Yazını əvvəlcədən silsilə şəkildə, iki hissədə yazmağı fikirləşmədiyim üçün, bitirdikdən sonra ayıra bilmədim. Mənə elə gəldi ki, qopuqluq olur. Ancaq, mən yenə də ayırmışam, birinci hissəni oxuyub axıra çatdıqdan sonra maraqlı gəlsə ikinci hissəni də oxuyarsınız, gəlməsə də nəyi xoşunuza gəlmədi deyərsiniz ki, mən də əksikliklərimi düzəldim. Bu yazını yazmağı iki aydan artıq müddətdir fikirləşirəm və Businessweek, Newsweek, autoblog, motortrend, Consumer Reports kimi böyük nəşrlərin 2005 sonrası arxivini qurdalamışam bunun üçün. Bütün yazılarımda olduğu kimi, axıcılıq və sistem yoxdur.
Hissə 1
Hamı hamıya “vs”dur bu bazarda. Bir iki dənə xırda, əl ayağa dolaşanlardan başqa. “Milçək bir şey deyil, ama ürək bulandırır”. Milçəklər kimlərdir? Infiniti, Acura, SAAB, Volvo...
Yəqin ki, aydın oldu söhbət kimlərdən gedir. Çoxdandır yazmaq istədyim mövzuya bugün girməyə axır ki, özümü hazır hiss edirəm. Çox çatışmazlıqları olsa da, yazmaq lazımdır ki, çox da uzanmasın. Audi vs BMW vs Mercedes vs Lexus. İstəyirsinizsə sıranı siz dəyişdirin. Əlifba sırasına görə də yerləşdirə bilərsiniz, ancaq səhv olan yegənə “vs” sıralaması elə əlifba sırasına görə düzməkdir.
Markalar haqqında çox məlumat verməyəcəm . İstəyən girib hər yerdən detallı məlumat əldə edə bilər. Mən əsas rəqabətdən danışacam.
Premium avtomobil bazarında tarixən Mercedes hakim olub. Markanın tanınmasında da yəqin ki, bütün dünyada ilk sıradadır. Hələ mən Sovet dövrünün körpəsi olan vaxtlarda Mercedesin və Fordun adını tanıyır, logosunu bilirdim. Kəndə gedib soruşsan, bəlkə də nənələr də Mercedes adını eşidiblər. Çünki köhnə “yeshka” və “çeşka”lar gedib onların həyətinə qədər çıxıblar. Ancaq, məsələ orasındadır ki, artıq Merecedesin üstünə elə güclü hücum çəkilib ki, işlər xeyli çətinləşib. Artıq, BMW var, Audi var və son vaxtlar açıq aşkar CEO səviyyəsində “Biz Mercedeslə yarışırıq” deyən Lexus var. Bütün dünyada bazar payı ilə lider olan Mercedes, azalan satış, azalan gəlirlər, itirilən payları fikirləşir. Amerikan bazarında Lexus daha münasib qiymətlə payı ələ qaldı. Amerikan üçün əsas rahatlıq, genişlik və o avtomobilin istifadə yararlılığı vacibdir. Amerikan Avropalıdan fərqlidir. Lüks Lexusu qoyub, çox bahalı Mercedes almadı Amerikan. Əlbəttə, prestij cəhətdən BMW, Mercedes və hətta Audi Amerikan bazarında Lexus-dən öndədir. Məsələlərə həmişə sırf marketing durbinindən baxmaq olmaz, gərək finans tərəfinə də baxaq. Lexus çox satır, çox qazanır.
Avropa bazarında isə Lexus satışları 100% artış göstərsə də, səmərə nisbətini də nəzərə almaq lazımdır. Satışları nə qədər artsa da Lexus hələ Alman divllərinin yanında Alman diyarında cücə kimidir. Almanların öz arasındakı rəqabət, Mercedes, BMW və Audi arasındakı inanılmaz rəqabət o qədər maraqlıdır ki, kənardan baxmaq da ləzzət edir, hələ bunun içərisində olsan gör nə qədər böyük həzz alarsan. Mercedes bütün bazarlarda olduğu kimi, Avropada da “65 yaşına çatmış” kişidir, ancaq bu “qoca” arada qaçır, arada özünü ağır aparır. Bundan əlavə 2006-cı ilin məlumatlarına əsasən avtomobil istehsal maliyəti Mercedes-ə BMW-yə nisbətən 2000-3000 USD bahaya başa gəlir. İşi çətindir Merdecesin. E class modellərində 50% keyfiyyət probleminin ortaya çıxması isə dizini biraz da bükdü (J.D.Power and Associates). Demək olar dünyada elə bir bazar yoxdur ki, orada Mercedesin işləri tam istədiyi kimi getsin. Bəlkə də ən yaxşılarından biri elə Azərbaycan bazarıdır (AutoStar üçün Grey Import problem olsa da...!).
