Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 27, 2008

Kişinin üzünü qırxmaq....(1)

Biz kişilər ağlımız azca kəsməyə başlayandan üzümüzü qırxmaq həvəsinə düşürük. Vaxt çatıb qırxmağa başlayandan sonra yavaş-yavaş həvəsdən düşürük. Sonra hətta nifrət də edirik. Hamımıza aid olmasa da çoxumuza aiddir. Bazar günü bir trainingdəyəm və mövzu da "Communication"la əlaqəlidir. Üzümü qırxdığım yerdə ağlıma gəldi Gillette-in bu mövzuda ad çıxarmış CEO-su Alfred M. Zeien. Ordan da başladım Gillette və onun məhsullarını fikirləşməyə. Çox geniş yazmayacam, çünki bir dəfə Audi haqqında geniş yazmaq istəmişdim baxdım başını ayağını yığa bilmirəm bir yerə. Mach 3 və digərləri haqqında yazsam yenə aləm qarışacaq bir-birinə. Gillette The Best a Man Can Get kişilər üçün markadır. Bunu açıq aşkar sloganında da göstərir. Şirkətin hazırda sahibi P&G-dir. Bu rəsmi hissəsi.
1901ci ildə King Camp Gillette tərəfindən ilk istehsaldan sonra, bugünə kimi Gillette fayda yaratmaq üçün çalışır. İstehsal etdiyi bütün məhsullarda yeni bir fayda və var olan hər hansı bir problemi ortadan qaldırmağa çalışan Gillette bunu çox gözəl bacarır. İlk iki ülgüclü üz qırxanı, Trac II, istehsal edən şirkət, Atra ilə bunu daha da inkişaf etdirdi və sonrasında Sensor, Sensor Excel və nəhayət Gillette Mach 3 ilə zirvəyə qalxdı.
Mach 3-ün ərsəyə gəlməsi üçün 750 milyon dollar xərcləndi. O dövrlərdə CEO olan Zeien, şirkətin global inkişafında böyük addımlar atılması üçün lazım olan bütün fəaliyyətləri həyata keçirdi. İlk gündən, yəni 1993-cü ildən etibarən Mach 3 gizli saxlanıldı. Milyondan çox insanla dərin dərin görüşmələr keçirildi və bunlarla rəsmi müqavilə imzalandı, ki, heç həyat yoldaşlarına da bu barədə deməməli idi araşdırmada iştirak edənlər. Bunu necə kontrol etdiklərini isə bilmirəm. Bu o qədər gizli saxlanırdı ki, hətta səhmdar Warren Buffet (milyarder) bazara çıxarlmazdan cəmi 9 ay əvvəl məhsulu görmə imkanı tapdı. Gillette Mach 3 bir inqilab idi və xərclənən pullar geri qayıtmalı idi. Özü də dəfələrlə çox miqdarda. Elə də oldu, ilk 6 ayda 68 milyon dollar gəlir gətirdi. Mach 3-ə yenə qayıdacam, ancaq Gillette-nin kişilər üçün innovasiyasına azca toxunmadan keçə bilmirəm. Qadınlar üçün də bu maraqlıdır, çünki kişilərinin üzlərinin təmizliyi onlar üçün də çox əhəmiyyətlidir. Elə Gillette də bunu bildiyi üçün kişilərə mesajı dəqiq və iki nöqtədən göndərirdi.

