Yazı yazmaq üçün nə qədər araşdırsam da, həvəsim olmasa yaza bilmirəm, gərək nəyisə yazmaq istəyəm və yazmamaq sıxa ki, mən də yazam.
Uzun müddətdir işlər əməlli başlı gərgindir, üstünə də mənim işdən əlavə problemlərimi gələndə, təsəvvür edin vəziyyəti!!!
Aygün və sonra da Vüsalın PR məsələsinə toxunmaları, daha doğrusu geniş yazmaları və hər ikisinin də çox səsküyə səbəb olması, mənim hər iki yazıda da propoqandaya ilişib qalmağım, axırda gətirib çıxardı bu yazıya. Propoqanda və PR haqqında heçbir fikir bildirməyəcəm, çünki şərhlərdə uzun uzun yazmışdım bunları.
İş məni artıq çox sıxır, daha doğrusu burda həyat məni sıxır və sıxılmayacağım bir yerə getmək istəyirəm. Buna ümumiyyətlə iş sektorundakı mühit də təsir edir. MAK-da çox müzakirə olunur, bloglarda müzakirə olunur, hər dəfə görüşəndə kiminləsə bu məsələ müzakirə olunur. Azərbaycanda iş mühiti pisdir. Bu pisliklər təkcə, istənilməyən müdaxilələr, istənilməyən iş şəraiti, rəqabətin qeyri-sağlam olması, ümumi elmi səviyyənin aşağı olması, sistemin düzgün işləməməsi səbəbilə deyil, eyni zamanda etikaya aid bəzi çatışmazlıqların olması ilə əlaqədardır. Bu mövzuda əgər müzakirə açılsa nələr danışılar, nələr deyilər Allah bilir. Münasibətlər əsasında bunlar olduğu kimi, şirkətlərin bir birinə qarşı apardığı mübarizə də elə bu qəbildəndir. Bu blogu açdığım gündən maksimum səviyyədə çalışmışam, Azərbaycan avtomobil sektorundan yazmayım. Yazdığım yazılarda da, ya əlimdə olan bəzi rəqəmlərə görə təhlilə bənzər bir şey yazmışam, ya da var olanı yazmışam, fikirlərimi qatmamağa çalışmışam. Çünki, özüm bu sektordayam və yazılarımda tərəfsizliyimin müzakirə olunmasını istəmirəm. Hərçənd ki, yazdığım bir yazıya görə elə öz iş yoldaşlarım məndən incidi. Tənqid, özü də biraz haqsız tənqid, özümüzə idi. Ancaq, bu dəfə istədim biraz toxunam.
İki gün əvvəl kiçik bir analiz üçün KIA-nın rəsmin nümayəndəliklərindən birinə girdim. Bu arada ürəyimi də açım boşaldım ki, KIA müştəriyə nəyin verilib nəyin verilə bilməyəcəyini də bilmir, satış rəqəmlərini onsuz da hamı gizləyir, bunlar modellərin spesifikasiyalarını da gizlədirlər!!!Buna nə deyirlər özünüz bilin artıq! Nəysə...Satıcıdan KIA Optima modelinin neçə fərqli variantda təklif olunduğunu, fərqlərini və qiymətlərini soruşdum. Mən də sırf söhbət olsun və bundan bir fikir qoparmaq məqsədilə "Qalmışam Hyundai SONATA ilə Optima arasında, siz bunları mənə verin mən bir yaxşı yaxşı incələyim" dedim. Satıcı cavan oğlan idi. Cavabını eynilə yazıram: "Məllim, mən deyim dəə sizə, Optima hara Sonata hara. Birincisi ona görə ki, bizim maşınlar SNQ üçün gəlir, onlarınkılar Euro4 gəlir, ikincisi bizim maşınların podveskası yüksəkdi, üçüncüsü də ki, biz rəsmi distribyutoruq, onlar dilerdi." Necə dedisə, gözüm çıxdı kəlləmə! Dedim "Ay qardaş, axı onlar da rəsmi distribyutordur". Cavab:" Yox məllim onlar ordan burdan gətirirlər, dilerdi onlar, Türkiyədən zaddan gətirirlər. Ona görə də qarantiyanı ancaq karobkaya verirlər". Nəysə, istədiyimi aldım, üstəlik əlavə də material topladım.
Fikrim var idi, bütün KIA nümayəndəliklərini gəzəm, bu sualı hamısına verəm, cavabları dəqiqləşdirdikdən sonra burada yazam. Ancaq, baxdım yazı çox ləngiyir. Bütün KIA nümayəndəliklərinə mütləq gedəcəm, bu ayrı məsələ. Çox istəyərdim KIA Marketing şöbəsindəm kimsə bu yazını görsün və biraz özünə gəlsin. Məsələ tək KIA-da deyil, şirkətlərimizin çoxu "bununla" məşğul olurlar. Bu nədir, təbliğat yoxsa qara PR? Heçbiri və ya hansısa biri. Əhəmiyyətli deyil. Əsas odur ki, çox qeyri-etik davranışdır. Əlbəttə ki, sənin malının rəqib malından fərqli və üstün nəyinisə tapmalısan ki, rəqabət aparasan və salona gələn müştərini inandıra biləsən satın almağa. Əgər KIA bunu bilmirsə gəlsin öyrədim onlara öz markalarının "KIM" olduğunu, ciddiyəm!!!
