Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 12, 2008

Bir dənə də “vs” çıxdı ortaya?

Kamilla xanım MAK Forumda suallarımıza cavabında (səhv etmirəmsə Shared Foldersin suallarına cavab idi) üç maddə halında caba yazmışdı və 3-cüsü “PR və marketing mütləq bir birindən ayrı olmalıdır” şəklində idi. O vaxt da, fikirləşdim görəsən Kamilla xanım niyə bu fikirdədir. Üzərində fikirləşməyə dəyən bir ifadədir əslində. Teoriyada nələr yazılırsa yazılsın, Kamilla xanım bu ölkədə ən çox adı hallanan PR mütəxəssislərindən biridir və Azercell kimi bir şirkətin PR meneceri olub. Və kifayət qədər də səsli küylü olub. Mən heç bizim sektorda işə başlamamışdan haqqında eşitmişdim. Demək istədiyim odur ki, əgər bir ifadəni yazıbsa deməli nəyəsə, nələrəsə əsaslanır. Təcrübəsi böyükdür, mütləq və mütləq o yaşadıqlarına əsaslanır. Bəlkə də o da vaxtilə mənim indi düşündüyüm kimi, PR-ın Marketingdən ayrı ola bilməyəcəyini fikirləşirmiş.


Mən niyə belə fikirləşirəm? PR marketingdə bir kommunikasiya vasitəsidir və məqsədi şirkət və ya o şirkətə aid olan marka haqqında cəmiyyətdə müsbət fikir formalaşdırmaqdır. Qısa yazdım tərifini. Marketingdə isə xüsusən də IMC (Integrated Marketing Communications) ortaya atıldıqdan sonra şirkətdən axan informasiyanın bütünlüyünün əhəmiyyəti çox danışılmağa başladı. Bizim (Mənim bildiyim bütün blogçuların) hamımızın da bu və ya digər formada Marketingə yanaşmada problemlərin, daha doğrusu dar yanaşmanın varlığından şikayətlərimizi oxumusunuz. Yəni ki, bu Marketing deyilən funksiyanın işi ancaq rəqib və müştəri analizi etmək deyil. O həm də, strategiyaların müəyyənləşdirilməsi, planlaması, tətbiqi və kontrolunda aktiv iştirak edən, hətta ən böyük rola malik olmalı olan bir funksiyadır. Beləliklə əgər biz Marketingin funksiya olaraq düzgün “yerləşdiyi” şirkətlərdə, hamıya agah olan strategiya, bunun planlaması və bu strategiy əsasında qurulan Marketing planı mövcuddur. Beləliklə strategiyanın formalaşmasında böyük rolu olan Marketing bu ana strategiya əsasında (Mən bəlkə də biraz fanatik yanaşıram, ancaq mənə elə gəlir ki, şirkətin bütün strategiyası elə Marketing strategiyasıdır) Marketin planını hazırlayır. Marketing planının içərisində isə kommunikasiyanın ayrıca geniş yazıldığını və ya yazılmalı olduğunu da bilirik. Madəm ki, PR da kommunikasiyanın bir vasitəsidir, mesaj göndərmə vasitəsidir, şirkət strategiyasını dəstəkləmə və missiyanı tamamlama üçün dəstəkçi vasitədir, onda necə olar ki, bu Marketingdən ayrı olsun? PR özü üçün ayrıca plan hazırlayacaq? Hazırlayacaqsa bunu nəyə və niyə hazırlayacaq? Marketinglə bərabər necə işləyəcək ki, bütünlüyü pozmasın? Hətta fikirləşsək ki, ayrıdır ancaq çox sıx əməkdaşlıq, məlumat paylaşımı, bərabər layihələr mövcuddur, bu heç olmasa prosesin uzadılması deyil? Proccess Management-i ortaya atan insanlar bu tipli şirkət daxili proseslərin qısaldılmasını əsas məqsəd ediblər. Bəs onda??

