K: Neçədə çıxmısan evdən?
Q: Yeddinin yarısında. Bir turist əncir yarpağını oğurladı. Səni oyandırmaq istədim.
K: Səndən ötrü indidən darıxıram
Q: Başqa şeyidən ötrü lap darıxacaqsan. Hamama baxmısan?
K: Niyə ki?
Q: Paco Rabbane parfümünü götürdüm.
K: Onu neynirsən? San Franciskoda saxladığın gizli sevgilinə verəcəksən?
Q: Bu gecə yatağa girəndə vücuduma sürtəcəm, sonra səninlə əlaqəli hər şeyi və dünənki gecəni xatırlayacam.
K: Səsinin məni nə hala gətirdiyini hiss edirsən?
Q: Xəyal quran tək sən deyiləsn. Kəsməliyəm. təyyarəm qalxır. Anonsu edildi.İknci gün gələcəm. Sənə nə gətirim?
K: Paco Rabbanemi, birdə əncir yarpağı.
(O dəqiqə bilinir ki, Azərbaycanlı fikirləşməyib bunu. Elə olsaydı yataqda qoyub gedən kişi olardı:)
Dolce-nin bu yay istifadə etdiyi reklam isə bütün dünyada qadınların etirazına səbəb oldu;maçoluğa təşviq ittihamıyla. Reklamlardan nümunələr qalsın, müzakirəyə və başqa yazılara.
Yazını yazmaq üçün əslində "kaş elmi araşdırmalar tapaydım"dedim. Onu İstanbulda araşdıracam, tapsam yenə qayıdacam mövzuya. Ancaq, hələlik sərbəst agent MediaAnalyzer Inc.-in araşdırmasına əsaslanacam. 2003-cü ildə aparılan araşdırmalar əsasında CEO Karsten Weide “Sexdən istifadə ilə kişilərin satınalma meyllərini artıra bilərsiniz, ancaq bunun bədəlini də ödəyəcəksiniz;marka imici zədələnir. Böyük, əsasları oturmuş markalar ola bilsin ki heç ziyan görmür, ancaq markalaşma dövründə bu məsləhətli deyil” demişdi.
Ümumiyyətlə bütün araşdırmalarda kişilərin marka xatırlamaları, marakaya aid simvolları xatırlamaları qadınlara nisbətdə daha aşağıdır. MediaAnalyzer araşdırmasından da bu nəticə çıxdı. Araşdırmanın rəqəmlərini aşağıda oxuyacaqsınız. Ancaq, mən yenə də çıxan əsas nəticələri yazım: Sexual reklamların kişilərin və qadınların xüsusən də vizual xarırlamaları üzərində təsiri çoxdur. Kişilər sexual görüntülərə qadınlardan daha çox diqqət yetirir (çılpaq bədən, baldırlar, sinə, dodaq və.s). Kişilərdə bu reklamı bəyənməni, məhsulu bəyənməni, satın alma meylini artırsa da sexual reklamlar, markaya diqqəti azaldır. Marka unudulur. Məhz bu səbəbə görə bütün araşdırmalarda kişilərin markanı xatırlama nisbəti qadınlardan aşağıdır. Qadınlar isə əksinə sexual reklamları bəyənmir, istəmir. Kişilərin çoxu sexual reklamların cəmiyyətin əxlaqının və mövcud sisteminin zədələnməsinə təsirini qəbul etmir. Qadınların isə 58%-i reklamlarda həddindən çox sex istifadə olunduğunu və bunun sosial münasibətlərin çokməsində rolu olduğunu (40%) düşünür.
