Azərbaycandakı bütün reklamlar eyni səpkidədir, demək olar ki eyni səsləndirməyə və eyni mesaja sahibdir, eyni kütləyə xitab edir.
Şünkü Azərbaycandakı bütün reklam verənlər eyni şeyi düşünür; "insanlar bunun nə olduğunu başa düşməz, bizim millət hələ o səviyyəyə gəlib çatmayıb".
Etirazım var! Tamamilə qarşıyam!
Radio reklamları hazırda ölkəmizdə ən effektli reklam kanallarından biri hesab olunur. Çünkü "televiziya kanalları son vaxtlar müştəri etibarını itirib və insanlar əsasən avtomobillərdə radio reklamlarına qulaq asırlar, evdar qadınlar da radio dinləyir" məntiqi biraz hakimdir. Radio reklamlarını dinləyirsiniz yəqin ki (o demək deyil ki, sizin maşınınız var və ya siz evdar qadınsınız) , çünkü kifayət qədər çox eşitmə imkanlarımız var. Yaxşı, kimin hansı radio reklamı əzbərdən yadındadır və ya kim hansı reklamı digərlərindən fərqləndirib bəyənir və ya nifrət edir. Mənim şəxsən yoxdur, fərqləndirdiyim reklam. Bütün radio reklamları (az qala səsləndirməni də eyni adamlar etsin) "Azərbaycanda ilk dəfə, ....şirkətindən inanılmaz yenilik,....kişi sənin heç xəbərin vaaaaarrrr" məzmunundadır ki, bunların da inanın heç biri lazım olan mesajı lazım olan insanlara çatdırmaq imkanında deyil. Daha doğrusu sırf bu tip reklamların bəziləri ola bilsin ki, hədəf kütləsi etibarı ilə də məqsədə uyğundur. Amma, ola bilməz ki, bütün insanlar eyni profilli olsun və homogenlik bu qədər yüksək səviyyədə olsun. İnsana elə gəlir ki, biz %100 homogen bir cəmiyyətdə yaşayırıq.
Bu kanalların hamısını ayrı ayrılıqda uzun uzun incələmək əlbətdə ki mümkündür və tənqid ediləsi çox cəhətləri var. Ancaq, onu qeyd edim ki, yenə də əsas tənqid səbəbi bənzərlik, monotonluq və çox üzr istəyərək demək istəyirəm ki, tənbəllik olacaqdır. "Tənbəlliyin nə əlaqəsi var?" deyə soruşa bilərsiniz. Bizim insanlarımız qabiliyyətlidir, ağıllıdir, intellektual səviyyə ümüumiyyətlə çox yüksəkdir, yəni, bizim ölkəmizdə yaradıcı düşüncə məhsulu reklamlar görmə imkanımız var, bizim ölkəmizdə "göz bərəldəcək, dodaq dişlədəcək" marketing strategiyaları düşünəcək, tətbiq edəcək insanlar var. Amma, biz onu hələlik görmürük, çünkü standartları tətbiq etmək və ondan kənara çıxmamaq asandır. Standartlara qaçan insan (çətin problemlərdən asan çıxma məntiqini nəzərdə tutmuram) isə tənbəldir, başını ışlətmir, beynini yormur.
Reklam verənlər isə bütün bunlara yol verən, şərait yaradan insanlardır. Reklam verənin məntiqi ən başda ifadə etdiyim, insanları aşağılama, onları dar düşüncəli görmə üzərində qurulub.
Reklam verənlərin çoxunda belə bir düşüncə var "Alma rəsminin altında alma sözü yazmasaq bizim insanlar bunu başa düşməz"!
Bu yazının davamında "targeting and positioning" mövzusu yazılmalıdır yəqin ki...
Sep 28, 2007
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
8 comments:
Hal-hazırda texnologiya ele inkişaf edib ki, radioyaya tek evdar qadınlar ve maşını olanlar deyil,çoxu qulaq asir. Demek olar ki, her mobil telefonda radio var ve ya her avtobusda bir radio kanalı fırlanır.Yəni dinləyici diapazonu çox genişdir. Ugurlu nəticə əldə etmək üçün sadəcə hədəfi düzgün müəyyən edib və düzgün audial mesaj vermək lazımdır. Mən bu cəhətdən Subarunun -onu ancaq eşitmək mümkündür reklam spotunu çox bəyəndim.
Raziyam Aygun.
Mesele ondadır ki, hamı hədəfi düzgün seçmir.
Radio çox geniş kütlələrə xitab edir, bəzən mesajlar çoxluq arasında itir.
Dəhşət bundadır ki, bizdə nəinki radioda, başqa kütləvi informasiya vasitələri üçün də çox vaxt hədəf düzgün seçilmir. Bəzən mənə elə gəlir ki, Azərbaycanda bəzi marketoloqların hədəf necə seçilir deye anlayışı yoxdur.
Radioda isə reklamlar adətən bir-birini inkubator cücələri kimi təkrarlayır.
Birdəki, Rüstəm, biraz offtop kimi çıxsa da deməliyəm ki, blogunuz çox maraqlıdır. Sizə təşəkkür edirəm və fəxr edirəm ki, Azərbaycanda belə gənclərimiz var.
Mən özüm də sektorun içərisindəyəm və təzə olduğum üçün hər şeyə tam olaraq dərk edə bilmirəm, amma bildiyim iki şey var;1- düz deyirsiniz ki, bir çoxu bilmir 2-Bizim də dəyişdirə bilmədiyimiz bəzi faktorlar pis reklam və başqa kommunikasiya vasitələrinin ortaya çıxmasına səbəb olur.
Blogum haqqında yazdığınız xoş sözlər üçün mən sizə çox təşəkkür edirəm. İnanıram ki, sizin dəyərli fikirləriniz sayəsində daha da yaxşı olacaq, bloglar ortaya çıxacaq və Azərbaycanda blog şəbəkə qurulacaq.
Aygun, teessuf ki, KISSHOT'a gire bilmirem...Tam linki verseniz sevinerem.
Mən də inanıram, Rüstəm.
Mənim blogum isə tamam körpədir. İLk yazını bugün yazmışam. Lİnk beledir: http://www.kisshot.blogspot.com/
Amma dediyim kimi hələlik ancaq bir giriş var.
Post a Comment