Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 28, 2009

Porsche-nin imici zədələnəcək mi?

Avtomobil sənayesində evlənmələr və boşanmalar çox olub. Bəzi “ər”lər “arvad”ları döyüb sonra boşayıb (Daimler Benz və Chrysler nümunəsində olduğu kimi), bəzilərində mehribançılıqdır (Hyundai və Kia kimi), bəziləri isə ər-arvad münasibətlərindən daha çox bir evdə yaşayan və mehriban keçinən insanlar kimidirlər, FIAT Group, VW Group və.s kimi.

Bu tipli birləşmələrdə əsas məqsəd müxtəlif istehsalçılara aid olan texnologiyalardan, paylama kanallarından, know-how-dan maksimum səmərəli şəkildə istifadə etməkdir. Bi tipli birləşmələrdə bəzən eyni profilli iki şirkət olduğu kimi, tamam ayrı uclarda olan şirkətlərin bir çətir altına yığışması da olur, məsələn FIAT ilə Ferrari kimi, VW ilə Audi kimi.

VW ilə birlikdə Audi, Lamborghini və Bugatti kimi lyuks və ultra lyuks markalar da var idi, indi buna Porsche kimi avtomobil sənayesində ən maraqlı markalardan biri də daxil oldu. VW xalq markasıdır, Audi, Lambo və Porsche isə xalqdan qopanların markası. VW Group-un həm idarə heyəti, həm CMO-su, həm də lap balaca Brand Manager-i də bizim hamımızdan daha yaxşı bilir ki, Hyundai və Kia kimi bütün detallarını eyni edərək maşın istehsal etsə, bir müddət sonra Audi zədələnər. Almanların və getdikcə bütün dünyanın sevimli markası Audi-ni zədələmək isə OLMAZ!

Bəs Porsche? Söhbət gəzir ki, Audi A8 və VW Phaeton platformunda Porsche istehsal ediləcək və Panamera Platformunda da yeni VW peyda olacaq. Əsas sual da budur ki, Porsche VW tərkibinə girərsə və ortaya 3.2 FSI motorla Porschelər çıxarsa və ya Porsche sahibi VW Touareg ilə eyni detalın istifadəsini açıq-aydın görərsə Porsche-nin aqibəti necə olacaq? Əvvəla onu deyim ki, onsuz da bugünə kimi olan yaxınlıqlarına görə (Porsche ailəsi ilə Piëch ailəsi lap yaxın qohumdur, amma bunun mətləbə dəxli yoxdur. Aralarındakı yaxınlıq şirkətin hissələrinin sahibliyi ilə əlaqəlidir) eyni platformdan istifadə edilirdir və eyni texnologiyaların tətbiqinə şahid olurduq. Bugünə kimi bu problem olmamışdı Porsche üçün. İkincisi, VW Audi-ni necə idarə edirsə (eyni mühərriki də istifadə edir, eyni platformu da, amma iki markanın ikisinin də o qədər təmiz və aydın mövqesi var ki,..) Porsche-ni də eləcə idarə edəcək. Yəni ki, Porsche həvəskarları qorxmasın, Porsche donuna girmiş VW görməyəcəklər və sürməyəcəklər.

2 comments:

DosT said...

Rustem, eger evlenirlerse xeyirli olsun. Amma onlardan "yarananlarin" kime benzeyeceyi maraqlidir dogrudan da. Ata bashqa ana bashqa ushaq (yeni model) kime oxshayacaq :)
Zarafat bir yana mene bilirsen ne maraqlidir? Goresen mushteriler (ultra hessas ve avtofanatlar yox) bu evlenmelerden sonra bash veren deyishiklikleri ne derecede hiss edirler, umumiyyetle bu deyishikliyin hissolunmasi ve ona mushteri reaksiyasi necedir? ( mence kecen defeki X Trail alan dayi kateqoriyasina giren mushterilerin hec ruhu da duymur bu deyishiklikleri. Ve nezere alsaq ki coxluq (bu menim subyektiv fikrimdir) da bu kateqoriyaya yaxin kateqoriyadadir sen hec fikir eleme hec kim bundan xeber tutmayacaq :) )
Deyesen krizis artiq qurtarib, bunu yazilan sherhlerin azligindan hiss edirem. Her kesin bashi ishe cox ciddi qarishib yazmaga vaxt yoxdu.

Rüstəm Məmmədov said...

Krizis qurtarıb demək çətindir, bəlkə kriziz şərh yazanlara və blog oxuyanlara sıçrayıb:)) Amma DosT şükür Allaha sizə krizis təsir etməyib:)

Əlbəttə çoxları bunu hiss etmir. Heç Hyundai və Kia-nın bərəbərliyini bilən də çox deyildi bizim ölkəmizdə. İndi-indi insanlar bunu öyrənirlər.

Digər tərəfdən də şirkət bunu hiss etdirmək istəməsə çox da ciddi çətinlik çəkməz. Yazıda da qeyd etmişdim, necə ki AUDİ-də bunu hiss etdirmədi, heç Porschede de bunu hiss etdirməyəcək. Touareg və Cayenne eyni platformdadır. Bunu neçə nəfət hiss edib?