Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 9, 2011

Azərbaycanlı Marketoloqlar

Mən uzun müddətdir yazmağa ara verdiyim vaxtda nə fikir bildirirdim, nə də bildirilən fikirlərə reaksiya vermirdim. Çünki, yorulmuşdum əsassız ittiham və “böyük” fikirləri dinləməkdən.

Tənqid ediriksə bir işi, əvvəla o işin sahibinin əməyini, zəhmətini yerə vurmamalıyıq, ədəb-ərkan həmişə qorunmalıdır. Yəni, birinin işinə “zibil” deyə biləcək qədər zibil beyinli olmamalıyıq. Bunu qısa kəsdim.

Digər tərəfdən isə tənqid ediriksə maksimum reallığı öyrənib ondan sonra tənqid etməliyik. Mak.az-da bir nəfər təxmini mənası “Hyundai heç bilmir ki, onun internet səhifəsinə nə qədər adam girir” olan bir fikir yazmışdı. Hərçənd, məndən əvvəl Emin cavab yazıb, amma bu Eminin cavab yazdığı bir məsələdir. Eləcə də, həm Eminə, həm mənə, həm də başqalarına yazılası yəqin ki başqa cavablar var.

Yəni, ay əhli-marketinq vallah, billah mən başa düşümürəm son vaxtlar olunan tənqidləri. Ya həddindən artıq səthidir, ya həddindən artıq qərəzli, ya da həddindən artıq savadsız. Elə bilməyin ki, bunun içərisindən özümü çıxarmışam, xeyir içi mən qarışıq. Bütün tənqidlər haqqında demirəm təbii ki, ümumumiyyətlə ortaya çıxan reallıqdan danışıram.

Girin ya facebooka, ya mak.az-a, ya başqa bir yerə baxın yazılan şərhlərə..

Biri qalxıb deyir ki, “Azercell heç görəsən bilir ki, onun hədəf kütləsi kimdir?”. Axı, belə giriş olmaz, belə tənqid olmaz...Biri deyir ki “Genesis nə Mercedesdir nə BMW reklamı çox səhv və işə yaramayandır” deyirsən “Niyə?” verilən cavab Allah xətrinə bir dənə teoriyaya, bir dənə praktikaya və bir qram da reallığa əsaslanmır. Bir qalxıb deyir ki, “Genesis çox uğursuz oldu, satılmır” deyirsən “Qardaş hardan bilirsən” cavab olmur. Halbuki, Azərbaycanda Mercedes E klassdan sonra o sinifdə ən çox satılan maşın Genesisdir. Təxminən 80 E klass satılıb (ki bunun içində ola bilər ki, çox az işlənmiş Amerikankalar da var), 52 ədəd də Genesis, 5-ci Seria BMW isə cəmisi 35 dənə satılıb. Həəə, indi də mən əminəm ki, kimsə çıxıb deyəcək ki, hər şeyi satış cəhətdən fikirləşməyin.. Tamam, hər şeyi bu yöndən fikirləşmirik, amma bunun fikirləşməyin tək yolu budur. Bu arada satışa ən ögey baxan marketoloqlar da bizlərik.

Bilmirəm, ya hamımız özümüzü millətə “supermarketoloq” kimi göstərmək istəyirik, ya da sırf “yeşillik olsun” deyə tenqid edirik.

Mənim şəxsən özümə və HYUNDAI-ya gəldikdə; bugünə kimi mənim şəxsən özümün xatırladığım Aygün İslamzadənin, Emin Quluzadənin və Vüsal Qəmbərovun tənqidlərini eşidərək müsbət dəyişiklik etdiyimdir (başqaları da var mütləq, ağıllı tənqid edib, əsaslandıranlara təşəkkür edirəm. Aflatunun da internetlə bağlı təklif və tənqidlərini eşidirik.) Bunların nədən ibarət olduğunu yazmayım, amma çox sağolsunlar, minnətdaram ki, fikir veriblər, dərs çıxarmışam və nələrisə dəyişdirmişəm.