İndi isə bəzi rəqəmlər:
Sexual reklamları xoşlayıram-Kişilər 48%, Qadınlar 8%
Sex istifadə olunan reklamlar məni malı almağa məcbur edir- Kişilər 8%, Qadınlar 3%
Sexual reklamlar məni o mala heç olmasa baxmağa məcbur edir- Kişilər 63%, Qadınlar 28%
Reklamlarda həddindən çox sex istifadə olunur- Kişilər 29%, Qadınlar 58%
Reklamlarda sex əxlaqə mənəvi dəyərlərin korlanmasına səbəb olur- Kişilər 20%, Qadınlar 42%
Reklamlarda istifadə olunan qadın modellər qadını alçaldıcıdır- Kişilər 14%, Qadınlar 34%
Reklamlarda istifadə olunan kişi modellər kişini alçaldıcıdır - Kişilər 7%, Qadınlar 21%
Sexin çox istifadəsi əslində əxlaqı mənəvi dəyərlərin korlanmasının işarəsidir- Kişilər 20%, Qadınlar 43%
Reklamlara sexin istifadə olunması əslində bizim öz bədənimizlə və sexual qabiliyyətimizlə təbii münasibətimizin ifadəsidir- Kişilər 28%, Qadınlar 14%
Sexual reklamlardakı markanı daha çox xatırlayıram- Kişilər 33%, Qadınlar 11%
Uşaqların böyüməsində sexual reklamların təsirləri pisdir – Kişilər 24%, Qadınlar 44%
Maraqlı olan isə odur ki, kişilərin “bəli sexual reklamdakı markanı xatırlayıram”demə nisbəti 33% olsa da, testlərdə bu cəmi 9.8% olaraq müəyyənləşdirildi. MediaAnalyzer bunu “vampire effect”adlandırıb. Sex vampirdir, dişləyir və bəlkə də....
Bu araşdırma Amerikda aparılıb. Azərbaycanda çox daha fərqli nəticələrin çıxacağına inanıram, daha dogrusu gözlənilməz nəticə ola biləcəyi kimi, gözlənilən ancaq çox yüksək nisbətli rəqəmlər də çıxa bilər ortaya. Bir igid çıxsın, araşdırsın bunu.
Reklamlarda cinsəlliyin istifadəsinin əslində müzakirə dairəsi çox genişdir, necə ki forumda müzakirə olunur. Ancaq, buna çox fərqli aspektlər qatıla bilər. Yazmağa hələ çox şey var bu mövzuda. Erotik "balans"ın necə tənzimlənməsi də xüsusi əhəmiyyətlidir. Məsələn, GUCCI-nin mənim köhnə yazımda yerləşdirdiyim reklamı , yoxsa Dolce&Gabbana-nın reklamı daha çox diqqət çəkir? Hətta, kişilərin mi, yoxsa qadınların mı diqqətini çəkir?
Xalam yazıq mənə ona görə "Nəslimizin ən utanmaz adamı" deyir eee....
18 comments:
Rüstem biyabır olduq:) Sen neler yazırmışsan:)))
Artıq sex'in marketinqde istifadesi tıxanır... Kim ne deyir desin. Düzdü biz hele teze teze başlamışıq ve çox da istifade olunacaq... Amma tez tükederik inşallah...
Bir de senin o marketinq ve... yazında Gucci reklamı yoxdu. Belke Sexual Gucci demek istemisen?... O yazın menim çox xoşuma gelmişdi... Daha doğrusu Guccinin ağıllanmağı...:)
Yaizn gelishi Rustemin bloqunda hiss olunur.. :)
Men de o 8%-e daxilem deyesen, seksual reklamlari sevirem, amma anam atam yanimda olmayanda.:)
Rüstəm super, Maraqlı mövzuya toxunmusan.
Bizim Millətin buna daha çox marağı var, amma ki Mentalitetimiz və Qanunumuz buna imkan vermir.
Buna görə də İlluziyalardan istifadə etmək olar.
BUna nümunə mən öz wap saytımda apardığım sıxa araşdırmanı nəzərinizə çatdırım. Belə ki saytımda Videolar bölməsinda artıq 2-3 ay olar ki "11 yashli qiz" adlı video çarx 1ci yerdədir. Əslində burada 11 yaşlı qız Mahnı oxuyur onu göstəriblər. Amma adının cəlbedici olması o faylın çox yüknənməsinə gətirib çıxardıb.
Oxşar cəlbedixi sözlər fikirləşib reklamı daha cəlbedici etmək olar.
Sexin Marketingde istifadesinin tixanmagini deye bilmeyecem Vusal, amma evvelki illere , xususen de 80-ci illere nisbetde methodlarda deyishme hiss olunur. Amma, en esasi odur ki, tesiri chox azalir. Butun parfum reklamlari az qala bu tiplidir, ancaq desem ki, mene bu deqiqe besh parfum reklami deyin ki, bu tipli olsun ve chox xoshunuza gelsin, belke de chetinlik cheker hami. Men elli defe baxdim parfumeri magazalsinin ichindeki resimlere bir denesi de yadim da qalmayi9b. Birce Hugo Baldessarini yadimdadir, o da sexual reklam deyil, sadece 4-5 il evvel diqqetimi chekmishdi, yene de baxdim ki yenilik var yoxsa yox...
Son illerde bunu en yaxshi istifade eden AXE oldu. Oz kutlesini nezere alsaq, ela istifade etdi.