Kamilla xanımın bu yazını oxuyub, fikir bildirməsinə açığı çox da inanmıram. Ən azı ona görə ki, xanımın buna vaxtı olmaya bilər. Ancaq, mənə doğurdan da maraqlıdır, bu axı necə ola bilər ki, PR Marketingdən ayrı olsun? Bunu necə idarə etmək olar ki, bütünlük pozulmasın və gözün biri sağa, biri sola baxmasın? Heç olmasa özümüz müzakirə edərik, mən də başa düşərəm. Əslində reklam agentiliklərinin rolu başda olmaqla toxunmaq istədiyim çox məqam var idi, ancaq yazı çox uzandı. Elə burdaca kəsdim.

Bundan sonra “PR vs Marketing” yazısı yazsaq, bir nəfərin başına hava gələcək.

18 comments:

Aygün İslamzadə said...

Rustem, bu movzunu yazdigin uchun teshekkur. Kak raz to Kamilla xanimin intervyusundan ve forumdaki cavablarindan sonra bizde de bu movzu achildi. Ve men fanatik olmasam da eynen senin kimi PR-in marketinqin ichinde olmali oldugu ve PR uchun her hansi strategiya ele marketinq strategiyasi oldugunu soyledim, amma fikirlerim qebul olunmadi. Umumen bu ayirmaq hissi niye hamida bele gucludur hele basha dushe bilmemishem.

Vüsal Qəmbərov said...

Rüstem IMCnin qüdretine inanan biri kimi PRın marketinqden ayrı ola bilmeyeceyini düşünenlerden...

Onsuz da 3 axım var bu mövzuda. Ve Kotler babanın dediyi kimi PRın marketinqle bir ast-üst kimi deyil, partnyor kimi müncasibeti var.

PRın marketinqden ayrı bir funksiya olması nadir hallarda mümkün de ola biler. PR departamenti özünü çox dartsa :)))))))))

Amma ciddiye qalsa, PR diger IMClerden ferqli bir iş, ferqli bir missiya güdseydi bunu düşünmek olardı.

Bir şey daha var. O da 80lerden sonra ortaya atılan Marketing PRı anlayışının enenevi PRdan ferqlendiyi. İndi burda mene ferqini soruşsaz, cavab vere bilmeyecem çox güman:) Amma şirketin tetbiq etdiyi PRın meqsedini sen 1 cümlede kifayet qeder açıqlayıcı yazmısan... O ele IMCnin hedefidi.

P.S. Menim de PR tecrübem olmasa da, ehkam kesmye yaxşıyam :))

