Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 22, 2009

Ölkədə Analizçilər Olmayanda

Statistika haqqında min söz deyilsə də, onsuz olmur. Əgər bir iqtisadçı statistikaya əsaslanmadan danışırsa, deməli üfürür. Bu demək olar ki, hər ixtisas sahəsinə aiddir. Tarixçi də rəqəmlərlə danışmalıdır.

Mən həmişə fikirləşirdim ki, hər halda dünyanın ən mənasız peşə sahibləri Futbol Şərhçiləridir (axşamlar bir yerə yığışıb hansısa oyunu və ya oyunçuları tənqid edib, məşqçilərə ağıl öyrədənlər). İndi-indi başlamışam qəbul etməyə ki, yox həmişə haqsız olmurlar və işə yarayan peşələri var.

Bizim ölkəmizdə də, ən böyük çatışmazlıq statistikanın olmamasıdır ki, bu da düzgün analiz aparma imkanını əldən alır. Ona görə də, heçbir sektor haqqında düzgün analizlər çıxmır ortaya. Ən dəqiq statistikaların aparıldığı və qanunların ən yaxşı tətbiq olunduğu bank sektoruna aid rəqəmlər də, hətta finansçıların dediklərinə görə dəqiq analizlər aparmaq üçün yetərsizdir. Belə olan halda, kim necə çıxsın ortaya dəqiq analizlər etsin?

Bu doğurdan da böyük problemdir. Bir ölkədə sektor haqqında nisbətən də olsa müstəqil bir medianın və ya şəxsin rəqəmlərə əsasən analizləri və fikirləri olmasa və onun da statistikaları düzgün olmasa fikirlər üst-üstə heç vaxt gəlməz.

Bizim Azərbaycan internet saytları statistikanı verə bilmirlər və ya vermirlər. Bunu isə heç başa düşmək olmur. İnternet, statistikanın aparılması üçün ən yaxşı imkanlara malikdir. Radio, TV, Jurnal, Qəzet, Outdoor reklamları və.s elədir ki, rəqəmlər reallığı əks etdirməyə bilər, başda tiraj olmaqla. Amma, İnternetdə axı hər şeyi hesablamaq mümkündür.

Girin bir Azərbaycanın ÜDM-ni, 2008-ci il adambaşına düşən ÜDM, 2009-cu il ticarət balansını, 2005-ci il milli gəlirlərini və.s GOOGLE-da axtarın. O qədər fərqli rəqəmlər çıxır ki, nəyə inanasan bilmirsən.

Ankarada PhD (doktorantura) oxuyan birisi var idi, Azərbaycanlı. Doktora tezində Gürcüstan, Ermənistan və Azərbaycan haqqında bəzi statistik məlumatlara ehtiyacı var idi. Bu adamın tez müdafiəsində, ən az statistik məlumatlar Azərbaycan haqqında idi və buna görə ağır tənqidə məruz qalmışdı.

Niyə rəqəmlərə bu qədər düşmən xalqıq başa düşmürəm (bəlkə də xalqla heç əlaqəsi yoxdur və ya xalqın düşmənçiliyinin əsas səbəbi elə savadsızlıq və təhsil problemləridir).

May 10, 2009

www.Fonex.az

Catel şirkəti www.fonex.az saytını yeniləyib. Saytda məlumatlar asan tapılır. Saytın xəritəsi də aydındır. Axtarılanı tapmaq olur. Saytdan gedən informasiyalar hansı səviyyədə cavablandırılır onu bilmirəm. Məsələn müştəri xidmətləri ilə əlaqələr sayt üzərindən nə qədər fəaldır? Əslində yoxlamaq olardı, ancaq mən yoxlamadım, çünki bu yazının fonex.az saytına və Catel şirkətinə ayırmağımın bir səbəbi var, o da oradakı şəkillər. Şirkətin saytında şirkət rəhbərinin şəkilləri var. Bildiyimə görə, bu şəxs Catel-ə Azercell-dən keçib. Yeni idarəçidir. Şəklini sizə göstərəcəm. İşlədiyi yeri yazdım, əvvəl işlədiyi yeri yazdım, şəkillərini də göstərdim, adını da özünüz tapın.

Adını da tapandan sonra, özünü tapmaq qalır. Özünü tapanda da, imkan olsaydı soruşardıq ki, “sizin xəbəriniz var saytınızdakı bu şəkillərdən?” Desə “”, deyərdik “daa sizə sözüm yoxdur”, desə “yox” bu aşağıdakı linki verərdik ona ki, baxsın şəkillərə.

Baş Direktorun Şəkilləri

May 5, 2009

We're Building A New Car Company



Bugün işə gələnə qədər fikirləşirdim ki, Chrysler-in yeni reklam kampaniyası haqqında danışacam, sonra gəldim işə, “biraz da araşdırma edim” deyib ora-bura baxanda gördüyüm bəzi məlumatlar az qalmışdı məni məcbur etsin ki, “Not So Smart ForMore” haqqında yazım. Sora fikirləşdim ki, o qalsın gələn səfərə.

