Bugünlərdə Barselona şəhərində global mobil telefon istehsalçılarının görüşü keçirildi. Burada alınan əsas qərar bundan sonra bütün telefonlar üçün eyni adaptorların istifadəsi idi. Yəni ki, işdə heçkim əlində batareyası ölmüş Samsung ilə gəzib adaptor axtarmayacaq, çünki bugünə kimi “Yox, məndə NOKIAdır” deyənlər də olmayacaq. Nokianın da, Motorolanın da, Samsungun da və.s adaptoru eyni olacaq. Bunun səbəbini də bilirsiniz, bundan danışmayacam.
Ancaq, bir məsələ var; Elə həmişə ofisdə “Məndə NOKIAdır” deyənlər çox olacaq?
Əgər son dövrlərdə Korea iqtisadiyyatının gedişatına baxsaq, Samsungun 2007-ci ilə Motorolanı üstələyərək dünyanın ikinci mobil telefon istehsalçısı olmasını nəzərə alsaq, LG-nin 2008-ci ildə Motorolanı və Sony Ericssonu keçərək dünyanın 3-ü böyük mobil telefon istehsalçısı olmasını fikirləşsək, yəqin ki belə olmayacaq. Samsung 2008-ci ildə 2.8% böyümə ilə 16.2% global bazar payına sahib olub ki, bu indilik 1.8% böyümə ilə 38.6% global bazar payına sahib olan NOKIAdan 2 dəfə azdır. Çox maraqlı olan isə Motorolanın 5.1% bazar itikisi ilə yerini 1.5% böyüyən LG-yə verməsidir, daha doğrusu eyni payı,8.3%, bölüşməsidir. 2008-ci ildə ümumiyyətlə isə 1.21 milyard telefon satılıb.
1. NOKIA 38.6%
2. Samsung 16.2%
3. LG 8.3%
4. Motorola 8.3%
5. Sony-Ericsson 8%
6. RIM (Blackberry) 1.9%
7. Kyocera 1.4%
8. Apple 1.1%
9. HTC 1.1%
10. Sharp 1%
11. Digər 14.1%
Yuxarıda da göründüyü kimi Korea markaları bu sahədə çox ciddi inkişaf sərgiləyirlər. Ancaq, maraqlı olan odur ki, Samsung, LG, HYUNDAI və KIA kimi Korea markalarının son dövrlərdə ciddi inkişafı inkişaf etmiş ölkələrə aid böyük markalara ciddi təhlükədir. Yazı çox uzanmasın deyə, bunu ikinci yazıda davam edəcəm, ancaq sizin çox dəyərli fikirlərinizi indidən eşitmək xoş olardı.
Qlobal maliyyə krizindən az zədə ilə çıxmağın üç yolu var; 1) az yeyib, çox yatmaq 2) qonşularda yemək 3) az yeyib, yatmamaq