Mən magistraturada oxuyanda Reklam dərsində agentliklərlə iş necə qurulmalıdır, brif necə yazılmalıdır, agentlikdən nələr tələb olunmalıdır filan kimi şeyləri də keçmişdik. Bir də onu keçmişdik ki, reklamla əlaqəli işləri reklam agentlikləri görür. Sonra ilk işə başladım və bir şəkildə yönətimi razı saldıq ki, Türk reklam agentliyi ilə Veracruzun təqdimatını edək. Çap reklam mətnləri gəldi və baxdım ki, Veracruz ilə kofe qarışdırılıb bir-birinə. “Sabah uykudan uyandığınızda Veracruz iyi gelir” menasında bir cümləni görən kimi də işləri dəyişdik və təxirə saldıq.
Ondan sonra da agentliklərə heç vaxt bütün işi vermədik. İndi də reklam agentimiz var, işləyirik, ancaq dərsdə keçdiyimiz formatda yox.
Ölkəmizdə agentliklər xeyli çoxdur. Bunları kateqoriyalara bölsək Qlobal agentliklərin nümayəndəlikləri, Yerli Babat agentliklər və yerli Zirzəmi agentlikləri kimi yaza bilərik. Bunların üçünün bir-birindən fərqlərini çoxumuz yaxşı bilirik. Ortaq nöqtələri isə bilirsiz nədir? Üçü də ağzını açanda şirkətləri tənqid edirlər, şirkətlərdəki marketinq departamanetləri haqqında isə “qeyri-professional” deyirlər.
Şirkətlərimizdə ki marketinqçilərdən də soruşanda deyirlər “Agentlik var? Onlar nə bilirlər ki bizim işi? Hava satıb pul qazanırlar. Özümüz onlardan min dəfə yaxşısını düzəldərik”. Bütün məsələ də yatır bu “düzəldərik” sözünün altında. Reklam agentliklərinin əsas işi “düzəltmək” deyil, “hazırlamaq və icra etməkdir”. Plan hazırlamaq, strategiya hazırlamaq, konsept və dizayn hazırlamaq və. S. İcra etmək də aydın məsələdır.
Dərd burasındadır ki, həm şirkətlərimizdəki marketinqçilər, həm agentliklərimizdəkilər hamısı bu ikili münasibətdə ortaya bir məhsul çıxarılmasına “düzəltmək” sözü ilə yanaşırlar. Əsas problem də budur.
Deməli boş-boşuna bir birimizi tənqid etməyək, həm siz özünüzü düzəldin, həm də biz.
17 comments:
Rüstəm, başqa agentliklərlə təcrübənizi bilmirəm amma bizimlə olan haqqında razısınızsa yaza bilərəm və istəyən nəticə çıxartsın Hyundai Azərbaijan-ın (şəxsən sizin yox) marketinqə yanaşması haqqında.
Ok? :)
Emin bu blog HAA blogu deyil, mənim şəxsi blogumdur. Sərbəst blogdur, nə istəsəz yaza bilərsiz.
İki şirkət arasında yaxşı və ya pis hamının bilməməsi gərəkən şeylər ola bilər, onları da özünüz qərar verin nə olar, nə olmaz.
Ondan başqa nə istəsəz yaza bilərsiz əlbəttə. Özünüz bilirsiz, mənim sizə çox böyük hörmətim var.
OK :)
Ok :) 3 əsas əməkdaşlıq cəhdləri haqqında yazacam.
1. İnternet reklam
Hyundai-in internet reklam fəaliyyəti (digər avtodilerlər kimi) saytlarda adi bannerler yerlədirməkdən ibarət idi. Aylıq N qədər budcə var idi.
Şirkətin Marketing direktoru Rüstəm Məmmədov digitalbr@nd şirkətinə müraciət etdi ki, bəs internetdə marketinq fəaliyyətimizin effektivliyini artırmaq istəyirik. Gəldik. İmkanlarımız, bacardıqlarımız və ümumi şəkildə nə edəcəyimizi təqdim etdik. Hyundai-ın xoşuna gəldi (yanılmıramsa). Qiymət. digitalbr@nd təklif etdi ki, Hyundai üçün ayrıca 3-nəfərlik qrup ayırsın çünki, təklif etdiyi marketinq həlləri (hər modelə mini-saytlar, bloq və forumlarda mütamadi iş, SEO, qeyri standart bannerlər vasitəsilə kreativ kampaniyaların keçirilməsi, hyundai.az -n CRM imkanlarını artırmaq) geniş idi. İstədiyi pul - Hyundai-ın N büdcəsinin 57% təşkil edirdi. Yəni media buyng-ə qalırdı 43% hansı tam bəs edəcəkdi (ola bilsin 10-15% artardı) çünki, artıq "bilbord prinsipi" ilə il boyu bahalı və qeyri effektiv bannerlər yerləşdirilməyəcəkdi. Əksinə, kampaniyalar "cyclic" və "взрывной" şəkildə keçiriləcəkdi.
