...

Vusal son sozleri zarafat olaraq yazmamisan?:)

Demeli yene menim bildiyim qeder deyim.. ve davam edim. Demeli sadece Azersunun deyil butun paket caylari suya salan kimi rengi cixmaga baslayir. Bu hemin caylara reng qatilmasindan yox, caylarin rengi tez cixan hisselerinin-yarpaqlarin en kicik parcaciqlarinin- paket cay istehsalinda istifade olunmasindan ireli gelir.
Tebii cayin rengi tez cixmaz fikri umumiyyetle duzgun deyil.

Vüsal Qəmbərov said...

Sən o bir iki məqama bax da Müzəffər :) əgər bu anla düşünsək ideal şirkətdir :)

Anonymous said...

Nedir o 1-2 meqam?:) Merak ettim..

Anonymous said...

Vusal, blogundaki yazini indi oxudum...

Rüstəm Məmmədov said...

Mənim Azersunu dəstəkləyib, dəstəkləməmə kimi bir davranışım yoxdur Vüsal. Kənardan durub tənqid etmək inanılmaz dərəcədə asandır. Ona görədə, hamımız tənqid edirik. Mənim bu yazımın məqsədi Azersun yox, süd məhsulları bazarı idi. Orada da, tam tərsi məmnunluq bildirirdim ki, Azersun gələcək, bu ən azından məhsul bolluğu, nisbətən də olsa keyfiyyətli məhsul və.s deməkdir.

Konkret olaraq Azersun haqqında isə fikrim açıqdır. Monopolist də olsa öz üzərində işləyən şirkətdir. İnkişafları xoşa gələndir.

Anonymous said...

Rustem ele Hyundaidende yaz da.Menim hormetsiz brentlerim icinde Azerselin simurgu,Azersunun brendleri, Hyundai (en son olaraq Hyundainin Ayna Sultanovadaki playgiat reklam siti Subarudan ogurlanmishdir), Ata Holdingin Solo Karti, Bank of Baku mehsul ve brendleri, Palmali shirketinin brendleri... BestKomp,Men bu mehsullardan imtinna etmishem.ve meslehet gormurem....

Anonymous said...

rüstem salam necesen pal süd palmalinindi ve ceo suda mais müellimdi.mence zeng edin özünden soruşun o süz bazarı haggında etraflı melumat vere biler.helelik

Rüstəm Məmmədov said...

Murad bloga xoş gəldiniz.
Mən nə bu yazıda, nə də başqa yazıda imtina etdiyim markalar haqqında yazmamışam səhv etmirəmsə. İmtina etdiyim haqqında yazanda, mənim də öz siyahım olacaq. HYUNDAI playgiat reklam şiti haqqında isə buradabn cavab verimI bəli Azərbaycanda ilk dəfə Subaru istifadə edib. Məşhur söz var;"İdea gözəldirsə, ondan istifadə etmək lazımdır". Çox sağolsun Subarunun reklam agentliyi (mən bunu başqa yerlərdə də çox qeyd etmişəm), yaxşı iş gördülər, bizə də köməkçi oldular. Ancaq, yenə də bunu HYUNDAI adına ayıb hesab edib yazmaq istəyən varsa, bizim makla kimi yazsın. Yadınızdadırsa makla sevrisdən şikayətini şəkillərlə yazmışdı. Təşəkkür də etdik hətta özünə..

Azersun və ya Palmalinin (və ya başqa digər sizin imtina etdiyiniz markalar) markalarından istifadə edirəm axı, necə imtina etdiyim marka kimi yazım.

Hörmətlə,

Anonymous said...

Eshitdiyime gore Azersun mehsullarini Ermenistana da ixrac edir. Buna munasibetiniz bilmek isterdim.

Rüstəm Məmmədov said...

Əgər doğrudursa təəssüf edirəm buna görə. Nə qədər professional davransam da, nə qədər fərqli düşünməyə çalışsam da əgər bu xəbər düzdürsə, çox təəssüf...

İnşallah səhv xəbərdir...

Anonymous said...

Hər vaxtınız xeyir olsun. PalSüd-ün yalnız təbii süddən istehsal olduğunu dəgig bilirəm. Gələn ilin May ayında keçiriləcək gida sahəsinin sərgisində monitorlar qurulacaq və onların vasitəsi ilə istehsalat prosesini canlı izləmək mümkün olacaq. Yeri gəlmişkən bu yayım yaxın gələcəkdə onların internet səhifəsində də olacaq.

Azerusnla iş görmədiyim üçün bir şey deyə bilmərəm.

Rüstəm Məmmədov said...

Sağlam, çox sağolun məlumata görə. Əgər elədirsə çox gözəl.

İstehsalat prosesini görmək üçün isə mən inşallah gedəcəm ora. Kənd uşağıyam, gərək sənaye üsulu ilə edilməsini də görmək əla olar:)

Hörmətlə,