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Salam. Heqiqeten Rüstem müelllimin bu yazısı aktual bir mövzudur."Şirket ve onun strategiyası, marketing strategiyası ve planı" haggındakı düşüncelerinin eynisi de mende cemleşib.
Qaldı ki, PR meselesine.
Mene ele gelir ki, burda hamını çetinliye salan ve qarışıqlıq yaradan bu PR-ın harda ve hansı adla istifadesidir.
Bele ki, bildiyimiz kimi Public relations hem business sahesinde, hem de siyasi arenada istifade olunur. Siyasi arenada bu aletin istifade olunması ve bunun business sahesinde olduğu kimi marketingin içinde veya marketingle iç içe olmadığı üçün "müsteqillik" ruhundadır. Siyasi arenada tam olmasa da bir növ "sözcü" rolundadır. Nazirliklerde PR, ayrı ayrı dövlet adamlarının PR-ı (metbuat katibleri ves.) Business sahesinde ise yene bezi ayrıcalıqlar mövcuddur. Məsələn, əhalinin əksəriyyətinə xitab eden şirketlerde(dövlet ehemiyyetli şirketler ve ya dövlet şirketleri)bu vezife tamamile marketingden ayrı ve yuxarıda qeyd edilen kimi "sözcü" rolunda olmaqdadır. Şünki burada əsasən reklam ve ya qazancdan daha çox narazılıqlara cavab verme, xalgı melumatlandırma ve s. kimi funksiyalar ön plandadır. Bizde meselen "Barmek"(yazığın adı qaldı), Neft şirketinin ve s. İctimaiyyetle elaqeler departamenti ve ya şöbesi var. Burada mence funksiyasına, mesuliyyet ve selahiyyetlerine göre PR marketingden ayrılmaqdadır. Bu da bizde diger şirketlere bir numune olur ve business sahesindeki diger şirketler veya emekdaşları bu rolu üstlenmek isteyirler. Burada yene iş başa düşür ki şirketin strategiyası ve marketinqin burada rolu nedir.
Bir başqa misal da xüsusilə senet sahesinde yer alan ve senet adamlarının "metbuat katibleri" deyilen (PR-ları) var. Bu da yene eynile şirketlerdeki bu funksiyanı daşıyan PR menecerlerine tesir edir zennimce.
Yeni ki menim dediyim PR funksiyasının harada, hansı adla ve ne meqsedle işlenmesinden ortaya çıxan qarışıqlıqlar var. Yuxarıda çekilenleri bir birlerinden ayıraraq ve her birinie öz adını (hamısına PR yox) vermekle bu qarışıqlıq oratadan qalxa biler. Ancaq mene ele gelir ki, her bir yerde meqsedler toqquşduğu üçün bu qarışıqlıq bele de davam edecek. Neyse deyesen çox mürekkeb yazdım.
Şirketlerde men bunun marketinqle eyni yerde tesevvur edirem. AMMA AMMA MARKETING BASED Şirketlerde her şeyi MARKETİNGE esaslanan şirketlerde PR- siyasi arenada olduğu kimi bir şexsle kifayetlene biler:) ve ya bir balaca şöbe halına düşe biler.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

OOOOOO ne qeder uzun bir yazı oldu, bir meqaledir ki:).
Üzr isteyirem sizleri yorduğum üçün.
Hörmetle Cebrayil

Anonymous said...

Salamlar.Men Vüsalın Zara ile elagedar yazısına yorum yazmag isteyirem ama nese o bloga yorum yazmag mende alınmadı.Ona göre bura yazıram.Rüstem imkan varsa bunu Vüsala çatdırasan.
Vüsal yazıya göre sağ ol.Ama bir meselenin yanlış anlaşılmasını istemirem.Zaranın bize yaxın coğrafiyalara üretiminin %60 bizim şirketdedi.Rusya,MDB,Orta Doğu,Arap ülkeleri ve s.Birde men bilen Bakıda Zara yoxdu.Çünki İnditex grupunun resmi sitesinde bu grupa aid markaların(Zara,Stradivarius,Pull and Bear,Oysho,Berchka,Massimo Dutti,Zara Home ve s.)dünyadakı mağazalarının adresleri gösterilib ve orada Bakı yox idi.
P.S.keçen hefte 8 martla elagedar olarag yoldaşımla alış verişe çıxmışdıg ve Zarada adi ağ bluz(köynek)359ytl idi yeni 291$.Ona göre Bakıda 25 manata satılacağına inanmıram.
sağ olun

Rüstəm Məmmədov said...

Vusal Elchine cavab yaz:)

Jabrayil muellim xosh geldiniz.

Iki gundur bashimi qashimaga vaxtim olmadigina gore sherhlere vaxtinda cavab yaza bilmedim. Uzr isteyirem.

Menim yazimda PR olaraq MarketingPR nezerde tutulub. Bunu bashdan qeyd edim. Menim diger PR-larla helelik ishim yoxdur.
Diger terefden men metbuat katibliyini de hech vaxt PR kimi qebul etmirem, o PR icherisindedir.