Dediyim odur ki, heç bir işi tənqid edəndə nə zəhməti yerə vurmayaq, nə real vəziyyətdən xəbəri olmadan iftira atmayaq, nə də hər hansı elmi və ya praktiki dayağı olmayan tənqid etməyək. Hər iş hamının xoşuna gələsi deyil, gəlmək məcburiyyətində də deyil. Əgər kiminsə xoşuna bir iş “prosta gəlmirsə”, heç gəlməsin.

Bir dənə məsələ yadımdan çıxmışdı, ey əhli-marketinq biz dünya-da yaşayırıq, burda isə zaman və məkan anlayışları var. Üstəlik bu zamanın özü uzun və qısa olur. Yəni ki, bu məkanda gördüyümüz bütün işləri uzun müddətli və qısa müddətli düşünmək kimi bir anlayışımız olmalıdır.

Aldı görək nə dedi....

6 comments:

Anonymous said...

deyesen hec menim tekliflerim ve tenqidlerimi nezere almirsan:)))
ASHRAF

Afsun Gurbanov said...

Mən dəqiq olaraq söhbətin nələrdən getdiyini bilmirəm, təfsilatdan xəbərim yoxdu amma ümumi olaraq deyə bilərəm ki, barmaqlarınız dərd görməsin. əla yazmısız! məncə də tənqid məsələsində bir balaca incə düşünmək lazımdı. bəzən tənqidi bir balaca tərifin arasına "soxuşdurub" demək lazımdı ki, qarşı tərəf də əsəbdən titrəməsin :-) axtarsan ən çox şair bizdən çıxır, amma di gəl ki, ədəbiyatdan, danışıqdan, üslubdan bixəbərik. subyektiv tənqid olsa onu da başa düşərsən. amma sizin dediyiniz kimi gərək bəlli istinadlarla danışasan.

Rüstəm Məmmədov said...

Yox Əşrəf çox sağol qardaş, sən deyənləri də nəzərə alıram əlbəttə. Hamının dediklərini nəzərə alırıq, amma dediyim kimi gərək deyən adam da maksimum çalışıb məsələni öyrənsin, sonra nəsə desin.

Rüstəm Məmmədov said...

Çox sağol ay Əfsun. Çoxdandır danışmırdıq.

Səninlə də tamamilə razıyam. Zatən mənim etirazım da onadır, o üslubsuzluğa.

Tənqid etməyin demrik ki, sən özün də burda bizimlə olmusan, məsələ tənqidin özü deyil, formatı, üslubu və içərisindəki mesajıdır.

Heçkim hər şeyin detalını bilsinsin sonra danışsın demir, dediyim odur ki heç olmasa bilən birisindən reallığı öyrənmək lazımdır, məsələni aydınlaşdırmaq lazımdır.

Unknown said...

Gozel yaziya gore teshekkurler Rustem, sanki icimden gelenleri birebir acib dedin. Bizde "Babam mene kor deyib ne geldise vur deyib" prinsipi ile gorulen ishe fikir bildirenler coxdu. Eslinde cox olmasi problem deyil, problem o cur adamlarin sirf marketinq sahesi ile bagli olan adamlardan gelmesidir. Milli xususiyyetlerimizi gerek ishe qatmayaq. yazi ucun bir daha tesekkurler.

Rüstəm Məmmədov said...

Dəyməz Rafiq.

Mən açığı niyə yazdım bu yazını? Çünki, bu qəribə tənqidlərdən hamının ya incidiyini, ya narahat olduğunu ya da bezdiyini gördüm.

Tənqid olunmaq yaxşıdır. Bunu "yeşillik"olsun deyə demirəm. Bir ara mak.az-da bizi qəşəng tənqid eləmişdilər, işdə biz çox diqqətlə hamısını oxuduq, bəzi mövzularda o gün üçün dərsimizi çıxartdıq, bəzilərini nəzərə aldıq və uzunmüddətli beynimizdə qaldı və.s

Lap azca araşdırıb, bir biləndən soruşub sonra baltalasaq daha yaxşı olar...