Neçə gündür İstanbuldayam. Bakıda hava isti idi deyə yola çıxanda heç İstanbulda hava məlumatlarına baxmaq yadıma düşmədi. Aeroportdan çıxdım ki, əla yağış yağır. Yağış əladır, amma mən qısaqol geyimdə üşüyürdüm. Yolda da, metro texniki problemə görə bizim evin yanına qədər getmədi. Bir stansiya əvvəl düşməli oldum, halbuki getsə, metro düz evimizin yanına qədər gedir. Taksilər də hamısı dolu (Ayrı vaxt hamısı ağlayır). Bir neçə yüz metr yağış altında getməli oldum və islandım. Səhərisi işlərimi biraz yoluna qoyan kimi düşdüm Alışveriş Merkezlerinin canına. Gödəkçə axtarmaqdan mənim dizlərim qırıldı, ama istədiyimi tapa bilmədim ki, bilmədim. Yazının məğzi mənim üşüməyim deyil əlbəttə. Adama deyərlər “balam sənin üşüməyindən bizə nə?”. Yazımın girişi budur ki, bu il bazarda fərqlənən marka sayısı çox azdır. Xüsusən də yerli istehsalçılar arasında nisbətən fərqlənməyi bacaran KOTONdur, vəssalam. Colin”s-də işlədiyinə görə bəlkə də bizim Elçin bu məsləyə bir açıqlıq da gətirə bilər. Təşrif buyursa sevinərəm. Xarici markalardan isə fərqlənənlər var əlbəttə. Gödəkçəni birtəhər tapdım axır ki, adam üşüyəndə nə olsa tapıb alır. Ancaq, inanın ki, mən bu boyda İstanbulda jean tapıb ala bilmədim. Nəinki mən, hətta məndən çox daha sportif geyinən dostum da tapa bilmədi, çünki bu ilin modu o qədər əcaib-qəraibdir ki, mənim kimilər üçün mal tapılmır. Bu üşüyən və paltar axtaran vaxtlarımda da Paco Underhill-in “WHY WE BUY” kitabını oxuyurdum. Hələ də bitirməmişəm hərçənd. Paco Underhill-in kitabında çox xoşuma gələn 5-10 məqamdan biri isə elə bu vaxtlarda mağazalarda oturacaqların olması, işarətlərin qoyulması, toxuna bilmə və.s kimi bəzi mövzular haqqında yazdıqları idi. Underhill deyir ki, qadınların alışveriş etdikləri yerlərdə oturacaqlar olmalıdır ki, kişilər rahat otursun. Düz deyir. Eyni zamanda ümumiyyətlə oturacaqlar olmalıdır. Biz üç nəfər birlikdə gəzirdik. (Qadın işi ilə məşğul idik.Underhill-ə görə alışveriş qadın işidir). Sırf digərləri ayaqda qalıb yorulmasınlar deyə rahat-rahat baxa bilmirdik heç birimiz. Bax buna görə kitabda çox düzgün qeyd olunub ki, oturacaqlar olmalıdır. Mağazaların içərisinə mən bu kitabı oxuduğum üçün xüsusi olaraq baxırdım, görüm oxuduqlarımla gördüklərimi müqisə üçün nələr tapıram. Onu gördüm ki, alışveriş mərkəzlərinin içərisində kifayət qədər oturmağa yer yoxdur. Bunu əlbəttə bilinçli olaraq ediblər, guya ki, insanlar oturmağa ancaq kafelerdə yer tapıb orada oturacaqlar. Əlbəttə, bunun təsiri olur. Ancaq, otura bilmədiyi üçün yorğun düşən insanlar satın alma davranışlarında tələsəkənlik və diqqətsizlik göstərirlər. Almaq istədikləri şeyi də, təxirə salırlar. Digər problem isə dəyişmə otaqlarının azlığıdır. Vakko, DS, Daniel Hecther, Pierre Cardin kimi markaları demirəm, onların onsuz da müştərisi az olur (ama saz olur). KOTON, RODI, Colin`s və.s kimi markaların kabin sayısını niyə düzgün hesablamaması isə mənə çatmadı açığı. Baxın heç şişirtmirəm, biz üçümüz cəmdə ən az 6-7 malı almaq istədik, ancaq sırf dəyişmə otaqlarında sıra olduğuna görə attıq yerinə.
Bu yazını çox uzatmıram, bu elə bir-iki günlük xırda məsələlərdir. Paco Underhill-in kitabına isə təkrar qayıdacam. Özümün də şərh və mülahizələrimlə birlikdə.
