Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 3, 2008

Brainwriting

İşdə tez-tez nəyisə uzun müzakirəyə açırıq və qərar verməli oluruq, daha doğrusu hər hansı problemə həll yolu axtarırıq. Hərçənd on gündür Santa Fe başımıza oyun açır, nə ediriksə istədiyimiz alınmır, ama çox vaxt pis-yaxşı qərara gələ bilirik. Hamısında da, bir yazı lövhəsi, flamaster və bizim iştirakımız olur. Fikirləşirik, deyirik, arada qışqırırıq, yazırıq, silirik, axırda lövhədə bir dənə cümlə və ya axtardığımız sözlər qalır. Bunun adına da beyin fırtınası deyirik. Elə bu günlərdə ehtiyac olduğu üçün başqa bir variant axtarmağa başladım və brainwriting metodu ilə yaxından tanış oldum. 1970-ci illərdən etibarən ədəbiyyata, ən əsası isə biznes aləmində brainwriting sözü girdi. Brainwriting sadə dildə desək insanların fikirlərini səsli ifadə etmək yerinə, səssiz və hətta bəzən gizli şəkildə yazmağının adı idi. Bunun ortaya çıxmasında isə iki əsas səbəb var idi;1- İnsanların hamısı səsli-küylü şəraitdə fikirləşə bilmir, fikirləşənlərin bəziləri isə fikirlərini ifadə edə bilmir, 2- Yazılan fikirlər görsənir, görünən fikir isə daha çox fikir gətirir (brainstormingdə də yazılır, ancaq fərq ondadır ki, burada hər şey yazılır, bəyənilənlər deyil)

Əlbəttə ki, brainwriting ortaya çıxdıqdan sonra tədricən praktikada müxtəlif metodlar tətbiq edilməyə başlandı. Bunlar arasında ən maraqlı və effektiv olanlardan biri Brainwriting 6-3-5 metodu idi; 6 nəfər, 3 idea, 5 dəqiqə.


Preblem: Necə................................................həll etməli?


İdea 1

İdea 2

İdea 3

1




2




3




4




5




6





Yuxarıda gördüyümüz cədvəli hər bir iştirakçıya veririk. Hamı problemi özünün başa düşdüyü kimi yazır və ilk sıraya özünün ilk üç ideasını beş dəqiqə ərzində yazır, sonra ötürür yanındakına. Beləcə 6 cədvəl hərəsində 18 idea ilə yığılır masanin üstünə, cəm 118 həll təklifindən ibarətdir. Bunun içərisindən isə biri seçiləcək.

İkinci maraqlı metod isə İdea galleriyasıdır. Burada 6 böyük kağız asılıb, hər bir kağızın üstündə də problem (6 misal üçün yazdım mən, 10 da yaza bilərsiniz, 1 də, ancaq bunun maksimumu 10 ədəddir). Kağızların əslində ofisin kənarında (məsələn Marketingin otağında yox, koridorda) asılmağı daha məsləhətlidir. İnsanlar ortalıqda gəzirlər, heç bir şey danışmırlar, ağıllarına fikir gəldikcə kağızlara yazırlar. Toplanan fikirlər isə yenə səsli-küylü müzakirəyə çıxarılmır, brainwriting davam edir.


Mən burada uzun-uzun metodlardan yazmayacam. Bu kimin işinə necə yarayırsa, elə də tətbiq edər. İnternetdə bu haqda çox sayıda məlumat tapmaq mümkündür. Clustering Brainwriting, Brainwriting Game, Idea Card Brainwriting, Constrained Brainwriting kimi ifadələr sizi bütün metodlara götürər.


Vəssalam, bundan sonra iş qaldı Google-a.

8 comments:

Əfsun Qurbanov said...

Təşəkkürlər Rüstəm müəllim. Həqiqətən çox ehtiyacımız olan bir mövzudur. Məncə bunun üçün bir ön hazırlığa ehtiyac var. Əsas da bu səssiz olaraq fikirlərin yazılması məsələsində. burada tənqid edilmək çox mənfi təsir verir. Məsələn mən fikir deyirəm, yaxud yazıram, o dəqiqə bir tənqid gəlsə əgər mənim demək olar ki, fikir istehsal etmə mühərrikim dayanır. Artıq həvəsdən düşürəm. Gərək son mərhələyə qədər tənqid olmasın. Belə olsa çox super nəticələr əldə etmək olar. Bunu bizzat təcrübə etmişik. Yaxşı nəticələr alınır. Yazı üçün təşəkkürlər.

Rüstəm Məmmədov said...

Əfsun sən yəqin dəqiq bildin ki, niyə mən belə bir şeyi axtarmağa başladım və yazdım. Əlbəttə ki,çn hazırlığa və sonuna kimi tənqidsizliyə ehtiyac var. Bu birinci şərtdir. Bu yazı üsulu, fırtınadan daha xoşuma gəldi mənim şəxsən...

Hörmətlə,

rsh said...

Deməli şirkətlərdən birində firmanın saytının yenidən qurulması üçün belə bir şey etdiyimiz xatirimdədir.

Deməli hərəyə bir ağ kağız paylanır.
2 bölmə olur görmək istədikləriniz və istəmədikləriniz.

Effektini görmüşəm, iclasda oturub hərənin bir söz deyib nəticənin olmamasından qat-qat yaxşıdır.

Sənin bəyəndiyin 6-3-5 isə daha maraqlıdır, bəyəndim. İnşallah vaxtı çatanda istifadə etməyi düşünürəm.

TOD said...

Salam Rüstəm m. Məqaləniz çox maraqlı idi! Mən axırıncı dəfə buna oxşar üsuldan məktəbdə 11-ci sinifdə istifadə etmişəm: ən pis müəllim və ən yaxşı müəllimi seçərkən :) Amma mən istədiyim müəlllim ən pis m. seçilmədi :(

Santa Fe-nin başınıza açdığı oyun haqqda yazsanız mənim üçün çox maraqlı olardı :)
Hörmətlə,

Rüstəm Məmmədov said...

TOD bu tələbəçiliyin müəllim seçmə kriteriyaları ki var, bunu ümumiyyətlə seçmək çətindir:) Çox subyektiv olur...

Bu üsul mənə ümumiyyətlə çox maraqlı gəldi. Tam sistemli 6-3-5 tətbiq etməmişəm, ama inşallah imkan olsa tətbiq edəcəm.

Məndən əvvəl tətbiq edən olsa müzakirə etsə, nəticələrini yazar və öyrənərik.

TOD Santa FE üçün yeni reklam rolikləri hazırlayırıq onun problemidir...

Hörmətlə,

TOD said...

Rüstəm m. mən elə bilirdim ki siz Hyundai-in dünyəvi reklam roliklərindən istifadə edirsiz...
Deməli Az-da da Hyundai üçün reklam roliki çəkilir hə? Çox maraqlıdır!
Bir də ki Santa Fe-yə reklam nəyə gərəkdir onsuzda şəhərdə Santa Fe o qədər çoxdur ki lap gözlərimiz mazol olub onları görməkdən :D
Uje Hyundai-in Santa Fe-ni təzələmək vaxtı gəlib çatıb.
Hörmətlə,

Shared Folders said...

Maraqlı informasiyadır. Rüstəm, təşəkkürlər.

Rüstəm Məmmədov said...

Shared dəyməz. İşinizə yaradısa əla, sevindim.

TOD biz sən demiş "dünyəvi" reklamlardan istifadə edirik, burada ancaq adaptasiya gedir.
Santa Fe nə qədər bol olarsa, o qədər yaxşıdır:)

Hörmətlə,