Sizcə başlığın axırına sual işarəsi qoymalı idim yoxsa yox?
Toyota illərdir biznes dünyasında az qala bütün sahələrdə nümunə kimi göstərilən şirkətlərdən və markalardan biri idi. Şirkət olaraq dünyada özünəməxsus idarəetmə və istehsal fəlsəfəsi ilə seçilirdisə (eyni zamanda marka yaratması), marka olaraq toyota çox təmiz və çox güclü mövqeyə sahib böyük bir əfsanə idi.
Markanın bütün dünyada “dözümlü, dayanıqlı, etibarlı” imici vardı, ikinci əl dəyəri ən yüksək olan marka idi (və ya ilk 3 markadan biri idi) və marka dəyəri də Interbrand-ın siyahısında avtomobil bazarında birinci idi. Daha doğrusu hazırda da birincidir. Ancaq, indi son 20 gündür bütün mediada onun bu gücü saxlaya bilməyəcəyindən bəhs edilir.
Səbəb isə artıq müştırilərin markaya qarşı olan inamının itməsi kimi göstərilir.
Yazılanları yəqin ki oxumusunuz ona görə də mən təkrar etməyəcəm və öz fikrimi bildirəcəm. Ancaq, başdan onu deyim ki media nə yazırsa yazın Amerikada yaşmayan birisinin durumu tam analiz etməsinin çətin olduğunu fikirləşirəm. Shared Folders hər halda ordakı vəziyyəti anlamağa kömək edər.
Mənim şəxsi fikrimcə necə olacaq? Tyson haqqında həmişə deyilir ki, James “Buster” Douglas-a məğlubiyyət onu göstərdi ki, Tysonu məğlub etmək olarmış və ondan sonra digər boksçuların üfüqlərinə Tyson yer almağa başladı.
Toyota, böyükdür, hörmətə laiqdir və doğurdan da etibarlı maşındır. Mən fikirləşirəm ki, Toyota bu vəziyyəti lehinə çevirəcək və məncə etibarlılıq adına əvvəlkindən də çox inam əldə edəcək. “Biz milyard dollarlar itirdik, ancaq müştərilərimizin başı dərdə girməməsi üçün əlimizdən gələni etdik” deyəcək. Ancaq, o Tyson kimi bir dəfə artıq yara aldı, bundan sonra yenə yırtıqlar olacaq və Toyota onları yamamağa çalışacaq.
Toyota mən onsuz da çoxdandır fikirləşirəm ki yerini VW Group-a verəcək. Toyota dizaynda rəqiblərin çox gerisindədir, xeyli gerisindədir. İçərisində istifadə olunan material keyfiyyətində və işçiliyində çox problemlər var. Hybrid texnologiyadan sonra isə çox böyük innovasiyaya imza atmayıb. Full electric maşınlarda Nissan, Hyundai, GM və hətta BYD daha çox üzdə görsənirlər.
Qısası, məncə Toyota yaxın 5 ildə yerini VW-yə verəcək, ancaq o həmişə ən böyüklərdən biri olacaq! Doğurdan da böyük şirkət, böyük kültür və böyük markadan bəhs edirik-TOYOTA!
15 comments:
Toyotanin heqiqeten de basi dertdedir. Belke de bu diger reqibleri terefinden sisirdilmis bi hadisedir.
Eyni zamanda Toyota cox pis crisis management etti. Musterilere informasiyani gec cattirdi. Gezetlerde elanlar artig butun metbuat bu barede yazandan sonra verilmeye baslandi.
Acigi maraglandigim sahe olmadigi ucun cox etrafli melumatim yoxdur.
Brendin yaralanmasi barede seninle raziyam. Ancag mence bundan en cox udanlardan biri de Hyundai olacag.
Daha etrafli analiz ucun WSJ-ni oxumani tovsiye edirem.
Ford, GM, Mercedes indi də Toyota VW Group-un 1-ciliyinin yolunu açır. Allah bilir Toyota bu ili neçə milyard zərərlə başa vuracaq. Markanı özünə gətirsə belə maliyə durumunu yaxşılaşdırmaq üçün azı 3 il lazımdır.