Bu yazını çox uzatmıram, bu elə bir-iki günlük xırda məsələlərdir. Paco Underhill-in kitabına isə təkrar qayıdacam. Özümün də şərh və mülahizələrimlə birlikdə.
17 comments:
Bu hər məqalədə təkrarlanan və hər marketinqçinin şəxsi analizində gəlinən nəticələri oxuyanda birtəhər oluram. Əvvəlcə düşünürəm ki, hamı deyirsə deməli gücünü itirir bu amil. Sonra baxıram ki, yox həqiqətən belədir. Bəs bu boyda pulları oraya tökən insanlar "qulağımızı mazol edən" bu məqamları niyə nəzərə almır?
Noldu ay Rüstəm? Bəs bəyənmirdin kitabı? :)
Bayramın mübarək qardaş!
Kitabı bəyənmirən deyə bir ıey yoxdur, sadəcə mənim gözlədiyimdən daha aşağıdır və mən bu kitaba ayrıca qayıdacam. Yazının axırında da qeyd etmişəm.
Millət başqa şeylərə daha çox əhəmiyyət verdiyinə görə marketoloqların dediyi bəzi məqamlara qulaqlarını qapayırlar. Məsələn, fikirləşirlər ki, dəyişmə otaqlarına o qədər yer ayıracağıma məkanı geniş tutub daha çox mal sərgiləyərəm. Eynilə oturacaqlar haqqında...
Hörmətlə,
:) Sən saydıqlarının heç biri deyil:)
Ay Miri gərək biraz işdən uzaqlaşaq axı. İstirahət də lazımdır:)
Rustem yazini oxuyannan sonra cox sevindim. Sevindim ki men anormal deyilmisem. Men de hemise saydigin bir cox markanin magazalarina geden de adam kimi model tapa bilmirdim. Oz ozume deyirdim esi men deyesen qocalmisam (bu cavanlar da nece paltarlar geyinirler ee bele?) bura gencler ucundur. En yaxsisi cixim burdan ne ozumu yorum ne de ordaki iscileri.
Bu bilirsen neden qanaqlanir. Bezi markalarin trend yaratma (tekrara yol vermeme) arzusundan. Bir qismi de yeni modelleri yaxsi izleyib onlari isiq sureti ile teqlit etmelerinnen qaynaqlanir.
Turkiyedeki firmalarin bir coxunun modelistlerinin yeni sezon oncesi Avropa seyahetine cixdigini esidirem. Niyyet vizyon qazanma olsa da netice taklit olur ya da abuk subuk modeller.
He bir de bir deyerli ve bu sahede tecrubeli muellimim dediyi bir sey yadima dusdu. deyir tekstilde artiq fire olmur. Meselen bir koyneyin bir qolu ters tikilsin, yada hec tikilmesin, yeni modadir deye rahatliqla satilir..
Ona gore de biz cox axtarariq adam kimi geyim...
hee, bu mene tanish problemlerdi:) menim ucun oldugu kimi bir coxlari ucun magazada oturacaq, musiqi, qoxu, geyim otaglari sayi, plastik kartla odeme ve sair amiller alisha tesir edir. Men bir defe Benettonda onlarin kart odemeleri olmadigina gore xoshuma geleni almadim:(( Paco da ele bunlari deyir de ki, alicilari nezere almaq lazimdir, biz ne istirik:)
Müzəffər nəyə sevinirsən ki, bəlkə elə ikimiz də anormalıq:)))
Yazdıqlarınla tamamilə razıyam. Hətta keçən il səhv etmirəmsə, bizim yoldaşlardan biri ilə bəhsə də girdik ki, mağazanın üstündən logolar çıxarılsa heç hansı markaya aid olduğunu da təxmin etmək olmaz. Rənglərinə qədər çoxu eynidir. Gənc markalarından bir Tiffany özünü biraz kənara çəkir, o da ancaq cıvıl-cıvıl rəngləri ilə. Vəssalam!
