Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 14, 2008

Biz niyə çörək bişirə bilmirik?

Almaniyaya ilk səfərim idi. Uzun illər Alman futboluna həvəsim, Alman maşınlarına böyük rəğbətim, Alman həyat tərzinə marağım səfəri mənim üçün biraz da mənalı edirdi. Başlayım aeroportdan. Çox qəribə, böyük, baş açmaq çətin olan aeroportları var. Ona görə də aeroport haqqında geniş yaza bilməyəcəm. Başa düşmədim ki, yazam.
Şəhər çox gözəldi. Sakit, təmiz. Gündüz küçələrdə adam çox az olur. Euro2008 oyunları dayam etdiyi müddətdə küçələrdə çox rəngarəng görüntülər var idi. Məsələn, Xorvatlar Almanları məğlub etdiyi gün, maşınlarında Xorvatiya bayrağı asılı olan Xorvatlar yüksək səslə bayram edirdi, ama mən görmədim ki, Almanlar onlara daş atsınlar. Digər ölkələr də həmçinin, Türklər, Hollandlar, Romınlar və.s Euro2008 demişkən, KIA (HYUNDAI-ın “sister company”si) çox gözəl marketing fəaliyəti nümayiş etdirirdi. Farnkfurtun mərkəzində böyük bir ekran var. Bütün millət orada futbola baxır. KIA həmin meydanda şəhərcik qurub, adını da qoyub KIA CITY. KIA və Euro2008 birləşmiş logo, içərisində hərcür içəcək verilən çadır, oyun yeri və.s Çox xoşuma gəldi. Təəssüf ki, camera yanında deyildi, yoxsa burada göstərərdim.
Yeməklərinə gəldikdə, çox da maraqlı mətbəx yoxdur. Ancaq, sosiska , kolbasa yemek istyənlərə çox boyük “imkanlar” var orada. Yeməklər haqqında bir cümlə ilə danışdım ki, keçim mənim əsas maraq dairəmə. Ürəyim partladı yazının burasına qədər ki, gəlim çatım maşınlara. Bizim Gürcülər və Azərbaycanlılar hər halda, Almaniyada köhnə C və E class Mercedes qoymayıblar qala. Mən Frankfurt və Heidelberg şəhərlərində oldum, aralarında uzun bir yol getdim, cəmi iki dənə köhnə Mercedes gördüm. Almaniyada ümumiyyətlə gördüyüm ən gözəl şey isə yeni Audi A4 və A5 oldu hər halda. Şəkildə görmək başqa, döngəni gecə işıqları ilə dönən yerdə görmək başqa. Hər iki model doğurdan da mükəmməl dizayn edilib. Qazaxstanlı yoldaşlar yeni Passat gördeklərini dedilər, ancaq mən heç nə yeni Passat-ın nə olduğunu başa düşdüm, nə də gördüm. Alman maşınlarından başqa ən çox görsənən Peugeot, Fiat, Toyota və Mazda-dır. Əlbəttə hər markanı görmək olur. Çox rəngarəngdir. Bizim Bakıda əla maşınlar çoxdur, ancaq rəngarənglik oradakı qədər deyil. Orada smartdan tutmuş, F 430 Scuderio-ya qədər bütün avtomobillərdən gördüm mən. Almaniyada Korea avtomobili satmaq həqiqətən də çətindir. İstəyirsən orada CMO Kotler, Brand Manager Zyman, Sales Manager Fox, Marketing Director da, nəbilim Məmmədov olsun, yenə də çətindir. Azərbaycanda HYUNDAI almaq məntiqlidir, əsas gətirmək mümkündür buna, rəqabətdə hətta çox üstündür rəqib markalardan bir çox cəhətdən, ancaq özünüzü beşcə dəqiqə Alman hesab edin, çox da ciddi qiymət fərqi olmadığı halda özünüzün Passatınızı qoyub, Korealının Sonatasını alarsınız? Çətin. Heç Alman, İngilis dilini “ingilisin” olduğuna görə danışmaq istəmir, o ki qaldı özünün maşının qoyub onun bunun maşınını alsın. Var əlbəttə alanlar, HYUNDAI əslində yaxşı qiymətləndirilə bilər Avropa bazarında. Avropa, tək Almaniyadan ibarət deyil.
Seminar və toplantılarımız HYUNDAI Europe GmBH mərkəz binasında keçirilirdi. Belə deyim ki, bu seminarın ümumiyyətlə məqsədi, HYUNDAI-ın yenilənmə prosesində ki, addımları gözlə görmək və dərindən başa düşmək idi, onu da gördük. HYUNDAI Europe yeni reformlara başlayıb. Sizə ancaq Marketing tərəfindən bəhs edim. Deməli, MissionQ conceptləri var. Mission to Quality mənasında. Brand room dedikləri yerlər var. Orada təsəvvür edin ki, competitors room, customer lifestyle room, brand personality və.s kimi “room”lar var. Mükəmməl deyə bilərəm buna. HYUNDAI Europe Brand Manageri-nin dili ilə desək, “Cheap car” olmaq istəmirik, “Biz artıq Toyota, VW, Honda, kimi maşınlarla yarışırıq”. Baxaq görək necə olur.

Yazası məsələ çoxdur, yadıma düşdükcə yazacam. Ancaq, Almanların ləzzətli, çeşid-çeşid çörəklərini yedikcə elə hey fikirləşdim görəsən biz niyə çörək bişirə bilmirik? Almanlar çörəyi bizdən az yeyir, heç olmasa özümüzün çox yediyimiz şeydə bir fərqlilik edək. Təndir çörəyi, zavod çörəyi, yuxa...

