Seminarların birində yaxın dostlarımdan biri tərcüməçi idi. Özü bir müddət Amerikada yaşadığı üçün çox mükəmməl ingilis dilinə sahibdir və tərcüməçilik qabiliyyəti də yüksəkdir. Bir yerdə trainer “push strategy” deyəndə, bizim yoldaş “itələmə strategiyası” deyə tərcümə etdi. Bütün iştirakçılar da buna möhkəm güldü. Push- İtələmək deməkdir azərbaycan dilində. Amma, mən başa düşmürəm niyə dilimizdəki bəzi sözləri istifadə etmə imkanımız da məhdudlaşır. Onsuz da dilimizdə, Vüsalın məqaləsində də oxuduğumuz kimi söz çatışmazlığı var, üstünə də belə “qəribəliklər”gələndə işimiz lap çətinləşir. Bütün dillərdə bəzi ifadələr var, ikimənalı, ancaq bizdə deyəsən lap qəşəng sözlər də “pisləşib”. Mənim dillə işim olmaz, onsuz da bütün ömür boyu Ədəbiyyatdan 3, Azərbaycan dili qramatikasından isə ya 2 ya 3 almışam. Bunu yəqin hamı hiss edib. Mənim dərdim “itələmək strategiyası” ilədir. Yazıq tərcüməçi elə yüz faiz düzgün tərcümə etmişdi. Həm hərfi, həm qramatik, həm də faktik baxımdan. Bizim buralarda demək olar ki, bütün şirkətlər “itələmək strategiyası” tətbiq edirlər. Hazırda ölkəmizdə bir çox sektorlarda satıcı hakim olduğu üçün və alıcı da satılanı demək olar ki, almaq məcburiyyətində olduğuna görə, hamı itələyir. Marketingin inkişaf tarixində göstərilən “Sales concept” demək olar ki, bizim hər sektorda hakimdir. Buradan qısa demək olar ki, hələ də bizdə Marketing formalaşmayıb və Social Marketingə də hələ çox var. “Strategiya” söz olaraq qulağa xoş gəldiyi və bu sözü işlədənlər haqqında cəmiyyətdə “savadlı adamdır” deyildiyi üçün hamı istifadə edir. Strategiyanın hamısını oxuyuruq, qəşəng-qəşəng strategiyalar haqqında öyrənirik, ancaq hərlənib fırlanıb elə yenə də “itələmək strategiyası”nı seçirik. İş təcrübəm elə də çox deyil zaman etibarı ilə, ancaq qısa müddətdə şükür Allaha çox şey görmə, öyrənmə imkanım olub. Öyrənmənin tərifini hanısa yazımda yazmışdım, “davranışlardakı dəyişiklik” öyrənmənin əsasını təşkil edirdi. Mən də bu müddət ərzində ən yaxşı “itələmək strategiyası”nı öyrənmişəm. Hərçənd tətbiq etməmək üçün əlimdən gələni edirəm, ancaq əla bilirəm yollarını. Mənə ən çox maraqlı olan isə niyə bu strategiyanın tətbiqinin bu qədər yayılması və asan olmasıdır? Birinci səbəb olaraq yuxarıda da qeyd etdiyim kimi, hələ istehlakçı bazarının formalaşmamasıdır mənə görə. Ikinci və insana doğurdan da, bəzən ağır gələn, təhsilsizlik və ya bilgisizlik deyə biləcəyimiz faktordur. Bu mənim müşahidələrimdir. Bu bəladır. Ola bilsin ki, Marketing işçisi kimi mənim işimə bəzən çox yarayır bu, ancaq əvvəla bu Azərbaycan vətəndaşı olaraq mənə ağır gəlir, xoş deyil, digər tərəfdən isə Marketingdə bilgili və bilgisiz müştəri ilə işləməyin öz üstünlük və çətinlikləri də var. Müştəri bilgisiz olanda, ona deyirlər ki, “bu mal birbaşa İtaliyadan gəlib” bizim yazıq Əşrəf dayı da “huupp” udur. “Əşrəf dayı” demək olar ki, hazırda orta statistik bir Azərbaycan kişisidir. Bir dənə də Almaz xala yazım ki, heç kim inciməsin. Almaz xalanın da ütüsünə 3 il qarantiya verirlər, heç yazıq bilmir ki, o qarantiya kağızında adres də qeyd edilməyib.
Bizi biraz itələyən olsaydı oxumağa, kitaba, öyrənməyə, araşdırmaya tərəf yaman olardı. Yoxsa elə hara getsək “itələmək strategiyası” ilə bizə nəyisə itələyəcəklər.
Bizi biraz itələyən olsaydı oxumağa, kitaba, öyrənməyə, araşdırmaya tərəf yaman olardı. Yoxsa elə hara getsək “itələmək strategiyası” ilə bizə nəyisə itələyəcəklər.
