Dünən bu sualı Media FM-də səhv etmirəmsə Fateh soruşurdu. Dinləyicilərin də bəziləri zəng edirdi, bəziləri SMS yazırdı. Mən cəmi 3-4 zəngə qulaq asa bildim.
Biri dedi ki, yeməklərimizi reklam etmək lazımdır, yağlı, dadlı, duzlu yeməklərimizi. Biri dedi bölgələrimizi getsinlər çəksinlər, Cənub, Şimal və.s. Biri də dedi ki, reklama ehtiyac yoxdur, onsuz da bütün dünya tanıyır bizi, biz onsuz da tanınan, sevilən ölkəyik.
Mən də gördüm əsəbləşirəm dalğanı dəyişdim.
Azərbaycan haqqında olan reklamlar ölkənı tanıtmaq üçündür. Bu reklamların konkret məqsədi isə turist çəkməkdir, bildiyimə görə.
Nə qədər çiynənmiş də olsa, bilinən də olsa bu 4P inanın ki, çox vaxt hərf və rəqəm kombinasiyası kimi qalır. Azərbaycanı marka kimi götürsək və desək ki, o marka turistik məhsullarını satmaq istəyirik onda bizim 4P-nin səviyyəsinin hazırkı vəziyyətini dəyişməliyik. Hazırkı vəziyyət isə belədir;
Product: Dağlarımız dərələrimiz turizm üçün infrasturkturadan məhrumdur. Özü də bu dağlardan çox yerdə var. Türklər eşşəyin belində Almanı dağa çıxarırlar 10 USD alırlar, bizdə o da yoxdur. Bizdə eşşək də var, dağda amma o eşşəyi dağa çıxaran yoxdur. Çimərliklərimiz nə gündərdir özünüz bilirsiniz. Naftalan neftindən başqa da fərqli heç nəyimiz yoxdur az qala. Tarixi abidələrimiz haqqında isə mən şəxsən heç danışmaq da istəmirəm.
Price: Nabranda bir həftə qalmaqla FLY Dubai ilə 1 həftə Dubai-də gəzməyin qiyməti eynidir. Qiymətlərimiz çox bahadır.
Place: Aydın məsələdir, turizmdə bu productla çox sıx bağlıdır.
Promotion: Məhsulun olmadıqdan sonra nə qədər təşviq edirsən et. Pulu boşuna sovurmuş oluruq məncə.
QEYD: Pulu boşuna sovurmaqda bizdən yaxşısı yoxdur. Çünki, dünyada eyni yolu bir ildə 4 dəfə söküb yenidən salan başqa dövlət yoxdur hər halda. Şişirdsəm “40 dəfə” deyərdim!
13 comments:
Turizm istiqametinde bu deqiqe hec reklam etmesek daha yaxsidir Rustem.
Gelenler, olmayan infrastrukturu, qiymetleri, insalnlarin reftar ve davranisini gorseler ne ozleri bir de geler, ne de sonra etraflarindaki adamlari qoyar gelsinler...
Mən də o fikirdəyəm Müzəffər. Zatən yazı da da onu ifadə etməyə çalışmışam.
Mən keçən yay Nabrana getmişdim, söz vermişəm ki bir də getməyəcəm.
Mən Xorvatiyada Dubrovnikdə sezon sonunda Rixos Hotel-də 180 USD ödəmişdim double room üçün, bizim Hotellər burda sezon başlamamış 189 AZN-dən aşağı qiymət təklif etmədilər Bakını ortasında. Özü də Rixos-dan çox geridə olan xidmətləri ilə..
Bizde ne vaxt duzelecek bilirsen?
Mence, Senin kimi dusunenlerin coxluq teskil etmeye basladigi zaman.
Teklif esas olaraq teleb istiqametinde formalasdigi ucun,helelik onlarin hemin qiymetlerden, hemin xidmet seviyyesinde teleb edenleri coxdur:)...
Xidmət səviyyəsi baxımından tələb-təklif münasibəti haqqında fikrinizlə razıyam, amma qiymətlə çox da yox.
Bir çox sahədə olduğu kimi tələb-təklif münasibətləri normal davm etmir Azərbaycanda. Monopoliya olan ölkələrdə nə tələb təklifi tənzimləyir, nə də təklif tələbi.
Mən bunu belə kor-kobud yazdım, iqtisadi cəhətdən daha detallı siz də yaza bilərsiz, Müzəffər də, başqası da.
Zəncirvari proses var. Otel işlədən bəlkə də özü də istəmir ki o qiyməti müəyyənləşdirsin, amma o işçi saxlamalıdır, o haralarasa hesab evrməlidir və.s üst-üstə yığanda baxırsan ki, proses zəncirvari bağlıdır və kökündə də monopoliya durur.
