Aşağıdakı rəsimləri yəqin ki xatırladınız. Xatırlamırsınızsa yadınıza salım. BMW Audiyə sataşmışdı. Audi ona cavab vermişdi. Subaru da ikisinə də cavab göndərmişdi, özü də biraz zarafat eləmişdi.
Şəkillərin sırasına baxsanız görərsiniz ki, biraz dəyişiklik etmişəm. Niyə? Bu gördükləriniz 2006-cı ildə baş vermişdi. Bir il keçib üstündən. Audi ifadə etdiyi Le Mans-ın altı qat çempionu adını yenilədi. 2007-ci ildə də Audi Peugeot ilə çətin mübarizədən qalib çıxdı. Audi yerini möhkəmlətdi. Yəni, bu il də kim Audi-yə sataşsa cavabını alacaq. Son illər ard-arda uğurlar qazanan Audi satış rəqəmləri və bazar paylarındakı artışla da bunu təsdiq edir.
Subaru 2006 "Engine Of The Year" mükafatını almışdı. Bununla qürurlanaraq Audi və BMW -ni "Gözəllik yarışmasında mükafat aldıqları üçün" təbrik etmişdi. İndi yerlər dəyişdi. Daha doğrusu Subaru "Engine of The Year 2007" mükafatını ala bilmədi və yerini alman BMW-yə verdi. Yəni, bu il bunlar bir biri ilə yenə mübahisəyə başlasalar Subaru biraz "sözsüz" qalacaq. Ancaq, birşeyi nəzərinizə çatdırım ki, ən çox mükafat alan yenə International Engine of the Year 2007: BMW 3-litre Twin-Turbo (335i)qalibi olan markadır. Mənə çox maraqlıdır niyə BMW bunu çox qabarıq bir şəkildə marketing strategiyalarında istifadə etmir? Bəlkə də edir, amma mənim xəbərim yoxdur.
Bu il dünyanın müxtəlif ölkələrində "Ən yaxşı avtomobil" mükafatları veriləcək əlbətdə. Amerika qitəsində yəqin ki, TOYOTA və Lexus hakim mövqedə olacaq. Bütün dünyada da bunu belə gözləmək olar. Bəzi siniflərdə Audi, BMW və Mazda adları da önə çıxa bilər. Bu il Lexus LS460 International Best Car of the Year 2007 adını aldı. Haqqıdır!!!
Mercedesin səsinin batması isə şəxsən mənim xoşuma gəlir. Sizi bilmirəm.
Azərbaycanda "İlin ən yaxşı avtomobili" mükafatını kim "çox istəsə" o alacaq!!!
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
3 comments:
Maraqlı paylaşım üçün təşəkkürlər.
Dəyməz.
Ben bunları görmemiştim, hepsini çok beğendim, güzel kapışmışlar, lakin Subaru biraz ezik kalmış.
Post a Comment