Şənbə günü səhər işdə çox dəyərli reklam menecerimizlə söhbət haradansa gəldi qəzet oxumaq mövzusuna. Mən “Türkiyədə olduğum üç il müddətində qəzet oxumadığım gün sayısı maksimum 20 gün olar” dedim. O da, “Vaxtı bəhanə etmə, oxusan indi də oxuyarsan, sən yəqin ümumiyyətlə oxumağı azaltmısan” dedi. Söhbətin axırında qərar verdim ki, mən mütləq bundan sonra hərgün qəzet oxuyacam. Qəzet oxumağın “faydalarından” yazmayacam, ancaq onu deyim ki, şəxsən mənim üçün bu xüsusi zövq də verir. Nə isə...Axşam işdən çıxdım və yolüstü AYNA qəzeti aldım. Qəzetin qapağında “Hörmətli Oxucular”la başlayan yazını axıra qədər oxudum və inanın çox mütəəssir oldum. Niyə belə olduğunu isə həmin yazıdan bəzi hissələri verməklə bildirmək istəyirəm.
“Hörmətli Ozucular!
Bir çoxlarınızı sıxan maliyyə problemləri bir qəzet olaraq “AYNA”dan da yan keçmədi. 2004-cü ilin Aprel ayından gündəlik qəzet olaraq görüşünüzə gələn “Ayna”gələn həftənin bazar ertəsindən etibarən gündəlik nəşrini dayandırmağa məcbur olur. İndi sizlərlə yalnız bir dəfə-həftənin şənbə günləri görüşəcəyik.” Məqalənin davamında qəzetin baş redaktor müavini Ceyhun Nəsibov, “ALINMADI” deyir. Əllərindən gələni etdiklərini, ölkəmizin bütün problemlərinə toxunduqlarını, qabartdıqlarını, ancaq buna baxmayaraq qəzeti kütləviləşdirə bilmədiklərini yazır.
“Lap dəqiq desək, qəzeti kütləviləşdirə bilmədik. Qəzetdəki məqalələrə dəfələrlə “yaxarı”lardan reaksiyalar oldu, bir neçə məhkəmə proseslərinə girdik, ölkə ictimaiyyətinin ən fəal nümayəndələrinin pis yaxşı rəyini qazandıq, tanındıq. Amma, qəzeti kütləviləşdirə bilmədik”. Müəllif bundan sonra “NİYƏ?” sualına cavabında bunun səbəblərini, düzgün işləmələri, stəkanda fırtına qoparmadıqlarını, məmurların villalarından ittiham yox faktlarla yazdığını, rüşvətə qarşı faktlarla qarşı durduqlarını, müğənnənlərin 7000 avroluq ayaqqabı davalarına yer verməmələrini iflasın, “kütləviləşə bilməməyin” səbəbi olaraq göstərir. “Çal-Çağıra üstünlük verməyən cəmi 300-400 oxucu qazandıq ki, onlara da “haqqınızı halal edin” deyirik. Qalanları isə “oxumaq, oxumaq, yenə də oxumaq” eşitdikdə bunu ancaq mahnı müsabiqələrində oxumaq kimi başa düşdülər. Canları sağ olsun! Və biz qəzetimizin kütləvi satılmaması səbəbindən maliyyə problemi ilə üzləşdikdə”məmurlararası dava”nın iştirakçısı olub kiminsə cibinə girmək istəmədik də!”