Amma sən demiş markanın özünə gəlməsi də asan görünmür və bunları birdəfəlik unutdurmaq bəlkə də mümkün olmayacaq.
Heyf Totoyadan!
Shared Foldersin sonuncu qeydinə qoşuluram. Hyundai, Hyundai...
Akio Toyoda dünən axşam xəbərlərində gördüm ki, mənim yazdığımı deyib mətubat konfransında:)) "Biz n
yin bahasına olursa olsun, köklərimizə, keyfiyyətə qayıdacağıq" deyib.
Qısa dönəmdə bu vəziyyətdən Amerikada GM və Hyundai təcili istifadə etməyə başladılar. Xüsusi 1000 USD təklif etdilər Toyotasını onların markalarına dəyişmək istəyənlər üçün.
Ancaq, bu avtomobil işinin espiri tərəfidir, bu prosta satış kampanyasıdır, ancaq hər ikinizlə razıyam ki, şərtlər belə davam etsə bu vəziyyətdən həcm baxımından ən çox istifadə edən Hyundai və VW olacaq.
Əsas olan odur ki, artıq Hyundai ilə Toyota keyfiyyət baxımından müqaisə olunduqda biriləri çıxıb kənardan buna etiraz etməyəcək. Çünki ən azından Fənər-Qalatasaray mübahisələrindəki kimi, sonuncu böyük məğlubiyyət əsas olaraq ortaya atılacaq.
Yadımdan çıxdı kriz yönətimi haqqında fikrə münasibət bildirmək: Shared səninlə tamamilə razıyam.
Ümumiyyətlə mənə çox maraqlı gəldi bu məsələ. Yəni səncə sırf səhlənkarlıq idi bu, yoxsa planlı?
Uşaq səhv eliyər, sən də üstünə gedərsən, bunu özü qəbul edir, ama qəbul etdiyini də üzə vurmaq istəmir, ona görə də dinmir, danışmır, fikir bildirmir-Toyota eyni bu davranışı sərgilədi.
1. Toyota Amerikadaki suretli boyumesi dovrunde GM, Ford ve Crysler-den cox sayida manager transfer etti. Keyfiyyetin dusmesinin altinda olan sebeblerden biri de budur.
2. En azindan Amerika bazarinda VW-in one cixmasi inandirici gorunmur. Daha cox Ford ve Hyundai-nin isine yarayacag. Fordun maliyye krizisinde bankrupt olmamasi ve hokumetten pul almag mecburiyyetinde galmamasi ve Hyundai-nin sicilinin nece deyerler temiz olmasi onlari daha avantajli edir.
3. Krizis menecmenti baximindan ise Toyotanin bu sahede tecrubesiz olmasi bele neticeye sebeb oldu. Eyni zamanda omur boyu keyfiyyeti ile fexr etmis sirketin keyfiyyet problemini gebul etmesi psixolojik olaraq cetindir. Dediyin kimi sehvini bildiyi halda gebul etmeyen usag kimi.
Rustem, meqaleni ele uslubda yazib, ele uslubda sonlandirmisiniz ki sanki Toyotaya "nekroloq" yazmısınız :-)
Seslenen fikirler cox maraqli idi, sherhler de hemcinin. Achigi seslenen bir fikir cox diqqetimi cekdi: "Tecrubesizlik" maraqli yanashmadir, dogrudan da hec vaxt yixilmamish adam yixildigi zaman nece qalxacagini da bilmez yeqinki. Ta ki kimse ona el uzatmayana qeder. Demeli buradan bu netice cixir ki arada yixilib-durmagi da oyrenmek lazimdir ki, yixilanda tez qalxa bilesen, ustunden reqiblerin "tapdalayib kecmesin" Mene ele gelir ki bu Toyotanin bashina ne vaxtsa gele bilerdi amma yaxshi olardi ki bu vaxta qeder yixilmamishdisa da yixilanlara baxib oyreneydi hec olmasa.Bax bu bagishlanmaz sehvdir.
