1989-cu ildə dəyişən trendlər və cəmiyyətin xüsusiyyətləri də nəzərə alınarak VALS 2 ortaya çıxarılıb. Buna görə aşağıdakı kategoriyalar mövcuddur;
Actualizers (Həyata keçirənlər): Müvəffəqiyyət qazanmış, aktiv və özünə fikir verən insanlardır, daim inkişafdadırlar və çox müxtəlif hobbiləri ola bilər.
Fulfilleds (Nail olanlar): Bişmiş, bilgiyə və məsuliyyətə əhəmiyyət verən insanlardır. Əsasən təhsil səviyyələri yüksəkdir və satın alma vaxtı çoxfunksiyalılıq, uzun ömürlülük və qiymət çox əhəmiyyət kəsb edir.
Achivers (Qazananlar): Əsasən karyer və işlərinə diqqət yetirirlər. Kontrollu həyat yaşayırlar. İşləri maddi imkan, prestij və imic qazandırır. İmic vacibdir. Bilinən malları satın alırlar.
Experiencers (Təcrübə edənlər): Biraz üsyankar, enerjik, ehtiraslı və əsasən hissləri ilə hərəkət edənlərdir. Həyəcan və çeşid axtarırlar. Sosyal həyat ailə həyatından daha vacibdir. Gəlirlərinin çoxunu paltar, musiqi, müxtəlif növ texnologiya alətlərinə xərcləyirlər.
Believers (İnananlar): Konservativdirlər. Qanunlara rəayət edərlər (qanunla ancaq dövlətin qanunu nəzərdə tutulmur), vaxtlarını ailələri ilə keçirirlər. Əgər varsa yerli malları alırlar (qızlar da evdə qalmır) və bazarda bilinən malları alırlar.
Makers (Hoqqabazlar): Əsasən nəsə düzəltmək istəyirlər. Ev tikmək, oyuncaq təyyarə düzəltmək, əl işləri və.s kimi el arasında “yaradıcı işlər” dediyimiz işlərə meyllidirlər. Maddi qazanc əhəmiyyətli deyil.
Strivers (Cəht edənlər): Pul uğurun göstəricisidir. Başqalarının “qəbul”u vacibdir. Ancaq, çox vaxt pulları olmaz. Ağlayarlar və yaxşı həyatları olmadığından şikayət edirlər.
Strugglers (Mübarizə aparanlar): Elə yazıq həmişə pulsuz olub, belə getsə həmişə pulsuz da qalacaq. Təhsil səviyyəsi aşağıdır. Əsas məsələ qarın doyurmaq və sağ qalmaqdır.
Bizdə nə çıxacaq ortaya? Yəqin bizdə Rusdillilər və Azərbaycandillilər olaraq iki qrup çıxacaq ortaya, sonra da.....Sonrasıni bilmirəm, araşdırmanı edərlər öyrənərik, ama məncə heç yaxşı şeylər çıxmayacaq ortaya.
5 comments:
Yazini beyendim ve tek sene deyil, mene de chox faydali olacaq.. Amma onlarin arasinda sanki mene uygun bir tip yoxdur.. Sence, hansina benzeyirem?
:) Yaxşı sualdı? Məsələ burasındadır ki, tam olaraq mənə uyğun da nəsə yoxdur, oxşarlıqlar var, fərqliliklər var. Biraz Fulfilleds, biraz believers ola bilər...
Heç mən özüm də bilmirəm hansındanam. Ona görə bilmirəm ki, bu bizə aid həyat tərzləri sistemi deyil və bizi əks etdirməməsi çox normaldır.
Rustem, men o kateqoriyalara hech yaxinda getmirem axi.
VALS Yaponiyada 10 seqment varmiş. Onu görmək istərdim. Bizim VALSı isə Allahın köməyi ilə qayıdan kimi formalaşdırmaq lazımdı. Çünkü modern marketinq bunsuz çətin olur. Bir də tez tez yeniləmək.
Maraqlidir..Baxmaq olar. Turklerinki mene maraqli gelmishdi. Bize chox benzeyir hetta...
Ama bizim ozumuzunkunu inshallah sen arashdirarsan, onu genish genmish muzakire ederik.
Post a Comment