AYNA-nın bağlanması mənə pis təsir etdi. Bunun birinci səbəbi, ümumiyyətlə oxuyucusu olmasam da, bu ölkədə “yaxşı qəzetlər” siyahısında adı keçən bir qəzetin bağlanmağı xoş deyil. Digər tərəfdən azərbaycan dilində bir qəzetin bağlanması iki cəhətdən pis təsir etdi. AYNA-ni bəyənməyə bilərsiniz. Ancaq, mən əminəm ki, çoxunuz mənimlə bu mövzuda həmfikirsiniz. Həvəslə qəzet alıb oxumağa başlayanda ilk xəbər olduğundan və ya Azərbaycan dilində səviyyəli bir qəzetin iflasının təsirindən çox pis oldum. Təəssüfləndim, “Kaş bu günə kimi qəzet oxuyaydım, bəlkə bir neçə nəfərə də təsirim olardı, oxumağı təşviq edərdim” deyə fikirləşdim. Amma, iş AYNA ilə bitsə yaxşıdır, MARKETİNQ jurnalının da belə bir məqalə yayınlamasından qorxuram. İflas etməsindən qorxuram. Onsuz da zorla ayaqda durur, üfürən olsa yıxılar. AYNA-nın bağlanma səbəbi qəzetin baş redaktor müavinin dilindən qısa da olsa izah edilib (mənim buna çox əlavələrim ola bilər və əminəm ki, sizin də var, ancaq hələlik biz ancaq qəzetin özünün bildiyi səbəbləri qəbul edək), ancaq MARKETİNQ jurnalının bağlanma ehtimalının səbəbləri mənə görə fərqlidir, o sadəcə məğlub olan döyüşçüdür, özü də elə bir döyüşdə məğlub olur ki, ondan başqa heç kimin əlində silah yoxdur. O sırf özünün zəifliyindən yıxılır, itələyən də yoxdur onu!!! Təəssüf! Ancaq, mən doğurdan da inanmaq istəyirəm ki, bu belə olmayacaq. Bəlkə də kimsə fikirləşə bilər ki, “Jurnal Azərbaycan Marketinq Cəmiyyətinin dəstəyi ilə ayaqda durur və onlar da o jurnalın iflasına imkan verməzlər”, ancaq oxucusuz olmaq, elə iflas olmaqdır. Allah Uzaq eləsin!!!
Yaxşı ki, Google məndən pul amlır, yoxsa mən də iflas edərdim !!!
19 comments:
Rustem, salam. Yaziniza ve xususile azerbaycandilli Ayna qezetinin baglanmasina bele candan yandiginiza gore teshekkurumu bildirir ve Sizinle hemderd oldugumu deyirem. Aynanin zeifliklerinden biri de auditoriyasini Zerkalo ile oldurmesidir. Eger bazarda Zerkalo deyil, tek Ayna olsaydi ve Zerkalodaki yazilar ele Aynada yazilsaydi, qezet ozunu chox gozel saxlayardi. Yeqin ki, marketoloq kimi Aynanin niye baglandigini, niye oxunmadigini Siz daha yaxshi analiz ede bilersiniz. Men marketoloq deyilem. Sadece olaraq, bir fikrimi bildirmek isteyirem. Ola bilerdimi ki, Marketinq jurnali oz sahesine uygun olaraq ele maraqli meqaleler derc edeydi ki, Azerbaycanda fealiyyet gosteren firmalarin marketinq shobeleri onu aybaay alib, lazimli bir material kimi istifade edeydiler. Belede onun hetta reklam qabiliyyeti de olardi. Shexsen men 1-2 defe o jurnali alib PR-la bagli maraqli ola bilecek nese axtarmisham. Lakin istediyimi tapa bilmemishem. Yari rus dilinde (o rusca ki, internetde ve kitablarda da hemin dilde material tapa bilerem), yari oz sahesine aid olmayan meqalelerle adini eks etdirmir.
Afət bloguma xoş gəldiniz.Fikirlərinizi bölüşdüyünüz üçün də təşəkkür edirəm. AYNA mövzusuna açığı Marketolog kimi də (mən heç özümü Marketolog da hesab etmirəm) şərh verə bilmərəm düzü, çünki yazıdan da görüldüyü kimi AYNA oxumamışam əvvəllər, ancaq sizin qeyd etdiyiniz faktla tamamilə razıyam. Qəzet oxumasam da, AYNA-nın ZERKALO kölgəsində qalması ilə razıyam.