Yazını mən KIA ilə əlaqəli yazmağıma baxmayın, sözüm hamıyadır. Onssuz da monopoliya rəqabətə imkan vermir, onsuz da elə bir bazardayıq ki, hərgün əsəbləri korlayan işlərlə qarşılaşırıq, heç olmasa bəzi xırda qaydalara rəayət edək. Əgər rəqibinə qarşı bir təbliğat başladırsansa, bunun etik tərfəini də biraz da olsa gözlə. Bu işdir, iyrənclik, pislik və yalanla dolu siyasət deyil. Siyasətdə onsuz da, insana aid dəyərlərdən heçbirinə yer yoxdur, yer olan siyasətçiyə isə iqtidar yoxdur!
Bu yazı nə PR haqqındadır, nə də Propoqanda. Amma, istəyirsiniz bir cümlə ilə fikrimi yazım: Mən PR haqqında deyilən "qara" rəngini qəbul etmirəm, "qara PR" deyilən anlayış, elə Propoqandadır. Amma, 99% əminəm ki, bu mənim qanmazlığımdandır, çünki bunu məndən başqa bütün dünya qəbul edir.
BusinessMAN ol, ya da BusinessWOMAN, BusinessADAM olmayandan sonra.......
Feb 29, 2008
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
54 comments:
Rüstem baxdım yazı uzundu dedim başlayım bir de gördüm axırına çatmışam. Ela!!
Azerbaycanda işlemeyin çetinlikleriynen bağlı son zamanlarda çox şikayet eşidirem. Bir-iki neferle xüsusi uzun uzadı söhbet elemişem. Bu yazı da geldi üstüne ürkdüm vallah. Qayıtmayaq deyirsiz?..
Etikaya gelince, ay Rüstem hele bir şirketlerimiz iş öyrensin, marketinq öyrensin, adam kimi müşteriynen davranmağı öyrensin, sonra sıra gelecek etikaya... Heyf çox heyf...
Bax bu qara PRdı Rüstem. Propaqandada obyektle söhbet etmek yoxdu... Amma mence:))
İndi her şey bir terefe siz Kia'ya qarşı neynemelisiz bele olanda?...
Gözümüz yolda qaldı ay qadan alım:)
Rüstem özün ses-küylü yazılarımızdan danışırsan. Esas ses-küyü bu elemelidi e. Amma nerde?... Burdan girib ordan çıxacaq:(
Vüsal yazını bəyənməyinə sevindim, həm də çox sağol ki, bu haqq-hesabın qara PR olduğunu da öyrənmiş oldum.
Şirkətlərimiz çox şeyi öyrənirlər. Mənim belə "qara"yazdığıma baxma, doğurdan inkişaf hiss olunur, bütün sahələrdə dəyişiklik hiss olunur, ancaq bu inkişaf bəzən düzgün yolla hərəkət etmir.
Sən bura qayıt gəl. Çünki sənin kimilərinə ehtiyac var. Nə qədər var olsa da, ehtiyac da var.
Biz KIA-ya qarşı nə edəcəyik? Buna hələ qərar verməmişik! Amma, mənə maraqlıdır siz (sənə "siz"lə müraciət etmirəm,cəmi yoldaşları nəzərdə tuturam:) mənim yerimdə olsanız nə edərdiniz?
Nəfəsimi kəsdin ay Vüsal. Bayaq birinci şərhini oxuyub, tələsik cavab yazmayım, axşam işin axırına yaxın yazaram demişdim, ele indi girəndə gördüm ikinci şərhini..:)
Hörmətlə,
Yadımdan çıxmışdı "səs-küy" məsələsi.
Bu yazıdan səs-küy çıxsa sevinəcəm:)
Yazını beyenmemek olar ay Rüstem? Men artıq başdan ela bir şey oxuyacağıma inamla başlayıram. Şükr ki, her defe texminimde yanılmıram...
İkinci paraqrafınsa üreyime su sepdi. Qayıdacam inşallah. Mene ehtiyac olduğu üçün yox, menim buna ehtiyacım olduğu üçün... Amma öz aramızdı yaxın bir hemsöhbetim dedi heç qayıtmasam meslehetdi. Bağışlasın amma qayıdacam:))
Sizin (sene demirem a siz, şirket olaraq siz;)) elemeli olduğunuz şey ele başda bu yazının ses-küye sebeb olmasını temin elemekdi. Burada bir şey daha var. Kia neticede HYUNDAİ'indi. Bunu merkezde eşitseler heç beyenmeyecekler herhalda...
Meselen bu yazını sen Kianın marketinq menecerine forward ele... Sen elemesen de biri elesin. Çünkü inanmıram ki onlar da beyensin bu veziyeti...
Rüstem nefesini kesmeye hemişe hazır. Siznen Azerbaycan dilinde (kaş bilsez- sen bilirsen o heç - niye dil meselesini bele durmadan tekrarlayıram) marketinq müzakiresi aparmaq zövq verir mene... Ümidi artır insanın...
Hörmetle
Rustem evvelden men deyim ki, sixilmayacagin yer yoxdur. Hara getsen evvel axir sixilacaqsan. Ona gore de, sirf sixilmagi behane edib getme:)
Rustem bu sektorun icindesen mennen cox cox yaxsi bilersen. Ancaq mene ele gelir ki, o saticini qinamamaq lazimdir. (Son vaxtlar cox optimist olmusam ee nese:) )
Men bele texmin edirem ki, o satici asagidaki cumleleri ile ("Məllim, mən deyim dəə sizə, Optima hara Sonata hara. Birincisi ona görə ki, bizim maşınlar SNQ üçün gəlir, onlarınkılar Euro4 gəlir, ikincisi bizim maşınların podveskası yüksəkdi, üçüncüsü də ki, biz rəsmi distribyutoruq, onlar dilerdi.") alicilarin ekseriyyetini razi salib- inandirib, ona gore sene de eyni taktikani tetbiq edibdir.