100-150 mln AZN dövriyyəsi olan Hyundai Azərbaycan qiyməti bahalı hesab etdi və əməkdaşlıq alınmadı. Söhbət gedirdi reklama buraxılan ümumi məbləğin 3-4% dən (bəlkə də daha az, dəqiq büdcəni bilmirəm). İnternet reklam büdcəsi isə artacaqdı 10-15%. Əlavə olunacaq fəaliyyətin (yuxarıda sadaladığım) verəcək effektin müqabilində bu çoxdur ya azdır??
Bu nədir, marketinqdən bixəbər olma yoxsa insan əməyinə hörmətsizlik (büdcənin 57% - kreativ)? Guman edirəm ki, ikincisidir. Çunki, əminəm Rüstəm istəyirdi bu əməkdaşlığı.
rəqəmlər əlbəttə ki, təxminidir. Amma əminəm ki, yaxın təxmindir :)
2. i20
2009-un sentyabrında i20 üçün creativ istəmishdiniz PeopleBrand-dən. Həmişəki kimi, işə marketinq nöqtei nəzərdən yanaşdıq (sadəcə gözə girən visual yox). Həmin vaxtı Berlində idim (EMBA-imin növbəti modulu) və sözün əsl mənasında "sökülürdüm" çünki, istəyirdik axırki Hyundai-a göstərək işimizin "dadını".
Koncept və draft dizayn hazırladıq və göndərdik. Rüstəm, sizin kommentlər: "Sizin teklif shexsen menim chox xoshuma geldi, outdoor ve print mediada istifade etmek olar. Yeqin ki, men sizden xahish edecem onlari, amma yene de deqiq vaxt meselesinde chox chetinlik chekirem." Amma: "I20 haqqinda hetta bugune qeder HMC ile ne edeceyimizi danishiriq. Ona gore de konkret nese deye bilmedim size." Və beləliklə də bu cəhd də alınmadı...
Ay RÜstəm, bəs onda bizim sərf etdiyimiz vaxt (başı gücə salmağı qoy bir qırağa) necə olsun? Bəs qərar qəbul olunmayıbsa onda agentliyə niyə sifatiş verilir? Axı bizim üçün vaxt - puldur. Sözün əsl mənasında.
Halbuki, yenə də bilmirəm, HMC-dir müqəssir yoxsa...
Emin hər iki cəhdlə bağlı izah verim qısa. Açığı istəməzdim burdan izah verim, amma madən yazdınız mən də deyim.
1-ci cəhddə qiymət baha oldu. izin yazdığınız rəqəmlərdən biraz daha baha (nisbətdə) oldu, iş də alınmadı. Amma, əmin olun ki o görüş boşa getmədi. Əvvəllər tək mən həmişə deyirdim k, "İnternet reklamda PeopleBrand-Digitalbrand ən yaxşıdır bildiklərim arasında" amma indi bunu şirkətin sahibləri də deyir və elə bugünə qədər mənim yanımda 4-5 şirkət üçün s\referans olunub. Üstəlik, bu yaxınlarda ortaya nəticə çıxacaq. Birinci səfər tam əmin olmadan sizdən təklif istədim deyə bu səfər tələsmək istəmirəm:))
2-ci təklifdəki bir məsələni qəbul edirəm; sizin vaxtınız getdi zəhmətiniz hədər oldu. Amma, inanın ki, nə mənim nə də bizim şirkətdə heç kimin zərrə qədər də günahı olmadı bu işdə. Maşınlar o qədər gec oldu və HMC işi o qədər uzatdı ki, həmin vaxt artıq i20 3-4-cü plana düşdü. Bu axı işdir, bunu siz məndən yaxşı başa düşürsünüz ki, belə şeylər olur.