1980-ci illərdə üz qırxan bazarı bir dəfə istifadə üçün alətlərlə dolu idi. BIC və başqa markalar fırtına kimi əsirdi. Gillette bu dövrdə kriz dövrlərini yaşayırdı və bundan çıxmağın yolu üz qırxma mədəniyyətini dəyişmək idi. Bunu indi başa düşürəm, amma bəlkə də Gillette CEO-su olsam o vaxt, bunu ağlım kəsməzdi. Kişilər üçün həqiqi mənada dəyər yartamaq lazım idi. Yüz faiz faydanı təmin edən dəyər. Üstəlik mənəvi tərəfini də gözdən qaçırmadan. Bu sadəcə möhtəşəm bir işdir.
Nəisə..Gillette haqqında onsuz da ikinci bölümü də yazacam. Halbuki, yazmağa başlayanda planım bir yazıda bitirmək idi. İndi baxıram ki, yazılası çox şey var. 750 milyon dollar təkcə Araşdırma İnkişaf (A&İ) üçün, 300 milyon dollar marketing fəaliyyətləri üçün pul xərclənən bir məhsuldan, bütün bunları bu qədər mükəmməl şəkildə hayata keçirən Gillette-dən, Schick-ı Marketinglə boğan markadan gedir söhbət. Baxıram yazı çox uzandı. Yenə başını ayağını yığa bilmədim. Növbəti yazıda hamısını bir-bir yazacam. Açıq aşkar "Marketing nədir?" sualının cavabını verən bir şirkətdən, bir markadan, bir məhsuldan danışacam gələn yazıda. Mən araşdırmağa başlamamışdan əvvəl Mach 3-üm ancaq üzümü qırxan alət idi, indi o mükəmməl bir Marketing nümunəsidir eyni zamanda. Taxtasından, dəmirindən yox, Marketing fəaliyyətini başdan aşağı necə təşkil ediblər, ondan yazacam.

Kişinin üzünü qırxmaq və ona bunu gülümsəyərək etmə imkanı yaratmaq...

7 comments:

Vüsal Qəmbərov said...

Rüstem gözel başlamısan...

Gilette PGnin tarixindeki en böyük acquisitiondu. 22 milyard ciro... 7 milyard dollardan artıq dövriyeye sahib markası var Gilette'in..

Gilette heqiqeten de marketinqin uğurudu. Wilkinson meselen indi girişib marketinqe. Amma mehsulun müeyyen standartlarda saxlanması şertile üzqırxanda qiymet liderliyi de elemek çetindi. Gilette ağıllı terpenib üz qırxmağın 2 esas menasından tutubdu..

Senin de dediyin kimi: qadınları maraqlandıran zerif cild meselesi bir de kişilere özel bir iş olması...

Schick'in ise bir zamanlar çox güclü marka olduğunu görende axtardım onu ortalıqda... yoxdu... Gilette çıxıb he axırına? :)

Afulya76 said...

Kishinin cibini qirxmaq meharetine de malik olanlara eshq olsun :)

Afulya76 said...

Qadinlar uchun Wilkinsonu men daha yaxshi hesab edirem. Bize niye o marka gelib chixmir?

Rüstəm Məmmədov said...

Ona da toxunacam Afet xanim. O da ayri bir meseledir.

Kishilerin cibini qirxmaq meselesinde ise Gillette qadinlar qeder meharetli deyil:)

Vusal, P&G-nin almasi, Gillette-nin marka deyerinden chox adamlarin ishi uzun donemde planlamalari chox maraqlidir. aarashdirib oxudugum qederile az qalsin saatina qeder bezi sheyleri fikirleshibler. Elbette reklamlarin yayinlanma saatindan getmir sohbet, orada saniye de ehemiyyetlidir.

Hormetle,

Vüsal Qəmbərov said...

Kishilerin cibini qirxmaq meselesinde ise Gillette qadinlar qeder meharetli deyil:)

Bu mövzuda bir şey deyim. Xanımlarımız incimez eminem. Çünkü bunu dediyim xanımlar "ne yalan deyim düzdü" tipli reaksiyalar vermişdi...

Bir varlı kişinin sözüdü... Deyir: Menimçün kredit kartının oğurlanmağı, arvadımın eline düşmekden yaxşıdı. Oğruda ola biler ki insaf olsun ve na lazım olan qederini çeksin kartdan... Amma arvadımda insaf yoxdu. Son qepiyine qeder xercliyer :)

PG sevmediyim amma hörmeti haqq eden şirketlerdendi. A&İye ve diger araşdırmalara qarşı dehşet ciddi yanaşırlar...

Anonymous said...

marketingin gozel bir dille anlatilmasi...

Rüstəm Məmmədov said...

Chox sagol Famil...