İşimlə əlaqədar olaraq bir həftə Koreada oldum. Gəzdik, gördük, biraz da öyrəndik. Əvvəla onu deyim ki, birçox şey məni çox təəccübləndirdi. Xüsusən də mədəniyyətləri. Azərbaycan, Türk mədəniyyətinə çox bənzərdir. Xüsusən də insanlararası münasibətlər inanılmaz dərəcədə bənzərdir.
Bizə dedilər ki, burada iki şey görəcəksiniz ; speed (sürət) və hospitality (qonaqpərvərlik). İkisini də gördük. Gülərüzlü, çox sadə, mehriban insanlardır. Evlərinə getmədik, ancaq ev sahibi şirkət çox qonaqpərvər idi. Sürətlərinə isə söz ola bilməz. Çox dəqiq və düzgün işləyirlər. Altı günlük programımızda ləngimə, təxirə salma, gecikmə olmadı.
Şəhərin "arka sokakları"na girmədim, amma bizim gəzib gördüyümüz hər yerdə təmizlik üst səviyyədə idi. Əsas şəhərləri paytaxt Seoul, sənaye şəhəri Busan və Ulsan eyni dərəcədə təmiz və gözəl şəhərlər idi.
Yeməkləri özünüzün də təsəvvür etdiyiniz kimi okean canlılarından hazırlanır əsasən. Ancaq, Mən qizardılmış balıq tapa bilmədim təəssüf ki. elə buna görədir ki, orda olduğum müddətdə cəmi iki nəfər, bizim "orta kök" deyə biləcəyimiz səviyyədə kök insan gördüm.
Orada söhbət etdiyim Özbəkistanlı bir nəfər mənə "Bunların sürətinə, iş rejimlərinə ayaq uydura bilmirəm. Buradan da biraz ona görə ayrılmaq istəyirəm" dedi. O qədər zəhmət olmasa, Kore bu qədər böyüməz, bu qədər inkişaf etməzdi. O Özbək yoldaşın yerində bir Azərbaycanlı da olsa yəqin ki, eyni sözləri deyərdi. Bəlkə də elə bu da bizim Koreaya aşağıdan baxmağımıza səbəb olan faktorlardandır.
Koreada adama elə gəlir ki, Koreanı HYUNDAI tikib, SAMSUNG içərisini elekjtronika ilə təchiz edib. HYUNDAI KIA motors orada çox böyük pay sahibidir. Buralarda heç görmədiymiz Samsung Avtomobilləri də xeyli var. Samsung avtomobilləri haqqında deyəsən mən əvvəllər yazmışdım. Samsung hara, avtomobil hara??? Düzdü!
Məni marketing cəhətdən çox maraqlandıran isə bu oldu; əlimdə fotoaparat heç olmasa Samsun və HYUNDAI-ya aid nə isə maraqlı bir outdoor çalışması görərəm deyə baxırdım. Mən bir dənə də olsun şəklini çəkməyə ehtiyac olan şey görmədim. Həttə normal, pis olmayan bilboard da görmədim. Samsung yenə biraz var idi, HYUNDAI, KIA, DAEWOO, Samsung Cars, SSang YONG və.s-dən maraqlı heç nə görmədim.
HYUNDAI-nin marketing hədəflərindən də xəbərsiz gəlsəm, ümumiyyətlə marketing adına çox az şey görmüş olardım.
Koreada balıq olur, ananas olur, HYUNDAI olur, Samsung olur, KIA olur, LG olur....
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
No comments:
Post a Comment