3. Tender. Real Tender. Mənim üçün - ilk dəfə.
Rüstəm, mən yuxarıdakıları yazmazdım bu tender söhbəti olmasaydı. Çünki, azdan-çoxdan təcrübəm var Azərbaycanda və bu cür yanaşma 90% şirkətlərə məxsusdur. Üstə gəl sizin qıcıqlandırıcı yazınızın nəticəsidir bu :)
Mən yazım siz qırağdan baxın bu məsələyə.
Siz bizi tenderə dəvət edəndə mən açığı sevindim - axır ki, bu məmləkətdə ƏSL tenderdə iştirak edərik. Sevindiim çünki, sizə inanıram və tenderin şou yox məhz Tender olmasına inandım. Mən sevirəm rəqabəti və hər zaman hazıram sağlam rəqabətə.
Bizə deyildi ki, NAB Holding-dən adamlar gələcək və ilk görüş 2 hissədən ibarət olacaq: 30-40 dəqiqə tanışlıq və sonra müzakirə. Təəssüflər olsun ki, bu görüşdə mən maraq yalnız Strategic Planning lə məşğul olan türkdən gördüm. Azərbaycan sayağəı "yeri-gəlmişkən-nə-ideyanız-var" da okdir, oyrəşmişəm belə şeylərə. Nəticə o oldu ki, Brief göndərəcəksiniz biz də onun əsasında öz Təklifimizi verəcəyik. Zatən reklam Pitch-i belə olur - yəni təkliflər rəqabəti.
Bəs nə oldu? Hə, unutdum, bizdən başqa tenderdə 2 şirkət də iştirak edirdi: yerli X Production və global Y Media şirkəti. Nəticədə biz Brief almadıq və siz yenə də HMC səbəb gətirdiniz (mənə elə gəlir bu sizin Hyundai Azərbaycana olan loyallığınızdan irəli gələn bir formal səbəbdir). Dediniz ki, bu Y şirkəti global olaraq Hyundai-a xidmət (MEDİA) göstərdiyinə görə KREATİVLƏ (!) onlar məşğul olacaq. Yerli X şirkəti (PRODUCTİON) isə MEDİA BUYİNG-lə... Və mənə ən təsir edən söz(Aflatuna dediyiniz): "Onsuzda əvvəldən nəzərdə tutulmuşdu ki, işin 90%-nı global Y şirkəti görəcək".
Halal xoşları olsun e, amma qardaş bu münasibətdir bizə qarşı?? Yəni həqiqətən düşünürsünüz ki, bizim işimiz-gücümüz yoxdur oturaq belə "tenderlərə" vaxtımızı sərf edək?
Rüstəm, biz neçə ildir ki, dəvət olunduğumuz tenderlərdə iştirak etmirik. Çünki, mən elə dəvətin tərtibatından, tələblərindən bilirəm bu necə "tenderdir". Hətta bir tanınmış telekom şirkətinə rəsmən demişəm ki, bizə birdə dəvət göndərməsin. Bir serb Commercial Director-u vardı sevirdi möhtəşəm və mənasız İnvitation-lar göndərməyi.
İndi, Rüstəm, mən də istəyirəm sizinlə işləmək. Amma səmimi deyin mən agentliyin Hyundai Azərbaycan-ı tənqid etməyə haqqım var ya yox? :)
Oxudum yazdıqlarımı... urəyim dolubmuş :)
Rüstəm, nothing personal. Sadəcə yaman qəzəblənmişdim Hyundai-a :)
Emin, ürəyin dolu imiş yox, lap partlayırmış:))
Əlbəttə ki, heç nə şəxsi deyil. Müzakirəyə açılması da normaldır bu mövzunun. Sırf sizinlə işimiza barəsində mən sənə zəng edəcəm və ya gələcəm sizin ofisdə danışarıq. Mənə görə bu məsələlər blogda bu qədər açıq yazılmamalı olan məsələlərdir.
HMC bəhanə deyil və mənim HAA-ya olan loyallığım da səbəb deyil. Əflatuna dediyim söz də səhv anlaşılıb. HMC-nin özünün birbaşa gördüuü işləri nəzərə alıb mən 90% demişəm, yoxsa elə şey olsa niyə də tender elan edək.
Yerli X şirkəti media satın alma ilə məşğul olacaq tərəfini mən sizə zatən demişdim, siz özünüz daha doğrusu bizə dediniz ki sizin işiniz satınalma deyil və bu iş sizə maraqlı deyil.
