Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 27, 2007

Xoşuma Gəlir!

Molla Əmi o qədər şikayət edir ki, guya heç yaxşı şey yoxdur bu məmləkətdə. Mən də xoşuma gələn bir şeyi yazım.

Bizim ümumi nəqliyyat vasitələrində əvvəllər var olan böyüyklərə hörmət hələ də var. Bu çox yaxşıdır. Nəinki yaşlı adamlara, hətta cavan qızlara da yer vermək bizim mədəniyyətimiz olub və mədəniyyətimizin bir hissəsidir. Bu mənim mədəniyyətimizə aid ən sevdiyim xüsusiyyətlərdən biridir. Özümə özümüzü sevdirən xüsusiyyətlərdən biri deyə bilərəm. Düzdür, hiss edirəm ki, bu getdikcə azalır, ancaq kaş azalmaya.

Kaş bizim xaricdə oxuyub gələnlər arada sırada özlərinə yer verməmək məsələsində haqq qazandırmağa çalışmaya. Deyirlər ki, "Bu qadını zəif görməyin əlamətidir". Bu qadını "zəif" deyil, "zərif" görməyin əlamətidir. Ona hörmətin, ona məhəbbətin əlamətidir. "Zərif" ilə "zəif" sözləri arasındakı fərq isə çoxdur.

Zərif qadınlarımıza qalxıb yer vermə ənənəmiz kaş heç vaxt yox olmaya.
Mən bizim "qərbli" lərin özlərinə haqq qazandırmaq üçün arxalarını söykədikləri qərblilərin (eləcə də şərqlilərin) bu xüsusiyyətimiz qarşısında təəccübləndiklərini, "nə böyük nəzakət, nə böyük mədəniyyət" dediklərini çox görmüşəm.


9 comments:

Anonymous said...

Ay salam aleykum ay Rüstəm bəy. Mən sizin fikrinizə hörmətlə yanaşıram... Hər halda ya siz çox optimistsiz, ya da mənə elə gəlir ki, cəmiyyətimiz xarab olub.
Sizin bu yer vermə dediyiniz adət də artıq saxtalaşıb. Bilirsiz, indi cəmiyyətimizin içində olan, gündəlik ictimai nəqliyyat vasitələrindən istifadə edən insanlar bilirlər ki, qadınlara da, yaşı kişilərə də yer vermək artıq unudulmaq üzrədir. Hələ gənc qızlara yer verən cavan oğlanları demirəm. Ay qardaş elə bilirsiz bunların hamısı hörmətdən irəli gəlir? Bu cavan uşaqlar yer verdikdən sonra qızların başının üstündə durub, dirəşir sifətinə elə bil adam görmüyüb. Ay qardaşlar bu mədəniyyət də bizimdi?
Mən demirəm yaxşıları görməyək. Xaricilər gələndə, xaricdə olanda millətimizi, xalqımızı yaxşı tərəfdən tanıdaq. Amma öz aramızda gərək millətin qüsurlarını ortaya qoyaq, bu qüsurlara ayna tutaq ki, millət düzəlsin. Yoxsa sığallaya-sığallaya bu millətin axırına çıxarıq.
Gərək Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Zərdabinin, Rəsulzadənin, Cavidin, getdiyi yolu gedək. Bu milləti xilas etməyə çalışaq bu çirkabdan...
Uğurlar.

Rüstəm Məmmədov said...

Molla Emi, duzeler, duzeler...

Sen de duz deyirsen...Amma, men inanmaq isteyirem ki, bu enene qalacaq. Itmeyecek...

Anonymous said...

Hər şey çox gözəldir, blog çox maraqlıdır, ancaq ay blog`un yiyəsi, "Xoşuma gəldi" məqaləsini marketing ilə necə əlaqələndirək?

Aygün İslamzadə said...

Marketinq onunla gozeldir ki, demek olar ki, dunyadaki butun hadiseleri onunla elaqelendirmek mumkundur. Hem de bloqun yiyesi and ichmeyib ki, ancaq marketinq haqqinda yazacaq. Burada dushunceler adinda kateqoriya var ve ne istese orda yaza biler.
Bir de ki, mene kifayet qeder yer veren olur. Ya menim bextim getirir, ya da men de optimistem:)

Anonymous said...

