Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 8, 2010

Şadlıq Saraylarının Fəaliyyəti Haqqında Qanun Layihəsi

Lazımdır yoxsa yox?

Dünən toyda idim. Yeganə Şadlıq Sarayında, ilk dəfə idi olurdum.

Sarayın içərisi qəhvə-i və qızılı rənglərlə həddindən artıq lazımsız səviyyədə (bu mənim zövqümə görə şərhdir, yəqin ki kimlərinsə də belə xoşuna gəlib) dekorasiya edilib. Ürək açan deyil çox da. Nə isə!

Aş gəlir deyildi və qeyd edildi ki, “Bakıda şadlıq sarayları çoxdur. Hərəsinin də özünəməxsus aş təqdim etmə mərasimi var. Amma, Yeganə Şadlıq Sarayının Yeganə Rəqs qrupunun təqdimatı çox maraqlıdır”.

Yeganə Rəqs qrupu isə milli aşı İngilis müusiqisi ilə təqdim etdi. Onsuz da bu aşın xalqın dili ilə desək “urvatı” qalmır toylarda, bu tipli təqdimat da ümumiyyətlə işin milliliyini məhv edir.

Mənim dərdim nədir? Dərdim odur ki, mən bura Koreadan qonaqlarım gələndə “milli” yer tapmıram ki, onları aparım, milli bir şey tapmıram ki göstərim. Utanıram açığı!

6 comments:

Nigar said...

Yeganə-qalma biganə!

wIn_az said...

Mənə helə gəlir ki alınmayacaq.Bu şadlıq sarayları görsələr ki bizim milli ənənələrimizə tələbat artır özdəri maraqlanacaqlar.Təlabat azdır,daha dəqiq desək camaat şou istəyir,rəngarənglik.
P.S. Biz axı harasa integrasiya edirik :-)

Rüstəm Məmmədov said...

Mən inteqrasiyanın əleyhinə çıxmıram ki. Toylarda discolara da qarşı deyiləm. Mənim sadəcə istədyim odur ki, heç olmasa bəzi ənənələr sırf "biz də millətik" deyə bilmək üçün saxlanılsın.

Məsələn Vağzalı çalınsın, aş milli rəqslə təqdim olunsun, toy başlamamış bəy ilə gəlin həzin rəqs edəcəklərinə, qəşəng bir dənə bəy havası ilə açılış etsinlər.

Pis olar? Məncə qəşəng olar.

P.S: Dilimizdə ən sevdiyim sözlərdən biri də "qəşəng" sözüdür, bunu da dəyişməsinlər.

elçin abdullayev said...

Rüstem kişi qeşeng sözünü mende çox sevirem.Bile bile başga sinonim söz olsa bele onu işledirem.
P.S.Kişi senden maille bir şey xahiş elemişdim.Teşkil ede bilsen qeşeng olar.Öpürem helelik

Rüstəm Məmmədov said...

Nə mail yazmısan Elçin qardaş?:)

elçin abdullayev said...

kişi hotmaile yazmıştım
ne ise burdan yazım
Brand Management ile ilgili yapacağım sunum için her türlü veri,bilgi,makale,içerik,veya sunum varsa ihtiyacım vardır qadası.
Elinde olan bi şeyler varsa paylaşmanı istemiştim.
önceden teşekkürler
elçin