Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 31, 2011

PRADO: Toyota PRADO!


Mən almaram. Mən onu sürmək istəmirəm. Ama, mən ona böyük hörmətlə yanaşıram! Daha doğrusu ona yox, onun istehsalçısına, onun mühəndisinə, onun marketinqi ilə məşğul olanlara böyük hörmətim var.

Toyota Prado, Azərbaycan avtomobil bazarı kriz sonrasında dirçəlməyə başladığı ilk günlərdən etibarən bizim bazardadır, yəni 2003-cü ildən. Əlimdə 2006-cı ildən əvvələ dair məlumat yoxdur, amma son illərin göstəricilərinə əsaslansaq hər halda azərbaycan müstəqillik dövrünün ən uğurlu 10 avtomobili siyahısında mütləq onu göstərməli olarıq.

Bir neçə həftə əvvəl 40 yaşdan yuxarı 5-6 nəfərlə söhbətləşirdik. Arasında 3-ü Prado sürürdü, digər ikisi sizə sürməyi arzulayırdı. Səbəb isə sadədir; 1- Yumşaqdır 2- Səssizdir 3-Çox dözümlüdür!

Azərbaycanda satılan Pradoların təxminən 75%-i 2.7 motordur. Bunların böyük əksəriyyəti 2009-cu ildə kriz dövründə “su qiymətinə” satılan Pradolardandır. 2.7 motorun cəmi 167 at gücü var və 4 pilləli avtomat ötürücü ilə təmin olunub. Bu göstərici ilə Prado nəinki tək öz sinfində, həttta özündən bir alt və üst siniflərdə də ən sonuncudur. Sürənlərin dediyinə görə 2.7 uzun məsafədə və 120-dən yuxarı sürətlərdə çox yorucudur və hətta çox pis aerodinamikaya malikdir. 4.0-a bu aid deyil.

Mənim Toyota-ya hörmətimin səbəbi isə texniki faktorlar deyil, səbəb Toyota-nın insanların tələblərinə bu qədər uyğun avtomobil istehsal etməsidir. Səbəb, Toyota-nın bu boyda böyük maşınla 3 ildir ən çox satılan 3 maşından biri olma uğurunu əldə etməsidir. Səbəb P.Drucker-in dediyi “Müştəriyə özü-özünü satan məhsul” istehsal etməsidir!

9 comments:

Əşrəf Əkbər said...

Rustem men eele gelir ki sen neyi ise demedin. statin "Noqtesi" qoyulmayib hele.Yoxsa men sehv edrirem .

rsh said...
This comment has been removed by the author.
rsh said...

Rüstəm mən başlıqdakı nida işarəsindən uzun bir yazı gözləyirdim. )

Rüstəm Məmmədov said...

Sizin tamamlayın yazını uzansın daa bə:)

Emin said...

Rüstəm, ..,000 AZN qoyun stolun üstünə, gedək söbet eliyey Pradoyla.

Demirəm "zachmorit" eliyərik amma 2-3 məhəlləni əlindən almaq olar :)

Hə, birdə ...,000 AZN da mediaya ayırın.

Birdə qiymətinizi münasib qoyun.

Birdə yaxşı salon tapın.

Birdə 2-cə dənə yaxşı satıcı götürün.

Birdə... Qalanı bizdiydi :)

Rüstəm Məmmədov said...

Emin, sən deyənlər olsa elə gerisini özümüz də edərik da bə:))

Anonymous said...

Emin bəy

Icazə verin aşağadaki sadalayacağım səbəblərdən dolayı sininlə razılaşmayım:

1- Azərbaycan adlı məmləkətdə iki şərt budaq cümləsi ard arda gələndə reallaşmaq ehtimalı 0 % yaxındır. sizin şərhdə isə ən az dördü var.
2- Həm qiymət münasib olacaq, həm yaxşı yerdə salon olacaq həm də masanın üzərində .000 AZN. Məşədi ibad da aramaızda olmadığı üçün hamam pulunu kimsə ödəməlidir axı. Amerikalılar da yaxş insanlardır amma bir o qedər də yox.

Emin said...

@Rüstəm,

yaxşı, salon tapmaq da mənim boynuma :)

Rüstəm Məmmədov said...

Tap! Zarafatsız...