Azerbaycanda Aygun kazimovali reklamlarla bunu etmeye chalishdilar. ayri shey bir terefe Aygun pis sechim idi:)))Arxsai qalsin...
Men shexsen bizde chox yayilmasini, xususen de achiq reklamlarin chox yayilmasini istemirem...
O yazilarin ikisi de ozumun de xoshuma gelmishdi:)))Herchend ki, onlardan bashqa xoshuma gelen cemi birce dene yazim var....
Hormetle,
Eslinde choxumuzun xoshuna gelir:))
Reshadin verdiyi numune chox maraqlidir. Ada gore click sayisi, baxma sayisinin bu qeder yuksek olmasi.
Amma,Reshad mene maraqlidir, oglanlarin ero sehneleri ile elaqeli bir sheyi chagrishdiran metn veya videolara girme ne qederdi?Yeni ki, oglanlar qizlari axtardiqlari qeder, qizlar da bunu axtarir yoxsa yox? Onu da ozunuzden misalla yazsan ela olar...Yazini qizlarla oglanlarin sexual davranishlarina getirmirem ha, sadece reklamlarda istifadesi baximindan ve yuxaridaki arashdirmani destekleme baximindan sorushuram.
Hormetle,
Səs effekti ilə əlaqədar bir fakt varımdır.
Keçən il müqaviləm olam şirkətə bir neçə ideya vermişdim.
BUnlardan iksini nəzərinizə çatdırıram.
1) qız səsi. Qız bu fraqmenti 2 dəfəyə etdi və effektinə baxın.
http://www.aliev.info/blog/SMS.mp3
2) Uşaq səsi. Uşağa bunu ən azından 5-6 dəfəyə yazdırmışdıq.
http://www.aliev.info/blog/ushaq.wav
Sonda 1 il ərzində qızın səsi demək olar ki cavanların çoxunun telefonunda var idi. Amma uşaqın səsi 1-2 qızın telefonunda idi.
Hə bir də qızların, o qız səsindən zəhlələri gedirdi. Burdan isə hər şey aydındır oğlanların belə səslərə marağı daha çoxdur. :)
Ela Reshad. Chox sagol.
Yazida muzakire olunasi bir shey yox idi, muzakire movzusu achilir eslinde...
Mesajin kime, kimden, ne meqsedle, hansi formada getmesini muzakire etmishik deflerle, ele menim 3-4 yazim var bu movzuda...Bunlar hamisi chox ehemiyyetlidir...
Yazını demeyecem (orası senin enenevi tevazundu:)) amma mövzu neinki danışılası, kitablar yazası bir mövzudu. Bu barede bir kitabı hele vereqlemişem de.. Şekiller qeşeng idi:)))
Reşad heqiqeten canlılıq getirir mövzuya. Onun forumda yazdıqları da xoşuma gelir. 11 yaşlı qız söhbeti de lezet eledi... Amma birazdan...
Rüstem tıxanmaq deyende ki, qeti şekilde sex'in marketinqden uzaqlaşdığı menasın vermediyin bilirsen bunun o heç. Amma 80den beri (bunu moda şirketleri başlatdı. İlk istifade eden adamın adını tapsam yazacam sonra, foruma yazdığım 1924 tarixli İvory Soap reklamını demirem a...) sex aktiv şekilde istifade olunur. Artıq aqresiv istifade, açıq saçıq şekillerin "gözümüze soxulması" dövrü keçir ele bil. Hamının istifade elediyi şeyle ferqlilik yaratmaq mümkün deyil axı. Netice de senin dediyin o parfüm markaları meselesine getirib çıxardır. En zirvesini Axe tetbiq eliyir ki, bundan daha aqresiv istifade münkün deyil. İş gedib Boom Chika Wow Wow'a çıxdıqdan sonra:))
O da uğurlu oldu vsyo. Hergah rus saytlarından birinde yüngül porno'nun bele istifade edildiyini gördüm reklamda. Amma artıq tükenir bunlar. Yenilik ve deyişiklik ise başlayıb. Daha çox şüurlatına yönelmek lazımdı herhalda...
Reşadın verdiyi misal ise ela nümunedi... Onun kimi belke yüzlerel cümle fikirleşmek olar. Amma "11 yaşlı qız" (imenno 11) ifadesinin bele rezonans doğurması menim heç xoşuma gelmedi... Bu 17 veya 18 olsa neyse...
