Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jul 12, 2008

Product Cannibalisation

Product Lifcycle mövzusunu oxuyurdum. Çox sadə gələn bir məsələ idi mənə görə. Hələ də elədir. Ümumiyyətlə adlarını yadımda heçcür saxlaya bilmədyim qəribə-qəribə modellər var. Sırağagün də bir dənəsini öyrəndim;Hedgehog Principles. Boş şeydi, heç yazmağın mənası da yoxdur. Product Lifcyle da ona bənzər bir şey. Məsələ burasındadır ki, bu Marketing ki var, başını ayağını toplayıb bir torbada ora-bura daşınan şey deyil. Product Lifecycle modelinin üstün cəhətləri çoxdur və dövründə çoxları üçün yol göstərici olub. Aşağıdakı şəkildə mərhələləri gösənən bu modelin mənfə cəhətləri də çoxdur. Fikirləşdiniz yəqin ki, “hələ bir müsbətlərdən danış, sonra keç mənfiyə”. Müsbət odr ki, məhsulunu öyrənib baxırsan ki, qrafikin harasında durur. Bunun üçün də istehsal tarixinə baxıb, toplamı 4-ə bölmək yerinə, satışlara, ROI-yə, rəqabətə, mənfəətə, qiymət dəyişikliklərinə və.s baxırıq.

Müsbətləri işin standart tərəfidir. Mənfiləri isə qeyri-standart tərəfləri. Bazara girən məhsulun qiyməti yüksək olur əsasən, paylama əsasən seçimə dayanır, rəqabət az olur və.s kimi sözlər yazılır modeldə. İndi hansı bazarda belə şey var? Ancaq, fərdi istifadə üçün texnolojik məhsullara aid etmək olar bunu. Fotokameraların gündə biri çıxır və CANON 400D-nin, cəmi cümlətanı 4 ay aradan sonra 450D variantını reklam etməyə başlayır. Bax bu olur CANNIBALISATION! Giriş mərhələsində əsasən dəqiq hesablanmış hədəf kütlə nəzərə alınaraq paylama edilməlidir deyilir modeldə. Gillette Mach3-ü bu ağılla bazara sürsəydi bəlkə də uğursuz olardı.

Hazırda məhsulun Lifecycle qrafikində yerini əsas rəqabət müəyyənləşdirir. İstehsalçı rəqabətə davam gətirməlidir, bazarda pay itirməməlidir və bunun üçün də onun əlindən alınmağa çalışılan çörəyi heç kimə verməməlidir. Fikir vermisnizsə böyük istehsalçılar məhsulun bazara çıxarılma vaxtını rəqibin müvafiq məhsulunun çıxma tarıxınə görə müəyyən edir. Bəzən görürsən gözləyir ki, rəqib bazara sürsün, sonra o məhsulun inkişaf dövründə yeni məhsulunu bazara sürsün. Xüsusən də rəqib çoc güclüdürsə, bu addımı atan şirkətlər çox olur. Avtomobil bazarında bununla əlaqəli çox nümunə verə bilərəm. Ancaq, lazım deyil. Bircə onu bilirəm ki, avtomobil bazarında heç kim Corolla bazara çıxan ayda bazara kompakt sinifdən model təklif etmək istəmir. Fikirləşsəm dəqiq tarixinə qədər bəzi nümunələr verə bilərəm. Yadınızdadırsa Gillette Schick bazara 5 ülgüclü üzqırxan çıxaranda kannibalizasiya etmişdi. Schicki yumurtadan çıxmamış əzmişdi. Bax buna deyərəm strategiya.

Bayqda nala-mıxa vura-vura gəlib demək istədiyim. Ancaq hələ də deyə bilmədiyim odur ki, modellər standart deyil, üstündə işləniləsi çox şey var və bu modellərə ilişib qalmaq lazım deyil. Beyin daim işləməlidir ki, özünəməxsus modellər çıxarsın ortaya. Lifecycle modeli də bunlardan biridir. Bazara çıxardın dizləri yırtıq cins, sonra baxdın ki, rəqib arxası yırtıq çıxartdı və heç kim sənin dizi yırtığını geyinmir. Neynəyəcəksən? Durub hər halda, fikirləşəsi deyilsən, ilk işin maknialarını buna görə tənzimləmək və dizaynerdən dizayn tələb etmək olacaq. Vəssalam.

İmkan olmadı bu modelin başqa əksikliklərinə də girməyə, ama gələcəkdə yenə qayıdacam.

2 comments:

Anonymous said...

Thanks to the owner of this blog. Ive enjoyed reading this topic.

Anonymous said...

Salam Rüstəm, bloqunuzda deyəsən spamer-lər yuva salmağa başlayıblar.
PLC maraqlı mövzudur, amma texnoloji məhsulları belə qırağa qoysaq, nəzəriyyə/praktika məsələsində bəzən uyğunsuzluqlar olur. Bu elə bir qanun deyildir ki, bütün istehsalçılara hansısa konkret tərzdə təsir eləsin. Hər bir istehsalçı, özü hər bir dövrün davamlılığına təsir etmək gücündədir.
Cannibalisation-ın məncə bizdə olan ən yaxşı nümunəsi mobil telefonlar bazarıdır. İndi vəziyyətdən bir az xəbərsizəm, amma bir neçə il əvvəl elə olurdu ki, bir il ərzində məhsulun qiyməti 3-4 dəfə düşürdü.

Məncə avtomobil bazarından nümunə gətirməkdən kəçinməməlisiniz, oxucu üçün nümunələr hərdən tam başa düşməkdə faydalı olur, həm də sizdə maraqlı alınır.

Hörmətlə