Bu yazı keçən səfər ki balaca yazının dəstəkləyicisidir və mənim getdikcə artan heyranlığımın balaca ifadəsidir.
Korea şirkətləri haqqında yazanda əlbəttə əslində SAMSUNG-dan başlamaq yaxşı olardı, ancaq mən işin içində olduğuma görə HYUNDAI və KIA-dan başlayacam. Maşınların keyfiyyəti demək olar ki, çox yaxın olduğu üçün (işçilik və mühəndisliklərdən ortaya çıxan xırda fərqlər ola bilər (məsələ i30-un əyləc məsafəsi Ceed-in əyləc məsafəsindən 2m daha qısadır) sözlərim hər iki markaya aiddir. İşə başlamazdan əvvəl “HYUNDAI maşın deyil” deyənlərdən biri də, mən idim. Getdikcə fikrim dəyişdi. Demirəm ki, Hyundai və ya KIA hazırda dünyanın ən yaxşı maşınlarını istehsal edirlər, ancaq qəbul edirəm ki, Businessweek haqlı olaraq HYUNDAI haqqında “son 10 ilin ən sürətlə inkişaf edən markası” deməsi çox yerindədir. Hazırda Hyundai-Kia Motor Company dünyanın beşinci böyük istehsalçısıdır. Hədəf üçüncülüyə yüksəlməkdir. Kəmiyyət artıq bəs etmir, keyfiyyət siyasətinə isə on il əvvəl başlanılıb və özünüz də, təsəvvür edərsiniz ki, avtomobil sənayesində bunun nəticəsini tam görmək üçün illər lazımdır. İllər də ki, özünü göstərir-GENESIS.
SAMSUNG hazırla flat-panel TV set satışlarında dünyanın 1-cisidir, cib telefonu satışlarında dünyanın 2-cisi. LG telefon satışlarında dünyanın 3-cüsüdür. LG-nin hədəfi ümüumiyyətlə SAMSUNG-dan daha böyük satışlara nail olmaqdır. İnkişaf etməkdə olan bazarlarda məişət əşyalarından tutun, elektronik cihazlara qədər hər yrdə çox uğurludur hər iki firma. Dizaynları, heçkimin təklif edə bilmədiyi qiymətə yüksək texnologiya, innovasiya və ucuz Korea won-u bu sahədə əsas səbəbkarlardandır. Telefon bazarında əsas rəqib NOKIA, TV sənayesində SONY son illərdə xeyli tənqid olunan markalardır. Ümumiyyətlə Yapon markaları haqqında, qaloşdan ultra texnologiya məhsullara qədər hər şey təklif edən markalar kimi düşünmək olar. Bunun müzakirəsi də, ayrı mövzudur, ancaq əsas tənqid bu qədər genişlənmə ilə diqqəti itirmək, control və innovasiyada çətinliklərdən ibarətdir, ən əsas problem isə Yaponların konservativlikləri imiş. Mənə də maraqlı gəldi açığı.
Araşdırma vaxtı oxuduğum bir məqalədə “Yaponların 70-ci illərdə Amerikalılar üçün etdiklərini, indi Korealılar Yaponlar üçün edirlər” yazılmışdı. 70-ci illərdə Yaponların etməyə başladıqlarının nəticəsi 2009-cu ildə GM kimi divin 3-dizini yerə qoymasına səbəb oldu, bir dizi də qatlanar mı, qatlanmaz mı, qalıb prezident Obama-nın umuduna. Toyota Amerika-n;n CMO-su isə, "ən çəkindiyiniz marka hansılardır?" sualına "HYUNDAI" deyə caavb vermişdi. Məni ən çox maraqlandıran isə, SONY-dir, çox böyük hörmətim olan marka, son dövrlərdə ancaq mənfi xarakterli məqalələrdə qarşıma çıxır.