Bir shirketin PR shobesinin ishi o shirket haqqinda ve o shirkete aid olan markalar haqqinda musbet rey yaratmaq ve ictimaiyetle elaqeleri (iki terefli) yaratmaqdirsa, onda bu marketingden ayri nece olur axi? Meselen ele goturek Azercelli. Bunun muxteklif marka menecerleri var. Umumi marketing shobesi de var. Bilem bu shobenin techuzati da var. Bu shobede sirf promotion materiallara baxan shobe de var. Ve PR var. Azercellin marketing shobesi shirketin umumi strategiyasi haqqinda melumatlidir, ya ozu hazirlayib ya da hazirlanmasinda ishtirak edib. PR butun fealiyyetlerini bu strategiya esasinda qurur. PR elbette kriz dovrunde veya bashqa dovrlerde daha da one chixa biler. Ve ya azercellin-CEO-su bilmem hansi rally-de birinci olubsa bunu PR yayar. Ancaq, bu ki kichik meseledir, PR bashdan sona bundan ibaret deyil. PR-in esas meqsedi reklamlar axarlarindaki suyu durultmaqdir, diger marketing fealiyyetlerini one chixarmaq, onlarla musbet rey yaratmaqdir. Ayrin olarsa problemler chox olar.

Bele,

Yadimdan chixmishdi, eger yox ayri olmasi yaxshidir deyirsinizse, men nu deyib dayanmamisham ki, men de basha dushem qebul edecem.

Hormetle,

Vüsal Qəmbərov said...

Baş üste Rüstem:)

Kefsen e Elçin: Rüstem imkan varsa bunu Vüsala çatdırasan.
:))))))) Gülmüşüm geldi lap.:))

Evvelen görmürsen Rüstemin başını qaşımağa bele vaxtı yoxdu?
Bir de ki men Rüstemin blogundan çıxıram ki. Heç maile bele bu qeder baxmıram. Mene kimin ne tecili sözü olsa burdan deye biler. Liçni söhbetlerçün mail meslehetdi:)))

He ki Elçin sağ ol qadası. Amma şerh yaza bilmemeyin biraz endişlenedirdi meni. Yeqin müveqqeti bir problemdi. Zara köyneyi emin ola bilersen ki bizde burdakından da baha olacaq. Mango kimi herden artistlik eliyib 10-20 manatdan da guya satış eliye bilerler. Amma ümumi olaraq yaxşı keryeralı bir marketinqçinin maaşına denk qiymetler olacaq zennimce...

Bağışla e Rüstem off-top oldu:)))))))

PR ise Marketinqde ayrı ola bilmez. Senin o axırda qara herflernen yazdığın şey var a. Onu da götürürem üstüme:))) Sen canı dönem sonuna kimi yazmıyın bir teher keçek dersler:))

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Salam Rüstem müellim. Çox sag olun.
Men yuxarıda yazdığım kimi şirketlerde PR-ı marketingle eyni yerde yani marketingin icinde tesevvur edirem. Dediyim axirinci hallar ise nadiren çox güclü marketing (reklam bunun icinde) esasli şirketlerde pr-in bir neferle de kifayetlene bileceyini demişem tebii bu zaman şirket marketing esasli oldugu üçün onsuz da pr-da marketing strategiyasina gore fealiyyet aparacag.
Sozcü, metbuat katibi ves-ni ise eslinde, mehz bizim cemiyyetde bunları pr-la qarışdırana ve buna göre de pr-ı marketingden ayrı tesevvür edenlerin fikirlerini qarışdırdığına göre açıqladım. Yani ki bunlar şirketlerdeki pr-cılara da tesir edir:). Azercell-i çox gözel numune getirmisiniz. Tamamile razılaşıram. Azercellde pr-marketingin icindedir bes pr-işine baxan neçe nefer var göresen? pr managerden başga ona bağlı çalışan varmı. reklam veya promothion menecerleri kime bağlıdır pr-a yoxsa marka menecerine veya marketing şobesine. Yoxsa pr manager tek insandır? Maraqlıdır bunları bilmek.
Hörmetle,
Cebrayil

Rüstəm Məmmədov said...