Yeni uzulerek texmin edirem ki, bizim alici sen dediyin sekildeki qarsilasdirmadan bir sey basa dusmeyecek. Bu sekilde bir qarsilasdirma daha inandirici gorunur bizim istehlakciya.
Insallah yaniliram.
Amma Rustem, men bele basa dusdum ki, KIA-nin Sizin haqqinizda dediklerini Qara PR adlandirdiniz. Bes Senin onlara elediklerine ne ad vermek olar?
Men deyim ki,bunu da mutleq milli marketing mix-ine elave etmek lazimdir. Cunki melumat seffafligi olmadigi ucun, ozune strategiya secmekden yana mutleq bu yola el atmalisan. Bu milli marketingimizin olmazsa olmazlarindan biridir mence..
Yeqin texmin ettiniz neyi demek isteyirem. Mix-e elave bir S yeni Spying:)Geder???
Vay vay vay... Milli marketinqe bax!!! Artıq terefdarları çoxalır:)))
Rüstem, Aygün ve Miri sağ olsunlar konseptin destekçisi kimi. Müzeffer bu menada fikirlerini yene gözleyecem...
Bu arada qara PR etik ve qeyri etik olur. Burada Kianın elediyi qeyri-etik, Rüstemin elediyi ise etik qara PRdı...
Yazdiqlariniza baxdim, bilmedim gulem, ya aglayam.. Menim sichovullarim, sichanlarim ishe yaramayib, yeni o propaqanda ve PR haqqinda yazim.
Birinci, Rustemin meselesinden bashlamaq isteyirem. Muzeffer, buna spying yox inkognito mushteri deyirler, o daki bir marketoloqun buna neinki haqqi chatir, elememeyi ayibdir. Bura yazmasi ise qara pr ola bilmez, chunki birbasha KIA ve onlarin mehsulu ile bagli hech bir soz yoxdur.
Ikincisi, KIA meselesine geldikde ise, eger Rustem subut ede bilse ki, tek bir satici deyil, hamisi eyni sozleri deyir ve bu onlara bilincli shekilde oyredilib, onda bu propaqandadir, yeni kutlevi shekilde olarsa, eger bir neferdirse..BU da qaradir,,amma HYundai qaralama..:)) Ne PR-dir, Ne propaqanda. PR olmagi uchun hansisa media vasitesinin ishin ichinde olmagi lazim idi ki, en azindan bu sozler bir forumda yazilmalidir.. Onu da gormemishik.. Ne ise..
I agree without any comment:)
İnden bele PR barede şerh elemeyecem:) Artıq PRı öyrenmek vaxtı çatıb:) Demeli bir ödevnen iş bitmir:)
Vallah bu smayliki fikirleşenden Allah razı olsun:)
Allah butun smaylikleri dushunenden razi olsun ve umumen ilk smayliki dushunenin de atasina rehmt elesin.. Dushunurem ele ilk smaylik de bu olub:)
Bir de Rustemin ozu uchun yazmagi unutmushdum. Rustem senin qara PR-i danmagin bilirsen de neye oxshayir.. I20 chixandan sonra GEtz-in olmamagini iddia elemeye.. INdi ozun chixar neticeni..
Men indi başa düşdüm ki müthiş bir PR müzakiresinin ortasına düşmüşem. Çıxıram bu mövzudan.. Özünüz davam eliyin. Yayda gelerem söhbet eliyerik. Onda baxaram kiminle razılaşacam. İkinizi de Bakıda tapsam:)
Qwerty nece demişdi forumda... Men pas:)
He bir de... Aygün bu I20 Getz meselesi de senin "mezeli benzetmeler"indendi:)..
Di gəl cavab yaz:)
Səhər tezdən (işə 25 dəq tez gəlmişəm-dəhşət) şərhlərinizi oxuedun, kefim açıldı. Əla! Çox minnətdaram.
Əvvəla smaylik məsələsi ilə bağlı; keçən dəfə əgər bir mübahisə zamanı (e-maille işlə bağlı) sözümün axırına smaylik (:)) qoymasaydım indi allah bilir necə vəziyyət vardı burda. Allah atasına da anasına da rəhmət eləsin. Bizim atalarımız çox eqoist olublar "Allah atasına rəhmət eləsin"i salıblar dillərə, analara rəhmət deməyiblər.
Müzəffər mən heç bilmirəm Qara PR nədir, onunla necə məşğul olum?:) Mən sadəcə müştəri kimi girdiyim Bir salondan aldığım cavabı yazdım, yeganə fərq o idi ki, mən real mnüştəri deyildim və satıcının iftiraları ilə qarşılaşan mənim şirkətim idi. Bu yazını düz yaza bilmədiyimi özüm ikinci dəfə oxuduqdan sonra başa düşdüm. Onsuz da düzgün üslubum yoxdur, bu yazıda da lap biabırçılıq olub. Mənim əslində məqsədim birbaşa KIA-nı qaralamaq deyildi, məqsədim doğurdan da qeyri etik olan davranışlardan nümunə vermək idi. Yoxsa məqsədim blogumdan istifadə edərək, işimə xidmət etmək deyildi. Hətta belə anlaşılma olduğuna görə KIA-dan üzr istəyirəm.