Marketing jurnalı mövzusunda da fikirlərinizlə razıyam. Doğurdan da, o jurnalda tapa biləcəyiniz bütün məlumatları beş dəqiqə içərisində internetdə tapmaq mümkündür. Yazarların yazdığı yazıların bir qismini tapmaq olmaz bəlkə də, o yazılar da jurnala kifayət qədər oxucu qazandırmaqda acizdir. Mən sizin fikrinizi dəstəkləyən bir fakt deyim; bir neçe gün əvvəl Əmlak jurnalından bir nəfər avtomobil sektoru haqqında genış araşdırma məqalə hazırladıqlarını və bununla bağlı bizim də köməyimizə ehtiyacları olduqlarını qeyd etdi. Bu ƏMLAK jurnalıdır!!! Ancaq, inanın mən hələ də bu tipli məqalələri Marketing jurnalından gözləyirəm. Bəlkə də yazıblar nə vaxtsa, səhvəmsə üzr istəyirəm. Bu balaca bir misal idi. Azərbaycanda Marketing jurnalı üçün yazılabiləcək o qədər çox maraqlı məqalə və araşdırma var ki...Yazan olsa!!!
Hörmətlə,
Rustem, ele fikrinize destek kimi, bir cesaretli teklif edim. Belke, jurnal oz ishini kifayet qeder bilen marketoloqlara (men eminem ki, beleleri Azerbaycanda var) simvolik qiymetlere meqale yazmagi teklif etsin? Her halda praktiki istifadechilerin yazdiqlari ve gorumleri sethi jurnalist arashdirmalarindan daha yaxshi olar. Qezetler vaxtile 1 xeber-1 dollar prinsipi ile xeber yigirdilar.
Afet, teklif edin. Onlar mence deyerlendirer bu teklifi. Jurnal onsuz da meqale isteyir, Aygunun meselen, novbeti sayida meqalesi chixacaq sehv etmiremse.
Diger terefden, ish tek meqalelerle de olmur axi, heqiqi menada bir jurnalist arashdirmasi da olmalidir. Analiz olmalidir,real teklif ve tenqidler olmalidir, baxin meqalelere hamisi ingilis, rus ve turk dillerinden tercume. Bunlari onsuz da men hergun oxuyuram, elece de menim kimi digerleri, niye tekrar jurnal alib orada tercumesini oxuyum ki!!
Standartlari tapmaq ve oxumaq asandir, her yerde var bu!!!
Hormetle,
Rustem, ozum ixtisasca jurnalistem ve istenilen hemkarima subut ede bilerem ki, Azerbaycanda iqtisadiyyatda real arashdirma aparmaq mumkun deyil. Chunki ya bunun uchun hedden artiq varli ve serbest olmalisan ki, serf elediyin vaxtin heder getdiyine heyfsilenmeyesen, ya da gerek kifayet qeder elaqelerin olsun ki, bu da adi, sade jurnalistde olmur. Bu qeder enerji ve vaxt itkisine 50-100 manat qonorar almaq ise umumiyyetle serf etmir. 1-2 gun evvel banklarla bagli tehlillere goz gezdirirdim, "banklardan bir nechesi melumatini teqdim etmediyinden onlarin melumati eks olunmayib" yazilmishdi. Tesevvur edin, hetta firmanin kommersiya sirri olmayan melumatlari bele shirketler oturmek istemirler. Bilirsiniz, gorunur sebeblerden biri de ozunden shubhelenen shirketlerin chox olmasidir. Indice Makforumda gordum, sebeb tekce azerbaycandilli yaxshi yazan jurnalistlerin olmamasi deyil, sebeb hem de azerbaycandilli orqanlarda yaxshi pul verilmemesidir. Ne ise, yene zencir qapanir deyesen :)
Diger terefden, jurnalistikada iqtisadi tehsil kifayet qeder verilmediyinden yaxshi arashdirmalari jurnalist ishleyen iqtisadchilar apara bilerler. Onlar da oz sahelerinde daha chox qazana bilerler, neinki jurnalistikada. Artiq jurnalistikanin tramplin vaxtlari kechib.
Dediyim odur ki, jurnal iqtisadchilari da arashdirmachi qisminde celb etmelidir.