Vusal sagol Elchine cavab yazdigina goreç bashin da var olsun. Men semestr axirina qeder yazmayacamç amma Afet xanim yazsa men ondan cavabdeh deyilem:)

Jabrayil muellim, men de elbette sizin onlari ifade etdiyini fikirleshmemishdim ve ya ifade etmemişdim. Azercell-de nelerin baş verdiyini Azercell-in içinden kimse izah edə bilər. Məsələn Mamed bəy. Azercell-də işləyir və nələr olub bitir, yəqin ki xəbərdardır. PR-a baxan neçə nəfərin varlığını yenə də azercell-dən öyrənə bilərik. əlimizdə sürsət varkən, o vaxt kamilla xanımdan soruşmadıq:)

Bu məsələlər doğurdan da şirkətə, onun böyüklüyünə, idarə etmə şəkli və fəlsəfəsinə görə dəyişiklik göstərə bilər, ancaq əsaslı fərqlərin, olması məncə mümükn deyil.

Hörmətlə,

Vusal F. Ceferov said...

Salam Rustem! Mene ela gelirki Hem Siz hemdeki Jebrayil qardashimiz eyni fikirdesiniz.Yeni PR Marketingin bir qolu olduqunu Siz bir basha Jebrayil ise dolayisi yolla izah edir) Problem PR-in cemiyyetde muxtelif formada basha dushulmesidir. Evvelki movzularda bunlari qeyd etmishdiniz. Jebrayil dovlet qurumlarinda Marketing shobesi olmadiqi ucun PR-in musteqil fealiyyet gostermesini ifade edir.Budaki normaldir,cunki dovlet qurumlarina marketing lazim deyil.Ancaq PR-in terkib hissesi olan Metbuat katibi lazimdir.Icimden gelen bir sozu demek isteyirem.Yeqin KAmilla xanim Azercellde ishleyerken Marketing shobesinin rehberliyi ile munasibetleri normal olmayib.Ona gorede PR-i Marketingden ayri olmasini dushunur.....Bax bele.Shukur Allaha ki, Rustem kimi, Vusal kimi, Jebrayil,Aygun xanim ve s hemfikirler PR-in Marketingin bir qolu olduqunu qebul edir.Bu yolda bizlere uqurlar)

Vüsal Qəmbərov said...

Rüstem xeyirli olsun, gelirler yavaş yavaş:))

Rüstem Afet xanıma deyersen de yazmasın:)) Zarafat eliyirem ha. Biraz elçi rolu biçildi de bloguna:))

O ki qaldı PR-Marketinq, Marketinq-PR birliyi ebedidir anlayışını qebul elemeye. Ay adaş biz bunu el-aleme qebul etdirme derdindeyik e:))
Mence elave söze heç ehtiyac yoxdu.
4 P bizimdi, bizim olacaq!!! sloqanını ortaya atanda qeti şekilde kompromisleri istisna etmişem. 4P bütün terkib hisseleriyle birge marketerlerindi :))

Afulya76 said...