Şüuraltına markanı cinsi bir terkibnen soxmağın en yaxşı yollarından ola biler logo ile cinsi elementi birleşdirmek.. Her hansı bir şekilde... Amma qarşılaşmadığımı deye bilerem. Bir dene Gucci yazında verdiyin linkde var idi bir şeyler...
Görürsen de mövzu ne qeder maraq celb eliyir. Sen de başlamısan sex'den blogunun marketinqinde istifadeye ay Rüstem :)))
Biraz uzun oldu. Day bağışlayassız:)))
He, birazdan en sexy blog yarishmasinda birincilik menim olacaq:))
Seninle raziyam Vusal. Tixanma ile neyi ifade etdiyini de basha dushdum, ele ona gore de raziyam.
Achiq sachiqliq bezi sektorlar uchun hele uzun iller davam edecek. Chox uzun iller. ancaq, bezi sektorlarda ise bu getdikce azalir, bunu chox sade basha dushmek olur. meselen ele biri avtomobil...Porschenin chox xioshuma gelen bir reklami vardi, Milanda chekilmishdi. yazilardan birinde yazmisham. Ela idi, ancaq indi olacaq deyil bu.
Shuuralti ise en effektiv olanidir, bunun onsuz da esas kutlesi kishilerdir ve kishilerin shuraltina tesir effektli ola biler.
11 Yashli meselesini dunen yazmaq istedim, amma sonra vaz kechdim. Dogurdan pis haldir. Ushaq pornosu ve buna olan axmaqca teleb:(( Pis olur adam.
salamlar mövzu ile elagesi olmayan bir meseleni sizden xahiş edecem Azerbaycanda istehsal edilen ürünlerin saytlarını.Bütün sahelerde ola biler.
Elchin sen de her defe movzudan kenar sheyler isteyirsen haaa:)))
Hech men azerbaycanda ne qeder mashin satilib onu oyrene bilmemishem hele de, yaziq gunumuze. Istehsal edileni hardan tapacaqsan ki. Azerbaycanda EMBAWOOD mebel istehsal edir, onu da Polsha mebeli adiyla satir:)
Google-dan sorush gor, belke o bile..Bir de Aygun biler:)
Rüstem tanış gelir akinol? :)
Rüstem mennen razı olmağına ise çox sevindim...
Elçin bizim istehsalçılara sehife deyende bürokratiya ucbatından ömür yarpaqlarından geden sehifeleri nezerde tuturlar:) Taparsan inşallah...
:)))
NO COMMENT:)))
Mensiz burda maraqli movzu muzakire edirsiz?!
Mueyyen saheler var ki, orada sex movzusu kecherlidir. Etir, geyim, vanna-tualet utilityleri... Yeni birbasha mehsulun xususiyyetlerine aid reklamlar.
Bele reklamlarda sex movzusu o qeder chevrilib ki, enine uzununa, artiq yenilik bu mehsullarin reklaminda sexden qachib onun tam eksi olan hansisa bir ideya vermek (agilliliq, terki dunyaliq ve s.) daha cezbedici olar. Sex movzusu ferdin emosiyalarina lap yaxindan toxunmaq meqsedi gudur. Hech kim bu movzulu reklam barede fikrini ucadan demir, amma o reklam onun diqqetini celb edir emosiyalarini terpedir. Insan diqqetde olmagi, xususile qarshi cinsin diqqetini chekmeyi xoshlayir, arzulayir. Diger hallarda ise diqqeti chekmek niyyeti gudulur. Kishiye layiq mashin, qadin zerifliyini vurgulayan neserle... Mehz bu sebebden sex aktual movzulardan olub. Amma ne edirsen et, Kama sutranin pozalarinin, insan bedeninin uzvlerinin sayini deyishe bilmeyeceksen:)
Mehsula dexli olmayan halda bu movzudan istifade ise onun ozelliyini vurgulamaq yox, yalniz diqqet chekmekniyyeti dashiyir. Meselen, bilmirem ne derecede sex-e aid etmek olar, her halda cinselliye toxunan bir shey idi. Bourgois firmasinin kirpik uchun tushlarinin posteri var idi: eynek evezine qizin gozunde qara lifchik (gun eyneyine benzer). Bu menim chox xoshuma gelmishdi. Bu cur yaradici halda mehsula dexilsiz sexi reklami qebul ede bilirem, amma sirf lut bedene ve ya pozalara gore reklamlar diqqetimi celb etse bele marka yadimda qalmir. Meselen, ne uchun men 170 sm-lik qichlarinin yalniz 5 sm hissesini qisa yubkasi tutan manekenin elindeki toshiba notebookuna baxmaliyam? :)
Men de deyirem marketinq bilirem:)))))
NO other COMMENT:))))
Vusal necedi aldiq payimizi?:))
Afet xanim chox sagolun, bilirdim ki, sizin chox gozel fikirleriniz olacaq bu barede ki, oldu da.
