Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jul 13, 2007

OPEL Azerbaycan


Başqalarını tenqid etmek asan olduğu üçün men de Opeli tenqid edirem. Özüm özümü nece tenqid edim ki burda!

Opel Azerbaycan bazarında, Azerbaycan istehlakçısının gözünde yeqin ki, premium sinif olmayan avtomobil markaları arasında en çox bilinen ve en çox reğbet gören markadır. "Bes onda neyini tenqid edirsen ki sen bunların?" deye bilersiniz.

Opel bazarda çoxdur. Emelli başlı yeri var bazarda. Amma, işlenmiş, Almaniyadan gelen modeller. Men Astra yeni modellerinin cemi cümletanı birce denesini görmüşem şeherde. Qırmızı-işlenmiş ve böyük ehtimal Azerbaycandaki resmi distributordan alınmamış Astra.

Marka bu qeder çox bilinecek, sevilecek, bazarda işlenmiş modelleri en çox reğbet gören avtomobiller siyahısında olacaq, amma resmi distributor demek olar ki, heç ne satmayacaq!!! Men demeyim, siz deyin- buna markanı baltalamaq ve ola bilecek en uğursuz iş dememek olar???



Cahan Motors buna yeqin ki, bir elac tapacaq. Yeqin ki, fikirleşir.
Ancaq, men de bezi teklifler verim. Birincisi, Cahan Motors hal hazırda tikdirdiyi yeni Showroom ve Servis işlerini yay mövsümü bitmemiş tamamlamalıdır. İkincisi, Marketing büdcesini demek olar ki, heçbir menası olmayan reklamlara xerclememelidir. Opelin reklamları onsuz da uğurlu deyile bilecek heç bir reklamın olmadığı bazrada en uğursuz reklamlardır. Üçüncüsü, modellerini bazarda nece yerleşdirmeli olduğunu fikirleşmelidir. Bunu da kimse deyesi deyil! OPEL Marketing şöbesinin işidir bunu fikirleşmek. Marketing şöbesini en birinici işi de web sehifesini bir an önce düzeltmek olmalıdır. Men kor kobud ana başlıqlar olaraq bir neçe şey yazdım, gerisi qalır OPEL idareçilerine.

"Astra, niye bazarda ezilmiş pomidor kimi baxımsız qalıb?" desem, yeqin ki, menece cavab bele olacaq; "Azerbaycanda hatchback modeller satılmır, camaat yeke maşın isteyir". Men olduğu kimi yazdım cavabı. Ele, ağızdan çıxan formada. Amma, özünüz de görürsünüz ki, mübahiseye açıqdır!



Neyse, men sözü uzatmadan onu deyim ki, OPEL Azerbaycan eger indi her şey demek olar ki lehlerine olan vaxt, özlerine gelmeseler sonra çox çetinlik çekecekler. İndi xerclemeli olduqları puldan yüz defe daha çox xercleyecekler ki, pul qazansınlar!!!

3 comments:

Anonymous said...

Opelin yeni modelleri diger guclu markalardan hec de geri qalmir. Butun dunyada bu modeller kifayet qeder beyenilerek alinir.Zennimce azerbaycanli musterinin konlune yol tapa bilmek ucun dogru marketing siyaseti aparilmalidir. Yeni Astra hatchback modeli ile baslamaq olar. Amma hatchback modellerini azerbaycanli musterilere sevdirmeyin yollarini tapmaq lazimdir.

TOD said...

Salam Rüstəm. Bu mənim sənin məqalələrinə yazdığım ilk rəydir. Mən onu deyə bilərəm ki Cahan Motors-un işi heç də İmprotex-in və ya Autostar Caucausus-un işindən pis getməyəcək, çünki Opel-lə bərabər Azərbaycana Mercedes və BMW-nin də işlənmiş markaları çox gətirilir. Hatchback modelləri barədə onu deyə bilərəm ki onlar Azərbaycanda heç də az alınmırlar. məs: Subaru İmpreza-nın yeni hatchback modeli və Chevrolet Lacetti-nin tuning hatchback modeli Azərbaycanda çox sevilir və alınır. Sadəcə olaraq Opel Astra başqa modellərlə qiymət cəhətdən rəqabətə tab gətirə bilmir ona görə də az satılır. By: Tod from STG

Rüstəm Məmmədov said...

Salam TOD,

Xoş gördük blogda sizi. Üç şərh, üçü də avtomobillərlə əlaqəli mğvzularda. deməli avtomobillərlə bağlı müzakirələr genişlənəcək.

OPEL ilə bağlı dedəklərinizlə tam razıyam. Qiyməti 4000 USD-dən başlayan hərcür Opel modeli gətirilir Azərbaycana. Üstəlik OPEL satınalmalarını avro ilə etdiyinə görə qiyməti də bazara uyğun tənzimləyə bilmir (Opelin səriştəsizliyi də var burada məncə, çünki başqa avro ilə əməliyyatlar aparan marjkalar bunu pis bacarmırlar. Hatchback bazrı yenidir Azərbaycan üçün, bazaın ümumi nisbətinə baxsaq bəlkə də 0,2%-dən çox olmaz. Ancaq, bazar geniıdir və imkanı var. Hyundai yeni i30-ları, Chevrolet sizin qeyd etdiyiniz kimi Lacettini (lacettinin satışları avtomobilin aşağı performansına görə azdır), satır. Impreza-nın isə öz müştəri kütləsi var və o hatchback də olsa, sedan da olsa onu alacaqlar. O, biraz xüsusi vəziyyətdir. Ancaq, əsas olan odur ki, xüsusən də təhsil səviyyəsi yüksək və karyerasında biraz addımlamış insanlar arasında hatchback modellərərə meyl çoxdur.

Hörmətlə,