Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Oct 6, 2007

Dostuma kontur göndərmək üçün Məlikməmməd olmalıyam yoxsa Koroğlu?

Reklamı axır ki, başa düşmüşəm, ama reklamın məntiqini, reklamı fikirləşənin nə fikirləşdiyini hələ də başa düşə bilmirəm.
Bakcell-in "dostuna kontur göndər", xidmətinin məntiqi bütün dünyada olduğu kimi Azərbaycanda da iki tərəfli yanaşma (mənim başa düşdüyüm ikidir, başqası da varsa siz əlavə edin) ilə belə izah edilə bilər;1-Bakcell kontru istifadəsini asanlaşdıraraq, daha çox kontru istifadə olunmasına imkan yaradır, yəni, daha çox qazanır 2- Bakcell müştərilərə bəzi vacib vəziyyətlərdə, gözlənilmədən kontursuz qaldıqda çətin vəziyyətdən çıxmaq imkanı yaradır.

Ancaq, operatorun bütün kommunikasiya strategiyasında "gözə soxulan", dostun köməyinə çatma məntiqi və bizim üçün təmin edilən faydadır. Sağolsun Bakcell ! Yaxşı xidmət üçün bir vasitədir. Buna sözüm yoxdur.

Ancaq, bu iş doğurdan da asan bir iş olmalıdır. Asandır. Ulduz, diyez, nömrə....Nə isə! Ancaq, Bakcellin TV reklamında bu proses o qeder mürəkkəb göstərilib ki, bu xidmətin nə olduğunu əvvəlcə görməyən, bilməyən adam elə bilər ki, dosta kontur göndərmək üçün qırmızı dalğalardan keçmək lazımdır. Yaradıcılığı onsuz da inanılmaz dərəcədə pis olan (Mən çəkilən zəhməti nəzərə alaraq heç bir iş haqqında "çox pis" sözünü işlətməməyə çalışıram, amma bu reklam haqqında nə qədər çalışdımsa da bundan başqa söz tapa bilmədim) TV reklamın verdiyi mesaj isə yoxdur. Havada qalır!

Reklamda konturu göndərərək təcili kontura ehtiyacı olan bir dostun köməyinə çatmanın onun necə köməyinə çatdığını və ya özümüzün dar zamanımızda bizə göndərilən konturun bizi vəziyyətdən necə çıxardığını göstərmək və bunun da cəmi 2 dəqiqə vaxt aldığını çatdırmaq lazım idi. Bunun heç biri yoxdur. Bəlkə də bunu biraz da məzəli, yumorik bir şəkildə də çatdırmaq olardı. Onsuz da 100 kontur göndərən də, alan da iş adamı deyil. İş adamları və konturdan çox istifadə edən insanlar abunədirlər. Tələbələr isə belə reklamları qəbul etmək üçün çətinlik çəkməyən və hətda sevən insanlardır.

Yaradıcılıq tərfini özləri düşünsünlər amma heç olmasa məntiqini də fikirləşməyiblər görəsən? Sadə bir şeyi bu qədər qarışıq və estetikadan uzaq çatdırmaq nəyə lazım idi?
Çap versiyaları da ondan geri qalmır. Rənglər qarışıb, rəqəmlərdən başqa heç nə görsənmir. Kampaniya böyük bir yenilik, bənzəri görülməmiş bir şey, rəqabətin çox ağır olduğu, rəqiblərin ağla gələn bütün sadə yolları artıq tətbiq etmiş olduğu bir sektora aid olsaydı mən də (əminəm ki, mənim kimi milyonlarla insan daha var) Bakcell-i başa düşərdim. Amma, indi başa düşmürəm.

Son illərdə Azercell və Bakcell şirkətlərinən heç biri bu qədər "pis" reklam kampaniyası tətbiq etməmişdilər. Hətda, mənim Azərbaycana gəldiyim bu 4 ay ərzində gördüyüm ən pis reklam kampaniyası deyə bilərəm buna!

Dostumuza kontur göndərmək üçün Koroğlu olub paşalarla dava qırğına çıxmalıyıq, Məlikməmməd olub nağıllar aləminə dalmalıyıq, yoxsa Ocean 12`dən dərs almalıyıq?

9 comments:

Anonymous said...

