Gedirdim rayona, yolda Vergilər Nazirliyinin billboardlarını gördüm. Həmişə görürdüm ki, "Uşaqlarınızın xoşbəxt gələcəyi üçün Verginizi ödəyin" mənasında yazılar yazılıb, ancaq heç uşaqlara fikir verməmişdim. Bu dəfə gözüm sataşdı. Billboardlardakı uşaqlardan biri intenetdə Google-da tapılan o qırmızı papaq, sarışın, göygüz uşaqlardan idi. Bunu birtəhər qəbul eləmişdim ki, birdən qara dərili uşaq gördüm ikinci billboardda. Özümü itirdim, bir də ağlım başıma gəlmədi heç.
Vallah mən bu blogdan maddi gəlir əldə etmirəm hörmətli nazirlik.
Vallah mən bu blogdan maddi gəlir əldə etmirəm hörmətli nazirlik.
Bugün bir iş üçün zəng etmişdim HONDA-ya. Satışdakı qardaşın ağzından zorla, az qala yalvara-yalvara söküb çıxartdığım sözlər sayəsində öyrəndim ki, ən ucuz CIVIC-in qiyməti 19000 AZN-dən bahadır. Barmağımı dişlədim.
Yolu çox uzaqdı, ora bir də kimdir gedən?!
Mən maşın sürəndə maksimum səviyyədə çalışıram piyadalara yol verim, xüsusən də piyada zolaqlarında. Ancaq, mənə heç kim yol vermir. Bugün az qala maşın məni vurmuşdu. Allah o adama da, bizim hamımıza "prava" verənə də insaf versin. DYP əməkdaşlarının da yadına salsın ki, piyada keçidlərindəki insanlara yol verməməyin ən az cəriməsi 22 AZN-dir.
Allah bizə insaf verməsə də olar, DYP əməkdaşlarının yadına düşsə bu, bəsdir.
Yolu çox uzaqdı, ora bir də kimdir gedən?!
Mən maşın sürəndə maksimum səviyyədə çalışıram piyadalara yol verim, xüsusən də piyada zolaqlarında. Ancaq, mənə heç kim yol vermir. Bugün az qala maşın məni vurmuşdu. Allah o adama da, bizim hamımıza "prava" verənə də insaf versin. DYP əməkdaşlarının da yadına salsın ki, piyada keçidlərindəki insanlara yol verməməyin ən az cəriməsi 22 AZN-dir.
Allah bizə insaf verməsə də olar, DYP əməkdaşlarının yadına düşsə bu, bəsdir.
Mən əgər Bakıda yaşamasam blogda yazdığım yazıların heç olmasa emosiyaları fərqli olardı. Bu qədər hirslə, qəzəblə, bəzən ürəyim yana-yana yazmazdım. Heç vaxt sevmədiyim Bakı indi məni lap çox sıxır, elə gədərəm burdan, elə gedərəm. Bizim bir iş yoldaşımız gəlmişdi İstanbuldan, rayonlara getmişdik, yolda da zarafat edirdik ki, "təyininizi verəcəyik Bakıya", Yevlax şəhərində dedi ki, "Madem tayinim buraya çıkıyor, en azından Yevlak olsun, Bakü olmasın lütfen".
Hələ gör Zaqatalanı görsə nə deyərdi bizimki.
Hələ gör Zaqatalanı görsə nə deyərdi bizimki.
Bayaq insafdan danışdım, amma "Allah insaf verməsə də olar" dedim, YOX OLMAZ!. Axı çiynində "poqon" olan hamı normal həyatda olduğu kimi olmur, eləbil bu "poqon"a nəsə yükləyiblər, onu bizimkilərin çiyinlərinə qoyan kimi hamısı dəyişir. Qəribə işdir. Bir də vazifə biraz belədir. İkisində də, nəsə tilsim var, başa düşə bilmirəm ki, bilmirəm.
Ən yaxşısı, Allah hamımıza insaf versin. Yoxsa xarabdı vəziyyət, çox xarab.
Ən yaxşısı, Allah hamımıza insaf versin. Yoxsa xarabdı vəziyyət, çox xarab.
4 comments:
A kişi gözlə gələk çıxaq sonra yaz da :)
Amin !...
Rustem men Bakiya teze gelende neqliyyatda en cox narahat oldugum sey, masinlarin signallari idi. Bir balaca propka olan kimi hami baslayirdi signal vermeye. Son vaxtlar nese elebir bu azalib. Bu heqiqeten de azalib ya men oyresmisem ona gore. Eger azalibsa, demeli diger meseleler de duzelecek. Eger men oyresmisemse demeli diger seylere de oyresmek olar zamanla... Neyse ki, sozumun cani getme. Getsen de uzaga getme tez qayit gel.Sen bize lazimsan..
Ya her sey duzelecek, ya da biz oyreseceyik.
Onda da problem qalmayacaq:)
Bu siqnal məsələsindən heç danışma. Bir çox şeyə öyrəşmişik. Avtobusların sürüşünə, siqnallara, avtobusda insanların davranışlarına, dövlət idarələrinin hoqqalarına, və.s öyrəşirik yavaş-yavaş. Tıxaclarda siqnal azalıb, çünki bəziləri artıq başa düşməyə başlayır ki, özünü öldürsə də qabaqdakı maşın hərəkət edə bilməyəcək. Bircə qırmızı işıq yana-yana siqnal verməyin axmaqlıq olduğunu da bəziləri başa düşsə əla olar.
O qədər başa düşmədiyimiz şey var ki, Müzəffər..İnşallah düzələrik..Başqa nə deyək ki?!
``KURANIN EDEBI ILE EDEPLENMEYEN ZAMANIN SILLESIYLE TEDIB OLUNACAKTIR...``
BIR DE ``IHTIYAC MEDENIYYETIN USTADIDIR`` DEMIS USTADIMIZ.......
Buradan cixan netice:
1. Insanlar zamanla oyrenirler... dogru yolda getmeyince silleni yeyirler qulaqlarinin dibine....dogru yolda getmemenin belasini cekirler ve dogru yolda getemenin ZERURETİNİ DERK EDİRLER... agillari baslarina gelir...
2. Medediyyetin (sivilizasiyanin) ustadi ehtiyacdir.... Ehtiyac olacaq ki sivilisasiya medeniyyet olsun...
lENIN ``K. MARKS`` ADLI KITABINDA BUNU DEYIRDI:``AZADLIQ ZERURETI DERK ETMEK DEMEKTIR, ZERURET ISE DERK EDILEMDIKCE KORDUR``
Tehlil: bir seyi basa dusmek. onu istemek ç elde etmek ucun o zerureti derk etmek lazimdir.....
o zeruret ise derk edilmedikce kordur.... hec bir seyi gormur idrak etmir vs....
NETICE demek ki zamana ehtiyacimiz var....
amma bu zamanda da yatmaga degil
calismaga
calismaq ucun de herkesin imkanlari var....
mesele qonsu otaqdaki Resadla sen ilgilenmedigin muddetce bu isler olmayacaqdir....
``ANLADİN SEN ONU`` BURHAN DEMİS (AVRUPA YAKASİ)
Post a Comment