Çində Audi fırtına kimi əsirdi. Bilirsiniz ki, Çin qanunlarına əsasən orada istehsal etmək istəyən hər hansı bir marka mütləq yerli istehsalçı ilə əməkdaşlıq etməlidir. Audi də orada istehsal etdiyi modellərlə inanılmaz dərcədə yüksək satış rəqəmlərinə çatıb. Ancaq, 2006-nın sonlarından etibarən BMW-də orada istehsal etdiyi modellərlə Audi-ni gərgin rəqabətət məcbur etməyə başlayıb. Mercedes isə Çində də istədiyini edə bilmir. Rusiya bazarı haqqında da məlumat vermək olar, əgər detallı məlumata ehtiyac olsa, mən bir məqama toxunmaq istəyirəm; BMW müştərilərini idmana üstünlük verən, dinamik, sürüşdən zövq alan insanlar olaraq tərif edir, Audi CEO-su "Bizim müştərilərimiz bütün ölkələrin intellektual, mədəni insanlarıdır" dedi, Mercedes-in isə belə bir müştəri tərifi yoxdur, onlar "kıroyum, ama param var" çərçivəsindədirlər məncə və yenə məncə bax Mercedes-in bütün dünyadakı probleminin kökündə bu durur.
Hissə 2
Bazarlara girmək istəmirəm, yazı onsuz da uzun olacaq, çox da uzanmasın. Ona görə də, əsas yazılmalı olan “əsas”dır, “öz”dür. Əsas yazılmalı olan Mercedesin bütün dünyada premium qiymət siyasəti (Mercedes bütün dünyada istənilən modelinin rəqibin müvafiq modelinə nisbətdə ən azı 5% baha olması strategiyasını tətbiq edir. Əgər səhvim varsa, Mercedes rəsmi nümayəndələrindən düzəltmə edən olsa minnətdar olaram) tətbiq etməsi, BMW-nin “Ultimate Driving Pleasure”da doğurdan da mükəmməlləşməsi, Audinin yeni texnologiyalar və “Beauty on Wheels” ilə bütün dünyada çox sürətlə inkişaf etməsi, Mercedesin mühərrik istehsalında və mühərrik texnologiyalarında əzəli rəqiblərin, BMW və Audin-nin, hətta Lexus-un gerisinə düşməyi və.s-dir.
Axırı necə olacaq? Bilmirəm, ancaq ehtimal verirəm ki, Audi bu sürətlə davam etsə ya premium sinifin bir nömrəsinə çevriləcək və ya BMW-nin arxasında duracaq. BMW isə indinin özündə yan güzgülərdən arxasadn sürətlə gələn, gözəl, dinamic Audi-ni görüb titrəməyə başlayıb. Bəzi bazarlarda isə BMW Audi-yə arxadan baxır. Bəlkə də, “marqat” da eləyir.
