Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 23, 2008

Nolsun ki bilirəm?

Neçə gündür qaça-qaçdayam. Amma, bu qaça-qaçda beynimdə fikirləşdiyim iki mövzu da var idi. Vüsalla görüşməmizə qədər indi yazdığım mövzunu ikinci sırada fikirləşirdim. Sonra fikir dəyişdi. Çünki avtomatik olaraq beynimi daha çox bu mövzu məşğul etdi. Fikirləşdim görəsən nəyisə bilmək və onu hiss etmək, onu yaşamaq arasındakı fərq nədir? O qədər şey var ki, bilirəm, amma ya bacarmıram, ya imkan yoxdur deyə reallaşdırmıram, ya ümumiyyətlə bu mənim üçün mümkünsüdür. Mən elə gəlir ki, çoxlarımız üçün bu belədir. Marketinglə əlaqəli də eyni söz deyilə bilər. Əvvəlcə başlığı “Marketingi bilmək və marketingin nə olduğunu bilmək” kimi yazmışdım. Bax bu da misallardan biri. Management və İqtisadiyyat oxuyanların çoxu, marketing dərsi keçənlərin hamısı, “bu marketing nə olan şeydi axı durub oyturub millət bundan danışır” sualını soruşan hamı Marketingin nə olduğunu az çox bilir. 4P və ya 4P+P+P bilir və bəlkə də 4C də bilir. Nolsun ki? Bunu mən də bilirəm. Bilmək doğurdan da asandır. Bu tək Marketingə aid deyil, riyazi elmlər olsun, sosial elmlər olsun hamısında onunla bütünləşmə olmalıdır məncə. Mükəmməllik üçün bu olmalıdır. Biz tələbə olanda növbətçilik sistemi ilə yemək bişirirdik. Yeməyin nə olması çox da vacib deyil, amma o yeməyi həvəslə və ürəklə bişirməyənin yeməyi heç vaxt ürəyə yatmırdı. Nolsun ki, mədəmizdəki üsyanı yatırırdıq. Elm də onun kimidir məncə. İş də onun kimidir. Marketing başda olmaqla. Marketingdə maraqlı bir cəhət var; burada həmişə qarşılıqlı ünsiyyət şərtdir, analizlər, rəqabət strategiyaları, qiymət qoyma və qiymətin idarə olunması və.s və.i hamısının başlangıc nöqtəsində ünsiyyət durur. Bu mənə görədir. Müştəri durur. Müştəri ilə ünsiyyət durur. Onunla bütünləşmə durur. Kotleri əzbər, Levitti 99% bilsən yenə də mənasızdır, əgər müştəri ilə bütünləşmirsənsə. Mən demirəm ki, müştərini qaldır qoy təpənə, mənfəətindən keç ki, müştərini məmnun etmək lazımdı, YOX! Pulsuz müştəri məmnuniyyəti olar? Olmaz! Yəni mənə görə Marketingin daha çox məntiqə dayanan tərfəi finansal baxış, ürəyə dayanan tərəfi isə müştərilərlə bağlıdır. Bunun baltanı kökdən vurararaq qəbul etməyin.