Shared,
Chrysler, GM və Ford-dan olan manager transferlərindən daha çox məncə Amerikdan kültürünün ümumiyyətlə ortaya çıxardığı problemdir bu. Səhv etmirəmsə geri çağrılan bütün modellər Amerikadakı zavodlarda istehsal edilib. Keyfiyyət və reliability məsələləri Managerlərin qısa dönəmdə deşə bilməyəcəyi qədər ciddi standardlarla tənzimlənir. Mən Hyundai zavodlarında 4 dəfə olmuşam, bütün prosesi bizə göstəriblər və mənə elə gəlmişdi ki, kimsə tək bir səhv eləsə bu məhsula yansızmaz, səhvin olması üçün toplu yalnış yol izlənməlidir. o managerlərin Toyota-ya transferi cəmi 1-2 ildir, bu qədər tez özünü biruzə verməz axı məncə.
VW Group hazırda dünya 3-südür. Çində birincidir və dünyanın bütün bazarlarında inkişafı çox sürətlidir, Amerikan bazarında da həmçinin. Euro-nun yüksək dəyəri mane olmasa, çox daha sürətli olardılar. Başda Amerikan bazaı olmaqla bir çox bazar qiymətə həssas bazardır. Hyundai ucuz üon-nun hesabına bu il bazar payını artırmaq üçün milyardlar xərcləyə bildi.
Ford Amerikan bazarında və bəzi böyük olmayan bazarlarda çox yaxşıdır, digər ölkələrdəki vəziyyət Fordə global lider olmaq üçün hələlik çox şans vermir məncə. Hyundai isə sökür:))))))
DosT, sizin kimi əla dostlar olmasa, fikirlərini yazıb mənim boş məqalələrimin içini doldurmasa inanın ki, yazıların heç birinin dadı-duzu olmazdı. Mən bu blogu kiməsə nəsə çatdırmaq üçün yox, kimlərdənsə nələrisə öyrənmək üçün açmışam əslində.
Toyota reklam roliki hazırlayıb və artıq yayyımlayır. Super Boül-da da yəqin yer alacaq bu reklam üçün.
Super Bowl-da daha cox Hyundai daha cox reklam yeri aldi. Deyesen Toyotanin yerine goz dikib. :))
:))
Toyota bugün Prius modelini də əyləc sistemindəki problemə görə (ABS sistemindədir problem dəqiq olaraq) geri çağırdı. BBC bunun digər modellərdən daha çox imicə ziyan vuracağını yazıb, səbəb isə odur ki, bu Toyota-nın son illərdəki az qala yeganə parlayan innovasiyası, Hybrid texnologiyanın anası, atası, dünya hybrid bazarının 55%-nin sahibi Prisudur. Bu Toyotanın yeniliyidir, yenilik isə nasazdır.
Amma, bir dənən Yapon dayı da deyib ki, "Toyota güclüdür, bu təcrübədən sonra daha da güclənəcək".
Hansına inanaq, dayıya yoxsa BBC-yə?
Amerikanlar demisken "Markets have very short memory".
Bu hadisenin cox qisa vaxtda unudulacagi cox boyuk bir ehtimaldir.
Toyota da deyesen Yapon ekonomikasi kimi basiasagi gedir. Mence Yaponlarin tezeden Amerikadaki menecmenti ele almalari lazimdir.
Pruis-un yara almagi hegigeten de cox pis oldu Toyota ucun. Ancag onunla regabet edebilecek basga bir model yoxdur. Ford Fusion var deyir, ancag it is disputed.
Tysonla analogiya xoshuma geldi, qesheng alinib. Umidvaram ve eminem ki, Toyotanin sonu Tyson kimi qurtarmayacaq.
İnşallah Aygün.. Mən də inanıram ki, eyni sonluq olmayacaq.
Bu arada o qədər işin içərisində vaxt tapıb bloqa şərh də yazdığın üçün çox sağol:)))
Post a Comment