1) Maraqlıdır görəsən niyə Zamiq Coca-Cola Brrrr reklamlarında istifadə olunub və o qədər mənasız reklam ortaya çıxıb. Onsuz da, heç bir cəhətdən müsbət olmayan Brrrrrr reklamlarında Allahın Brrrrrr-ını da düzgün deyə bilməyən Zamiqlə bu reklamdan nə gözlənilir? Kim deyirsə reklamın yaxşısı pisi olmaz, yalan deyir!
2) Legacy-nin reklamları və ümumiyyətlə kampanyası yaxşıdır. Amma, maraqlıdır görəsən niyə Legacy üçün ayrıca bu qədər pul xərcləndi? Millətin “80%-i” heç Subaru markasını tanımırsa və 2010-cu ilə “10 gün qalmış” hələ də 2008-ci il istehsalı Legacy-lər təklif olunursa, niyə bir modelin imic reklamına bu qədər pul xərclənir?
3) Daha da maraqlı olan, mənim hələ də başa düşmədiyim “Think.Feel.Drive” kimi bütün sektorlarda ən mükəmməl sloganlardan birini kənara qoyub “İdeal İdarələnmə” kimi markanın ruhunu alıb, ətini qoparıb, sümüyünü sərgiləyən sloganı niyə istifadə etmələridir. Maraqlıdır görəsən niyə, Fəxri müəllim kimi gecəsi-gündüzü Subaru olan və işini qəşəng bacaran adam bunun üstünə getmir?
4) Maraqlıdır görəsən niyə AzTv-də gedən reklamların 95%-i fərdi təmizlik mallarına aiddir? Niyə ancaq onlar orada reklam verirlər?
5) Maraqlıdır görəsən niyə Əfsunun çox ürəkdən tərif yağdırdığı “Amerikanların gülümsəmələrini” biz nə bacarmırıq, nə də bacaranı bəyənmirik?
6) Görəsən niyə Lent.az-da bir nəfər çıxıb Vüqar Ələsgərova “Jeep”-in marka olduğunu, onun izah etməyə çalışdığı şeyin isə həqiqətdə “SUV” olduğunu anlatmır?
13 comments:
Adə,bunun ürəyi doluymuş ki!))
1)Tamamilə raziyam.ən düşük reklam.
2)heç fikirləşməmişdim.
3),4) yenə razı.
5)bir az mübahisəli məsələdir
6)Hərçənd Vüqar Ələsgərovun yazısı çox maraqlı idi və xoşuma gəlmişdi,amma JEEP brendi ilə avtomobil tipini qarışdırmaq günahdır.Heç olmasa qeyd edərdi ki,xalq arasında CİPlər deyə tanıdığımız,lakin SUVlar.Nə isə.Allah Azərbaycanda ağıllı adamlara səbr versin.Çünki bu ölkədə ağılllıların normal yaşaması çox çətindir.
:)
1-Tamamilə razı olmağın ƏLA
2-Hələ də fikirləşməmisən?
3-4-Bu da ƏLA
5-Nəyi mübahisəlidir?
6-Aha
Rüstəm, bilirəm ki, bloquna xoş gəlmişəm :)
Coca-cola və Zamiqlə bağlı fikrinə heç bir etirazım yoxdur. Hələ üstünə Kamilənin də reklamını gəl.
Legacy-nin sloqanını da əlavə edə bilərdin ki, yolu ram et ümumi Subaru sloqanı ilə yola meydan oxu arasında mənaca azacıq fərq olsa da ideyanın tapılmasında heç bir çətinlik çəkilməyib və nəticə etibarilə heç nə dəyişməyib.
