Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 23, 2010

Bizdə Neçə Növ Çörək Var

İki gün əvvəl Selim Tuncer bəyin tweet`ində Charles De Gaulle`un bir sözünü öyrəndim; “325-dən çox pendir növü olan ölkəni idarə etmək çətindir”. Fransızların hazırda 1000`ə yaxın pendir növünün olduğunu iddia edən mənbələr də var hətta. İkinci Dünya müharibəsindən sonra gör nə qədər pendir növü əlavə olunub.

Selim Bey yazısında türkiyədəki bu sahədə olan markaların nələr istehsal edə biləcəkləri və ya niyə etmədikləri ilə əlaqəli yazıdır. Bizimkilər üçün də çox faydalı ola biləcək yazıdır. Bu işin marketinq tərəfi ilə əlaqəli olan hissəsidir.

Mən isə o sözü oxuyan kimi fikirləşdim ki, bizdə cəmi 5 çeşid pendir var. Dəyişmək fikrimiz də yoxdur. Türklərdə şorba çeşidi ən 30`dur, bizdə Ruslardan keçmə 2-3 şorba ilə birlikdə 10`dan çox deyil.

Biz yeməyi xoşlamırıq? Xoşlayırıq! Bəs niyə bizdə Bozbaşın da “yenilənmiş” variantları olmur heç olmasa? Çünki, tənbəlik!

Yeganə “inkişaf” PİP DOLMASIdır. Ramazanın olmasa heç bəlkə də bu Pip Dolması da ağlıma gəlməzdi.

8 comments:

maNIKA said...

Həmişə dediyim kimi biz yaratmağı, düşünməyi, sözün əsl mənasında inkışaf etməyi, səbirli olmağı bacarmırıq. Yeganə sevdiyimiz şey tez başa gələn düşünmək tələb etməyən al-ver, ver-al'dı.

maNIKA said...

İntuisiyam mənə deyir ki, bu yazımdan sonra "pisləmkdən başqa heç nə etmirsiniz" tipli yazılar gələ bilər:)
Onu deyim ki, yazar da, elə mən də sadəcə bu hala acıyırıq. Ümid edək ki düzələrik nə vaxtsa :))

Rüstəm Məmmədov said...

Pisləmək də lazımdır. Quru millətçilik, "vatan millet sakarya" havasına girməyin mənası yoxdur. Elə başda mən olmaqla, tənbəlik, innovasiyalardan uzaq millətik, beynimizi işlətmək bizim üçün çox əziyyətlidir, başqalarının fikirlərinə bağlıyıq, atılqan ruhumuz, xarakterimiz yoxdur...

Elə ona görə də çörək çeşidimiz azdır, pendir çeşidimiz çox azdır, iş mövzusunda ciddi yeniliklərimiz yoxdur, inəklərimiz hələ də dədə-baba az süd verən inəklərdir və.s

Kim nə istəyir yazsın əlbəttə ki, amma təbii ki, ədəb çərçivəsi daxilində.

Unknown said...

Rüstəm nəyi qoyub nəyi axtarırsan.
19-cu əsrin əvvəlində Yeni qurulmuş Azərbaycan Demokratik Respublikasının rəhbərləri xaricə (Fransayaç Rusiyaya, İngiltərəyə və digər ölkələrə cavan adamları göndərdilər ki, oxuyub qayıdandan sonra vətənə qulluq etsinlər, innovasiyalar gətirsinlər və sair. SSSR dövründə biraz savadlılarımız burada boğulurdular, üz tutdular Moskvaya.
Hal hazırda savad və bilik, innovasiya kimə lazımdır? Ya idmançı olmaq lazımdır, yada müğənni, düzdür bunlarda lazımdır, lakin xalqı və ölkəni təmsil edənlər ziyalılar və bilik adamlarıdır, yoxsa iki sözü dal ba dal qoşa bilməyi bacara bilməyən müğənni vəya idmançılar deyilər.
Xaricə gedib oxuyan adamlarda ya "risovka" üçün, yəni papanın gül balalarıdır, yada buraya qayıtmaq istəməyənlərdir.
Hər hansısa bir cəmiyyətin yeni pendir növü, şorba vəya nə isə yenilik yaratması üçün, ilk öncə cəmiyyətin sağlam olması lazımdır. P.S. Bu mənim subyektiv fikrimdir.

Rüstəm Məmmədov said...

Zakir idmançı dedim bizim futbolçular yadıma düşdü. Bu yaxınlarda futbol işinin lap "ortasında" olan bir adam mənə dedi ki, hazırda bizim ligada ilk 6-da oynayan klublarda ən az qazanan futbolçu ildə 90 min AZN qazanır. 90/12=7500 AZN aylıq maaş düşür. Fikirləşdim bu maaşı, sonra fikirləşdim iş sektorunu çaş-baş oldum.

İndi də fikirləşirəm təhsilimizin səviyyəsini və digər ümumi vəziyyəti. Bu təhsillə hansı yenilik ola bilər? Çox çətindir..Ölkənin vəziyyəti yaxşıdır mı? Mənə görə çox pisdir. Xaricdəkilər niyə geri qayıtmır? Çünki əli bala batan əlini ordan çıxarıb duza salmaz.

Ilk Kommunikasiya Dəftəri said...

Rüstəm təxminən bu məqaləni sənin blogunu tanıdıqdan sonra Selim Tunceri təqib etməyə başladım və o nəzərdə tutduğun məqaləni mən dərsimdə tələbələrə də tanış etmişdim.
Mən də sənə qoşuluram və deyirəm tələb kimi bir marketdə ən az 30 çeşid pendir olsun ya da pendirin timsalında məhsul çeşidliyinə önəm verilsin.
Çeşidlilik, fərqliliyə nə bir o qədər iliq yanaşırıq, nə də təklif kimi onların bazar və o bazarın müştərilərini yaratma qeyrətini görürük.
Mən Mozarella da aldim keçi pendiri də aldım yedim, ama bəyənmədim, ancaq Gusto pizza restoranında Mozarellalı Pizza 10 manata yaxındır. Fərqlilik biz də bahalıya partlayır.
Dahası bəzi məhsullar var ki, Kabab, çoxlu çeşidi var və sıralasan bir kalan ad görə bilərsən:
1. xan kababi
2.ciger kababi
3.toyuq kababi
4. poxlu kabab
5. ciyər kabab
6.Koroglu kababı
7.Balıq kababı
8.Kohne Baki kababı
9. LULƏ
10.Tikə
11.Akrikot
12.Basdirma

Siyahini da uzatmaq olar, manqal, şiş, kömür və maşanın ortaqlığında , bi də işin içinə Human Factor, hazırdır Kabab.
Bu millətə pendir lazım deyil, bu millətə Kabab lazimdır Kabab.
Bir təbiət obyekti(sıx meşə,şelalə,çayın qırağı i vse-vəssalam) və restoran,Menüdə isə yenə də kabab.

Ilk Kommunikasiya Dəftəri said...

Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörık) – xörək çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.

Wiki əmidən aldığım məlumatda yuxarıdakı çörək adları var, günümüzdə işlənən adı olmayan, dərnəgül, dəmiryolu,ləzgi çörəkləri də satılır. Yolunuz düşsə Silk Way Travelın yanındakı Brothaus(deutsche qualitaet) mağazısında seyirci olun. Müxtəlif çörək çeşidləri...

Ilk Kommunikasiya Dəftəri said...

Qala kəndindəki Arxeoloji Etnoqrafik Açıq müzeydə eksponat kimi nümayişə edilən evin birində 3 cür bəli 3 cür təndir növü var. Və hər biri fərqli.