Rustem, qardash duz deyirsen bizde helelik 4P meselesi bir az acinacaqli veziyyetdedir. Price Product-u cox qabaqlayir. Place bir qeder babat ola biler o da sonunda Product ve Price-in kolgesinde itib batir. Promotion meselesini duzelde bilerik amma ondan evvelki P-leri duzeltmeliyik mence. Naftalanin unikalligina gelende sizinle tam raziyam. Bax bu product-u dunya bazarina lazimi sheklde tanida bilsek onda bashqa mesele. ( Men ozum oraliyam deye teriflemirem bu mehsulun dunya kurortologiyasi ucun ne demek oldugunu yaxshi bildiyim ucun deyirem.)
Naftalan şampun gördüm satışda. Qutusu filan çox yaxşı idi. Yəqin bu ixrac olunur. Amma, dəqiq məlumatım yoxdur?
Sizdə var dəqiq məlumat bu haqda?
naftalanin birinci problemi ele qutusundadir, hair sozu yerine hear yaziblar :) http://s39.radikal.ru/i084/1004/cb/cdb465082a16.jpg
Mamed mən gördüyüm bu deyildi axı. Onun üstündə düz yazılmışdı o söz.
Qəhvəi qutu idi, Pantene şampunlarının qutusuna bənzəyən.
Amma, bu da lap yekə səhv olub haaa:))
Rustem Sizin o gorduklerinizin hec biri Naftalanda istehsal olunmur. Naftalandan xammal aparilir ve Bakida boyuk ekseriyyeti ise Rusiyada istehsal olunur. Bu shkilde shampunlar, kremler ve.s. istehsal edirler. Onlarin hec biri esl naftalan sayilmir onlar komekci mehsullardir. Esl naftalan yalniz Naftalanin kurort sanatoriyalarinda vanna (oturaq ve uzaniqli) shekilde qebul olunur. Bakida ve Moskvada da bele vanna qebullari veren mualice ocaqlari var amma naftalanin maraqli bir xususiyyeti var ki o yalniz oz erazi xususiyyetlerinde faydali olur. Dashindiqda mesafe artdiqca tesirlilik effekti ashagi dushur
O ki qaldi qablashdirmadaki dizayn ve s. meselelere bu istehsalci firmanin mesuliyyetsizliyinden bashqa bir shey deyil. Bu tip sehvler bir cox firmalarin mehsullarinda olur.
Ki bunlari da defelerle forumlarda muzakire etmishik. Naftalani kecmish Sovet mekaninda her kes taniyirdi istehsal ve istehsal olunmush neftden Naftalan sanatoriyalarinda mualice ucun istifade cox yaxshi qurulmushdu. Putyovkalar butun Sovet olkeleri ucun satilirdi ve tesevvur edin il erzinde neqeder maliyye axini olurdu. Muharibe cetinlikler yaratdi ve xaricden turistler gelmekden imtina etdi ve naftalan ancaq Azerbaycan ehemiyyetli oldu. Amma bu gun Naftalanda Naftalan sanatoriyalarinin berpasi venilenmesi istiqametinde ciddi ishler gedir. Yaxin bir il erzinde naftalanin evvelki shohretini ozune qaytarmaq ucun (dunya miqyasinda) ishlere bashlanacaq. (Promotion) Rusiya ve Pribaltika olkeleri artiq fealliq gosterirler gelmek ucun.
Belkede bilirsiniz amma yene de deyim. Naftalana benzer neft Xorvatiyada da cixir. Amma bu onun oxsharidir eynisi deyil. 80-ci illerde Xorvatlar bu nefte de naftalan adi verdiler ve bu gun Avropa mekaninda naftalan nefti deyende agla yalniz Xorvatiya gelir. Qisasi biz promotion meselesini helelik Xorvatlara 30-il uduzmushuq. www.naftalan.hr
DosT, maraqlı məlumata görə çox sağolun.
Bizim burda beynəlxalq konfrans olmuşdu və 17 müxtəlif ölkədən adamlar gəlmişdi bu yaxınlarda. Hamısı internetdə maraqlanmışdılar və Azərbaycanda onlar üçün maraqlı olan yeganə şey Naftalan olmuşdu. Adını deyə bilmirdilər amma bir təhəf rbaşa salırdılar ki, neftdə hamam istəyirik:))
Hərçənd təşkil edə bilmədik, vaxt məhdud oldu, amma demək istədiyim odur ki, axtaranda tapılan yeganə heçkimdə olmayan şey budur. Əslində turizm cəhətdən və müəlicəvi baxımdan çox böyük nemətdir, istifadə edə bilsək.
Rustem sen gorduyun qutusu idi :) ichinden bu cixir, mene hediyye elemishdiler, birinci xoshum geldi.ichinde bu sehfi gordum butun fikrim deyishdi :)
Mamed dünen yene men özəlliklə baxdım: qutu da da səhv yazılıb!
Post a Comment