O ki, qaldı ideal idarələnmə-yə
razılaşmadığımı demək istəyirəm. Müəllifi özüm olduğuma görə yox, think feel drive-in yerli müstəvidə qəbul olunacağına şübhə etdiyim üçün deyirəm. Təsəvvür et: düşün.duy.sür (və ya idarə elə :) çünki bizim avtomobil bazarı nədənsə bu sürmək feilindən qorxur) Necə izah ediləcəkdi bu marka haqda heç bir anlamı olmayan adamlara? Amma ideal idarələnmə tamamilə sən demişkən, sümükləri ortaya qoydu və Subarunun da fərqli cəhəti elə onun sümükləri idi :) boxxer mühərriki və üfüqi simmetriya :)
Sualların özlərinin cavabı olduğuna görə mənim cavab verməyim yersiz olur. Suallar özləri elə cavab verir :)) amma yazı super. əməlli başlı ürək boşaldan yazıdır.
Afulya bloguma gəlməyinə şad oldum (söz tapılar deməyə).
Kamilla-nı mən görməmişəm, ona görə yazmamışdım, amma sən əlavə edirsənsə sözüm yoxdur.
Legacy kampanyasında istifadə olunan "Yolu ram et" və "yola meydan oxu" arasındakə fərqə dair fikrinə məndən əvvəl gərək PeopleBrand-in nümayəndəsi cavab versin. Amma, verməsə mən özüm yenidən bu məsələyə baxacam:)
O ki qaldı Think.Feel.Drive sloganına, Subaru-nu fərqli edən sadəcə sümükləri deyil Afət. Ən çox əti olan avtomobil markalarından biridir Subaru, hətta Toyota-dan daha kökdür bəlkə də. Əvvəla onu deyim ki, mən olsam Think. Feel. Drive istifadə edərəm. Bu mənim şəxsi fikrim. Yox əgər qanunverciliyə sadiq qalaraq azərbaycan dilinə çevirmək kimi bir durum olsa, Düşün.Hisset. Sür məncə Yolu Ram et və Yola Meydan Oxu kimi sloganlardan çox daha qəşəngdir. Çox daha mənalıdır və Subarunu çox daha yaxşı ifadə edir.
Sadəcə qulağı alışdırmaq lazımdır.
İdeal İdarələnmə ilk vaxtlar hamıya qəribə və qəliz gəlirdir, çox da tənqid olunurdu, ancaq indiki vəziyyətə bax özün. İmkan vermək lazımdır ki, insanlar Düşünsünlər, hissetsin və sürsünlər. ondan sonra slogan canlarına hopacaq.
"Sürmək" sözü ilə buzları qıran biz olduq, çox tənqid olundusa da, bundan sonra da istifadə edəcəyik, çünki tənqid olunmasının özü də yaxşı idi. Biraz da üzücü idi:)
Sağol Əfsun. Bu blogun yarısı sənindir, yarısı mənim.
MAK Forumda sustem çox qarışıq olduğuna görə (yeni sistemə keçəndən bəri forum mənim üçün çox çətinləşib)Legacy haqqında mövzunu tapa bilmdim. Ona görə də, burada bir dənə əlavə etmək istəyirəm ki, legacy.az saytında məktub yazılması üçün yer olsa da, yazılanlara cavab verilmir. Bu yaxşı hal deyil. Yeni sayt, yeni kampanya və səs-küy varsa, bir nəfərin maillərə cavab verməsi çox yaxşı olardı.
Salam Rustem,senin qeyd elediklerinin siyahisini cox uzatmaq olar mence. (teessuf ki)
1.Mence Coca Cola Brrrr-i Az-da tetbiq elemekle ciddi sehve yol verdi. O menada ki bizim qavrayiş ənənəmiz Brrrr-lara ve onun kimilərə uyğun deyil. Cola xarici reklam roliklərində toplu camaatı celb edib bu reklama amma bizde şoubiznesi sebebi cox aydindi biz teqlidi sevirik axi. Şou ehlini teqlid edenler - markete girib Brrrildayanlar yeqinki tapilacaq :)
2. Subaru baresinde nese deye bilmeyim ucun en azi onlar qeder işin içinde olmaliyam ona gore de fikir bildirmesem daha edaletli olar mence.