Vüsal sən hələ bilmirəsn necə bir mübahisənin arasına düşmüsən:) Məsləhətdi heç girməyəsən, əgər girsən də nolar mənim tərəfimi saxla, onsuz da tək qalmışam:( Heç kim, mənim tərəfimi saxlamır. Axırda "PR-ın rəngi birdir" tezisi ilə mnən də Marketing Guru siyahısına adımı yazdıracam:)Siyasətdə həbsə girənlərin sonra iqtidara gəlməsi kimi, marketingdə də tək qalanların sonra tərəfdaş toplaması olacaq bu.
Mən əslində satıcını qınamıram. Müzəffərin dediyi vəziyyət əslində mövcuddur, realdır. Heç o satıcıdan da, bundan artıq nəsə gözləmək olmazdı. Ancaq, bu ilk deyildi, açığını desəm bir vaxtlar başqa rəqiblərin də buna bənzər üsullardan istifadə etdiyini eşitmişəm, KIA haqqında müştərilərin bizə dedikləri hələ mənim yazdığımdan da betərdir, mən ona görə yazdım ki, ümumiyyətlə bu işdə etik məsələlərinə azca da olsa toxunam.
Tək avtomobil sektoru deyil, bəlkə də bütün sektorlar belədir. GSM/Mobile-dan başqa. Təəssüf ki.
Hörmətlə,
Rüstem eger meqsedin buydusa sen bir dene de yaz mence... Meqsedini tam ortaya çıxaran bir şey... Amma her iki halda dayazı yazıla biler. Çünkü bu mesele üzerinden keçilesi bir şey deyil... Marketinqin etikleşmesini temin elemek lazımdı. Hemişe bele ola bilmez ki...
PR meselsinde ise özüme yeni fikri formalaşdırıb 3'cü teref olacam. Rusların cü terefle bağlı atalar sözünü de unudun. Axırda hamını özüme biat etdirecem:))))))))))
Belke de yazdim/ Yazim dogurdan chox kobud v' diksindirici olub, amma yazdigimi pozmamaq uchun saxladim.
Umumiyyetle movzuya ise tekrar qayidacagiq, men, sen veya bir bashqasi.
PR meselsi eslinde sadedir. Chox da qarishiq bir shey yoxdur. sadece real bir neche situasiya uzerinde fikirl paylashmaq lazimdir. Hetta isteyirsinizse forumda muzakireye achaq. Hami fikrini bildirsin.
Maraqli olar.
Men forumda yoxam heftesonuna kimi... Senin de varlığınnan yoxluğun bilinir ki ay qardaş? Girib heç ne yazmadan çıxırsan:))
Amma açın başlayın müzakireye men de qoşularam. Mene sadece sizin müzakirenin (mübahise deyil mence) ümumi atmosferi maraqlıdı. Bele heqiqeten tam çıxara bilmemişem fikirlerinizi. Yavaş yavaş anlaşılır... Bu mövzu hele çox davam edecek inşallah.
İnanıram ki neticesinde hamımızın PR bilgisi artacaq..
Hodri meydan!:))))
Mövzuynan bağlı da ki ele forumda bir mövzu açmışam - Marketinq etikdir mi?. Yazını ora linkle. Müzakireye açılsın...
Deyirem, ustunuze sagliq, 2 gundur ozumu nasaz salib, komp-a yaxin dushe bilmirem, alemi qatmisiz bir-birine :). Ordan QWERTY-ni doymek isteyirler, burdan biri gedir az qalir KIA-nin saticisini doysun :) Aygun, baji, o satici gedeninki xalis qara PR-dir(alicilar ozleri public numayendesidirler axi), ozu de agizla, shayie ile yayilan, bundan da pis PR yoxdur. Chunki yazilanin yazi ile cavabini vermek olur, yazilmayanin cavabini vermek xususi taktika teleb edir ki, onu da Rustemin yazmasi ile hell etmek kifayet deyil, Hyundai KIA ile oxshar qiymetlerinde ve ya o saticinin dediyi qarantiya-filan meselelerinde xususi kampaniya fason bir shey edib yadasalma tedbiri hazirlamalidir. Gorunur, qarantiyalar camaatin yadindan chixib, exclusive distributer meselesi reklamlarda xatirladilmalidir.
az qala yadimdan chixmishdi, Rustem, chalish ozun ehval-ruhiyyeni duzeldesen, qachmaqla can qurtarmaq olmur. A vot, onu-bunu yoldan chixarmaq lazim deyil. Vusal, qardash, otur oturdugun yerde :)
Afet xanım deyirsiz gelmiyim Azerbaycana? Gücnen bir teher yola gelirdim:))) Rüstem özü çıxır aradan yeqin ona göre bize qayıt deyir:)))
Qwerty'ni döymek? nu nu nu....:))
Afet xanım size bu qızğın PR müzakiresinin çiçine girmemeyi meslehet görerdim:)))) Zarafatdı tebii ki... Heqiqeten bunu forumda başladın men de qoşulacam inşallah..
Afet xanim, tutalim bir satici qarshisindaki mushteriye satdigi mali terifleyir, onda bu da Prdir?