6 comments:

Anonymous said...

Hələ mənim alman dili müəlliməm deyirdi orada 200-dən çox çörək növü var, amma mətbəxi püre və sosiskadan o tərəfə getməyib. Çox yeməmişəm alman sosikaları doğrudan çox dadlı olur.

Niyə belə çörək bişirmirlərin cavabını mən bişirənlərdə yox onu alanlarda axtarardım, məsələ təklifdə yox tələbdədir. Bizdə bir az başqa çörək alma mədəniyyəti var, hammı ölçü/qiymət nisbətinə baxır. Tələb lazım olan səviyyədə olsa elə təklif də o səviyyəyə çatacaq.

Hyundai barədə fikirlərimiz tutuşmaya bilər, amma məncə indi stereotipləri qırmaq lazımdır. Şəxsən mən özüm bu yaxınlarda tanışımın Hyundai-ında olana qədər daha aşağı fikirdəydim, hal hazırda elə bir çoxları da "koreyski" maşına güvənmirlər.
Belə bir teoriya var ki, tanışlığın ilk günü yaradılan fikri sonrakı 1 ay ərzində dəyişmək çətin olacaq. Tam əmin deyiləm, amma 90cı illərin sonundakı Hyundai səviyyəsi ilə indiki arasında böyük fərq var və indi ilk növbədə bunu çatdırmaq lazımdır, Hyundai daha yuxarı səviyyənindir. Koreya istehsalı hər şey tez stereotiplənir. Bilmirəm Avropaya nə qədər aid etmək olacaq, mən bizdə olana əsaslanaraq yazıram.
Toyota alan alman isə, Hyundai da ala bilər.

Marketing cəhətdən böyük biliklərə sahib deyiləm, ümumi təsəvvürümə əsaslanaraq yazıram.

Rüstəm Məmmədov said...

Nurəddin çörəklə əlaqəli məsələdə fikirlərinizlə çox razıyam, ancaq razı olmadığım bir şey, həmişə tələbin təklif yaratmasıdır. Bəzən təklif tələb formalaşdırır ki, daha çox Marketingçilərin məşğul olduqları məsələlərdən biridir.

HYUNDAI haqqında isə fikirlərimiz üst-üstə düşür. Sterotiplər var və qırılmalıdır. Bu qırılma isə 4P + neçə dənə lazım olsa o qədər "P" ilə mümkün olur. Maşınlar əvvəlki kimi deyil, üstəlik standartlar tətbiq olunmalıdır, üstünə əlavə kommunikasiyalarında dəyişim olmalıdır...Çox şey var dəyişməli...Ölkəmizdə deyə bilərəm ki, getdikcə müsbət mənada çox şey dəyişir...
Daha çox HYUNDAI-dan danışmaq istəmirəm, çünkü blog mınimdir, HYUNDAI-ın yox:)

Hörmətlə,

Vüsal Qəmbərov said...

Mən belə başa düşdüm Almaniyada iki şey var - maşın və çörək. Elə onların çörəyi də maşından çıxır. Bunu istiyirsiz avtodan çıxır kimi qəbul edin. İstiyirsiz çörəklərini maşında bişirirlər kimi :) Yenə başladım ədəbiyata.

Almaniyada "qıyıqgöz" maşını satmaq isə getdikcə rahatlaşacaq. Görərsüz. Artıq Almaniya yığmasının heyətində alman qalmadığına görə bu məsələni düşünmək gərək. Amma mən alman olsam kesin Audi alardım. Çünkü bir Azərbaycanlı kimi də arzuladığımı maşın Audidi.

Rüstəm Məmmədov said...

Sən elə düz başa düşmüsən:))

Almaniyada "qıyıqgöz" maşın satmaq bir baxıma rahat olacaq, çünki Alman istehlakçısı daha məlumatlıdır, Alman daha seçicidir, Alman daha rasionaldır. Məsələn, o vaxt gələcək ki, oturub 17 000 USD i30, alım yoxsa 21 000 USD Golf alım deye fikirləşəcək və əgər məntiqlidirsə i30 alacaq.

Bizim burada daha çox "mod" hökm sürür, ona görə də çalış ki, malın mod olsun, oldu mu vəssalam!

Hörmətlə,

Rüstəm Məmmədov said...

Miri xosh gorduk:)

Pivə məsələsində özün də təsəvvür edərsən ki, Almanlar heç də Polyaklardan geri qalmır. Mən içmədim, ama bizim masalara servislərdən, bəh-bəhlərdən bildim ki, əladır.

Siqnal eşitdim mən, ancaq tıxacda yox, bir balaca qəza vəziyyətində. Gündüzləri küçələrdə o qədər az adam olur ki, fikirləşirsən burada yəqin işsizlik heç yoxdur. Ya da millət evdə yatır.

Mən Alman ailəsi haqqında çox yaxın bir Almandan məlumat almışdım. Açığı heç xoşuma gəlməmişdi.

Velosiped sürənlər mənə çox maraqlı gəldi. Biz Türkiyədə görmüşdük ki, motorcular tıxaclarda aradan keçerek gedirdilər. Almaniyada isə velosipedçilər qırmızı işiqda arada gop olmasın 8 m mesafe olmasına baxmayaraq durub ele arxada gözləyirlər. Vay vay dedim, bu Almanlar nə qədər sərsəmləşib:):) Biz olsaq heç sürəti yavaşlatmarıq da, 1 deq-də aradan keçib gedərik.

Vüsal Qəmbərov said...

Vsyo da. Biri Polşa görüb, biri Almaniya əcnəbi məmləkət gəzməyənlərə caka satırlar :)))