Men bir defe bu movzuya duz bir il (gun ferqi ola biler) evvel qayitmishdim, yazim onda de yarimchiq idi, Bulent Akgul ve Aygun sherhleri ile yazinin eyri eksiyini duzeltmishdiler. Bu sefer de ele oldu, Vusal, siz, aygun eyri eksiyini duzeltdiniz.
Parfumerria reklamlarinda deiklerinizle bagli ozunden bir numene verib. hugo-nun Baldessarini seriasi chixanda "Seperates Men form Boys" slogani vardi ve orta yashli bir kishi istifade olunmushdu reklamda. Chox xoshuma gelmishdi, yashim 21-22 olaradi (cavan vaxtlarim idi:). O reklamin hedef kutlesi boyukler idi, orta yashli kishiler idi, ancaq chox maraqlidir ki, 17-18 yashindan etibaren "kishilik" hevesine dushenleri de ehate etmishdi.
Yeni, demek istediyim odur ki, artiq parfumery-de de sexual reklamlar hech, olmasa format deyishikliyine gedir..Yaradici reklam ve diqqet chekme xatirine. Sabina magazalarindan birine girmishdim, divarlardaki rekmallar arasinda ister kishi ister qadin cemi birce dene sexual olmayan reklam poster vardi.
Sexual reklamlar hech vaxt mehsulun ozu (eslinde buna terminologyde ne deyirik indi yadimdan chixdi) haqqinda bir ismaric yollamir, ya diqqet chekmek uchun istifade olunur, ya da AXE kimi "faydasinda" behs edir. Porsche milan reklamini yazmishdim, yene yaziram. Kucheye telesik chixan gozel bir qiz, kuchede (dar tarixi bir kuchedir) kenarda dayanan Porscheni gorur. Carreradir sehv etmiremse. Baxir gizlin gizlin saga sola. Hech olmadigini goren kimi, deri kurtkasinin yaxasini achir mashina gosterir, tez de baglayir, elini surtur qachir..Qiz geden kimi, arxadan Porschenin arxada aerodinamik qapaqlari qalxir yuxari...Meselen, bu reklam tamamile Porsche sizi sexual gosterir veya celb edir qarshi cinsi demek isteyirdi. porschenin ne gucune, ne suretine isharet yox idi. Amma, bu da mehsulun faydasindan behs edir:)
Ancaq, tamamile achiq sachiq sexual (daha dogrusu bunlara erotik veya hetta bezilerini yari porno da demek olar) reklamlarin chox da ne diqqet chekme, ne de faydaliliq adina ishe yarayacagina inanmiram. hetta, ters tesirinin ola bileceyini fikirleshirem.
Hormetle,
Salamlar! Cox maraqli movzuya toxunmusunuz.Mence en yadda qalan, ve uzun omurlu reklamlar mehs sexual reklamlardir. Yeni insan beynine tesir gucu daha cox hiss olunur.Ancaq mehsulun novune uyqun dushunulmelidir.Meselen Rustemin gosterdiyi shekillere nezer salanda BMW reklami insanda menfi fikir formalashdirir.Shexsen men bele formada reklam olunan mashini alib surmerem)Ancaq eminemki Dolce Cabbana haqqinda en azindan dushunerem.Afet xanimla tam raziyam.Rustem nezerinize catdirimki, bundan onceki movzun daha maraqli idi. Cunki Commentlerin sayi dha coxdur)
Vusal xosh geldiniz.
En uzun omurlu ve yaddan qalan reklam meselesine fikir bildirmekde chetinlik chekirem achigi. Bunu analiz etmek lazimdir, mene qalsa hech de ele deyil, ancaq ikimiz de subjektif fikir bildiririk.
BMW reklami haqqinda fikirlerinizle men tamamile raziyam ve reklami sirf bunu hiss etdirmek uchun sechmishdim.
Sizi de bundan sonra tez tez gorsek lap ela olar...
Sherhler menim uchun chox chox deyerlidir, chunki yazilarimdaki eksiklikleri tamamlayirlar.
Hormetle,
Post a Comment