Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Feb 23, 2010

“Almalı Market” Almasız Qalıb

Adam böyük marketlərə niyə girər və hansı hallarda girər?

1. Adam almaq istədiyi mallara toxunmaq, onu rahat-rahat fikirləşib seçmək və alışverişin axırına yaxın fikrini dəyişsə geri qoymaq imkanı olduğuna görə.

2. Siyahısı uzun olar və bunlar ətdən-coraba qədər dəyişər, o adam da əlli yerdə ayaq saxlayıb “qardaş sizdə qatıx Pal var?” demək istəməz, girib marketdən PalSüd qatıq və ya Empro qatıq alar. Sonra da keçər corab alar. Axtardığı hər şeyi orada tapmaq istəyər.

3. Daha çox çeşid axtarar, uşaq yeməyinin ancaq bir növünü satan yerə girmək istəməz (son dövrlər uşaq yeməkləri çox axtardığıma görə nümunə də təbii olaraq ordan gəldi).

4. Yolunun üstündə olar, ayaqüstü girər

5. Hər gün bazarlıq imkanı yoxdur, həftədə bir dəfə girər bütün həftəliyi alar çıxar. Amma, çörəyi həftəlik almaz!!! Həftəlik bütün ehtiyacını bir yerdən alar (əslində 2 və 3-cü maddələrin davamıdır).

6. Digər səbəblər........

Almalı marketlərdə bunların hansı təmin olunurdu? 1-ci maddədən başqa heç biri.

Ona görə də noldu? Almalıda çörəkdən başqa almağa heçnə yoxdur və Almalı marketlər iflas olurlar. Niyə hələ də tam bağlanmayıb başa düşmədim. İnşallah batmazlar, zəhmət çəkilib, investisiya qoyulub, insanlar oradan maaş alır, ailə saxlayırlar.

Digərlərimiz isə gərək azca da olsa dərs çıxaraq. Biz market işində deyilik, amma müştəriyə də gərək servisə gələndə həm maşının yağını dəyişmək, həm qapısının əziyini düzəltdirmək, həm də yuduzdurub-təmizlətmək imkanı verək. Ən balaca dərs bu idi mənim üçün.

10 comments:

rsh said...

Əksər müştərilərini daima geri qaldığı Qrandmarta uduzdu fikrimcə.

Ona görə də Almalının hazırkı müştəriləri ətraf binaların sakinləridir.

Almalıda yalnız maraq və məcburiyyətdən bir neçə dəfə olmuşam.
Ordan daima geri qalmışlıq iyi gəlir.
Məhəllələrdə olan kiçik marketlərin kobudcasına 2 kassa qoyularaq böyüdülmüş formasıdır.

Başlayanda çox şey vəd etmişdilər. Mən onların Ramstore-a rəqib yox qənim olacaqlarını düşünürdüm. ))

Ümidləri doğrultmadılar. Heyf.

Shared Folders said...

Nece olur ki, dunyanin butun olkelerinde discount marketler krizisde boyuyur, Azerbaycanda ise iflas edir? Demeli, problem menecmentdedir.

Shared Folders said...

UPD.

Maraqli geldi, saytdan idare heyetinin CV-lerine baxdim.
Idare Heyetinin Sedri - bank
Bas Icraci Direktor - bank
HR Director - Ramstore (9 il)
CFO - bank, neft sektoru
Sales director - Ramstore (1998-00)

Idare heyetinin hec bir neferinin de discount perakende satis sahesinde tecrubesi yoxdur. Ramstore sayilmir. Cunku, birincisi premuium magazadir. Bakida cemisi 3 sobesi var. Logistika-ya ehtiyaci yoxdur. Ayrica musteri kategoriyasi Almalidan tamam ferqlidir.
Discount retail sahesinde logistika cox vacibdir. O yoxdursa, galanlari da vacib deyil.
That's the problem.

Rüstəm Məmmədov said...

Said, Ramstore yox, Bizim Market şəbəkəsi idi onlarla bənzər profilə malik şəbəkə. Çünki onlar da əsasən discount market sayılırlar və müştəri profilləri çox bənzərdir. Ramstore daha zəngin kəsimə, daha çox xaricilərə və.s xitab edir.

Amma, Almalı-nın uduzduğu tək zincir mağazalar deyil, hətta məhəllədəki balaca balaca "supermarket"lərə də uduzdu.

Rüstəm Məmmədov said...

Shared manacement mövzusunda fikirlərinlə mütləq razıyam. Bir də burada ümumiyyətlə maraqlı olan bir məsəslə də var ki, Azərbaycanda çox əlaqəsiz yerlərə bank təcrübəsi olan insanlar gətirilir, ən yuxarıya. Bank təcrübəsinin finansın idarə olunmasında mükəmməl təcrübə olduğu qənaəti var çox iş adamında. Almalıda da eyni dərddir. Əsas qərar vermə nöqteyində olan bir nəfər də olsa bu sahədə təcrübəyə malik deyil.

Digər tərəfdən də, heç axı ümumiyyətlə adama elə gəlir ki, bunlar bu tipli marketlərin ortaya çıxma səbəbini araşdırmayıblar. Ən azından çox sadə işləri ki görmək olardı, o işləri ki məhəllə dükanı da edir.

Yağışdan sonra çıxan göbələk kimi çıxdı Almalı, indi girirsən içərisinə bir dənə alma tapmırsan satın alasan. Niyə də tam bağlamırlar onu da bilmirəm. Bir mağazadakı satış müdirinin mənə dediyinə görə çox böyük borcları var və o borcu verən kimi mağazanı təkrar dolduracaqlar, ona görə gözləyirlər.

Firudin said...

Azərbaycanda gözlə görsənən marketlər zənciri ehtyacı az da olsa son zamanlar Almalı ilə qarşılanır vəya qarşılanırdı (içində alma olsa da olmasa da). Məndə olan məlumata görə marketdəki krizisə səbəb külli miqdarda yeyintidi. Normal şərtlər altında deyil ən pis halda belə Azərbaycanda bu marketlər zəncirinin zərər edə biləcəyini şəxsən fikirləşmirəm. Ama bununla belə Azərbaycanın ehtiyacına cavab verə biləcək boyuk marketlərə ehtiyacı olduğunu fikirləşirəm bu marketlərin Bakı daxilində olması lüks olardı. Mənim demək istədiyim 7-Eleven strategıyalı marketlər deyil daha çox Wallmart kimi çox böyük və şəhər kənarı qurulabiləcək marketlərdi. Yəni yol üstü günlük deyil həftəlik alışverişini edib ailənlə həftə sonunu keçirəbiləcəyin (bowlıng, kino, restoran..və.s) bir yerə ehtiyac var. Özüdə qurulacaq yeri də ən az 10 ildə gözümə kəstirmişəm:)

Unknown said...
This comment has been removed by the author.
Nigar said...

Almalinin bağlanma səbəbi başqadır. söhbət müştərilərdən getmir.Müştəri nə qədər az olsa da,gəlirini çıxarda bilirdi

Rüstəm Məmmədov said...

Nədir səbəb Nigar?

Nigar said...

Səbəb barədə öz bloqumda yazmışam. http://niqulya.blogspot.com/2010/03/almal-almal-ya-almamal.html