Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 15, 2008

Made in Azerbaijan

Made in...” etiketi ilk dəfə I.Dünya müharibəsindən sonra müharibədə məğlub olan Almaniyanı cəzalandırmaq məqsədilə Almaniyada istehsal olunan malların üzərinə yazılması məcburiləşdirildikdən sonra tətbiq olunmağa başlanıb. Məğlub olan Almaniyanın məhsullarının üzərində “Made in Germany” yazılacaq və beləcə Avropa əhalisinin Alman mallarını almamaları təmin ediləcəkdi. Ancaq, bir müddət sonra əks hadisəyə çevrildi; Avropalılar Alman məhsullarına üstünlük verməyə başladılar. Bunu görən digər ölkələr bir müddət sonra öz məhsullarına “Made in....” etiketi yapışdırmağı qanuniləşdirdilər. Ancaq, bu dövrə qədər onsuz da formalaşan bir “Made in Germany” anlayışı var idi. 1955-ci ildə ilk dəfə Sidney Levy tərəfindən istifadə olunan “imic” anlayışı artıq özünü göstərirdi. Hər hansı bir obyekt haqqında formalaşan inanc, ümumi qəbullar (perceptions) və fikirlərin bütünü olaraq tərif edə biləcəyimiz imic, artıq bütövlükdə bir ölkənin məhsullarının istehlakına təsir edirdi. Bir Fransız daha çox Alman mühəndislərinin istehsal etdikləri texnikaya sahib olmaq istəyirdi. Ümumiyyətlə tarixə nəzər saldıqda xüsusən də orta əsrlərdən etibarən hər ölkənin özünün ixtisaslaşdığı sahələr ortaya çıxmağa və imiclər formalaşmağa başlamışdı. İmiclərin formalaşması əsasən ümumi qəbullar (perceptions) və sterotipləmələrlə əlaqədar olduğu üçün, artıq o dövrdən etibarən əslində Levy-nin 1955-ci ildə istifadə etdiyi “imic” imic kimi “fəaliyyət göstərirdi”. Hazırda bu yenə əhəmiyyət kəsb edir və bir çox haldə təsiri yüksəkdir. Bir fikirləşin avtomobil deyənda ağlınıza hansı ölkələr gəlir? Əminəm ki, ilk ağla gələn Almaniya və Japoniyadır. İndi də tərsdən fikirləşin, Almaniya deyəndə ağlınıza gələn ilk mal nədir? Əminəm ki, böyük əksəriyyətinizin ağlına avtomobil gəldi.Ancaq, əlbəttə futbol, pivə, məişət texnikası və.s də ağlınıza ilk gələnlər arasında ola bilər. Gördüyünüz kimi, artıq ümumi qəbul olunan məsələlər var, ölkələrlə birlikdə anılan bəzi sahələr var və imiclərin biri biri ilə əlaqəsi hakimdir. Ölkə imicinin formalaşmasına təsir edən amillərdən biri bundan əvvəlki yazımda da qeyd etdiyim kimi, o ölkə insanlarının davranışları və ümumi xarakterləridir.
Teimur Radjabov Made in Azerbaijan
Digər faktorlar isə o ölkədə istehsal olunan mal və məhsullar, o ölkəyə aid olan markalar və.s-dir. Ölkələr imiclərini yüksəltmək üçün çox müxtəlif yollara baş vururlar, məhz Olimpiya oyunlarının öz ölkələrində keçirilməsinə çalışan ölkələr təkcə onun qısa müddətli iqtisadi təsirlərini nəzərə almırlar, eyni zamanda formalaşdırmaq istədikləri imicin arxasınca qaçırlar. Ölkə imici, ölkə imicinin marka imiclərinin formalaşmasına təsiri, ölkə imicinin satın alma qərarlarına təsiri, ölkə imici bir informasiya mənbəyi kimi və.s mövzularda bugünə qədər yüzlərlə araşdırma aparılmışdır. Ancaq, burada ən əsas məslələrdən biri də sterotiplərin təsiridir. Əslində sterotiplər, məhdud sayıda müşahidənin nəticəsində formalaşan ümumi rəylərdir. Məslən, cəmi bir dəfə Cənubi Korea istehsalı olan TV almışıq və təsadüfən onda texniki qüsurlar baş verib. Bununla da bizdə Cənubi Korea istehsalı olan televizorlara qarşı bir rəy formalaşır. Hətta bəzən, bu təkcə televizorlarla kifayətlənmir, ümumiyyətlə Cənubi Korea məhsullarına aid edilir. Bu sterotiplər eyni zamanda bir insanın bircə hərəkəti ilə bütöv bir xalq haqqında rəyin formalaşmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xarici mallara qarşı mövqelərimizin, fikirlərimizin, rəylərimizin formalaşmasına o ölkənin imici təsir edir. İtalyan ayaqqabısı, Alman avtomobili, İsveç saatları istəyirik. Bunlar artıq formalaşan imiclərdir. Bizim ölkəmizin də imicinin dəqiq formalaşmağı şərtdir. Təəssüf ki, hazırda neft zəngini ölkə olaraq tanınırıq və neftimizdən başqa heç nəyimiz tanınmır (Bir də kürü-caviar!). Bunun formalaşması üçün xüsusi siyasətin olması nə qədər vacib amildirsə, ondan daha çox vacib olan isə şirkətlərimizin öz missiyalarını bu istiqamətdə qurmalarıdır. Azərbaycana ait bir imicin formalaşmasında firmalarımızı üstünə böyük yük düşür. Hələlik yerli bazardan başlamaq lazımdır. Yerli bazaradan başlamaq üçün də yerli bazarda Peter Drucker-in dediyi kimi “Özü-özünü satan mal” istehsal etmək lazımdır. Dəyər formalaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, “Made in Azerbaijan” yazılan məhsulu səbətimizə qoyaq, evimizə gətirək və ürəklə istifadə edək.

1 comment:

Vüsal Qəmbərov said...

Rüstem ela mövzudu özü de bele deyerli bir blog da olsa, bir blogda bir yazıyla keçilmemelidi üzerinden...
Mence Azerbaycan marketerleri olaraq bu bizim heyatımızın meqsedine çevrilemlidi. Yaxında men de bu barede yazacam inşallah...
Azerbaijan barnd'ini formalaşdırmaq bizim bocumuzdu... Yoxsa McDonalds, Coca-Cola vs. ecnebi şirketlerini öz milletimize bazarlayıb pul qazanmaq asandı... Qetiyen heç kim bundan incimesin, heç kim hedef alınmayıb... semimi sözümdü... Sadece bu menim marketinq karyeramdakı devizimdi...
Ela başlanğıc davamı olar inşallah...