Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 15, 2010

Təmiz Maşın Təmiz Hava Təmiz Həyat

Bir neçə gün əvvəl AAMİK-in keçirdiyi konfrans Azərbaycanda Avro I standardlarının tətbiqi, bunun sosial-iqtisadi nəticələri, üstünlükləri və mənfi cəhətləri və.s ilə bağlı idi.

Başda onu deyim ki, İyulun 1-dən etibarən bu tətbiq olunmağa başlanacaq. Ölkəyə girən bütün maşınlar EuroII uyğunluq sertifikatı göstərməlidir ki, buraxılsın. Gələcəkdə özümüzün labaratoriyalarımız da olacaqmış.

Çıxış edənlərin hamısı yaxşı toxundular məsələyə, ancaq bir nəfər də olsun məsələyə bütov baxa bilmədi ki, bizim də ürəyimizdən tikan çıxsın.

İndi mən dediklərimi deyim;

1- Azərbaycanda 950 000 maşın var ki, bunun da 650 000-dən çoxu Euro II standardlarına cavab vermir. Ümumiyyətlə bu 950 min maşının az qala 30-35 faizi ümumiyyətlə təkrar emala getməli olan, ömrü bitmiş maşınlardır. Ölkəyə son 3 il içərisində idxal edilən avtomobillərin isə 55%-dən biraz çoxu işlənmiş avtomobillərdir. Bunların da içərisində çoxluğu 8-10 yaş arasına olan avtomobillər təşkil edir. Deməli, sadə məntiq budur ki, əgər dövlət istəsəydi ki, doğurdan da ekoloji cəhətdən təmizlik prosedurlarına başlasın, birinci növbədə bu “zibil” maşınların idxalını dayandırardı (işsizlik bəhanəsi gətirənlər olacaq buna).

2- H. Əliyev adına Neft Emalı zavodunun hazırki benzinləri Euro II, dizelləri isə Euro III standardlarına cavab verir. Daha doğrusu dizeldə balaca dəyişikliklərlə 2011-ci ilin əvvəllərində tamamilə Euro III Dizle istehsal olunacaq.6-7 il sonra isə Euro VI standardlarına cavab verən benzin istehsal olunacaq. Bəs bu müddətdə sənin içəridə olan 100 minlərlə Euro 1-2 uyğunluğu olan maşınların havanı kirlətməyəcək? Dövlət doğurdan da istəsəydi, təşviq planı hazırlayar və yuxarıda da qeyd etdiyim kimi, heç olmasa istismar müddəti bitmək üzrə olan avtomobilləri məhv edərdi.

3- Tramvay xəttlərimiz sökülüb, metro yetərsizdir, insanlarımız da 2.5 motordan aşağısını bəyənmir. Dövlət ictimai nəqliyyat sistemini elektrikləşdirməlidir. Bunun iki tərəfi var, birincisi elektriklə işləyən mühərrik dəm qazı tullantısı yaratmır, ikincisi istehsal başqa ölkədə baş verdiyi üçün istehsal müddəti yaranan çirklənmədən uzaq oluruq.

4- Alternativ sistemlər zərrə qədər təşviq olunmur. Hibrid təşviq olunmadığı üçün çox baha olur, LPG ümüumiyyətlə istifadə olunmur və.s Dövlət bunların təşviqi üçün rüsumlarla oynaya bilər.

5- İnsanlarımız böyük motor istəyir, yüksək dövrlərdə sürməyi xoşlayır, təkərin havasını 2.0-dan yuxarı heç vaxt qoymur və.s Bu bizlikdir, dövlətimizlə əlaqəsi yoxdur, özümüzün dərimiz qalındır, düşünmürük ekologiyanı, düşünmürük gələcəyimizi.

Xəstə doğulan uşaq sayısı, autist uşaq sayısı, alzheim qoca sayısında və.s çox artım var. Niyə? Çünki havaya atılan dəm qazı bir ildə 1 milyon tondan çoxdur ki, bunun da 80%-i Bakı-Abşeron zonasının payına düşür. Həmçinin, bundan iki dəfə çox tullantı dənizə atılır ki, buxarlanma zamanı uduruq, külək dənizdən bəri əsir. Tək dəm qazı deyil ki, başqa zərərli tullantılar da var ki, onları da nəzərə alsaq necə dəhşətli vəziyyətin olduğunu anlayarıq.

Bir şeyi də yaddan çıxardım, bizim benzinlərin oktan ədədini artırmaq üçün əvvəllər qurğuşun qatılırdı, indi də deyirlər dəmir qatılır. Kimyaçı deyiləm dəqiq bilmirəm, amma havaya buraxılan qurğuşunu təsəvvür edin, o qurğuşun ki birbaşa beynin fəaliyyətinə təsir edir.

3 comments:

muzeffer said...

Rustem hocam,

Senin kimi kadr nerdee bu meseleye de bu sekilde genis pencereden baxa...
Ancaq mence "Avropa standartlarına uyğun milli standartlar" ve "Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflər"in
hazirlanmasi nezerde tutulmusdu. belke de bu merhelelerde dediyin meseleler nezere alinar:)

Dost said...

Bizde nəqliyyatın başqa növlərinə, məsələn Avropada ve Asiyanın inkişaf etmiş ölkələrində olduğu kimi velosipedə maraq yox dərəcəsindədir. İnkişaf etmiş ölkələrdə velosipedə həm ekoloji təmizlik, həm maddi qənaət, həm də şəxsi sağlamlıq kimi yanaşırlar və bir qism insanlar bu nəqliyyatdan gündəlik işlərinin görülməsi, işyerinə getmək,alış-verişə getmək və.s. üçün istifadə edir. Bu həm də yollarda tıxacların da azalmasına kömək edir. Amma bizdə velosiped sürüb işə gedən olsa ilk növbədə onun əqli vəziyyətindən şübhəyə düşəcəklər :-) ikincisi bu nəqliyyatın hərəkəti üçün ayrıca zolaqlar və.s.yoxdu. Lap çıxıb tratuarla gemək istəsə belə mümkün olmayacaq çünki tratuarlar Azərbaycanda parking funksiyasını daşıyır, orda heç piyadalar gedə bilmir, ki qalsın kimsə velosipedlə. Avro standartlara gəldikdə isə Rüstəm məsələni hər tərəfli izah etmisən, amma deyim ki bu bizdə alınan deyil. Çünki bizdə ilk növbədə düşüncə tərzini, mədəniyyət səviyyəsini və ictimai səviyyəni "avro standartlara" uyğunlaşdırmaq lazımdır. Yoxsa neynirsən elə boooş şeydi...

Rüstəm Məmmədov said...

Nəhayət sevimli bloguma girə bildim!! Neçə gündür alınmır.

Bu məsələ o qədər ciddi məsələdir ki, hətta az qala Qarabağ məsələsi qədər ciddi ələ alınmalıdır. Ancaq, təəssüf ki, çox səthi yanaşma var.

Azərbaycan üçüncü dünya ölkəsi kimi Almaniyanın "zibilliyi" halındadır.

Udduğumuz nəfəs, içdiyimiz su. Mən inanın ki, Bakıda dərindən nəfəs almaq istəmirəm. Məntiqsizlidir, fərq eləməz dərindən ya dayazdan o ayrı məsələ, amma psixolojik olaraq qorxuram udduğum havadan.