Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 6, 2011

Toyota gibi adam mı, yoksa adam gibi Toyota mı?

Son dövrlərdə Toyota Türkiyənin “Toyota gibi adam” konsepsiyaları çoxumuzun diqqətini çəkib. Mənim əvvəlki TVC-lər çox da xoşuma gəlməsə də, konsept və sonunca TVC çox xoşuma gəldi. Bu rolikdən sonra Toyota markasına qarşı azca da olsa emosional hisslər yaranıb məndə. Daha doğrusu belə deyim, mən illərdir Toyotaya hörmət edirəm, Toyotanı tərifləyirəm, amma heç vaxt Toyotanı sevməmişəm, çünki Toyota illərdir ancaq “xarab olmayan robot” olub. Heç vaxt, marka ilə emosional bağ yaradan bir reklamlarını görməmişəm, bəlkə də var, amma mən görməmişəm. Bütün reklamları, maşının xarab olmamasına vurğu edir, maşının ekologiyaya zərər vurmamasına vurğu edir və.s Toyota illərdir, bizi evdən işə, işdən evə etibarlı şəkildə aparıb gətirən, xarab olmayan, xərcsiz maşın olub, bunu mən demirəm bunu Toyota Amerikanın CMO-su demişdi bir dəfə.

Mən çox araşdıra bilmədim ki, Toyotanın son dövrlərdə Türkiyədə vəziyyəti necədir, Amerikadakı kimi sürətlə aşağı gedir yoxsa normaldır, amma mən inanmıram ki, satış yaxşı olsun həmişəki kimi və Toyota Türkiyə başlasın “Toyota gibi adam” “yaratmağa”. Çox böyük ehtimal illərdir ortaya atdıqları tezləri çürüyür, satışda problemlər var və insanlar da artıq bilirlər ki, hazırda avtomobillərin dözümlülüyü baxımından Toyota ilə digərləri arasında həmişə dedikləri fərq yoxdur.

Yəni qısacası, mənə elə gəlir ki, əslində ortada “Toyota gibi adam” yox “Adam gibi Toyota” konsepti var.

4 comments:

Firdovsi said...

Her kim olursan ol adam ol gel :)

Anonymous said...

Rustam salam. Oncelikle qeyd edim ki Toyota istifade eden birisi kimi Toyota ile diger markalar arasindaki derin ferq her zaman olub ve bu getdikce de derinlesir. Hazirda men Turkiyede yasayiram ve cox yaxinlarda Toyota Avensis aldim bu zaman 1 aya yaxin gozlemeli oldum. Cunki onceler bayilere 400-500 avtomobil gelirdise indi Yaponiyadaki tebii felaketler uzunden cemisi 25 avtomobil gelir. Ve yeni ekoloji cehetden temiz olan ve yanacagi cox az isleden avtomobilleri hazirda Turkiyede cox yaxsi satmaqdadir. Butun bunlardan basqa Turkiyede Toyotanin garantiyasi kimi basqa bir avtomobil brendinde qarantiya yoxdur. 3 ve ya 5 il (bu isteye bagli olaraq belli bir mebleg odedikden sonra artilir) 100% qarantiya verir - buraya avtomobilin tekerlerinin rezin hissesinden basqa butun avtomobil daxildir (bir de tebii ki davamli deyisen ehtiyac parcalari xaric - eylec kolodkalari, yag, filter ve.s). Servisleride diger servislerden cox ferqlenir - hem uzun uzun novbeler olmamagi ile, hemde gosterilen xidmet ile. (avtomobil temirde olan zaman musteriye basqa bir avtomobil verilir). Butun bunlari nazara alaraq - sozune duz TOYOTA gibi adam ola bilmek hele diger brendlere coooxxxx var. :) Samir Farkhad

Rüstəm Məmmədov said...

Samir mənim ona etirazım yoxdur ki..Toyota çox böyük markadır və hörmətə laiqdir. Boşuna gəlib dünyanın ən böyük istehsalçısı və ən dəyərli avtomobil markası olmayıb ki...Mənim yazıda demək istədiyim budur ki, adamlar bugünə qədər ancaq maşınların texniki parametrlərinə, dözümlülüyünə və satış sonrasına vurğu ediblər, oranı inkişaf etdiriblər. İndi də gəlib başlarına bu iş açılandan sonra ağıllarına gəlib ki, yox markanın biraz da emosionallığı olmalı imiş..Bax görürsən sən mənə 4 atribut yazmısan Toyotadan məmnunluğun barədə hamısı ya fiziki attributdur, ya da distribütörə aid attributdur...

Rashad Huseynov said...

Rustem müəllim salam. Benim babam Toyota gibi adam reklamindan sonra ilk fikirləşdiyim niyə heçvaxt mən Toyotanı bir insan tipində təsəvvür edə bilməmişəm. Cavabi cox sadə bunu nəvaxtsa fikirləşmişəm, ama cavab tapa bilməmişəm deyə məsələnin üstündən keçmişəm. Gərək ki, şirkətlər bu yöndə istehlakçılara istiqamət verə, BMW misali..İnanmiram ki, Toyotanin marketoloqlari zeif olsun, inandigim budur ki, onlar sadece danişmadan imic yaratmağa üstünlük veriblər..Bu taktika çox vaxt tutur,amma ki Reqib bu yöndə addim atibsa qarşı addim hökmən atılmaləıdır. Misal, Yeni il qabağı bütün şirkətlər kompaniya edir, az karlılıqla, hetta sifir karlılıq olsa belə. Səbəb digər rəqiblərə mən də varam və istehlakçıya mən sənə rəqibimə getmək üçün səbəb vermirəm... İnaniram ki, Toyota bu tip fəaliyətlərini artıracaq, çünki bildiyim qədər onlar bir məktəbdir... Təşəkkürlər..