Avropa bazarında hələ də tamam “premium” ola bilməyən Lexus “h (hybrid)” ilə özünün müvqeini dəqiqləşdirmək üçün çalışır. Petrol qiymətlərinin uçduğu dövrdə Lexus başa düşür ki, Amerikan bazarı üçün istehsal olunan modellərlə Avropada yarışmaq olmaz. Ona görə də LS460h, RX350h və başqa “h” modellərlə özünə müştəri axtarır. Ekologiyaya əhəmiyyət verən Avropalıları özünə cəlb edir. Green Premium marka!. Lexus başa düşür ki, dünyada dizel mühərrikin ən mükəmməlləri BMW və Audi ilə Avropada rəqabət çox çətindir. Üstəlik bugünə qədər davam edən səhvini də düzəldir. O səhvi ki, gözünün qabağında Audi Amerika bazarında etmişdi; Lexus ötən ilə qədər Toyota dilerlərində satılırdı. Corolla-nın, Yaris-in yanında dururdu GS, LS kimi modellər. Ancaq, ən pisi isə odur ki, Land Cruiserlə LX 470 yan-yana dururdu. O Lexus ki, Yapon bazarında “Eyni maşını Toyota-dan daha ucuza ala bilirəmsə, niyə sırf Lexus olduğu üçün 10 min artıq verim?” məntiqindən qalıb küncdə. İndi başa düşdü səhvini və yerləri ayırdı, artıq Lexus Toyota-nın yanında durmur. Audi də, Amerikan bazarında VW salonlarından istifadə edirdi. Orada da, Golf-un yanında A3 dayanırdı. Bunun əlbəttə finans tərəfləri düşünülmüşdü, ancaq bu qədər böyük yönəticilərin uzun müddətdə bu siyasətin problemli olacağını düşünməməsi maraqlı gəlir. Çox maraqlı fakt isə pdur ki, Lexus-un Avropada olan vəziyyəti demək olar Amerika bazarında Audi-nin vəziyyəti kimidir. İkisinin də satışları aşağıdır, ancaq artım tempi yüksəkdir. Lexus-un hələ də düzəltməli olduğu çox vacib digər məsələ isə, Toyotavarı modelləri artıq istehsaldan qaldırmaqdır. Buna əslində başlamışdırlar, sedanlarda və RX seriyasında bu hiss olunur, bunu ediblər, ancaq heç gözləmirdim ki Yeni land Cruiser-lə yeni LX570 tamamilə eyni olsun, dəyişiklik gözləyirdim, ancaq yanıldım.
BMW iki ildir ard-arda ən yaxşı mühərrik mükafatları alır, hətta Subaru-nu da qabaqlayıb (artıq gözəllik yarışında deyil BMW). Mercedesin isə bir dənə də olsun bu tipli uğuru yoxdur. Yeni C segment ilə özlərinin dili ilə desək “kök”ə qayıtmaq istəyən Mercedes-in işləri çox çətindir. Əslində Mercedes, işlətməyi çox sevdiyimiz “core competence” prinsipini biraz unutmuşdur, C ilə buna təkrar dönmək istədi və hələlik yazılanlara görə bunu bacarıb da. Məsələ budur ki, Mercedes “sportness”ə baş qoşdu, bu cəhətdən BMW və Audi ilə rəqabətə başladı və ortada yaddan çıxan “comfort” oldu. Mr. Zetsche özü bunu etiraf etmişdi və məhz bununla Mercedes təkrar “öz”ünə döndü. Əlbəttə, bu o demək deyil ki, Mercedes idman üstünlükləri olmayan markadır, xeyir, Mercedes bu istiqamətdə də çox güclüdür, ancaq bu onun əsas işi deyil və sayısız-hesabsız Mercedes modelləri (Mən avtomobilləri demək olar ki, yaxşı tanıyıram, ancaq Mercedesin əsas A, B, C, E, S, ML, GL, R seriyasından başqa digərlərinin başını ayağını bir yerə yığa bilmirəm. Başqa boyük markaların modellərini gecə bir arxa faradan tanısam da, Mercedesin adlarını çəkmədiyim modellərini heç gündüz də düzgün ayırd edə bilmirəm və mənim gözümdə bütün Mercedes modelləri eynidir, heç fərqləri yoxdur) içərisində ona əsas uğur gətirən model sırası deyil.
Başda adlarını çəkdiyim milçəkləri niyə mən bu 4 böyüyün yanına yazmadım? Çünki, bu dörd böyüklə digərləri arasındakı fərq çox böyükdür. Nolsun ki, Infiniti-nin maraqlı dizaynı, Volvo-nun təhlükəsizliyi, SAAB-ın biotexnologiyası, Acuranın “heçnə”si və.s var. Təhlükəsizlikdə Mercedes Volvo-nu, dizaynda Audi Infiniti-ni çox gerilərdə qoyur. Ona görə də, digər premiumları yazmadım. Ancaq, bu o demək deyil bunlar və hətta Nissan, HYUNDAI, Toyota, VW kimi markaların premium modelləri də dörd böyük premium markanın bazarına təsir etmir. Edir əlbəttə. Bilirsiniz, başa qayıtmasam olmur; “Milçək bir şey deyil, ancaq ürək bulandırır”. Teana Çin-də Audi-nin əlimdən pay almağı bacarıb hətta, Genesis münasib qiyməti ilə yaxşı satış edir və.s.