Baxin, yaziram, ozum de yaxshi eleyirem!!! :) Eslinde menim fikirlerim bu PR meselesi ile bagli bir az qarmaqarishiqdir. Yeni, raziyam, communication-promotion 4P-den biridir. Ve bu da marketinqin esas elametlerindendir. Amma communication tekce PR deyil axi, hem de advertisingdir, sorgulardir, endirimlerdir. Shirketin imicini-sifetini formalashdiran PR-la konkret hedef goturub, movsumi, bezen de biratimliq xarakter dashiyan endirim, ad ve s.-ni nece eynileshdirmek olar. Men PR-la Marketingin birge ishlemesinin terefdariyam. Amma asililiq prinsipi ile deyil. Chunki PR tekce mehsullarin deyil, hem de shirketin imicini formalashdirir. PR shirketin cemiyyetle elaqesini temin edir. Marketinqin teqdim etdiyi gorumle PR oz strategiyasini hazirlayib, konkret mesele uzre reallashdirir. Tesevvur edin ki, ishi bashindan ashan ve problemi hech de az olmayan marketinq yedeyinde oz yukune beraber bir yuk de aparir. Marketinq PR-in ishini tehlil ede, onun nece netice verdiyini arashdira biler. Eger yanlishliq varsa, PR-a strategiyaya yeniden baxmagi tovsiye ede biler. Amma strategiyani PR ozu sechmelidir, chunki cemiyyetle o ishleyir. Aygun deyir ki, brend menecerin oz mehsulunu reklam etmeye, o barede meqale yerleshdirmeye ixtiyari var. Beli, var. Amma hemin meqaleler shirketin bashqa mehsullarinin meqalelerine oxshayirmi, ferqi varmi, belke reqiblerin ele meqaleleri var ve s. butun bunlari PR arashdirir axi. Shirketden chixan kommunikasiya dushunulmush shekilde ve bir yerden olmalidir. Tecrube gosterir ki, xaos sheklinde informasiya oturmek hech bir shirkete xeyir getirmeyib. Metbuat katibi yalniz shefin sozchusu funksiyasidir. PR yaratmaqda chetinlik cheken shirketler bu funksiyadan istifade edirler.

Vüsal Qəmbərov said...

Afet xanım madam ki yazdız, qıydız mene, cavam haqqı doğur da doğal olaraq :))

4P PRdan ibaret deyil. Eto yasno. Korporativ imic de öz yerinde. Onu biratımlıqlarla eyni sıraya qoymamaq... Başım-gözüm üste... Hetta bele deyim evvelce de demişem ki, PRın marketinq communication içindeki yeri ayrıdı. Pnin diger elementleri outsource edilir böyük ekseriyetle. Amma PRa şirket özü nezaret edir. Ona göre PR departamenti xüsusi diqqet teleb edir. Buna qeder üreyinizden deyirem...

Amma bunlar asılılığı aradan qaldırmır. Bilirsiz niye? Sizin bu cümleden dolayı - Shirketden chixan kommunikasiya dushunulmush shekilde ve bir yerden olmalidir. Tecrube gosterir ki, xaos sheklinde informasiya oturmek hech bir shirkete xeyir getirmeyib.

Bütün comm. aletlerinin strategiyası vahid olmalıdı. Onda o olur INTEGRATED MARKETİNG COMMUNİCATİON. İndi bu mecburiyetden sonra PR gedib özüne teze departament qurmaq isteyirse yene de... Yolu açıqdı. Amma marketinqden müsateqil ola bilmez...

Hetta artıq Integrated marketing dövrüdü. Pnin öz içinde ayrılmağı bir kenara. Şirket bütün Pleri, Cleri, Mleri ve sair herfleri ile eyni mesajı vermelidi...

Yazıq Moriarti ile Duncan düz deyib de - IMC'nin en böyük düşmeni MC nümayendelerinin özünü diger ferdlerden üstün görmeyidi :) Bax burada PRın elediyi kimi :)

Hörmetle, derin hörmetle...

Afulya76 said...

Duzunu desem, bilirsiz meni niye bizde PRE-in ayri olmasi celb edir? Xaricde bilmirem, onlarda yeqin ki, daha dogrusu tamamile eminem ki beledir, marketinq rehberi de, ishchileri de ishlerine vicdanla yanashan ve hem de kreativ insanlardir. Amma bizde ise marketinqde ishleyenler (mutexessis demirem, chunki bizde mutexessisler az hallarda yerlerinde olurlar) quru (bizim dildeki quru ha!!!), yalniz reqemlerle, chox zaman pulla ve otkatla ishleyen, insanlara yendirmeyen ve boyuyende biznesmen olmagi arzulayan xirda ishchilerdir. Shirketin imicini formalashdiran ve insanlarla ishlemesini temin eden yaradici PR ishini onlara tapshirmaq sehvdir. Menden ele bu cavabi isteyirdiniz? PR-a ise nisbeten insanlarla ishlemish ve bir az da guleruz adamlar lazimdir. :)))

Afulya76 said...