Melumat vermemek bizim olkemizde en maraqli "hadiselerden" biridir. Men oz hemkarimdan neinki kommersiya sirrleri, hech satdigi malin xarakterisitikasini da oyrene bilmedim. (Sonra mushteri qisminde getdim onlarin yerine, istediyimi yene de oyrendim, amma o menden guya bunu gizli saxlayirdi)
Arashdirma aparmagin chetin olmasi ile de raziyam. Amma, hech olmasa reklamlarin tehlil ve tenqidi, yeni mehsul strategiyasi, movcud olan mehsul sirasi, reqiblerin munasibetleri, monopoliya sheraitinde reqabet, lider movqeyinde olan firma ile davamchilarin reqabetleri ve davranish ferqleri ve.s kimi yazila bilecek chox movzu var!!! Yaza bilen olsa ve yazmaq da istese yazar. Diger terefden de muzakiremizin evveli madem ki, sirf Marketing jurnali ile elaqedar idi onda onu da yaddan chixarmayaq ki, bu jurnalin tesischisi olan orqanin en azindan bu tipli bir arashdirma uchun "imkanlari" var. Men bele fikirleshirem!
Hormetle,
Tebii ki, haqlisiniz. :)
Rustem, elə də belə bir araşdırma. En azından avtomobil bazarını sən yaxşı tanıyırsan, sən yaz, səndən sonra camaat da yazmaq istəsin.
Mən avtomobil bazarından yaza bilərəm, ancaq mənim obyektivliyim müzakirəyə açılar. Mən isə bunu nə itirmək istəmirəm, nə də obyektivliyimin müzakirəyə açılmasını. İcazənizlə təbii ki:)
Hörmətlə,
Mence, istenilen arashdirmada subyektivlik zerresi olur ve olmalidir. Senin bir avtomobilist kimi olmasa da, hansisa bir avtomobilin heveskari, mehsulun istehlakchisi kimi movqeyin olacaq bele arashdirmada. Bundan qachmaq mumkun deyil.
Elə mən də ona görə Azərbaycanadakı avtomobil distributorlarindan danishmaq istemirem. Menim yazacagim realligi da "Qara PR"deyib inkar edecekler. Men vaxt tapan kimi başqa sektorlardan yazacam. Amma, blogumda AVTO kategoriya da var və istədiyim vaxt avtomobil markalarından yazıram. Distributorlardan çekinmeden:)
Aktiv iştiraka görə çox sağolun Afət.
Rüstem senin Aynaya göre teessüflenmeyini tam başa düşürem. Hem buradaki qezetlerin (Türkiye) keyfiyetinden xeberdaram, hem de jurnalistika tecrübem var Azerbaycanda uzun müddet, bilirsen.. Yazını oxuyanda nece "partlayaraq" yazdığını görmek olur. Allah elemesin Marketinq bağlansa, burda çıxası yazını tesevvür eliyirem...
Sen demiş: Allah Uzaq Elesin!!!
Bu arada bizim qezetçilik enenemiz başda Türkiye olmaqnana dünyanın ekser ölkelerinden daha zengindi. Ürek ağrıdan da odu ki ne adam kimi qezetimiz qalır, ne doğru-düzgün yazanımız, ne de bunları oxuyanımız... Hamı köşklerin yanından elece ötüb keçir...
Vüsal, kənarda yaşamaq o qədər rahatdı, o qədər rahatdı. Özün bilirsən bunu. Xaricdə yaşadığın ölkənin dərdləri sən çox da narahat etmir, (insan olaraq edir əlbəttə)siyasi çəkişmələri sadəcə maraqla izləyirsən kədər və əsəblə yox, oranın kasıbı səni çox da üzmür, oranın küçələrinin kirli olması sənə böyük problem deyil, amma öz ölkəmizdə bu olmur. Hərşey dərd olur, bəla olur, ürəyinə salırsan hər şeyi. İstər istəməz olur bu. Vicdanı azca da olsa olan insanda bu olur! Bir qəzetin bağlanmağı da yandırır, haqsızlıq da yandırır, saqqız kağızını yerə atan adam da yandırır, kasıbın 1 manatını da dartım zorla əlindən alan varlı da yandırır, hava da yandırır, su da yandırır və yaşamaq işgəncə olur. Axşam yatağa girəndə, nəyi fikirləşəsən bilmirsən. Sənin deiyin, bizim həmişə fəxr etdiyimiz kültürümüzün hər sahəsinin necə yerin dibinə tərəf getdiyini gördükcə çökürsən, sən də girisən yerin dibinə.