3. Xarici sloqanlarin milliləşdirilməsinə gəlincə bu çox ətin məsələdir: ya sloqanı herfi tercüme edib ortaya menası anlaşılmayan bir şey çıxaracağıq ya herfi yox məna-ideye tərcüməsi aparıb ümumi konsepti risq altında qoyacağıq, yada milli sloqan düşünəcəyik tərcüməsiz-filansız
4. AZtv - də umumiyyetle reklam yerleşdirmek pulun ve vaxtın boşa xərclənməsidir. O ki qaldı niyə ancaq təmizlik və gigiyena vasitələrinin 90%lik çoxluğuna bunu həmin məhsulların (ucuz məhsulların ) yönəldiyi seqment və Aztv -nin izləyici auditoriyası arasındakı bağlılıqda axtarmaq lazımdır. (Təbii ki bunu Sizlər məndən daha yaxşı bilirsiniz)
5. Bu mənim də ən həssas oldugum movzudur - mən bunun səbəbini izah elesəm gedib çıxacaq tarixi keçmişə, milli-mədəni-etnogenetik xususiyyetlere.
Qısaca bir şey deye bilerem Əfsun qardaşım əlini üzsün "amerikansayağı gülümsəmə"dən və orda bütün gördüklərindən. Ele fikirləşsinki heç ora getmeyib, heç bele bir yaşam terzi olduğunu da gormeyib :) Bu bizde heç vaxt olmayacaq sebebi ise çox uzun ve zencirvaridir.
6. SUV meselesine gelende "el dilində" hamımız (təbii ki peşəkarların öz aralarında danışdıqları məişət-terminologiya sintezli danışıqlardan başqa) Jeep daha doğrusu Cip deyirik. Amma eger hansısa movzunu goturub yazmaq iseyirsen se gerek elementar şeyleri axtarıb öyrenesen yada belece muzakire movzusu olasan .
DosT tətildən qayıtdınız? Çoxdandı görsənmirdiniz.
Şərh əldır. Bir dənə məsələyə toxunmaq istəyirəm o da SUV məsələsi. Biz də bəzən "cip" deyirik. Milləti də mən ümumiyyətlə qınamıram ki, niyə SUVlərə cip deyirlər. Bu təbiidir, səbəbləri var, səbələrinin nə olduğu da zatən aydındır. Ancaq, sizin dediyiniz kimi Vüqar özünü avtomobil sahəsində ixtisaslaşdrmaq istəyən jurnalistdir, yazı yazır. Ən azından SUV yerinə "cip" yazmalı olduğunu bilsəydi əla olardı. Bu götürüb lap JEEP yazıb. JEEP-in distribyutoru bugünə kimi yox idi deyə heç səs çıxaran olmurdu belə savadsız yazılara, amma yəqin bundan sonra hamı düzltməli olacaq yavaş-yavaş.
Rustem,commente munasibete gore teşekkur. Bu il işler o qeder gergin keçdi ki heç tetile de vaxt ayira bilmedim. Çoxdan olamamagimin sebebi işlerle bagli idi,inşaAllah yeni bir iş qurmaq merhelesindeyik, tebii ki ilk növbede de altyapı çalışmalarına (türklər demişkən) ehtiyac vardı bu yay başım buna qarışıb.
Amma comment yazmasamda herden yazilari ve commentleri izleyirdim. Biz etibarsiz deyilik axı DosT-uq :)
Dəyməz:)
Yeni işdə uğurlar. Yeni sezonda yeni iş uğurlu olar inşallah. Hansı sektora girirsiniz inşallah?
Maliyye sektorunun iştirakçıları, İnverstisiya şirkətləri və Holdinqlər üçün Strateji Planlaşdırma ve Risqlərin idarə olunması
proseslərində qərar-dəstək funksiyası daşıyacaq makro-maliyye modelləşdirmələri, data mining, defolt ehtimallarinın hesabanması,
bütün sektorlar üzrə xüsusi modellər əsasinda orta və uzun müddətli proqnozlar hazirlanmasi ilə ixtisaslaşan bir şirkət yaradırıq inşaAllah.
Xoş sözlərə görə təşəkkür Sizin də işləriniz İnşaAllah ugurlu olar
Post a Comment