Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 30, 2008

Redesigning my blog və ya Əfsun mənə template düzəltdi

Çoxdandır blogumun yeni dizaynını gözləyirdim. Əfsun sağolsun, düzəltdi. Əfsunun da bugünə qədər bütün vaxtını aldım. Elə burdan da yeni formada ilk təşəkkürümü bildirirəm Əfsuna. Özümün çox xoşuma gəldi. Məncə sizin də xoşunuza gələcək. Əfsunun sayəsində Azərbaycanın İlk Marketing Blogu yenidən dizayn edildi.

İlk gündən bəri İLK MARKETİNG BLOGu bir neçə ilkə imza atdı. İlk dəfə prezentasiya hazırlayıb bu blogda yerləşdirdik, ilk Marketing Case burada yerləşdirildi, ilk arxiv araşdırma məqaləsi burada yayımlandı, ən əsası odur ki, Azərbaycanda ilk blog oldu bu blog. Dəfələrlə silmək istəmişəm, ancaq hər dəfə ya ürəyim gəlməyib, ya da bir nəfərin xətrinə silməmişəm. Ama, nə olursa olsun, sevirəm blogumu və bu blog mənim üçün dəyərlidir. Divanla və divarla söhbət edə bilmədiyim üçün açdığım bu blog, mənə çox şey öyrətdi. Yazı yazmağa hazırlaşanda, kitabları vərəqlədim, məqalələrə baxdım, İnternetdə fırlandım və ən əsası da fikirləşdim. Bu isə inkişafa çox təsir edir.

Bugündən sonra daha aktiv yazılara başlayacam, mənə lazımdır Oktyabrın 10-na kimi birtəhər "ayaqda qalım", sonrası daha yaxşı olacaq inşallah. Azərbaycanın İlk Marketing Blogunda ilklər yenə də olacaq, ürəyimi yenə bu blogda boşaldacam. Bilmirəm, bugünə kimi kiminsə bu blogdan öyrənidiyi nəsə var yoxsa yox, ama mən yazılan şərhlərdən çox şey öyrənmişəm, şərhlər məni nəyisə araşdırmaya yönləndirib, yeni olub, maraqlı olub. Bundan sonra da olar inşallah.

14 comments:

Əfsun Qurbanov said...

Rüstəm müəllim, əsas olan odur ki, o blogu xətrinə silmədiyiniz bir nəfər bəyənsin :))))
əslində sizdən üzr istəyirəm ki, bu qədər gözlətdim sizi.. çoxdan hazır olmalıydı.. inşallah hələ işlərimiz var... tam hazır olacaq ən qısa zaman sonra. zaman baxımından da mənim vaxtımı almadınız, əksinə bu vəsiləylə xeyli təkrar etmiş oldum :)
bu ilk blogun ilklərinin olacağından əminəm. çünki bilirəm kimin blogudu ;) öyrənmək məsələsinə gəldikdə isə mən öz adıma deyə bilərəm ki, kifayət qədər öyrənmişəm..
uğurlar :)

Aygün İslamzadə said...

Rustem, mubarekdir bloqunun dizayni.. Chox beyendim, Efsunun da ellerine sagliq. Gozel edib.. sade ve olchulu..

Orxan said...

Bahoo, maşallah! Nə gözəl olub buralar? Göz dəyməsin. Bircə fontan çatışmır :)
Həqiqətən çox gözəl olub.
Çox bəyəndim.
Sağ olsun, Əfsun, əfsunladı bizi :)

Yeni-yeni yazılar arzulayıram dəftərə.
Qıraqdakı bannerlər lap məstan alınıb e :)
Uğurlar olsun!

Əfsun Qurbanov said...

Əsl mən sizə xoş sözlərə görə minnətdaram. Heç də layiq olmadığım xoş sözləri eşitmək ləzzət eliyir bəzən. Deyin gəlsin! :)
Məncə Rüstəm mlm daha yaxşısına, hətta ən yaxşısına layiqdi... Uğurlar...

Rüstəm Məmmədov said...

Həəəə,belə! Təzə sezona, təzə dizaynla. Əfsun həqiqətən çox sağolsun, təvazökarlıq edib qəbul eləməməzlik etsə də, əla düzəldib və ümumiyyətlə çox qabiliyyətlidir. Çox sağol ay Əfsun, ama bu əksik qalan hissələri tamamla haaa:):):):)

Aygün və orxan, sizə də təşəkkürlər ki, ilk girib baxanlar oldunuz və xoş sözlər dediniz. İnşallah bu sezonda daha aktiv yazılarla dolu olacaq blog.

