Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 3, 2010

Nokia

Mən heç vaxt NOKIA istifadə etməmişəm. Maraqlı burasıdır ki, heç vaxt da ümumiyyətlə telefon almaq istədikdə dəyərləndirdiyim markalar arasına salmamışam. Əsas üç səbəb olub; həddindən artıq bənzər və bir-birindən ayıra bilmədiyim model sırasının olması, hamının NOKIA işlətməsi və smartfon bazarında maraqlı modeli olmaması. Bundan sonra da yəqin ki, istifadə etməyəcəm. Səbəblər olduğu kimi qalır.

Sony-nin arxasınca Nokia qlobal bazarda geriləyən markalar arasında çox sıx hallanmağa başladı. Əslində Nokia-nın qlobal bazar payı çox yüksəkdir, 36,6% bazar payı ilə liderdir. Ancaq, 2009-cu ilə nisbətdə geriləmə var. Smartfon bazarında isə xeyli geriləyib. Analistlər Nokia-nın proaktiv davrana bilməməsini, təklif etdiyi smartfonların yazılım etibarı ilə zəif olmasını, əyləncə xarakterli modellərinin rəqiblərinin çox gerisində olmasını və.s əsas səbəb kimi göstərirlər.

Nokia yazılım problemlərini həll etmək məqsədilə Symbian-ı satın aldı, Microsoft ilə müqavilə imzaladı. CEO-larının (Mr. Kallasvou) dediyinə görə 2011-ci ildənbunun tam bəhrələrini görəcəyik və onlar N8 modeli bazarı “söküb-dağıdacaq”. Ancaq, bir şey də var ki, Apple i-Phone 2011 haqqında indidən elə sözlər deyilir ki, az qala mən də HTC HD2 sevdasından vaz keçib, Apple iPhone 2011 gözləmək istəyirəm (bunu etməyəcəm, amma yenə də mənə də çox maraqlıdır).

Mənə çox maraqlıdır ki, bir-birindən mənasız yüzlərlə modeli olan NOKIA vəziyyəti necə idarə edəcək. İzləyirəm, bir yenilik öyrənsəm xəbər edəcəm. Bilən də varsa, şərhlərdə yazsın öyrənək.

2 comments:

Nigar said...

Sirr deyilsə hansı telefonu işlədirsiniz?
Nokianın modellərinin çox olması onun minusu yox,üstün cəhətidir.Nə qədər çox olsa o qədər yaxşıdır.Çünki çox olanda çox fərqli zövqlərə malik insanların məhsulu almaq ehtimalı artır.Məsələn,kimsə kobud,kişi üçün Samsung telefonu 2 il əvvəl heç cür tapa bilməzdi.Hamısı açıb-balğanan yaxud slider qadın telefonları idi.Amma Nokia istənilən zövqə malik insan üçün telefon istehsal edib.
Mən yazınızda Nokianın ən böyük probleminə toxunacağınızı zənn etmişdim,amma qeyd olunmub.Nokianın ən böyük səhvi o olub ki touch-screen telefonu vaxtında istehsal etmədi.İphone çıxandan neçə müddət sonra belə Nokia lazımlı məhsulu buraxmır,ya da qiyməti çox baha edirdi.İndi elə telefonlar istehsal etsə də,artıq gecdir.Amma Nokia yenə də Nokiadır.Nə HTC,nə Apple hələ ona çata bilməz.Hələ 5 il Nokia lider olacaq.

Rüstəm Məmmədov said...

Mən lap Nokia həvəskarı ilə qarşılaşmışam ki:)

Nigar, mən touchscreen məsələsinə toxunmamışam ad çəkərək, ama ümumiyyətlə smartphone məsələsində onu da nəzərdə tutmuşdum. Bu bazarda Nokia çox itirdi. Bu arada mən hazırda HTC işlədirəm, hələlik növbəti mərhələdə HTC HD2 almaq fikrindəyəm, hazırda dünyada ən yaxşı smartphone budur istisnasız:)) Amma, Apple yeni iPhone və Motorola Shadoü da mümkün variantlardır. Bir neçə ay sonra təbi ki.

Nokia-nın model çoxluğuna gəldikdə, bu sizin dediyiniz kimi yaxşıdır, ama bir dənə də problem var ki, müştərinin seçimi qarmaqarışıq olanda, işin içindən çıxa bilmir və sadələşdirməyə çalışır prosesi, bu baxımdan da Nokia-da problem yaranır. Bilmirəm, bəlkə də bu mənim ümumiyyətlə Nokia-ya qarşı olan "qıcıq"lığımın vermiş olduğu düşüncədir və səhvdir.