Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 5, 2010

4 Qapılı Kupelər və Markalar

A 4 Door Coupe (4 qapılı kupe) ilk dəfə 2003-cü Mercedes tərəfindən təqdim olunub və 2004-cü ildən kütləvi satışa çıxarılıb. Bu Mercedes-in CLS modelidir. 4 qapılı kupenin yaranması idman avtomobili sürmək istəyən, ancaq iş grafiki ağır olan insanların ikisini bir arada birləşdirən vasitəyə ehtiyac duyması lə əlaqəlidir.

CLS-in əsasını qoyduğu bu yeni sinif avtomobillərə sonradan başqa markalar da daxil oldu; VW Passat CC, Hyundai Sonata (biraz müzakirəyə açıq da olsa) Porsche Panamera, Aston Martin Rapide, Audi A7.

Qərarın stratejik baxımdan düzgünlüyü ən çox tənqid olunan Porsche Panamera və Aston Martin Rapide modelləridir ki, hələ də müzakirələr davam edir və bir çox avto-analistlər Panameranın lazımsız və hətta uğursuz olduğunu qeyd edirlər.

Bu yaxınlarda isə Lamborghini Estoque konseptinin təqdim olunması və istehsalı üçün yaşıq işıq yanması ən böyük səs-küyə səbəb oldu. Panameranı təqdim edən Porsche tənqid olunan dövrlərdə Lambo və Ferrari belə bir avtomobilin onlarda heç vaxt olmayacağını bildirmişdilər.

Bugün isə autoevolution.com saytı Ferrarinin belə bir planı olduğunu açıqladılar. Hələlik Ferraridən rəsmi heçbir açıqlama yoxdur.

Çox maraqlı proseslər gedir. Mən dörd gözlə gözləyirəm Estoque və 4 qapılı Ferrarini! Satın almaq üçün yox, marka DNA-sı, marka kimliyi və ümumiyyətlə marka ilə əlaqəli olan hər fikri təkrar gözdən keçirmək üçün!

4 comments:

Vüsal A.Q. said...

Quzu kəsərəm Sonatanı kimlərin sırasına qatmısan e gör :)

Markaların şəxsiyyəti ilə bağlı fikirlər çox dinamikdir və əslində Porsche kimi öndərliyi ələ alanlar həmişə qazanclı olacaq məncə. Lamborgininin 4 qapılısı isə mırt olacaq

Rüstəm Məmmədov said...

Sonatanı mən onlarla eyni klas maşındır deyə qatmamışam Vüsal, dizayn fəlsəfəsi baxımından eynidir deyə yazmışam. Hec CC də onlarla yan-yana durası maşın deyil axı:)

Sual da odur ki, Lamborghini dörd qapılı qazanclı mı olacaq yoxsa ziyanlı mı? Həmçinin də Ferrari!

rsh said...

Vüsal Sonatanın siyahıdakı yeriylə bağlı onu deyə bilərəm ki, 25min manat pulu olub CLS sürmək istəyən üçün kreditə CC almaqdansa nəğd pula Sonata almaq sərf edir.

Eyni class eyni keyfiyyet olmaya biler ancaq halhazırda yerli bazarda alternativ sayılır.

Firdovsi said...

Vusal bey Rustem bey bir qeder kahinlik edib onceden sizin hansi reaksia vereceyinizi bildiyi ucun bu cumleni elave edib (biraz müzakirəyə açıq da olsa) :)