Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 21, 2008

Olanda Olur

Hamımız çox xoşlayırıq tənqidi. Öz işlərimizə də baxsaq əslində heç də ürək açan şeylər olmur ortada. Özü də istisnasız. İndi mənim ətrafımdakılardan kimsə qalxıb deməsin ki, qardaş mən tənqid etmirəm və ya edirəmsə də dilimə görə dilçəyim də var. Tənqid edənik hamımız.


Əlbəttə lazımdır, ancaq biraz daha mülayim və biraz daha realist. Yox, mənim xoşuma gəlmir deyib baltalamaq olmaz. Outdoor reklamları da bir ara həm MAK.az forumda, həm də öz aramızda tənqid atəşinə tutmuşduq.

Bugünlərdə şəhərimizdə DNS Computers (xahiş edirəm şərhlərdə DNS-in adını filan tənqid etməyək, bu yazı tənqidsiz olsun) şirkətinə aid billboardlar peyda oldu. Əla! Xoşuma gəldi. Mən indi niyə yaxşıdır, nəsi xoşuma gəldi yazmaq istəmirəm uzun-uzadı. Ancaq, DNS Computers Marketing şöbəsini və işin kreatif tərəfini həll edən Creative Shamans Bureau-nu təbrik edirəm. İnşallah bundan da yaxşı işləriniz çıxsın ortaya.


Uğurlar.

7 comments:

Anonymous said...

Azerbaycanda bugune qeder gorduyum en gozel outdoordur. Super.

Vüsal Qəmbərov said...

Ay Rüstəm, DNS hara sən hara? :)))

Rüstəm Məmmədov said...

Billboardları yolumuzun üstündədi Vüsal? Hərgün səhər görürəm. Məsələ də orasıdır ki, Dərnəgül tərəf bombozdur, DNS-in qırmızısı diqqət çəkir.

Vüsal Qəmbərov said...

:))

Uşaqlar bacarırlar vallah... Halal olsun!

mIRI said...

gözəl işləyiblər..mənimdə xoşuma gəldi..

Əfsun Qurbanov said...

Məncə də çox qəşəng alınıb. Reklam potensial müştəriylə, mənimlə ünsiyyətə girir sanki. reklamın əsas məqsədi də budur. metroda görmüşdüm ilk dəfə. və çox xoşuma gəldi. Təbriklər.

Rüstəm Məmmədov said...

Bircə avtobuslar bərbaddır. Xüsusən də bu havalarda heç baxılası deyil. Ümumiyyətlə Bakı çox kirli şəhər olduğuna görə avtobuslarda reklamlar demək olar heç xoş görsənmir.

Hörmətlə,