Bir də Emin, HMC tək bir səbəb deyildi, global agentlik kimi də doğurdan da yaxşı təqdimat etmişdi. Yenə deyirəm, detallarını danışarıq lazım bilsəz.
Nə isə, Rüstəm... Mənim sözlərimi heç kəs burada paxıllıq kimi anlamasın. Amma belə tender keçirilmir. Reklam pitch-ində dəyərləndirilən əsas şey - [b]Brief-ə dair hazırlanan Təklifdir[/b].
O ki, qaldı şirkət təqdimatına Azərbaycan kimi inkişaf etməmiş bazarda yerli şirkətin təqdimatı qlobalınkı kimi samballı ola bilməz. Birdə ki, qardaş bizim 5-6 saatımız olub hazırlamağa rəqibimizn isə ən azı 1 həftə :)
Nə isə, Hyundai ən azından alterntiv təklif, vision ala bilərdi. Zatən tenderin mənası budur.
Ümid edirəm ki, bu tənqid (həddindən artıq açıq olsa da, razıyam) HAA-ya özünü agentlikklərlə iş sahəsində düzəltməyinə yardım olacaq.
Necə deyərlər - [b]Tənqid Olunaq, İnkişaf Edək[/b]
Nə isə, Rüstəm... Mənim sözlərimi heç kəs burada paxıllıq kimi anlamasın. Amma belə tender keçirilmir. Reklam pitch-ində dəyərləndirilən əsas şey - [b]Brief-ə dair hazırlanan Təklifdir[/b].
O ki, qaldı şirkət təqdimatına Azərbaycan kimi inkişaf etməmiş bazarda yerli şirkətin təqdimatı qlobalınkı kimi samballı ola bilməz. Birdə ki, qardaş bizim 5-6 saatımız olub hazırlamağa rəqibimizn isə ən azı 1 həftə :)
Nə isə, Hyundai ən azından alterntiv təklif, vision ala bilərdi. Zatən tenderin mənası budur.
Ümid edirəm ki, bu tənqid (həddindən artıq açıq olsa da, razıyam) HAA-ya özünü agentlikklərlə iş sahəsində düzəltməyinə yardım olacaq.
Necə deyərlər - [b]Tənqid Olunaq, İnkişaf Edək[/b]
Mənim e-maillə yazdıqlarım öz yerində qalmaq şərtilə biz də düzəldək özümüzü siz də düzəldin özünüzü:))
Mən də razı:)
Çalışacağıq, inşaAllah
İnşallah Emin.
Mən istəməzdim ki bu yazı ikimizin aramızdakı məsələ imiş kimi qəbul olunsun. Çünki, iş əslində bundan daha mürəkkəb və pisdir.
Müzakirə edilməli olan odur ki, heç birimiz bir-birimizin işimizi tam öyrənmirik və buna görə də qərarlarımız biraz müzakirəli olur. Ən əsası da odur ki, heç birimiz fikirləri qəbul etmirik.
Düzdür, hər fikir qəbul olunmaz, hər təklif qəbul olunmaz, hər tənqidi q
bul etmək olmaz (MAk az da biri bizi Hyundai-in global fəliyyətindən xəbərsizsiniz deyib tənqid etmişdi:)), amma nə şirkət olaraq biz agentliklərin dediklərini qəbul edirik, nə də agentliklərə bizim onlardan narazı olmağımızın səbəblərini dinləmək istəmirlər. Axırı hara gedər bilmirəm, amma mən şəxsən necə olursa olsun yol tapacam buna inşallah və pis-yaxşı bir agentliklə tam agentlik-şirkət münasibəti quracam tam. Effektivliyi artırmaq üçün bunun başqa yolu yoxdur. agentlik də öyrənəcək, biz də..
Siz bir birinizin tel nomresini ve ya mail adresini bilmirsiz?
O ki qaldi meqaleye munasibete...
Mence Reklam agentliyi ile reklam shirketi anlayishi ferqlendirilmelidir bir birinden. Agentlik ele bir nov statdan kenar marketinq shobesi funksiyasini icra etmelidir. Ager Firmanin marketing shobesi agentlikle ihsleyirse, onda marketinqchiler ozlerine bir az az eziyyet vermeyi ya secibler ve ya bunu etmelidirler. eger konsept hazirdirsa bu ishi sirf agentlikle deyil, konkret reklam shirketleri ile de icra etmek mumkundur, chunku netice etibari ile sizin uz tutdugunuz agentlikler bu shirketlerle calashacaqlar. Professional agentlik mehz bu addimi atmaga borclu ve mecburdur. eger reklam agentliyi sex achib konstruksiya qaynaq ishleri ile meshgul olursa o zaman creativden sohbet gede bilmez (nece ki, ellerine kamera alib reklam rolikleri cheke bilmirler).nece deyerler choreyi ver chorekchiye meselesi...
