Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 15, 2010

OPEL-Wir leben Autos

Azercell rebranding etdiyi dövrdə Opel-in yeni balaca dəyişikliyindən danışmaq yaxşı çıxmır, yersiz olur, amma nə edim ki, məni GSM, Bank və Sığorta sektorları zərrə qədər maraqlandırmır. Sığorta və Bankla əlaqəli heç olmasa aldanmayacaq qədər savadım var, amma bu Azercell məni sökdü-dağıtdı. Ola bilsin ki, səhv tarif seçmişəm. İndi başım dinc olsun deyə hər tərəfə dəqiqəsi 8 qəpik olan Bakcell-ə keçmək niyyətim var. Ondan sonra gərək kim mənə zəng etsə ən az 3 dəfə ard-arda yığsın nömrəmi. Çünki, 1-ci zəngdə “Bu nömrəyə zəng çatmır...”, 2-ci zəngdə “Bu nömrə təyin olunmayıb..”, 3-cü zəngdə “........düüt düüt” eşidəcəksiniz. Bəxtiniz gətirsə, “atalar üç dəfədən deyib” atalar sözü qüvvəyə minəcək, düüt-düüt olmayacaq. Nəysə..Çətin məsələdir GSM.

Avtomobil ondan da çətindir. Əvvəlki dövrlər deyil ki, hamının bir istiqaməti olsun, sən də Mercedes alanda komfort, BMW alanda Performans satın alasan. İndi aləm dəyib bir-birinə. ML ilə Veracruzun dizel motorları eynidir. Bugün bir yazı oxudum. Yazıq müəllif “ah eski günler” deyirdi və marketinqi “bəla, şeytan əməli, fırıldaqçılıq” kimi adlandırırdı. Deyirdi ki, marketinq bizə deyir ki, GL Mercedes də “Mercedes”dir, halbuki deyil, o sadəcə olaraq SUV-dir. Həmçinin eyni sözü X6 haqqında da deyirdi. Demək istədiyim odur ki, əslində burda da işlək hissə qarışıqdır. Bu qarışıqlıq içərisində mən yenə balaca marketinq tərəfinə qayıdım. Opel də sloganını dəyişdi və Wir leben Autos –We Live Cars kimi dünyaya elan etdi. Özü də, ən diqqət çəkən odur ki, DAS AUTO kimi Wir leben Autos da bütün dünyada Alman dilində qalacaq, adaptasiya edilməyəcək.

Səbəb? Əsas səbəb Opel-in GM ilə olan münasibətini maksimum geri plana ataraq, Opel-in Alman markası olduğunu, Alman maşını olduğunu, hər şeyi ilə ALMAN olduğunu göstərmə niyyətidir. Opel, Almanların ən geridə qalan, bir vaxtlar innovasiyaları olsa da son illərdə Amerikanlaşan markasıdır. Yeni modelləri ilə (qiymətləri baha olsa da, Opel keyfiyyət problemlərini xeyli aradan qaldırıb) birlikdə, Almanca bütün dünyaya deyir ki, bu Alman maşınıdır.

Bu o deməkdir ki, “OPEL- Almaniyada istehsal olunan Alman maşınıdır!”

2 comments:

DosT said...

Rustem, Opel keyfiyyetini de alman keyfiyyetine uygunlaşdirib (yeniki müasir alman keyfiyyetine) yoxsa sadece olaraq "alman keyfiyyəti" çətirinin altında özünə yer eleyir loganla ?
Yadımdan cıxmışdı az qala gec de olsa yeni modelleriniz münasibetile sizin Hyundai kollektivini tebrik eliyirem. Gözləyirdim amma beləsini, bu qədərini yox. Sonata mənim ilk modellerini gorenden bu gune qeder en simpatiyam olan model olub. (amma duzunu deyimki o biri modelleri bunun qeder beyenmirem)

Rüstəm Məmmədov said...

Opel, Insignia bu il avropalı jurnalistlər tərəfindən "Dünyanın Ən Yaxşı" avtomobili elan olundu, açığı mənim də çox xoşuma gəldi. Yeni Astra da pis deyil.

Keyfiyyət mövzusunu mən çox inanıram ki, Opel çox yüksəldib, o da bankrot olmaq istəmir. Qiymət keyfiyyət balansında Azərbaycan bazarında uçurum var, amma açığı heç maraqlanmamışam avropada necedir deyə.

Təbrikə görə çox sağol DosT. Biz özümüz də bir-birimizi təbrik edirik:)))