Bugün Könül xanım halva yeyəndə, halvadan söhbət düşdü. Sonra da Molladan.
Sonra da ağlımıza gəldi bu ikisinin də mövqeləndirilməsi (positioning) pisdir.
Bu halva yaxşı şeydir, yeməli şeydir. Çox adam var ki, bunun yas yeməyi kimi bilinməsinə etiraz edir, çünki bu onun ürəyi istəyəndə halva yeməsinə mane olur. Molla da onun tayı. Hərçənd Mollaların durumu biraz daha fərqlidir, onlar halva kimi deyil, dili var, ağzı var, beyni var və o beyin işləyir.
Halvanın məsələsi belədir ki, çıxsa bir dənə yaxşı şirniyyat sektorundakı şirkət, bu halvanı qutulaşdırsa, genişləndirsə (extension), onun yerini yas məclislərindən götürüb birinci mərhlədə adi süfrələrə gətirsə, sonra da lap lazım olsa Türk mətbəxində olduğu kimi yeməkdən sonrakı şirniyyat kimi təqdim etsə işlər düzələr, həm pul qazanar, həm də əməllicə xeyirxah iş görmüş olar.
Mollaların məsələsi isə qəlizdir, gərək burda birinci başlayasan product management-dən. Mollaların özlərini əvvəlcə bir düzəldəsən (hamısı haqqında danışmıram səhvim varsa haqqlarını hala etsinlər), özlərinə gərək başa salasan ki “Molla” əslində alimdir, İslam bilgisi yüksəkdir, həyatını dinin əsasına görə yaşayır. Mollaları saf-çürük edəsən ki, bunları da qəbirstanlıqdan çıxarıb çay süfrəsi ətrafına gətirə biləsən. Yəni ki, elə edəsən ki, onlar da halva kimi yasa aid yox, həyatın özünə aid anlayışlar olsunlar. Tabutu nə etsən də, “ölümdən” ayıra bilməzsən, amma molla əminin dərin, maraqlı, faydalı söhbətlərini hökm deyil ki, yas mağarında dinləyəsən. Adam halvalı, şokaladlı, mürəbbəli çay süfrəsi arxasında da irşadla, nəsihətlə, Allahı anlatmaqla məşğul ola bilər və inanın mənə bu cəmiyyətimizin çox yaralarının düzəlməsinə köməkçi olar.
Bir dənə də rebranding halva və mollaya lazımdır!
Banklar aradan çıxsaydı, onlara da vaxt çatardı!
18 comments:
Rustem Bravo!
Cox xosum geldi, yazindan. Ela!
Amma inanmiram Mollalar (ekseri) rebrandinge razi olan. Mence onlar ele movcud movqelerinden razi olarlar:)
Zarafat bir terefe, Halva cox agila batandir...
Men de, hemise ele mueyyen telebi olan Seki halvasinin qabini gorende, fikirlesirdim ki, goresen bunu xususi ile bele qaba qoyurlar, hec bir nefer yoxdur mu bunu qablasdirsin..Daha cekici bir sekilde genis kutleye teqdim etsin...
yenede yaziram eeeeeeeeeeeee +la dir! Ammma sekili basa dusmedim kim gilin sekilidir
Deyerli Rustem ml...Sizi ve Konul xanimi, her zaman destekleyirem. Hetta halva ile cay icende...
Meqalenizi cox beyendim...Elinize sagliq...
Prosto, besdi de bu banklara ilisdiniz..:):):)
HR-dan kecdiniz indi de Banklara? :):):)
Deyerli Rustem ml...Sizi ve Konul xanimi, her zaman destekleyirem. Hetta halva ile cay icende...
Meqalenizi cox beyendim...Elinize sagliq...
Prosto, besdi de bu banklara ilisdiniz..:):):)
HR-dan kecdiniz indi de Banklara? :):):)
Bahoo! (Özümüzn bahomuzdur-Unibank-in Bahoo-sunu işlətmirik)
Axırkı mənim hansısa yazıma "bravo" deyən çıxdı. Çox sağol Müzəffər.
Mollaya sərf eləmir ki, rebranding. Ona görə yazmışam ki "saf-çürük eləmək lazımdır"..
Dəyərli Fuad qardaşım, mən və Könül xanım da həmişə səni balaca qardaşımız kimi bilir və dəstəkləyirik...
