Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 3, 2011

AZAL Tərsinə Uçur

Uzun müddətdir yazmıram, amma yenə cuşa gəlmişəm. Başlayıram yazmağa. Hamı məni tənqid edir, mən də hamını. Allah axırını xeyir eləsin.

Bu dəfəki hədəf, məni axırıncı səfər şoka salan AZAL-dır. Mən əvvəllər İstanbula gedəndə AZAL-dan bilet almağa çalışırdım. Bunun iki səbəbi var idi; Birincisi odur ki, millətçilik damarım ağır basırdı, öz vətəndaşlarımız işləyir orada, səmada bizi təmsil edir AZAL, ikincisi isə AZAL-dakı xidmət THY-dən ucuz olmağına baxmayaraq heç də THY-dən geri qalmırdı.

Ən son iki uçuşumda isə şok oldum. İstanbula səfər mənə 200-ci ildə Naxçıvandan Bakıya uçuşumu xatırlatdı. Təyyara köhnə, kirli, yeməklər bərbad (acından ölürdüm, amma heç nə yemədim), təyyarədə mənasız filmlər yerləşdirilir və.s

Çox pis oldum! Bütün ölkələrin hava yolları şirkətləri inkişaf edir, bizimki tərsinə. Heçkimin minmək istəməyi Aeroflot da hətta çox böyük dəyişikliklər edib, artıq əvvəlki kimi adamın üstünə qışqırıb çay və ya kofe istədiyini soruşan olmur.

THY-dan isə heç bəhs etmirəm. Çünki adamlar möhtəşəm işlər görürlər.

AZAL belə getsə axırda heç özümüzünkülər də onunla uçmayacaq. Heç kim dala uçmaq istəmir!

Mən qorzuram ki, AZAL-ın texniki hissəsi də kabin kimi işləsin, əgər elədirsə Allah qorusun AZAL ilə uçanları!

3 comments:

AG Ceferson said...

AZAL-la bagli menfilikler bu deyil, cox uzaq zamani demirem 1hefte bundan qabaq qayitmaq isteyende deyirlerki teyyare birazdan qalxacaq Bakiya, nese ustunden daha 1saat kecdi gordum ses cixmir. Hemin zamanda daha bir Azal teyyaresi geldi sernishinleri boshaltdi digerlerini yigdi getdi ;
menimde azdan-coxdan aviasiyadan getdim yaxinlashdim Azalin numayendelerine deyirem ta denen teyyare xarabdi uca bilmirde. Bilmiyen vardisa getsin Kelmeyi Shehadeti oyrensinde. Neyse teyyare qalxana kimi onun cixardigi sesi eshitseydiz.....

Rüstəm Məmmədov said...

AZAL-ın etibarsızlığını men 2009-cu ilin qışında Bakı aeroportunda 21 saat qalanda öyərndim. Təyyarələrinin texniki qabiliyyətlərini də bilmirəm və qorxu da yaratmaq istəmirəm. Amma, xidmət mənim axırıncı uçuşumda çox pis idi. Yemək yeyiləsi deyildi az qala..

Kanan said...

Bele bir bloq tapdim azal ile bagli

En ucuz Online bilet almaq üçün meslehetler. Online bilet al. Ucuz aviabiletler. Endirimlerden faydalanaraq büdcenize qenaet edin. Buta airways bilet almaq.