Bizim kolejdə biri vardı. Bizdən bir sinif yuxarı idi. Bütün gün yatırdı. Amma, ən yaxşı oxuyanlar da Həndəsə dərsindən nəyi həll edə bilməsələr gəlirdilər onun yanına, yuxudan oyadıb misal həlli soruşurdular. O Türkiyədə ortabab universitetlərdən birinə girdi.
Biri də vardı gecə-gündüz oxuyurdu, hətta o yatanın yanına gedib ondan kömək istədiyini də gözümlə görmüşəm. O Boğaziçi universitetinə girdi, Amerikaya getdi və.s
Biri yatan idi, biri qaçan.
Avtomobil sənayesinin hazırda iki qaçanı var; Hyundai Motor Company və VW Group
Hər ikisi inanılmaz sürətlə inkişaf edirlər. Toyota Pradonu 8 il sonra guya yenilədi və bazara çıxardı, amma ortada yenilik adına heçnə yoxdur. Dizaynda dəyişiklik yoxdur bu ayrı məslə, ola bilər. Amma, 8 il əvvəlki Prado da 2.7 motor 167 at gücü ilə çıxarılmışdı, indiki də. Nə Hyundai-da, nə də VW-də bunu görmək mümkün deyil.
Toyota 1996-ci Cost Competitiveness in 21 Century programına qərar verdi və 2002-ci ilə qədər 6 milyard dollara qənaət etdi. Avtomobil istehsal prosesini 12 aya endirmək planını tətbiq etdi (hələlik ən qısa müddətdə istehsal olunana Corolla-dır səhv etmirəmsə, 18 ay). Dünyanın ən böyüyü olmağı hədəf olaraq seçdi (halbuki Toyoda dünyanın ən yaxşısı olmaq üçün çalışırdı) və başladı xərc azaltmağa ki, maşınları ucuz olsun, çox satsın, pay qazansın və.s Amma, mühəndislər buna çox böyük etirazlar etdilər. Dinləyən olmayıb! Axırı da gəldi Bob LUTZ-ın dediyi kimi “Toyota artıq müzakirə edilə bilər. O ən yaxşı deyil. O hamı kimidir. Hamıdan biridir” vəziyyətinə düşdü.
Əvvəllər Vüsal imkan vermirdi ki, Hyundai ilə Toyota-nı müzakirə edim, amma indi əminəm ki heç nə deməyəcək.
Son on illiyin iki böyük avtomobil istehsalçısı var; Hyundai Motor Company və VW Group
Nissan CEO-su “Hybrid-də gəmi getdi, Electric avtomobil istehsalında Nissan lider olmalıdır” demişdi. Onun üçün də çalışırlar. Nə qədər real olacaq bu bilmirəm, amma mən inanıram ki, növbəti 10 ildə adını çəkdiyim iki istehsalçı yenə də ən böyük sıçrayışa nail olacaq.
3 comments:
Nese bu Hyundai-in ishiqli geleceyinden chox danishirsan ha:))))
Türklərin sözü olmasın "kafayı yemişik" biz:)))
Cox maraqlidi sizin teklif ve iradlarinizin Istehsalcinin nezere alma mexanimzi movcuddu ???
Post a Comment