Sənin müəllimin "Bakıda pencəyi çaşıb tərs geyinsən, millət elə biləcək moddur" sözünün başqa variantını deyib. Bu məsələ ilə bağlı ağlıma maraqlı bir şey gəldi. Biz Mingəçevirdə oxuyanda məktəbin yeni qanunu ilə pencəklərimiz qırmızı oldu, şalvarımız da göy. Nəysə. Bazarı axtar ki, tapacaqsan. Yoxdur. Qırmızını biz tapıb alana qədər canımız çıxdı. Alverçılər də tələb olduğunu görüb gətirməyə başladılar. Üstündan az bir vaxt keçdi, Mingəçevirdə qırmızı pencəkli cavanların sayı əməllicə diqqət çəkməyə başladı. Bizim Abbasqulu müəllim həmişə deyirdi: "Əəəə odur aaa qırmızı pencəyi geyinmisiniz əyninizə, cahamat da elə bilir moddu. Əəəə bu nədiii?":))
Türklərin hələ də kopyalamadıqları çox maraqlı bir məsələ diqqəti çəkir: T-shirtlərdə kənarlardan əlavə kəsiklə birləşdirmə. Bu mənim çox əhəmiyyət verdiyim şeydir, ancaq türk markaları bunu tətbiq etmir. Gərək bir yadlarına salam.
Hörmətlə,
Benettonda kart ödəmə yeri olmaması ancaq Bakıda olar yəqin ki, yoxsa başqa yerdəydi Ruxsara xanım?
Mənim ən böyük şikayətim paltarların düzülüşü və dəyişmə otaqları ilə əlaqədardır. Əsasən də dəyişmə otaqları. Dar, işıqsız, az....
Hörmətlə,
Rüstem Salam.Bayram münasibeti ile hamını tebrik edirem.Bayramda zeng edib yazı ile elagedar seninle söhbet eledik.Ve ele hemin danışıgdan 1 saat sonra yazını oxudum ama biz ailevi olarag tatile çıxacaqdıg ona görede bu ehemiyyetli mövzu ile elagedar tatilden sonra yazmagı megsede uygun bildim.
Mağazalarda kabinlerin azlığı,yar darlığı bizimde hemişe vurguladığımız megamlardı ama nedense bizim mağazacılık ekibi kabinlerde sıranın olmasını bir pazarlama taktiği olduğunu yer azlığını ise daha çox ürünü sergileme maksadı taşıdığını belirtiler.Kolleksiyona geldikde ise bu konu ile elagedar pek bi şey deye bilmeyecem.Onu deye bilerem ki jean olarak bütün üretimimiz Türkiyededir.
Elçin çox sağol məlumata görə. Mənə maraqlı gələn, kabinlərdə sıranın nə məqsədlim pazarlama taktiği olması oldu...Maraqlıdır...
Rustem iceri kalabalik gorunur... Camaat fikirlesir ki, bax gor ne qeder adam var men de girim iceri. Ayrica, kabineye girecek olanlar da eyni seyi fikirlese biler. Ne qeder adam alir. Aman mene qalmayacaq... seklinde...
Indi aglima geldi.. Tam sebebin Elcinnen esitmek maraqli olardi..
Müzəffər, doğurdan görəsən o düşüncə ilə girən sayısı nə qədərdir? Çox maraqlı fikir oldu sənin dediyin.
Paco Underhill-in kitabi eger Azerbaycanda varsa demeli Azerbaycan inkishafdadir. Siz dediyiniz Daniel Hechter ve Pierre Cardin, inandirim sizi, chinese made istehsaldir. Onun alicisi hech de ne saz ne de ki, super olur. Eger biz Massimo Dutti, Ermenegildo Zegna, Pal Zileri, Cavalli ve bu kimi benzeri High class brand-lerden danishsaq sozsuz ki, o zaman deye bilerik bu brendlerin mushterileri so called "saz" ve bol olur:)
Amma, tebii ki, bunu Turkiye ve Azerbaijan bazarina shamil etmek olmaz, Bu yalniz Inkishaf etmish Avropa olkelerinde ve ABS-in LA, San-Diego, NY, Las Vegas ve Florida sheherlerinde ve Ereb Emirliklerinde (yalniz Dubai ve Abu Dhabi) oz alicilarini tapir.
Razıyam Məhəmməd bəy. Tamamilə razıyam. Underhillin kitabı Azərbaycanda bir dənədir, o da bizim Ruxsarada:))))))(Hamımız ondan alıb oxuyuruq.Zaraft bir tərəfə, rusca tərcüməsi çoxdur)
bu arada ruxsara xanimnan hech ses cixmir.. belke mene email yazasiniz ruxsare xanim. sizinle danishmag istediyim var.. it is very important. i wanna share and discuss it with you.. write to warmonger one..
best,
R.
Ruxa, mene email yaz. Ruslan
Post a Comment