Yazını hələ də çox maraqlı məqamlarla uzatmaq olar, amma yaydır, istidir, heç kimin hövsələsi yoxdur ki, otursun oxusun.
10 comments:
Statistika hərdən çox bilir, sadəcə rəqəmlər düzülüşü deyil. Hələ də peşmanam ki vaxtında tam bacardığım qədər oxumamışam. Şərqiyyə müəllimə yadınızda? İlk XİQ-dən burada dərs deyir. Nəysə...
Aşağıda analiz üçün öz versiyamı təqdim edirəm
Əgər, mersedesin və yuxarıda sadaladığınız 3 şirkətin ötən illərdə (tutalım 5, 10,15 il əvvəl) bazar payını tapmaq olsa. Mən aşağıda 2 hal yazmışam, hər ikisində əvvəllər bazarda Mersedesin dominant olduğunu fakt kimi götürmüşəm.
1. Əvvəlki illərdə mersedesin bazar payı digərlərindən fərqlənəcək dərəcədə böyük olub, indi azalır amma hələ də digərlərindən yüksəkdir.
Məncə bu rəqabətin nəticəsi, normal haldır. Rəqabət heç bir markanın digərindən konkret üstünlüyünü saxlamayıb. Mers. bazar payını yalnız müəyyən səviyyəyə qədər itirəcək, o səviyyəyə kimi ki, 4nün də payı təxminən eyni olsun. Ola bilsin ki, hələ bazar itirmələri davam eləsin.
Bunun qarşısını da ki yalnız nəsə superkəşf ala bilər ki, o da çətin ki baş versin.
2. Əvvəlki illərdə mersedesin bazar payı digərlərindən fərqlənəcək dərəcədə böyük olub, indi azalıb və digərlərininkindən də fərqlənəcək azdır.
Məncə bu artıq Mersin real problemlərlə üzləşdiyinin göstəricisidir. Rəqiblər mersedesdən üstündürlər və artıq inkişafa çox diqqətlə nəzarət etmək lazımdır.
Sizin qeydləriniz və təklifləriniz də mənə maraqlı olardı.
Mercedesin en boyuk problemi bu bazarda en birinci yer almagi, ve o zaman bir prestij ile ozunu movqelendirmesidir. CHunki hemin dovr uchun bu yeterli idi, amma zamanla ashindi.. chunki tutunacaq bir reali yox idi. Prestij menevi yuk dashiyir. Neticede indi hech nesiz olmasa da, hech neye beraber movqelenmesi var. Mercedesin hele chox dushme ehtimali var. En azindan indinin cavan nesli 65lerinde ve en pullu hallarinda olanda artiq onlar uchun Merc ehemiyyetli ve prestijli olmayacagini dushunmeye bashlamalidi Daimler Crysler.
Ne ise.. Yazi ela.. Lezzet eledi, mashin bazarini ne qeder sevdiyimi xatirlatdi.. :)
Fikirlərinizi bölüşdüyünüzə görə hər ikinizə çox təşəkkürlər.
Şərqiyyə müəlliməni xatırlamıram, mənim xatırladığıma görə biz başqa kişi müıəllimdən statistika görmüşük.
Mercedesin vəziyyəti acınacaqlı deyil. Şirkət nə böhranda deyil. Satışlarının artmasındakı faiz nisbəti isə yenə səmərəlilik nisbətinə də əsaslanır. 100-dən 120-yə qalxmaq, 5-dən 10-a qalxmaqdan daha üstündür. Lexusun nümunəsində bunu görmək olur.