Qaralama fakti arada var, amma qara PR kimi qebul ede bilmerem onu.
Afət xanım xoş gəldiniz. Özü də maraqlı gəlmisiniz.
Əvvəla keçmiş olsun. Bir də xəstələnməyəsiniz (Amma, Allah daha çox sevdiyi qullarına xəstəlik verirmiş, ona görə də xəstələnmək də nemətdir).
PR məsələsində Vüsal qorxutmasın sizi, girin mövzuya. Bu mübahisənin əsasında Aygünün arda arda iki yazısından sonra mənimlə uzun uzun müzakirələrim durur. İndiyə kimi əvvəlcədən yazmasam da, bugün yazım ki, bir həftə içərisində PR mövzusundə mən öz fikirlərimi tam açıqlayacam. Mənim özümə də qaranlıq heç nə qalmasın. Əsas mübahisə qara PR və Propaqanda üstündədir. PRa aid digər rənglər də var əlbəttə mübahisənin içərisində.
Əhval ruhiyə məsələsi biraz qəliz məsələdir. Gündə 4 fəsil yaşayıram. Getmək məsələsi də, qismət:) Amma, inşallah alınar.
Vüsal sən gəl qardaş, mənə baxma:))
Hörmətlə,
PR məsələsində Afət xanımın da fikirlərini bilsəm əla olacaq. Yazını yayımlamamış bilərəm kim mənim tərəfimdə olacaq, kim qarşı tərəfdə.
Vüsal özünü üçüncü tərəf eləmə, yoxsa sənə müharibə elan edərəm, ya mənim tərəfimdəsən, ya da Aygünün:)))
Afət xanım da 4-cü tərəf elan etsə özünü, mən yandım:)))
Hörmətlə,
Rüstem deyirsen gederem inşallah... Eger çox isteyirsense gedersen inşallah. Amma meqsed inkişaf ve tehsilden başqa bir şeydise meni çağırmağın "siqaret çekmek pisdi" deyib siqaret çekmeye oxşadı axı... :)))
PR meselesinde de heç biriniz teref tutmağımı gözlemeyin. Bilirsen mene yaddı bele şeyler:) Çalışacam ikinizden de düz olan fikrilerin seçib ona teref tutum. Bu 3cü teref olur olmur onu da bilmirem:))))
Hörmetle...
Meseleni biz bele shishirdiyimize baxma Vusal. Eslinde mubahiseli bir shey demek olar ki, yoxdur. Hetta, mubahisemizin evveli ve axirini Aygunun yazisindaki sherhlerden oyrene bilersen.
Teref tutmaq zaraft idi elbette. Amma, PR-in muzakireye achilmasi zaraft deyil. Yaxshi olar achilsa.
Hormetle,
Hamiya salam, shad oldum bele sevincle qarshilanmagima :) (herden bu smaylik mene hisslerimi ifade etmeye yetmir ee)
Aygun, umumiyyetle, tekce saticinin yox, her kesin ozune mexsus olan, sevdiyi, beyendiyi, heveskari oldugu her sheyi teriflemeye haqqi, ixtiyari var ve chox zaman da buna borcludur. Amma bu, hech zaman bashqasini alchaltmaqla, gozden salmaqla edilmemelidir. Bizde de mesel var: hech kes oz ayranina tursh demir. Amma ayranin tursh olmadigini subut etmek uchun qonshunun ayranini pislemek yox, oz ayraninin dadina baxmaga icaze vermek kifayetdir. Teessuf ki bu, bizde tekce bazarda deyil, umumiyyetle bir chox (insani munasibetlerden tutmush, hetta siyasete qeder) sahelerde olmayan sifetlerden biridir.
Meselen, o satici (ve KIA shebekesi) oz reqibleri haqqinda kifayet qeder bilgi toplayib, dogrudan da ozlerinin onlardan ustun olan her hansi bir cehetini tapib vurgulaya bilerdiler. Saticinin da gozunde mehz hemin ceheti yukseltmeye chalishardilar. Eger kimse KIA-ni sechirse, demeli onun hansisa cehetine ustunluk verir axi. Buna gore de onlarin Hyundai-i (daha dogrusu, Bakidaki distributerlerini) qaralamaga ehtiyaclari olmaz.
Bir de propaganda latin koku ile yaymaq demekdir. Oz fikrini ideyasini yaymaq. Meselen, ispanca "kulek alovu yayir" cumlesi "el viento propaga el fuego" kimi tercume olunur. Burada meqsed ozunun istediyini teriflemekdir, bashqasini qaralamag yox.
Amma mene herden ele gelir ki, bu soz neyinse mudafiesine, xeyirine pul odemek, kechirmekdir: pro ve pagar.
Qarayaxma fikrini ise ne ile ishletsek, onun qarshisina qara sozunu artirmaliyiq. Hetta qara propaganda ifadesi de var.
Rüstem qadası mövzunun müzakireye açılmasıynan bağlı men de zarafat elemirdim. Bele şeyler ancaq müzakire edilerek öyrenilir. Kitablardakı o soyuq herfler heç ne demir adama...
Bu arada Rüstem, Afet xanımın son postları seninçün tam bir bed xeber niteliyindedi:) O da dördüncü mövqedi ve ciddi arqumentlerle gelir:)))
Gel sen el çek bu sevdadan. PR da marketinq kimi göy qurşağıdı de canıvı qurtar:)))))
Forumda mövzu açmaq mennen Shared'in cütelimizde (tekelin iki elde olması bele adlanar herhalda) deyil:))) Açın bir mövzu biz de gelirik:)
Axı mən yanıram:))
Afət xanım dördüncü tərəf deyil, əgər o sadəcə qara PR anlayışının yox, qara Propaqanda anlayışının varlığınıda mənimlə razılaşsa, tam mənim tərəfimdə olar.