Adamın ürəyi doğurdan ağrıyır Vüsal.
:( Rustem, haqlis;n;z. Vusal, bizim milli mentalitetimiz kimi jurnalistikamiz da, derd ondadir ki, ekinchilikden o yana getmeyib. 19-cu esrin sonlarinda Sherqde ele bir qezet chixarmaq partlayish idise, 21-ci esrin evvelinde artiq o tefekkurlu, o atmacali, o satira ve zarafatli qezetler oxucunu celb etmir, dushundurmur. Biz bedbextik, ona gore ki, hele de Sabirin sherlerinde oldugu kimiyik, yeni inkishaf etmemishik. Yene de qezetlerimiz Ekinchide yazilan uslubda yazir. Yene de ashiqlarimiz Ashiq Elesger kimi yazir oxuyur, shairlerimiz hele de 50-ci illerin ortalarindaki kimi qafiyeleyir. Inkishaf lazimdir. Ona gore meyxana yer alir ki, o, tezedir! Uzun muddet qadagan olunub ve teze-teze "adam ichine chixir". Ona gore toy mugennileri el-ayaq achirlar ki, uzun muddet adlari ucadan chekilmirdi, indi yenilikdir. Bizim chox zaman "kutle" saydigimiz insanlar ozleri de hiss etmeden, ozleri de etiraf etmeden inkishaf, deyishiklik isteyirler. Klassika gozeldir, amma o, klassikadir. Ve onu tekrarlamaga, esrlerle davam etdirmeye en nehayet gozden salmaga luzum yoxdur.
Deyesen, marketinqden kenara chixdim, amma mence, ele bu da marketinqin bir formasidir.
Rüstem bura Türkiye olduğu üçün bi dene indiki siyasi veziyet yandırır. Yoxsa ki, qalanı... Vecine de olmur. Hetta tersine olur...
Burda küçelere baxanda da yanırsan, bizde de asfalt var, sadece üstünü zibil örtüb, deye... düzdü çox yerde de yoxdu, amma burda her yerde var... o da yandırır... Deli olmaq istirsen, amma ola bilmirsen ay Rüstem. Deli olursan e, amma başqa formada... Ağlın deli olub fikirlerden qurtulmur, qelbin deli olur, deli kimi vurnuxur yerinde, qocalırsan...
"Qezetdi de, bağlandı, bir qezetnen kimdi bizi tanıyan" deyilende üzüne qarşı üzün min-reng alıb verir, ama qarşıdakında reng korluğu var anlamır. Ele bilir bir qezetin bağlanmağı köşkdeki qezet sayının 1 dene az omağıdı. Yox qaqam. Eger bağlanan qezet düşünce qezetidise bu insanlarımızın fealiyetlerinden 1 denesinin azaldığına işaredi... Düşünmeyin!!!
Bu ne bloguydu? Marketinq? Bağışlıyın offblog oldu...
Amma tekce Rüstem partlamalı deyil ki..
P.S. Rüstem saygıda kusur ettiysem affola...
Estagfurullah!
Burada heqiqi menada demokratiya var:)
Marketingden de danisha bilerik, bashqa sheylerden de...
Esas odur ki, fikirlerimizi muzakire ede bilek.
Hormetle,
butun yazıları diggetle oxudum
Ayna gezetinin bağlanmağına mende kederlendim.
Rüstem gadası marketing forumu var bilmirsen mence Azerbaycanda yoxdusa bunu da açmalısan ve bu müzakireler daha geniş platformalara daşınmalıdı...
hörmetle elçin
Elçin uzun bir aradan sonra tekrar senin şərhini görmək çox xoş oldu. İstəyərdim həmişə aktiv olasan, ixtisasın marketing olmasa da işinin bir tərəfi marketingdir özü də böyük bir işin başındasan. Bizə maraqlı olar sənin fikirlərin.
mak.az deyə bir sayt var və orada forum var. Marketing müzakirələri orada gedir.
Hörmətlə,
Post a Comment