Bazar payına görə Mercedes hələ də ümumi dünya bazarında liderdir premium sinifdə. əlbəttə ölkə bazında dəyişir bunlar. Ancaq, BMW və Audi inkişafı, yenilikləri qarşısında çox passivdir. AMG-lərlə bazarı doldurmaq bir şey ifadə etmir. Aygün xanım düzgün qeyd edib ki, "bir prestij ilə özünü mövqeləndirib", o da ki, rəqiblərinin hamısı da prestijlidir. Söz yox ki, Mercedes hələ də inanılmaz böyük bir divdir. Rahatlıq, bizim millətin dili ilə desək "yumuşaqlıq" Mercedesin ən üstün olduğu yerdir. Yəqin ki, daha da möhkəmlənəcək və rəqibləri ilə arasında getdikcə daralan məsafəni açmağa çalışacaq.
Baxaq görək...
İsti olsa da oxudum... həm də necə? maraqla.. çox maraqlı yazıdır həmişəki kimi...
Uzun olsa da cox maragliydi, lezzetle oxudum:) xususen de Mercinin brand personifikasiyasi, 'qoca' sozu xoshuma geldi. Ve birden dushundum, goresen Hyundai insan cildinde kimdi?
Mercedes artig premiumlugunu itirir, bizde xususen de secondhandlerincox olmasina gore Mercedes 'xalq mashini'na cevrilib. Daha insanlarin gozunde bu mashin premium klass ucun gorsenmir, repositioning lazimdi yegin.
Oturdum oxudum, sebrim de chatdi. Inan bu qeder de olsa oxuyardim. Mahsallah!!!
Men Lexusu lider sayirdim amma artiq Rustemin bu yazi xaricindeki tekidlerini de elave etsek Audide qerar qildim :)
Rustem, birce bunu anlamadim sen premiumdan danishim niye `yetim` Jaguar ve Land Roveri kenarda qoydun...
Ela! Bele yazilardan chox olsa kash...
Salam
Məqaləni oxudum çox maraqlı idi, amma həmişəki kimi fikirlərinə tənqidi yanaşmam olacaq :)
Əvvəla konkret bir maşın brendinə və ya markasına premium demək çox ağıla sığmazdır, çünki məs: Mercedesin C 200 modeli Almanlar üçün Business class avtomobili ola bilər amma Pakistanlılar üçün premium-dan da yuxarı class! Mercedesin təzə modelləri Azərbaycan üçün həmişə premium olaraq qalacaq buna söhbet ola bilməz! Az-da Audinin secondhand avtomobilləri də çoxdur, amma bu o demək deyildir ki Audi premium class avtomobili deyil. Premium class avtomobildən danışdıqda konkret markadan yox modeldən danışmaq olar və konkret bir ölkə və hətta şəhər üçün premium class avtomobil fərqli ola bilər:
Nissan Sunny Namibiyalılar üçün premium class ola biler! Yaponların özü üçün isə " kasıb" maşını!
Yəni maşının class-ı ölkədən və modeldən (markadan yox) asılı olaraq dəyişir. Bir də ki onu deyə bilərəm ki mən 4 ildən çox işlənmiş maşını heç bir class-a aid etmirəm!
Hörmətlə,
TOD bu şərhinlə razılaşmağım çətindir biraz. Əvvəla ona görə ki, "premium marka yox modeldən danışmaq lazımdır" deyirsiniz. "Premium" içərisi dəri, DVD monitor olan, ESP olan, XENON olan maşın demek deyil ki, biz modelləri müqaisə edək. Namibiya ilə Amerika arasında fərq olsa da, Mercedeslə Nissan arasındakı yer fərqi həmişə şox böyükdür. Bu tamamilə "positioning"lə əlaqəlidir. TOD, üzr istəyirəm amma, bu mövzuda səninlə razılaşmaq olmaz:)
Premium class, ikinci əl də olsa, 8-ci əl də olsa "premium"dur. Sadəcə olaraq, məsələ gəlir çıxır satınalma davranışları, qərər vermə prosesi və satın alma krəteriyalarına. Bu isə "positioning" çərçivəsində dəyərləndirilməliri. Azərbaycanca hələ də tərcüməsini qərarlaşdıra bilmədiyimiz, gah "qəbul", gah "anlama" dediyimiz "perception" ilə əlaqəlidir premium olma və ya olmama.
Hörmətlə,
Ciao dall'Italia.
Visita il mio blog!
TEST TEST TEST TEST TEST
Post a Comment