“Hyundai Nissan yaxşıdı yoxsa Hyundai Sonata bala?” deyən dayıya mən necə deməyim ki, “Hyundai Sonata yaxşıdır dayı.”
19 comments:
Rüstəm bəy, yazdığınız məqalə çox xoşuma gəldi. Maraqlı mövzudu. İstər "itələmək" sözü ilə bağlı, istərsə də bazarımızla əlaqəli yazdığınız hissə çox aktualdır. Sözlərimizin çox böyük bir hissəsini artıq rahat-rahat ifadə edə bilmirik. Maraqlısı da odur ki, belə sözlər gələndə əvvəl yada sözdən sonra "TÜRKÜN SÖZÜ" deyirik. Mənim başa düşmədiyim bir şey var: "biz türk xalqı deyilik?" Yəni nəticə etibarilə dediyimiz sözün mənası dəyişmir. Odur ki millət gərək "İNGİLİSİN SÖZÜ"ndən zad bir şey fikirləşək. Nə məsləhət bilirsiniz? :)
Rüstəm, əvvəla göz dəyməsin - tez tez sevindirirsən bizi yazılarınan. Bu əladur!
Üstəlik də bir yazıya yenə nə qədər sığdırmısan sən? :) Doğurdan qəribə millətik e. 5 dənə sözümüz var. Onun da 2sini dilə gətirəndə yanında "Türkün məsəli" deməsən daşa tuturlar səni :)
Bir də dilimizin zəifliyi yanında terminologiyamız da formalaşmıyıb e. O qədər bəlamız var ki :(
İtələmə strategiyasına gəlincə. Yəqin ki, istehlakçının bilincsizliyidi məsələ. O seçməyi hələ bacarmır. Ona görə də "çəkmə" tətbiq eliyəsi deyil. Ver reklamı, satış yerində də "itələ" getsin...
İkiniz də çox sağolun fikirlərinizi bölüşdüyünüz üçün. Bir yazıya iki məsələ sığışıb deyəsən, çünki mən dil məsələsini guya ki, sadəcə giriş kimi yazmışdım. Girişsiz olub deyəsən:)
Dil Haqqında dediklərinizlə tamamilə razıyam. Türkün məsəli sözündən heç xoşum gəlmir. Lazımsız və mənasızdır.
Öz aramızdı bu biraz deyəsən niyyətin xarablığı ilə əlaqəlidir.
İtələməyə gəldikfə isə, mən niyə hamının itələməyə çalışdığını və itələməyin asan olduğunu yazmağa çalışmışam, məncə ən xoş olmayan səbəb (əsas sə
bəb yox, xoş olmayan səbəb) insanların bilgi səviyyəsinin aşağı olmasıdır.
Hörmətlə,
Rustem, senin butun yazilarini beyenirem, amma bunda turkler demish kendini bile ashmishsin.. Yene turkun meseli..:))
Ela..
Bəs əsas səbəb nədir ay Rüstəm?
Əsas səbəb olaraq yazıda mənə görə nədirsə yazmıçam, ancaq israr edib üstündə durmağa çox da cəsarət etmirəm. Yenə deim ki, iki səbəbə görə, bilgisizlik və bazarın formalaşmaması ilə əlaqələndirirəm. Bunu əslində forumda müzakirə edə bilərik. Hamının fikrini bilıərik.
Çox sağol Aygün xoş sözlərə görə...Minnətdaram...
Məncə bazarın formalaşmaması elə özü bilgisizliklə əlaqəli olduğu üçün bunların yanında da başqa faktor axtarmaq lazımdı.
Forumda mövzu açmağa əlin gəlmir? :))
Orası da düzdür..Başqa faktor nə ola bilər?
Əslində bu ikisi həm bir birilə əlaqədardı, həm də standartdı. Formalaşmamış isənilən bazarda yəqin ki, "itələmə prinsipi" hökm sürür. Bir də cəmiyətimizə xas bir faktor olmalıdır zənnimcə. Biraz düşünmək mümkündür bunu da.
Gedim fikirləşim :))
Dünəndən fikirləşirsən, nəsə tapdın?
Sən də fikirləş də. Yol hazırlıqları filan imkan vermir məndə. Amma gələndə beyin fırtınası da eləmək olar. :)
Rustem ele duz buyurmusan, bazarin formalasmamasi ve musteri bilgisizliyini...
Vusal, buna basqa sebeb axtarmaq lazim deyil ki...
Axtarsaq axtarsaq bir dene buna; bizim musterilerin ozunu 'cox bilmis' hesab etmesini elave elemek olar.
'Cox bilmis'e de cekme tesir elemir, mecbur iteleme lazimdir..
