Müdafiədən əvvəl heç nə yazmayacaqdım, amma bu müdafiə işi qeyri-müəyyən səbəblərə görə uzandığına görə indi yazıram. Yazmağa yenə də həvəsim yox idi. Ancaq, ikicə dəqiqə əvvəl gördüyüm bir şey məni balaca da olsa yazmağa vadar etdi. Günlüyə not düşüm dedim.
Məni yaxından tanıyan hamı və MAK-ın dəyərli istifadəçilərinin demək olar hamısı bilir ki, mən Azərbaycan Marketing Cəmiyyətinin iş görmədiyini, Rəhim müəllimin oradakı potensialı lazım olan kimi istifadə etməməsini, Cəmiyyətin varlığı ilə yoxluğunun cəmiyyətimiz üçün fərq etmədiyini iddia edirəm. Bu fikrimlə razı olan da var, olmayan da. Nə isə. İndicə girmişdim Azərbaycan Marketinq Cəmiyyətinin saytına. Orada yanda GÖRDÜYÜMÜZ İŞLƏR linkinə basdım, heç nə çıxmadı. Bom-boşdur həmin hissə. İndi mən düz deyirəm yoxsa səhv? Nəsə iş görsələr yazardılar da hər halda. Məni qınamayın!
Məni yaxından tanıyan hamı və MAK-ın dəyərli istifadəçilərinin demək olar hamısı bilir ki, mən Azərbaycan Marketing Cəmiyyətinin iş görmədiyini, Rəhim müəllimin oradakı potensialı lazım olan kimi istifadə etməməsini, Cəmiyyətin varlığı ilə yoxluğunun cəmiyyətimiz üçün fərq etmədiyini iddia edirəm. Bu fikrimlə razı olan da var, olmayan da. Nə isə. İndicə girmişdim Azərbaycan Marketinq Cəmiyyətinin saytına. Orada yanda GÖRDÜYÜMÜZ İŞLƏR linkinə basdım, heç nə çıxmadı. Bom-boşdur həmin hissə. İndi mən düz deyirəm yoxsa səhv? Nəsə iş görsələr yazardılar da hər halda. Məni qınamayın!
8 comments:
:)))) hec olmasa under construction qoyardilar:) eshi, mennen sorushanda deyirem bizde Marketing ne cemiyyeti ne assosiasiyasi ne birliyi var:)
Mən deyirəm varlığı ilə yoxluğu arasındakı fərqi cəmiyyətin başa düşmədiyi bir Marketing Cəmiyyəti var.
Rustem,
bu cemiyyet mene ele gelir ki, daha open ve resmi don geydirilmeyen tedbirler elese daha ferqli ola bilerdi. meclislerinde her zaman hesabat xaraktreli cixishlar ve meruzeler oxunur.
hem de neytral ve kicik iddialarla qabaga getmek lazimdir, boyuk vedler verib yalanchi cixmaq cox pis sheydir.
"duzeler eshi" deyecem amma bilirem ki, duzelmeyecek
Tamamilə razıyam mak. Məclislərində olmamışam əlbəttə, amma bilirəm ki bu cəmiyyət CHP xalqın partiyası dediyi kimiv deyib durur, ancaq xalqa çox uzaqdadır. Əsas problem də odur.
Cəmiyyətdən daha çox rəsmi dçvlət orqanı və ya hər hansı ciddi rejimi olan şirkət imici yaradıb sanki...
Sağol fikirlərini paylaşdığına görə MAK.
Hörmətlə,
Amma Rustem sen qatiq bazarindan yzairsan amma hyundaiden yox men ki bloqda sizi cox tenqid edirem.Abi saytiniz ilde bir defe update olur.Bes bular
Kstati teze yazilarima bax:)
http://muradg.blogspot.com/2008/11/lezbiynlr-n-hyundai-getz.html
http://muradg.blogspot.com/2008/11/blue-in-hyundai.html
reyini gozleyecem
Murad, xoş gördük təkrar. Blogu update etmək barəsində düz deyirsiz. İşlərim çox qarışıqdır son aylarda, ancaq indi demek olar ki, yoluna düşür şükür Allaha. İnşallah bundan sonra sistemə düşər blog.
O ki qaldı qatıq bazarına, Murad mən avtomobil sektorundayam və maksimum çalışıram ki, yerli bazarla əlaqəli tənqidi nələrsə yazmayım. Niyə belə olduğu da aydındır. Bizim işlərimizin "qatıq bazarı"nda satılası tərəfi yoxdur? Var,yəqin ki. Bunun tənqidi də sizin kimi digər blogçulara qalır və mən sənin keçən səfər yazdığın yazını çox bəyəndim, istəyərdim ki başqa blogçuların da elə yazılarını görüm. Ancaq, özünüz də məndən yaxşı bilirsiniz ki, hər şeyi hop deyib düzəltmək olmur, bəzi məsələlər stratejik olur, səhv ikinci elə qarar müddətinə qədər düzəldilə də bilinmir bəzən, bəzi problemlər zaman tələb edir, bəziləri sırf nəzər nöqteinin dəyişməsi ilə əlaqədardır, yəni tənqidlərinizdən dərs çıxarmırıq deyə bir şey düşünməyin. Əlbəttə, vütün tənqidlər də haqlı deyil, sizin yazınızda da var idi belə tənqidlər (bu da çox normaldır əslində), başqa tənqidlərdə də olur. Elə, başqa mənim qatıq bazarımda...
Hörmətlə,
Opps...Sayt deyəndə bizim hyundai sayti deyirsinizsə yuz faiz duz deyirsiniz. Bu sayt və kataloq bu il mənim butun əsəblərimi korladı. Hələ də düzəlməyib, inşallah ən qısa müddətdə əl atacağıq Murad. Modellərlə bağlı updatelər vaxtında olub, ancaq dəyişməli çox şey var.
Yenə də çox sağolun xatırlatdığınıza görə.
Hörmətlə,
Daha tez də bitdi. Araya sıxışdırıb başımızı aldatmaq yoxdur. Mənim qədər tez-tez olmasa belə :))) səndən gözəl yazılar gözləyirik... Mənim magistr qardaşım! :)
Post a Comment