Hamimizi axir chershenbe munasibetile tebrik edirem. Ruzimiz bol, ishlerinmz avand olsun.

Rüstəm Məmmədov said...

Men axirdan bashlayim qalxim yuxari..Evvela neche gundur bloguma girmeye imkanim olmur ve sizin deyerli sherhlerinizi oxuya bilmediyime gore uzr isteyirem, cavab yazmagima gore ise lap chox.
Ikincisi haminizi axir chershenbe munasibetile urekden tebrik edirem. bu menim dorduncu Novruzumdur ki, ailemden ayri kechir ve buna chox teessuflenirem. darixmisham chunku, aileyle beraber Novruz kechirmek uchun. Bu defe Vusalla beraber kechirerik:)

Ceferov (Vusal deyim qarishdirmamaq uchun soyadinizla muraciet edirem, semimi bildiyimden) sen duz deyirsen, eslinde biz Jabrayil muellimle eyni sheyleri deyirik ve daha detalli danishirdiq. Chox sagolsun Jabrayil muellim fikirlerini bolushduyu uchun. Sen de cvhox sagol ki, munasibetini bildirirsen. Deyirdin ki, menim fikirlerimin eynisi yazilir deye yazmiram, bax gor yazanda ne qeshng olur, daha da chox shey oyrenirik.

Afet xanim, sherhinizi oxudum,cavab aglimda formalashadi, ancaq sonra Vusalla yazishmalarinizi oxuyub yazmamaq qerarina geldim.
Birce onu deyim ki, bizdeki marketing managerlerin menim kimi, ashagi seviyyede olmagi Marketingden PR-i ayirmaq uchun o qeder de ciddi esas deyil mence:)Duzelecek yavsh yavash, narahat olmayin. Bizden PR-i ayirsalar lap pis gune dusher shirketlerimiz...:)

Haminiza boyuk hormetle,

Vüsal Qəmbərov said...

Çerşembe keçdi Novruzu tebrik eliyim men de :)

Afet xanım axırıncı dediklerinizle 99 faiz razıyam. Mence de PRın maketinq içindeki yeri ayrıdı. Niye bele olduğunu yuxarıda yazmışam. Tekrar elemiyim. Amma bir mesele daha var ki PRın ehemiyetinin artdığını gösterir.

Bildiyiniz kimi:)))) evveller bir neferi veya markanı terifleyene onu "reklam edir" deyilerdi. İndi ise "onun PRını edir" ifadesi daha çox yayılıb. İnsanlar bunu bilincli bir şekilde edir mi? I don't know. Amma bir mesele var ki düzdür. Çünkü reklam bilinirlik ve satışı artırır daha cox. PR ise imici yükseldir ve sevdirir. Hetta saygı bele qazandırır. Yeni daha uzun müddetli effekt verir. Sevgi ve saygını qazanmaq ise müasir dövrde markalar üçün en ehemiyetli meqamdı. Day Kevin Roberts'in şitini çıxartdığı kimi Lovemarks yox e:))

Bu arada Rüstemin Novruzu ailesinin yanında keçirmek şansı qazanmağına çox sevindim... Kaş burda qalsaydı demirem:)) Çünkü men de burada qeyd elemekden heç memnun deyilem:(

Anonymous said...

Eğer PR = WOMM gibi bir iddamız yoksa, açık söylüyorum 3. PUBLIC RELATINOS görseli yanlış. Çünkü o diyalog daha çok WOMM gibi geldi bana.