Konkretleshdirsek... marketing shobesi agentlikle ishledikde, sifarishinin hansi hissesinin agentlik terefinden goruleceyini, hansi hissesinin reklam shirketlerine devr edileceyini, ve bu devr etme ishlerini ele ozlerinin ede bileceklerini de evvelceden dushunmelidir.
bashima gelen bir hhadiseni paylashim.. Bakida genish yayilmish magazalar shebekesinin marketing shobbesi ile ishleyirdim, onlarin 4-5 magazalarinin sifarishini de goture bilmishdik,(ilkin merhelede) . daha sonraki merhelelerde, marketing shobesini genishlendirdiler (ekstensiv yolla). İshlerimizin birinde emekdashlarinin birinin mene dediyi soz bu idi: "men sizin gorduyunuz ishi ozum gorub, 5-10 manat da qazana bilerdim."
Mence bu cumlede 3 mesele oz eksini tapib. marketing shobesinin, agentliyin ve reklam shirketinin payi ve ya ohdelliyi.
Vüsal problem ordadır ki, heç kim özünün müzakirəyə açılmasını istəmir.
Agentlikləri dindirsən və ya reklam işi ilə məşğul olanları dindirsən, sektordakı şirkətlərdə marketinqin "m"-sını ancaq bilir işləyənlər və agentliklərin dediklərini də ona görə başa düşmürlər.
Sektordakıları dindirsıən, agentliklər heç nə bacarmırlar, uşaq-muşaq oturub orda, adını qoyub creative insan və ya kopirayter və ya nəsə, sənin-mənim fikirləşə bildiyimdən artığını da bacarmır.
Əslində məsələnin kökündə hər iki tərəfin böyük səhv yanaşması durur.
Sektor ona görə səhv yanaşır ki, agentlik deyilən şey və ya o agentlikdə işləyən insan hər hansı işi öhdəsinə götürürsə bu "hoqqa çıxaracam" demək deyil, ancaq onu gözləyir şirkətlər.
Agentlikdəkilərin də səhvi ondadır ki, hər hansı bir işi şirkətlərdən istəyəndə "hoqqa çıxaracam mən" deyir və ya ona bənzər nəsə edir, hoqqa da çıxmayanda şirkətdəkilər bundan imtina edir.
Bir-birimizi real situasiyalarda başa düşsək əla olar məncə.
Madəm burda söhbət açılıb, mən lap özümüz haqqında deyim.
MPG ilə iki modelin launchingində anlaşdıq. İdealdır mı? Deyil, amma təkliflər arasında ən professional yanaşmadır. Ən əsası da odur ki, adamlar başdan dedilər ki, burda hoqqa çıxarası yer yoxdur, bizdən də belə şey gözləməyin, biz sadəcə işləri analizlərə dayanaraq və sizin işlərinizi daha sistematik edərək bu işləri yürüdəcəyik. Vəssalam.
Hələlik də, hər şey yolunda gedir. Bizim maşınlar planlanandan düz 8 gün əvvəl gəlməsə lap əla olardı, amma yenə də pis deyil. İndi, min dənə tənqid gələck ki, budu gördüyünüz iş deyə? Əminəm bundan. Amma, heç kim zərrə qədər də düşünməyəcək ki, ehtiyac olan və lazım olan bu idi.
Bax dərd budur...Ona görə agentliklərdə dil tapa bilmirik.
Bu mübahisənin də əvvəlində Emin ilə müzakirələr olduğu üçün onu da lap elə burdan yazım: Emin və Əflatun internet işində ixtisaslaşıblar. Bütünlüklə bir işi götürmıə mövzusunda ikna edici sunumu bacarmadılar. Daha doğrusu bütün işi götürmədə başqalarından heç fərqlənə bilmədilər, amma internet işində bazarda ən yaxşılardan biridirlər və bəlkə də birincidirlər. Bundan sonra da inşallah qiymət mövzusunda anlaşa bilsək bütün internet işlərimizi yavaş-yavaş devr edəcəyik onlara.
Real olmaq lazımdır...
Post a Comment