Məqalənin əslində fikir babası (ortaya çıxmasında səbəb olan) Könül xanımdır. O halva yeməsə bu söhbət də olmazdı:)))))
Banklardı daa:)))
Rustem,yaxşı fikirdi bu rebrending meselesi. Qardaş
bu halva gözəl nemətdi adamın arada bir ürəyi istiyir bu şirniyyatdan dadsın. Amma di gəl qorxursan evdə dilinə gətirməyə ki "halva düşüb könlümə" :) Halva ilə mollanın yenidən mövqeləndirilməsi üçün təklif eliyirem reklama ele mollaların özünü çəkək. Eyni vaxtda ikisini de "RE" eliye bilerik hem rasxodu az olar hem de her ikisinin üstündən "yas və magar" imicini daha tez götürə bilərik. Amma acığı naming ve sloqan baresinde heleki bir qerara gele bilməmişəm.
P.S. Rustem HR-a sataşdınız dillənmədilər, Banklara sataşırsınız yene dillənmirlər amma mollalara ilişmək məsləhət döyul :)
PP.S(Butun savadlı, imanlı və həyatını insanların elmlənməsinə və dinin mahiyyətini həqiqi dərkə sərf edən ilahiyyatci və mömin qardaşlarımıza (bacılarımıza) dərin hörmət və ehtiram hissi duyuruq.
Tək kəlimə ilə SUPER yazı! Əsas da ona görə ki, tam jurnalist kimi almısan qələmə.
Mollalara rebrendinqə renaming-i də daxil edin. Axund olsun. Yoxsa molla sözünün assosiasiyası pisdi
super yazı.Ammaa şəkilin mənası başa düşülnür
Utandırdınız məni lap:)
Nigar mənalı şəkil tapa bilsəm heç əksiyi olmazdı ki yazının:)
Çox axatara bilmədim şəkil. Düzdür, bəlkə də daha yaxşısını tapmaq olardı (şəkildə Molla var).
DosT, şərhə görə çox sağol.
Şərhlər həmişə deyərəm ki, yazının gözü-bəbəyidir.
Slogan tapanda xəbər edərsiniz, istifadədə bəlkə işlədilər:)
Rüstem hegigeten gözel yazıdı... tebrik edirem.Ne vaxtı bele yazı yazmırdın.Davamını gözleyirem.
Elçin indi sen deyirsen mənim yazılarım pisdir?:)
Yox gadası ne heddime prosta ele hey otomotiv sektorundan yazırdın bir az darıxırdım.Blogun adı marketing defteridi axı ona göre daha canlı yazılar nece deyim güncel yazılar gözleyirdim.Bu şexsi fikrimdi yoxsa yazıların eladı.Özde bilirsen ki blogun sıkı takipçisiyim.Bu vaxta kimi her yazını oxumuşam
Elçin, günün yarısını avtomobil sektorunun içində oluram. Üstəlik, özümün bu sektor ümumiyyətlə maraq dairəmdə olduğu üçün bütün gün beynimdə nəsə fırlanır. Digər tərəfdən də, uzun müddətdir mobil sektorda Apple Google Micrososft rəqabəti və avtomobil sektorundan başqa heç bir yerdə çox böyük marağa səbəb olan heç nə baş vermir az qala.
Mobildən çox yaza bilmirəm, çünki yazmağa qorxuram, səhv edə bilərəm, sahəm deyil. Qalır bircə avtomobil.
Azərbaycanda cari məsələlər haqqında isə ona görə yazmıram ki, cari heçnə yoxdur ki. Nə yazım mən yazıq? Durum yazım ki, Heydər Əliyev mərkəzi üçün azadlıq radiosunun verdiyi məlumata görə bu günə kimi 140 milyon manat pul xərclənib, sənin də mənimki kimi ürəyin ağrısın?
Ne danışırsan?O geder pul xerclenib.Kişi inanırsan burda olurug nese ümid besleyirem ki yox Azerbaycan gelişir.Sen demiş bele xeberleri de eşidende üreyim partlayır.Keçen hefte bir resim gösterdiler mene bina tikilir IE diye İlham Eliyev binası.O da yegin merkez olacag.
Siyasi məsələlərlə mənim işim yoxdur. Amma, adi bir adam kimi fikirləşirəm ki, tək bünövrəsinə 140 milyon xərclənən bir böyük Heydər Əliyev mərkəzinin düzəldilməsi yerinə Heydər Əliyev unv-i açılsa və bu unv-in inkişafı üçün həmin qədər pul xərclənsə bu unv bəlkə də dünya səviyyəli olardı, heç olmasa region səviyyəli olardı və Heydər Əliyev adı daha yüksək olardı. Bir dənə də elə o unv-in tərkibində Haydar Aliyev School of Politics yaradılsa bu əsl "legending" fəaliyyəti olardı.
100 e 100 razıyam hetta bu hagda senden yazı bele isteyirem.Mence teklif hazırlamag olar yüksek rütbeli insanlara bu hagda
Post a Comment