Aygün, sizi alqışlayıram,belə sakit və bilgiləndirici cavaba görə. PS: Mən aqressiv bir cavab gözləyirdim :)

Rüstəm Məmmədov said...

zero chox uzr isteyirem sherhinize gec cavab yazdigima gore. Inanin nece olubsa tamam gozumden qachib.

Aygun sagolsun ki, oz fikirlerini bildirib.

Zero, Aygunun yazdigi cavabin eynisidir. Blog Marketing blogudur. Yazilarin boyuk ekseriyyeti marketingle birbasha elaqelidir. ancaq, arabir pulu parani, marketingi bir terefe qoyub ureyimizi agridan ya da sevindiren nelerise yaziriq...
Dushunceler kategoriyasini sonradan elave etdim ki, bele veziyyetleri yaza bilim.

Sherhinize gore chox sagolun

Anonymous said...

Ela movzudur!

Kishiler qadinlara avtobusda yer verdiyi zaman adam ureyinde ferehlenir. Sevinirsen bele diqqeti gorende.Umumiyyetle,bir nov qadin sayildigi uchun kishiye de hormet artir,qadina da...

Ancaq ushaqliq xatirelerimden yazmaq isterdim,demek balaca vaxt atam derse metro ile aparib-getirerdi meni,bu zaman qatarin yan terefinde davanin bash verdiyinin shahidi olduq.Menim o zaman boyum balaca oldugundan tam aydin gore bilmedim davani ancaq onu bildim ki,qadin ayaq uste ola-ola hansisa kishi oturacaqda oturaraq diqqetsizlik elemishdi ve dava da mehz onun ustunde bash vermishdi.Evvel ayib sayilardi qadin ayaq uste ola-ola kishi yerini rahatlasin indi ise...

Indi qadinlarin her hansi bir shexse ve ya cavan oglanlarin cavan qizlara yer vermesi labud hala chevrilib yeni adi hala chevrilib.

Hetta,mushahide etmek olur ki,bele bir adeti olan Azerbaycan kimi gozel memleketde avtobusun butun oturacaqlarinda eyleshen oglanlardir,qizlar da ayaq uste olanlardir.Sadece aci bir sarcazm adam ureyinden kechirir.

Amma men ele "urekli" qiz da taniyiram ki,bilerekden gedir yazig oglanin bashinin ustunu kesdirir ki, onsuzda yer vermeyecekler bari bele bir metoda el atim ki,mecbur olsun yer versin oglan. ve sair ve ilahir.Hech bu da qadina yarashan bir shey deyil!

Duzdur,bu kimi xosha gelmez sheyleri bizler tez-tez gormesek de ancaq, artiq bele bir adetde yeni"tezahurun" bash vermesi insanlari "meyus" edir.Xosha gelesi bir shey deyil... Eslinde bu barede chox sheyleri yazmaq olar... ne ise.

P.S Movzu uchun teshekkurler!

Rüstəm Məmmədov said...

Bu elə mövzudur ki, hamının deməyə sözü var.

Əvvəllər yer verməmək ayıb sayılırdı, indi qorxuduğum odur ki, yer vermək ayıb sayılsın. Türkiyədə cavn oğlanlarən cavan qadınlara yer verməsinin ayıb olması kimi. Amma, inşallah olmaz.

Siz də şərhinizə görə çox sağolun.

Anonymous said...

Mən öz şəxsi təcrübəmdən deyirəm ki, Türkiyədə bu ayıbdır demək doğru deyil. Çünkü, mən avtobusda olarkən ayağa qalxıb yer verəndə, normal qaydasıynan mənə təşəkkür edib otururdular. İstər cavan qız olsun, istər yaşlı qadın. Əsas problem orda, AYAĞA QALXMAQ MƏDƏNİYYƏTİNİN OLMAMASIDIR. Yəni, ayağa qalxmır heç kim :) Siz fikirləşdiyiniz ayıb məsələsi ilə milyonda bir ehtimal ilə baş verə biləcək hadisədir. Yenə de təkrar edirəm ki, mən gördüyüm,(İstanbulda) ayağa qalxmadıqlarıdır, ayağa qalxanlara isə hətta təşəkkür edirlər :)))