“Yanvar ölü aydır” deyir az qala bütün biznesin içərisində olan insanlar. Ölü Yanvarda hamı oturub Fevralın diri olma ümidi ilə ölən biznesin hesablarını çakkıldadır. Deyir sən saydığını say, gör fələk nə sayır. Saysın fələk, görək Fevrala, Marta, Aprelə və ümumilikdə 2009-a nə sayır. 2008 doğurdan da möhtəşəm il idi. 2008 avtomobil bazarında da inanılmaz oldu. Xüsusən də yay ayları inanılmaz idi. Yayda Koreadan bir qonağımız gəlmişdi, bizim stokumuzu görüb şok oldu və mən təcili geri qayıdıb siz avtomobil göndərməliyəm dedi. Tələbi qarşılaya bilmirdik və beləcə bazarda nə qədər pay, nə qədər təkrar müştəri, nə qədər markadan uzaqlaşma. Çox pis idi.
Tək avtomobil sektoru deyil, bütün sahələrdə və eləcə də infrastrukturda böyük sıçrayışlar oldu. Qovşaqlar, yollar, yeni binalar, yeni bizneslər və.s. Neftin qiymətinin yüksək olması isə burada ən böyük səbəb faktorlarından biri idi. Sonra qəflətən riskli portfellərin səbəb olduğu finans kriz hamını qorxuya saldı. Hərçənd inşaat, əmlak və avtosektorlarda tez biruzə verdi özünü, ancaq krizin psixoloji tərəfi özünü hər tərəfdə göstərməyə başladı. İndilərdə isə bu artıq finans krizi olmqdan çıxdı və iqtisadi və hətta IMF başqanın dediyi kimi “sosial kriz” oldu. Getdikcə dərinləşən bu kriz isə, artıq işdən çıxarmalar, iflaslar və.s ilə yadda qalır. Krizlərdə həmişə axsayanlar ələnir, güclülər qalır. GM kimi divlər iflasın eşiyindən boylanır, Chyrsler və FIAT kimi iki “axsaq at” isə mənasız birləşmə həyata keçirirlər.
2009 hələki pis başlayıb, Yanvardır, ölü aydır. Fevralın axırında da Fevraldır, ölü təzə dirilir deyəcəyik yəqin, Martın dərdi var, Aprel aldadan aydır, may isə boş ay. Bax beləcə 2009 oldu “heç vaxt oyanmayan ölü Yanvar”.
2008 BOOM, 2009 gloom. 2010 yaxşı olar inşallah, Allah kərimdir.