Chrysler Chapter 11-i “doldurdu”, yəni iflas oldu. Ancaq, bu iflasda bildiyiniz ki, marka məhv edilmir və sahiblər dəyişir. Amerikan dövləti 10%, Fiat 20%, UAW 55% və.b öz aralarında bölüşdürdülər. Anlaşmanın şərtlərinə görə Fiat Chryslerin diler şəbəkəsinə heçbir əlavə ödəniş etmədən girəcək, onun Amerikadakı zavodlarından istifadə edəcək, eyni zamanda özünün yeni texnoogiyalarını gətirəcək Amerikaya ki, bu texnologilayar daha ekonomik, kiçik avtomobil platformları və mühərriklərini əsasən əhatə edir. Ümumiyyətlə, Sergio Marchionne bu krizdən çox səmərəli istifadə etmək fikrindədir. İstədiyinin birinə nail oldu, ikinci planı isə GM-in Avropa əməliyyatlarını satın almaqdır. Daha doğrusu Opel, Vauxhaull, SAAB markalarına sahib olmaq. Bunu isə, özü heçbir investisiya qoymadan, Avropa hökümətlərinin dəstəyi ilə etmək fikrindədir. Biraz çətin görsənə bilər, ancaq maraqlı fikirdir. Bura kimi, giriş idi, yazının əsas hissəsi isə bundan ibarətdir ki, “We’re Building A New Car Company” kampaniyasına başlayan Chrysler, bununla müvcud və potensial müştərilərini nə qədər inandıra biləcək ki, onlar maşınlarını dəyişməsinlər və Chrysler markasını beyinlərindən silməsinlər. Burada maraqlı bir faktı da nəzərinizə çatdırım ki, Consumer Reports-un reliability testlərində Chrysler-Jeep-Dodge müvafiq olaraq 32, 29, 30-cu yerləri tuturdular, Fiat isə Avropadakı siyahılarda 35-ci yerə qədər geriləyirdi. Əslində, Fiat nə Honda deyil, nə Toyota, nə də başqa bir marka. Fiat-ın Amerikaya aparacağı modellər isə F500, Panda və Grande Punto modelləridir (eyni zamanda Alfa-nın bəzi modelləri də qitəyə çıxarılacaq). Bu modellərlə nələr mümkündür mən çox da ciddi bir fikrə sahib deyiləm, ancaq Fiat və Chrysler kökdən dəyişməsə Amerikan bazarında bu markalara asan olmayacaq. Fiat bu bazardan təkrar çıxmalı olacaq. Chrysler yeni kampaniyasında gözləyin gəlirik desə də, yeni layihələri bir müddət təxirə salınacaq (Yeni Jeep Grand Cherokee, Dodge Circuit Electric, Crysler 200C). Maraqlıdır ki, məhz elə bu modellər reklam kampaniyasında istifadə edilməsinə baxmayaraq, cəmi iki gün əvvəl markanın rəsmiləri bu layihələrin gecikəcəyini təsdiqləmişdilər. Onsuz da zədələnən şirkət və marka imici, innovasiyalar olmadan və yeni modellər olmadan 2-3 il həyatda qalsa da, sonra dirçəlməsi çox çətin olacaq. Amma, arxalarında 10% hissəsi ilə hökümət varsa, deməli markanın əridilməsindən söhbət gedə bilməz.

We’re Waiting For A New Car Company, Chrysler!

May 4, 2009

ADNA və arxasında qalanlar

ADNA-da baş verən bədbəxt hadisədən sonra hələ də cəmiyyət informasiyasızdır və hələ də cəmiyyət maraq içərisindədir ki, görəsən nələr baş verir. Əlbəttə, heç kim hökümətdən gözləmir ki, rəsmi bəyanat yaysın ki, bunu Rusiya gizli kəşfiyyatı edib və ya başqa bir təşkilat edib. Ama, heç olmasa cəmiyyətdə inam yaratma adına nələrsə edilə bilərdi. Bizim bu yalançı “bağlanma” söhbətində etdiyimiz kimi, dövlət də susma yoluna keçdi. Əsas məsələ isə hadisədən sonra diqqətimi çəkənlər oldu. Əvvəla orası çox diqqətimi çəkdi ki, dövlət hadisədən zərər çəkənlərin qeydinə qaldı. Bu çox müsbət haldır və alqışlamaq lazımdır. Nolsun ki, dövlətin borcudur, yenə də alqışlamaq lazımdır. Bunu həm maddi, həm də mənəvi olaraq etməyə çalışır dövlət. İkinci olaraq diqqətimi çəkən isə, özündən çox uzaqlaşan Azərbaycanlılar oldu. İnanın ki, hadisənin özü qədər elə ürək ağrıdan digər məsələ özümüzdən uzaqlaşma idi. Hadisə, əlbəttə adi ölüm hadisəsi deyildi (Əli Həsənov-un ilk verdiyi gülməli-ağlamalı bəyanatı xatırlayın), ancaq dərinliyi etibarı ilə şam yandırma hadisəsi də ağlamalı idi.

Mən durub burdan mühazirə oxuyası deyiləm, ancaq mənim bildiyim qədərilə biz Azərbaycanlılar müsəlman türklərik. Müsəlmanın yaxını rəhmətə gedəndə Fatihə və Yasin surələri oxunur arxasından, dualar edilir. Allah-dan onun bağışlanması və Cənnətinə qoyulması üçün dualar edilir. Şam yandırıb, divara yazı yazmaq isə bizim adətlərdə yoxdur. Başa düşürəm ki, divara yazı yazaraq insanlar öz hisslərini ifadə edirlər, buna da etirazım yoxdur. Ancaq, şam yandırmaq yerinə hərə orada dayanıb, ürəyindəcə 10 dəfə Fatihə oxusa, bilənlər evində bir Yasin oxusa daha da xoş olar məncə. Ruhları daha şad olar.

Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun inşallah.