Valla, bezen gunluk heyatda ele alis veris situasiyalariyla qarsilasiram ki, gorurem ki ele itelemeni haqq edirik.
Rustem, men esitmisdim Hyundai Maxima cixib. bu Hyundai Nissan ne vaxt cixdi???
Çox sağol Müzəffər fikirlərini bildirdiyinə görə. Özünü çox bilmiş hesab etməkdən danışma, bu çox yüksək nisbətdə özünü göstərir.
HYUNDAI-ın hər şeyi var, sən nə bilmişdin:)
Mən qonşu bloqda da fikrimi qeyd etdim, son zamanlar yazılan dilin zəifliyi məsələsi ilə razı deyiləm.
Əgər hər hansı bir terminin tərcüməsi dilimizdə yoxdursa, ilk növbədə bu sahə ilə məşğul olanlar günahkardır dil yox.
Hörmətlə
Mən filologiya sahəsində zəifəm, xüsusi şərh verə də bilmərəm. Əgər filoloqlarımız dildə cəmi 89 min söz olduğunu deyirlərsə, bu o deməkdir ki, dil yetərsizdir. Ancaq, mən bunu dedikdə, "batsın dilimiz" demək istəmirəm, əksinə elə sizin dediyiniz kimi terminologiyanın tərcümə edilərək dilə söz qazandırılmalı olduğunu deyirəm.
O ki qaldı bəzi kəlimələrin ikibaşlılığına, bunun terminologiya ilə əlaqəsi yoxdur, "türkün məsəli" sözünü çıxaran şəxs kimdirsə, onu görsəm ancaq nifrətlə baxa bilərəm. Bütün dillərdə ikibaşlı sözlər var, ancaq bu qədər də olmaz axı.
Baxın, biz iş yerində qapının üstünə açıb-bağlamaqla əlaqəli söz yazasıydıq. Dedilər yazın "PUSH-PULL". Bizim Marketing şöbəsi dirəndik ki, olmaz Azərbaycanca yazın. "Çəkin-İTƏLƏYİN"yazdırdıq. İndi "Hihihih əəə bu nədi əəə belə bunlar yazıb bura" deyənlər o qədərdir ki, axı niyə bu gülməli olsun ki? Azərbaycan dilində bir şeyə qüvvə tətbiq etməklə onu yerindən tərpətməyə, hərəkət etdirməyə və.s "itələmək" deyilirsə, buna niyə gülünməlidir axı. Öyrəşmişik elə ya rusca, ya ingiliscə nəyisə ifadə etməyə. Hamımıza aidddir özü də, başda mən olmaqla. Qınayırıqsa gərək elə əvvəl özümüzdən başlayaq.
Hörmətlə,
bir de pusht strategy olabilir... Yani pushtlarin strategisi....(bunu azerbaycan diline cevirsek cox daha biabirci olardi) bu yontem kisa surede daha basariliolabilir. cunku bu yontem daha cok tahrifata dayanir... tahrifat ise kolaydir.... buna ornek olarak ``toplum muhendisligi`` ni gosterebiliriz...
kisa surede kendi isteklerine nail olundugu zann edilebilir... ama belli bir sure sonra toplumu var edenin muhendisliginin neticeleri gorunur... toplum muhendisliyi yapmak istegenlerin aslinda BIR olan muhendisin oyuncaklari olduklari ortaya cikmis olur....
ORNEK: 28 subat ve cumhuriyet mitingleri.... SONUCU Yuzde 36 sirasiya yuzde 47 Peki O BIR olan muhendis neden izin veriyor ki bu kendisini muhendis sanan aptallar bazi konularda basarili olur...
bunun cevabi ``BESER ZULM EDER, KADER ADALET`` Demek ki, bunu hakk ettgimiz noktalar olur.... NERDE YANLIS YAPTIKLARIMIZA BAKMAMIZ LAZIM KI, ASIL MUHENDISIN ELINI GORELIM... netice cikaralim//// YOKSA O ABTALLARDAN FARKIMIZ AZ OLUR...
OZETLE: ``HER SEY GOZELDIR.... YA BIZZAT YA DA NETICELERI ITIBARIYLE.....`` oyleyse PUSHTLARIN PUSH STRATEGY sine aldirmayalim demeyin aldirin.... AMA ISIN OZUNU ANLAYIN...
Kurumsal yönetim şekillerini ve aile şirketlerinin yönetim tarzını ele alan bu özet, özellikle ülkemizdeki aile şirketlerinin çokluğunu göze aldığınız zaman muhakkak okunması gereken bir kitap olarak karşımıza çıkıyor.
Qeyd:http://iqtisadiyyat.blogspot.com/2008/07/iqtisadiyyat-qlobal-seviyyede_08.html
Bu başqa məsələ...Allah razı olsun Məzahir abi...
Post a Comment