Biraz klassikləşmiş də olsa mən də fikirləşirəm ki, əgər ortada bir eşq olmasa heç nəyin ən yaxşısı olmaq mümkün deyil. İçində insanlara qarşı bir eşq olmasa necə yaxşı həkim ola bilərsən? Mənə görə mümkün deyil ! Resept yazan robot kimi birşey olarsan! İçində insanlara qarşı eşq olmasa necə mükəmməl avtomobil dizayn edə bilərsən? Mümkün deyil! İçində uşaqlara qarşı eşq olmasa necə müəllim ola bilərsən? Mümükün deyil. İçində insanlara qarşı eşq olmasa necə yaxşı Marketolog olarsan? Mümükün deyil, deyil çünki, sən onu başa düşməlisən, girməlisən onun içinə, nəyi nə vaxt istədiyini bilməlisən deyil, nə qədər araşdırma aparırsan apar, onunla təmas olmasa, onunla qarşılıqlı ünsiyyət olmasa mümkün deyil. Avtomobillər tamamilə insan əlinin məhsuludur, onu dizayn edən mühəndis, daha da əvvəlində onun ilkin çizgilərini çəkən müəllif və.s hərəsi ona bir hiss qatırlar. Bu əslində bütün məhsullara aiddir. Mən avtomobildən yazıram, çünki onları sevirəm. Hər bir avtomobildə neçə dənə insanın hisslərindən, həyatından parçalar var. Nolsun ki robotlaşmış zavodda istehsal edilir. Bunun marketingi də elədir. Hiss etməsən quru sözdən başqa heçnə çıxmır ortaya. Hətta, bəzən iki insan iki fərqli hiss duyur onda və burada marketing fəaliyyətlərində də müzakirələr genişlənir. İnternetdə nə qədər şəkillərinə baxırsan bax, nə qədər texniki özəlliklərini oxuyursan oxu, heç olmasa bircə dəfə də olsun içərisinə girib oturmasan, ona toxunmasan hiss etməyin mümkün deyil. Marketingi bilmək doğurdan da, marketingin nə olduğunu bilməkdən çox fərqlidir. Mənim haqqında çox bəhs etdiyim İsmail KAYA hocam, marketingi bilən adamdır. Ona baxanda inanın bunu o dəqiqə hiss edir insan. İsmail hocama görə bu dünyada hərşey elə Marketingdir. Kaş mən də elə ola biləydim.

Bu yazını indi oturub söykəndiyim dirəyin dibində yazıram. Aeroportdayam. Oturmağa yer olmadı, kurtkamı qoydum altıma oturdum divarın dibində. Ürəyimə gələn bu olduğuna görə də bunu yazdım. Mən işin içərisində eşq olmayan heç bir uğurun var ola bilməyəcəyinə inanıram. Geri qalan hər şey, ama hər şey texniki işlərdir, ən başda hisslər, ünsiyyət və ondan yaranan eşq olmalıdır. Bunun adına eşq demirsinizsə başqa bir şey deyin.

Mən eşqin nə olduğunu bilən deyiləm, teorisindən anlamıram, hiss etdiyim hər şeyə ad da qoymuram, ama buna eşq dedim.

5 comments:

Vüsal Qəmbərov said...

Rüstem ela heqiqeten...

Yeni aeroport kimi (özü de yeqin Atatürkde:)) hissiz ve ses küylü bir yerde insan üreyini bele boşalda biler ancaq...

İşini sevmek o işde uğura nail olmaq üçün hem zeruri hem kafi şertdi... Kafi olduğunu bele deyirem... Marketinqin işi ise insandı. Bax men insanları senin sevdiyin qeder seve bilmirem. Ona göre de menden marketinqçi olmayacaq.

Amma senin bu marketinq eşqin ve insanları tanıma hevesin...

Yazıya ise söz yox...
Bunu yazmağa mennen söhbetden sonra qerar vermeyine ise sevindim... İşe yaramağa başlayıram. Bloglardan başladıq buna da:)

Aygün İslamzadə said...

Eshqdir mehrabi uca goylerin,
Eshqsiz ey dunya, nedir deyerin?
:)))

Rüstəm Məmmədov said...

"Marketinqin işi ise insandı. Bax men insanları senin sevdiyin qeder seve bilmirem. Ona göre de menden marketinqçi olmayacaq." bunun axirina bir smaylik qoyaydin ay Vusal....

Yazini beyenmeyinize sevindim..Aeroprotda ancaq bele yazi yazilar. Arashdirma yox, inceleme yox. sadece ureyinden kechenleri yazarsan..

Hormetle,

Vüsal Qəmbərov said...

Rüstem qadası smayliki zarafat eliyende qoyallar da... Ciddi sözün arxasında smaylik olmaz ki...

Deyirem menim niye üreyimden keçmir e bele şeyler... Resept ver de Rüstem...

General Contractors Elizabeth said...

Good poost