PR haqqında deyilə biləcək yaşıl rəngindən başqa bütün rənglərə qarşıyam, geri qalan bütün rənglər Propaqandaya aiddir. PR isə propaqanda vasitəsidir və o propaqandadının təmiz olan növüdür, məhz ona görə ona PR deyib, ayırıblar.
Bax belə...İndi kim mənim tərəfimdədir əlini qaldırsın...:))
Hamınıza dərin hörmət və sevgilə,
Hörmete ve sevgiye göre sağ ol Rüstem... Aydındı indi. Men de diger rengleri qoyuram bir qırağa bu yaşıla qarşıyam. Sosyal sorumluluk PR deyil. Şirket politikasıdı.
Axırda bu PRa heç bir reng qalamayacaq deyesen:) Sonra ümumiyetle PR yoxdu'ya gelecek sıra deyesen?:)))
Rüstem, Afet xanımı terefine çekmek üçün elediyin PRdı propaqanda?:))))
Afet xanim, olmasin azar. gec de olsa kechmish olsun deyirem ve dileyirem ki, bir de bele ish bash vermesin.
Propaqandanin yaymaq oldugunu bilirem, amma teriflerine baxinca sohbet kutleden gedir, bu sebebden bir saticinin dediyi propaqanda ola bilmez. Pr ise kutlevi informasiya vasiteleri filan.. Burda kutlevi informasiya vasitesi de yoxdur, PR-a da salmayaq onu..
Bu arada Rustem Afet senin terefinde ola bilmez, o qara PR elediyini deyir saticinin, sen ise qara PR yoxdur deyirsen. Ferqi hiss edirsen?? :))
Yaxshi, gel bir terefine baxaq, PR propaqandanin bir formasidir, bilincli olaraq edilir, kutlevi informasiya vasitelerinden istifade olunur, ne vaxt ki, bunu hansisa shirketi qaralamaq uchun edirler deyirsen ki, bu qara propaqandadir. NIye gore qara PR olmasin bu. Meselen, Subaru ele shuurlu shekilde forumlarda bashqa shirketlerin mashinlari haqqinda yazilar yazirsa niye bu propaqandadir, PR deyil??
Bir de bir nagil danishmaq isteyirem. DEmek, bir kishi sheytanla dostlashir. Uzun muddet chox pislikler edirler birlikde, vaxt gelir ki, kishinin oglunun toyudur. Gedir sheytanin yanina, deyir ki, biricik oglumun toyudur bax.. Seni toya chagiriram, amma orda bir shey etmeyesen..Faragat dur ki, toy seliqeli kechsin. Neyse..Sheytan soz verir, toya gelir. Toyun sonuna az qalana qeder dozur. Sonra bilmir ne etsin, goturur bir qizilgil qoparir heyetdeki arxin ichine atir, Arx boyu axan qizilgulu bir nefer eylib goturmek isteyende bashqa birisi ona deyir ki, qizilgulu birinci men gormushdum. Burda dava bashlayir, ara qarishib mezheb itir.
SEheri gun sheytan kishiye deyir ki, gorursen de nece sakit durdum toyda.. Kishi deyir, durmagina durdun ee..Amma arada bi gul axitdin..
Indi sen de gul axitdin da arada.. :))
Yaşıl şirkət politikasıdır, yaşıl olduğunu duyurmaq isə PR-dır Vüsal. Mən onu qeyd etmişəm.
Subarunun forumlardakı ləkələmə kampaniyası isə qara propoqandadır Aygün, PR deyil.
Afət bircə o qara Pr məsələsində fikir dəyişdirsə, vəssalam!! Fərq qalmayacaq aramızda.
Aygün, yazdığın hekayə isə mənalı idi, çox mənalı..
Salam! Her defe mende nelerise yazmaq, munasibet bildirmek isteyirem. Commentleri oxuduqda ise demek istediklerimle rastlashiram) Ona gore sadece oxumaqla kifayetlenirem. Birce bunu deyim. Rustem KIA- da qarshilashdiqin yeni bir shey deyil. Bu Azerbaycan Biznes muhitinde bash qaldirmish ve dava eden en problemli meseledir. MUZEFFER qardashimizin fikirleri ile raziyam. Istehlakci bu cur qarshilanmaya inanir. Vesaalam.Davam edin. Birde Rustem qardash hec yana gedib eleme, Adashim sende oz vetenimize qayit. Lap Polad Alemdarin sozu yadima dushdu. " Sonunu dushunen kahraman olamaz" Sizin kimi MArketinq kahramanlarina cox ehtiyac var
Aygun, eger satici tek bir neferi qarshilayib bu sozleri yalniz ona deseydi, bunu sadece saticinin malini satmaq cehdi kimi qebul etmek olardi. Amma o, yeqin ki, butun Hyundai ile KIA arasinda sechim chetinliyinde qalanlara bele deyir(ler). Rustemin dediklerinden de bele neticeye gelmek olur ki, butun shebekede veziyyet beledir. PR, bilirsiz ki, tek chapla olmur, men eger hansisa qurumda vetendashlarin suallarina cavab vermek uzre selahiyyetliyemse, bu da PR-dir. Metro chixishinda dayanib, xirda vereqeler paylamaq da PR-dir.
