Bu yazının Marketinglə bəlkə də əlaqəsi yoxdur, ancaq insanlıqla çox əlaqəsi olduğu üçün yazıram.
Maddiyatın bu qədər zirvələrdə gəzdiyi bu həyatda maddiyatdan azca da olsa kənarlaşmaq, insan olaraq sadəcə atdən, qandan, sümükdən ibarət olmadığımızı bir daha düşünmək üçün böyük mütəfəkkir Mövlanaya həsr olunmuş bu günlərdə iştirak məncə çox gözəl hisslər doğuracaq.
Səma göstəriləri, Mövlanəyə aid kəlamlar, tamaşa, şer və musiqi gecəsi....Bunlardan hansına istəsəniz iştirak edə bilərsiniz, amma əmin olun böyük mənəvi zövq alacaqsınız. Səma göstərilərində isə iştirak etməmək "itkidir".
Mən böyük mütəfəkkirin bəzi kəlamlarını yazıram, siz düşünün bu sözlərin sahibinin nə qədər "böyük" olduğunu, əslində isə sözlərin sahibinin deyil, onu "böyüdən" EŞQİN nə qədər "böyük" olduğunu.
- Ağaclara su vermək ədalət, tikana su vermək zülmdür. Ədalət, bir neməti yerinə qoymaqdır. Hər kökə su vermək uyğun deyil! Zülm, bir şeyi layiq olmadığı yerə qoymaqdır ki, bu da bəlaya səbəb olur.
- Könlünü dünyaya verən, bir parça çörəyə imanını satan insan kimidir.
- Bu dünya çox isinmiş, çox qızmış bir hamama bənzəyir, orada nəfəs ala bilməzsən, çox sıxılarsan.
- Ey oğul, ipləri kəs qurtul; gümüşə, qızıla əsarətin nə vaxta qədər davam edəcək? Təşdini dənizə salsan, bir günlük ruzidən artığı qismət olmaz. Hərisin gözü doyarmı heç? Qənaətsiz, sədəfdə inci olmaz.
- Su gəminin içinə girsə o batar; gəminin altındakı su isə hər tərəfdə nemətdir.
Cömərdlik və kömək etmədə axar su kimi ol,
Şəfqət və mərhəmətdə günəş kimi ol,
Başqalarının qüsurunu örtmədə gecə kimi ol,
Hiddət və əsəbilikdə ölü kimi ol,
Təvazökarlıqda torpaq kimi ol,
Ürəyiaçıqlıq və səmimiyyətdə dəniz kimi ol,
Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
3 comments:
Bilseydiniz ki, bu movzu BUGUN meni ne qeder incidecek, yeqin yazmaq fikrinden vaz kecherdiniz.. Beli, biz insanlarin hesabina heyat isinmish hamama benzeyir. Daha burada nefes ala bilmirem. Insanlardan bezmishem, yashamaqdan bezmishem. Amma yene de her ikisine dozmeye mehkumam.
O boyuk mutefekkirin sozleri chox gozeldir, lakin comerdlik edib kimese komek edirsense, borcundur deyir, merhemet gosterirsense qarshiliginda pislik alirsan, bashqalarinin qusurunu ortursen, onlar senin olmayan qusurlarini tapib, ustune iyrenc bir reng qataraq etrafa yayir, hiddetini saxlayirsansa, efelledim deyirler, tevazokar olursansa, senin dirnagina deymeyen biri ayagini senden yuxari ve eslinde sene mensub olacaq pilleye ayagini qoyur, semimi olmaq cehdi edirsense, dunenki etiraflarini tehrif olunmush shekilde bashqalarindan duyursansa, sual verirsen ozune lazimdir butun bunlar?
Aygun, əgər bilsəydim doğurdan da yayınlamazdım. Başqa tarixdə yayınlayardım.
Sizin dediklərinizlə də tamamilə razıyam. Real vəziyyət sizin yazdığınız kimidir. Amma, təşkilatçılar da yəqin fikirləşıblər ki, bəlkə bir nəfər də olsa fiki və davranışlarında Mövladanan təsirlənərək nəyi isə dəyişdirsin. Bu tədbirlərin keçirilməsində ən əsas səbəb budur.
Tədbirlər dövlətin qərarı əsasında keçirilmir. Ancaq, dövlət dəstəkləyir.
İnanaq ki, birgün hər şey daha yaxşı olacaq.
Daha inanmaq istemirem!
Post a Comment