Mənim bloqumda avtomobillər və avtomobil sektoru haqqında daha çox məlumat olur. Bu təbiidir. Mən bu sektorun içərisindəyəm. Bugün istədim biraz daha xırda məlumatlar verməyə çalışım bizim bazarımız haqqında. Rəsmi diler və distribyutorların satışlarını ayrı olaraq göstərməyəcəm (Subaru-dan başqa heç kim satışlarının media üçün açmadığına görə mən də heç bir məlumat açıqlama ixtiyarına sahib deyiləm). Təəssüf ki, mediada da bazarımız haqqında məlumatlar həddindən artıq azdır. Bəzi TV kanallarının gömrük komitəsinə, bəzilərinin isə statistika komitəsinə əsasən verdiyi məlumatlar isə üst-üstə düşmür və ya çox məhduddur. “2009-cu ilin birinci rübündə 16 min avtomobil idxal olunub” səviyyəsindən artıq deyil. Uzaq başı axtarsanız, minik avtomobillərinin sayısını öyrənə bilərsiniz, ancaq mənim bloqumdan başqa heç yerdə öyrənə bilməzsiniz ki, 2009-cu ilin birinci yarısında 1330 dənə Toyota Prado satılıb ki, bu ən çox satılan modeldir. Prado yenilənir və hazırda mövcud olan Prado-dan təkcə Ərəb ölkələrində stokda təxminən 80 000 ədəd var idi (2 ay əvvəl). Buna görə də qiymət 38 000 USD səviyyəsinə qədər düşüb ki, bu da belə yüksək satışlara səbəb olur.
Bizim bazarımız çox maraqlıdır. Yeni maşın almaq istəyən müştərilər ya SUV alır, ya da C sinfindən bir maşın. Faiz etibarı ilə baxdıqda təsəvvür edin ki, satılan hər üç maşının biri SUVdir. Təbiətə nə qədər də ziyan vurmağı xoşlayan və ya bunu umursamayan millətik (mən daxil). Mühərriklərə görə əlimdə analiz yoxdur, anca hər halda ortalama 2,5 ətrafında olar olar. Yeni maşın alan müştərilərin ən az istədikləri kiçik modellər və D sinif modellərdir. HYUNDAI Sonata da Prado kimi öz sinfində fırtına kimi əsir. Sonatanın D sinfində payı 60%-dir təxminən. Bu böyük rəqəmdir. Səbəb isə, Pardo-nun satış səbəbi ilə eynidir: çox yaxşı maşın, çox münasib qiymətə= top iki!
“Top iki”ni Top 5 etmək istəsək gərək Siyahıya Hyundai Santa Fe, Hyundai Tucson və Nissan Sunny modellərini əlavə edək.
Bu arada, Mitsubishi Pajero 2008-ci ildə böyük rəqəmlər göstərsə də, bu il 6 ayda cəmi 167 ədəd pajero satılıb.
WOMM işləyir və müştəri ya mükafatlandırır, ya cəzalandırır!