Amma men propaqandanin PR hissesi oldugunu qebul edirem, daha dogrusu vasitesi oldugunu. PR daha genish anlayishdi. Ve demeli belelikle barishiriq. :) propaqanda PR-in bir vasitesidir (tebligat, teshviqat ve teshkilat- rehmetlik Lenin :)), saticinin dedikleri de qara propaqandadir :)
Razilashdiq? :)
Amma Rustem, dogrudan reklamlarinizda bir yenilik olmalidir bu mesele ile bagli.
Subaru forumlarda (hansi forumlarda) kimi lekeleyir? Maraqlidir mene. :) men de deyirem reklama daha niye pul vermirler :) Qara-qura ishlere bashlayiblar?
Vüsal Cəfərov (Soay adınızı digər Vüsalla qarışıqlıq olmasın diyə yazdım) siz yenə də öz fikirləsinizi yazın. Bizə xoşdur. heç kim yüz faiz sizin fikirləşdiriyinizi deyə bilməz ki. Sonunu düşünən kahraman olmazsa da, düşünməyən də çətin ki nəsə yaxşı bir şey ola:)) Düz demirəm??:))
Amma, Vüsal qayıtsın. Vüsal deyəcək, qardaş be məndən nə istəyir....:))
Vüsal, Vüsalın dediyi kimi sənin tək marketing qəhrəmanına ehtiyac olduğu üçün gəl deyirəm...
Afət xanım, sizin şərhlərə aşağıdan cavab yazmağa başlayəm , olar?
Subaru haqqında yazdığınıza güldüm:) Əla! Amma, Subarunu yaxşı dəstəkləyirdiniz həqiqətən. Rəqib kimi yox, ümumiyyətlə bəyənirdim. İzləyirdim. Bilmirdim işi sizin apardığınızı. Amma, Subarunun özünün strateji səhvləri oldu və bunun nəticəsini uzun müddətdə görəcəklər. Biz Vüsalla bunu müzakirə etmişdik. Day.az forumda əvvəllər olurdu bu qaralama.
Biz reklamlarımızda bunu hiss etdirəcəyik yəqin ki. Əslində planlarımız fərqli idi, amma bu məsələnin nə qədər geniş olduğunu müəyyənləşdirib, ehtiyac olsa addımlar atacağıq.
PR propoqanda məsələsində isə, mən tam əksini fikirləşirəm. Prooqanda daha genişdir, PR isə onun vasitəsidir. Ağ olan, ləkəsiz vasitəsi...Aygün və Vüsalla bu mövzunu daha geniş müzakirə edəcəksiniz yəqin ki..Bu işin mütəxəssisi onlardır, mən elə başımı bir təhər qatıram...
Siz hələ də blog açmamısınız?:))Tənbəllik buna deyirlər ee::))
Hörmətlə,
Afet xanim, men ele ilk sherhimde yazmishdim ki, Rustem subut ede bilse ki, bu satici bu sozu bir defe deyib ustunden kechmirse, shirket olaraq saticilar bir nov ders aliblarsa ve eyni shey tekrar olunursa bu qara propaqandadir. Yeni bir ferq gormedim dediklerinizle..
Aygun, men ferqli bir shey demek istememishdim axi, sadece evvel dediyimi bir de tekrarladim (yeqin onurgamin agrisi bashima da vurur :().
Rustem, Vusal, Subarunun sehvleri haqqinda menim de qulagima deyersiz de bir az. Eslinde Kerbelayi demishken, Niqolayin evini muselmanlarin Allahi yixdi :) Amma gorum marketinqde ne sehvleri olub:)?
Rustem sonunu dushunmek meselesi tamam ayri movzudur. Belkede dini movzu. Ona gore bu barede danishmaq heleki yersizdir. Esas movzu qara PR olduqu ucun) Eger kimse sonunu dushunurse bu sadece sadelovlikdur. Allahi guldurmek isteyirsense ona planlarindan danish) Qaldiki Vusalin vetene donushune. Yeqinki mende senin kimi sebrsizlikle gozleyecem.Rustem mene balaca bir komek lazimdir. Bir ish girib beynime. Ele hey beynimde firlanir. Bu barede emailinize yazmishdim. Ancaq cavab gelmedi. Sence Azerbaycan bazarinda yapon zajiqalkasina (alishkan, caxmaq ve s.) ehtiyac var?
Rüstem gardaş salam yene çox gözel yazı yazmısan eline sağlıg.Ama yazıdan daha çox yazılan şerhler lezzet eledi.menim ixtisasımla ve gördüyüm işle elagesi olmasada men de bu yazılar vasitesi ile marketing haggında bir şeyler öyrenirem.Mövzu ile elagesi olmasada Vüsal Ceferovun polat alemdara mexsus sonunu düşünen kahraman olmaz sözünün Şeyx Şamile aid olduğunu vurgulamag isteyirem.