[i]Salamlar.[/i]
[b]Blogunuzda ilk defeyem. Azerbaycan dilinde bele bir blogun oldugunu gorende cox sevindim. Yeri gelmisken blogunuza google-de axtaris zamani rast geldim...
Maraqli yazilarin sahidi oldum. Komment yazdigim yazi da maraqli idi. Ve sizinle tamamile razilasiram...[/b]
Son zamanlar Azerbaycanin reklam dunyasinda daha cox mobil operatorlarin reklamlarina rast gelinir. Lakin, son derece efektli alinibmi bu reklamlar? Tehlil ederken Reklami 6 silindirli yaris masinina benzetsek, effektivliyini ise hemin masinin sureti kimi nezere alsaq: Neticede gorerik ki, yaris zamani 6 silindirden yalniz 4-silindr istifade olunub. Maksimal suret ucun 2 silindr de istifade oluna bilerdi. Olunmayib. Baxmayaraq ki, 4 silindrli masini modernlesdirib 6 silindirli masin etmek ucun lazim oldugundan da artiq xercler cekilib. Ki, daha cox suret elde edilsin.
Bu, bu gun bizim reklam bazarina menim prizmamdan bir baxis idi...

Rüstəm Məmmədov said...

Bəlkə də silindrlərin sayısını artırmaqdansa, silindirlərə daha çox hava, oksigen gondermeyin yollarını axtarmaq lazımdır ki, az yanacaqla çox güc əldə edilsin...
Maraqlıdır Ceyhun.
Dəyərli şərh üçün təşəkkür edirəm.

Aygün İslamzadə said...

Əhsən, Rüstəm! Bİr - neçə gün əvvəl bu reklamı görüb analoji hissləri mən də keçirtdim. Nİyə hisslər? Çünki o qədər düşüncəsiz reklamdır ki, bilmədim nə düşünəm. Pis reklamın TOp 10 siyahısında birinci yeri bu reklam tutsa da, məncə Narın xoş xəbəri öz eybəcər animasiya personajları, lazımından artıq informasiya ilə( filankəs dayı, feşmənkəs xala, başı şişir adamın) və mənasız cümlələri ilə bu siyahida ikinci yer alır.
Sİyahını uzatmaq olar.)

Rüstəm Məmmədov said...

Elə mən də qalmışdım arada, bilmirdim birinciliyə hansını qoyum.
Sonra, tənqid etməyə əlimdə daha çox vasitə olduğu üçün Bakcell-i birinciliyə "yüksəltdim".
Nar Mobile reklamları üçün yazını da sizdən gözləyirəm. Amma, reklamlarından əvvəl öz fəaliyyətlərini də kifayət qədər tənqid etmək olar. Mükəmməl fəaliyyət göstərən şirkət azdır. Tənqid etmək da asandır. Amma, bəzi şeylər var ki, bunun üçün nə mütəxəssis olmaq lazımdır, nə də işin biləni, sadəcə düşünmək lazımdır. Vəssalam!
Çox dəyərli fikirlərinizi paylaşdığınız üçün təşəkkür edirəm.

Unknown said...

Birinciliyə həqiqətən də Bakcellin reklamı layiq idi.
Nara gəldikdə isə, bir forumda dediyim kimi orda marketinq işindən daha çox texniki problemlər pis imicin yaranmasına səbəb oldu. BU qədər gözlədikdən sonra AZərfon gərək tam hazır olub, sonra bazara yol alardı. Tələsdi və nəticədə onu hər sınaqdan keçirən iki adamdan biri ex operatoruna qayıtmağı üstün bildi.

Rüstəm Məmmədov said...

Adı da "rexniki" problemli oldu NAR Mobile-ın. Dediklərinizlə tam razıyam.

Anonymous said...

Rüstem, çok merak attim şu reklamı kısaca bir anlatıver yahu, ne iş becermişler ki bu kadar kötü olmuş.

Rüstəm Məmmədov said...

Abi anladım mı ki, anlatayım?

Hızmet şu: Arkadaşına kontör gönderebiliyorsun artık. Şimdiye kadar yoktu. Bunun için de sadece bır kod tuşlaman ve kontör sayısını girmen lazım. Bu kadar basit.

Adamlar kalkmış reklamda lazer ışıklardan geçme, bilmem atlama, zıplama, yani büyük bir sıkıntı resmen, çekmişler ki, sanki köntör gönderme işi dağları aşmakmış..
Görsellik de o kadar berbat ki, anlatamam artık...

Anonymous said...

rüstem salam necesen yazını oxudum lezzet eledi.Men İstanbulda eve uydu almışam ki bes Azerbaycan tv kanallarınıda izleye bilim.Amma bu dediyin reklamları görmekden bezdim.Bu meseleni mence her zaman blogunda yayınlamalısan ve ordakı tv kanallarıda bunlardan xeberdar olmalıdır.Mence ancag bu cür tengidler neticesinde bizde de professional reklamlar yayınlanar