Umumiyyetle Osman Sınavın yapımcılığını üstlendiyi dizilerin sloganlarında ŞEyx Şamile aid sözlerden geniş istifade olunur.Mes:"pusat" dizisinde "zafere giden yolda çekilen çile kutsaldır"
Rüstem yazıların davamını gözleyirem helelik
Vallah bir anda özümü Azerbaycan marketinqinin xilaskarı saydım. Nolub ay qadan alım sıravi marketinq PHD telebesiyem. Güc bela dönemi qurtarma derdinde olan:)))
Adaş Marketinq qehremanının da yeri var a. Yaxında blogumda bu başlığı görsez şaşırmayın:))
Afet xanım siz xesteyem demişdiz. Day onurğa ağrısı filan nedi? Allah kömek olsun ve tecili şifalar... Bu sehhet durumu ile bele yazmaq ise meharet istiyir...
Subaru meselesini burda çox açmayaq. Sizin öz blogunuzda söz verirem mövzu ne olur olsun o barede geniş bir şerh menden:)
Kianın axırı noldu e ay Rüstem? İlişmişik bu renglere:)))
Afet xanım onurğanızın ağrısına üzüldüm. Allah şəfa versin. Subaru haqqında Vüsal madəm deyib blogda, olsun blogda:)) Sizin blogu gözləyirik.
Vüsal sizden axı en heç vaxt mail almamışam. Çox üzr istəyirəm əgər mümkündürsə təkrar mail yazın, xahiş edirəm. Almış olsaydım əlbəttə cavab yazardım.Mailinizi gözləyəcəm.
Elçin səni blogda görmək xoş oldu. O sözün Şeyx şamilə aid olduğunu bilmirdim, amma öyrənməyimiz əla oldu. Xoşuma gəldi. "Zafere giden yolda çekilen çile kutsaldır" ise rəhbər sözdür. Sənin blogu oxuyub bəyənməyin ləzzət edir:)
Vüsal KIA üçün hələ vaxt ayıra bilməmişəm. Amma, həll edəcəyik. Baxaq görək necə olur. Bunu bir günün içərisində dəqiqləşdirə bilərik mənə elə gəlir ki...
İndi mənə maraqlıdır, Afət xanım söz verir blog açmağa yoxsa yox?:)
Vüsal bu PR rəngləri sən bilsən mənim başıma nələr gətirib:)))) (Dil qoymaq smayliki neter olur?Bilsəydim qoyardım:)
:) Gulun, gulun, bu gun Aygun mene gmail-den istifadeni oyredib, bir az da ozume gelib, dediyim kimi, inshaAllah achacam :)
Olmurem qeybetden otru!!! Kalan qeybet ederik orda :) 1-ni uje tapmishiq kimden ;) bu goz vurmaq smaylikidir. :P bu ise dil chixarmaq :)
Gmaili öyreden Aygündürsə qiybət də onunla gedir yəqin:) İlk qiybətini etdiyiniz adam kimdir:))
Zarafat bir tərəfə, amma blog əla olar!! Gözləyirik.
Rüstem Kia meselesinin neticesini maraqla gözleyirik... Bir de bir neferin blogunu:))
Elçin senin bir defe de "menim işim ve ixtisasımla elaqeli olmasa da" terzinde bir ifadeni xatırlayıram Rüstemin blogunda... Bağışla qardaşım amma Logistika marketinqin yazı üçün en maraqsız mövzularındandı:) Bir dene Zara var ki onu da yaxında müzakire eledik de:)
Amma bes elemez mence. bu yaxında logistikanı tekstilde en gözel istifade eden şirketlerden olan Zaradan yazacam öz blogumda...
Şeyx Şamil meselesine göre de sağ ol:)
Logistika meselesinde ela yazmisan Vusal. Dogurdan eledir, hamimiz toxunub kechirik, eslinde chox chox ehemiyyetlidir, ancaq sixici oldugu uchun genish yazilmir. Biz yazmiriq daha dogrusu.
KIA meselesinin axiri lap mushkul oldu Vusal, onunla gerek men maraqlanam, ona da vaxtim inan yoxdur.
Vusal, dashla, dashla... Ele bilirsen, achmayacam?!
Salamlar Vüsal yazını oxudum mesaj üçün de teşekkürler.
Menim iki yaxın dostumun marketingle bağlı yazıları ve tartışmaları çox ürek açandı evvela bunu belirtmek istedim.
Vüsalla tanışlığım 1996 dan Rüstemle ise 2004 cü ilden olub.Bu arada hemde dostlugum.Onların bir birini tanımasını ve gızğın yazışdıglarını ise 4-5 gün olar örgendim.İndi ise esas telebime keçmek isteyirem.Sizin esas işinizin pazarlama olmasına baxmayarag hazır giyim,casual wear markalarında Logistika ile elagedar etraflı yazı isteyecem.ne geder sıxıcı olsada...ve Vüsal ezizim Zaranın bütün fason üretiminin %60 bizim şirketdedi.Yeni bu başarının arxasında bizim de payımız var.:)) Ama Zara ile elagedar yazını sebrsizlikle gözleyirem..
Vusal Elchin sene unvanlayib haa logistik meselesini:)))
Sen de bir cansan e yaxanı kenara çekmeye ay Rüstem...:))))))) Planlar deyişdi Zara hefteye:))) İndi kralı taclandırma zamanıdı:)
Hə bu haqda mən də yazmışdım bir ara. Alqı-satqı agentlikləri haqda.
Bunun adı qara PRdı.
Yazının ən xoşum gələn hissəsi Hyundain diler olmasına gətirilən sübut idi. :))
SƏbrli ol Rüstəm.
:):):):)
Qara PR, hech yaxshi shey deyil..Sher atmaq kimi bir sheydir daa:):)
Post a Comment