Sevgi və hörmətlə,

TOD said...

Salam Rüstəm müəllim. Sizi yeni dizaynlı blogunuz münasibəti ilə təbrik edirəm! Əfsun müəllimə isə onu deyə bilərəm ki dizayn superdir, heç inanmıram ki bundan yaxşısı da ola bilərdi!
Rüstəm m. mənim sizin blogdan ancaq auto kateqoriyası ilə maraqlanmağıma baxmayaraq o biri kateqoriyalardan da bəzi şeylər öyrənmişəm. Amma yenə də sizdən avtomobillər haqqda daha çox yazmağınızı xahiş edirəm!
Hörmətlə,
Elnur Allahverdiyev

Rüstəm Məmmədov said...

Salam Elnur. Blogu bəyənməyinizə çox sevindim. Əfsun da sevinir:)

Mənim blogumdan nəsə öyrənmisinizsə nə gözəl, bu yaxşı motivasiyadır. Mən də sizin şərhlərdən çox şey öyrəndim. Auto mövzularda əla müzakirələrimiz oldu. Bundan sonra da həm avto mövzularda, həm də digər mövzularda aktivlik gözləyəcəm..

Hörmətlə,

Anonymous said...

Salam!
Bloqunuzun yeni dizaynını bəyəndim, ürəkdən təbrik edrəm və müvəffəqiyyətlər arzulayıram! Dizayn sadə və ürək açandır. Bircə bir qeyd mi deyim, pis çıxmasın, məsləhət mi deyim, vermək istərdim. Ümid edirəm ki, inciməzsiniz.

Sizin bloqunuzun mətn sütunu çox genişdir, yaxşı görünür, amma bunun bir əmması da var. Sətrlər uzun alınır, bu da rahat oxunmaq üçün yaxşı deyil. Rahat oxunan mətndə, hərflərin sayı 40 - 70 arasında olmalıdır ki, adam onu oxuyanda gözü yorulmasın, burda isə bir sətrdə 80-dan yuxarı hərf var. Postlardakı mətnin şriftini bir az böyüdün, və sətirarası məsafəni də artırın. Bu mətnin daha rahat oxunması üçün yaxşı olacaq.

Ümid edirəm ki, məni səhv başa düşməyəcəksiniz. Uğurlar!

Hörmətlə,
Həsənəlizadə Ramin

Rüstəm Məmmədov said...

Ramin salam,

Bloga xoş gəldiniz. Bəyənməyinizə sevindim və təklifə görə də çox mütəşəkkirəm. Mətn sütununun genişliyini hələlik dəyişə bilmirəm. Amma, hərfləri böyük yazmanı edəcəm. Arasını da genişlətmək istədim, HTML Error verdi. Sonra, bir də çalışacam.

Bundan sonra da həm yazılara, həm bloga irad və təklifləri gözləyəcəm.

Hörmətlə,

Vüsal Qəmbərov said...

Bu başqa məsələ. Əfsun əsl sənətkardır ki. Rüstəm di davay blogun dizaynına yaraşan aktivlik gözləyir xalq səndən.

Halal olsun və təbriklər...

Anonymous said...

Super, buralar emelli bashli deyishib:) birinci ele bildim sehv yere gelmishem:) tebrikler ve yeni -yeni yazilar arzu edirem, inshallah Oktyabrin 10-nu da ugurla atlatarsiz:)

Rüstəm Məmmədov said...

Olar inşallah, aktiv olar. Amma, özün bilirsən ay Vüsal indi necə gərgin günlər keçirirəm, inşallah Oktyabrın əvvəli işləri yoluna qoyum (ya da yoldan çıxarım vurum ağaca) yazacam.

Researcher bəyənməyinizə sevindim. Əfsun sağolsun, özü fikirləşib, özü hazırlayıb.
Uğur diləyinə görə də sağolun..

Hörmətlə,

Anonymous said...

Great stuff [url=http://itkyiy.com/lasonic-lta-260/]lta chile[/url] just fine [url=http://itkyiy.com/methylprednisolone-acetate/]methylprednisolone and alcohol[/url] hollow eye [url=http://itkyiy.com/sces/]sce discounts[/url] something bad [url=http://itkyiy.com/k-chlor/]atenolol chlor[/url] much more [url=http://itkyiy.com/epipen-online-video/]epipen and production and cost[/url] objection that [url=http://itkyiy.com/bio-identical-estrogens/]overweight women estrogens hairy[/url] ask brothers [url=http://itkyiy.com/vertigo-meclizine/]side effects of meclizine[/url] too true [url=http://itkyiy.com/goody's-credit-card-bill/]goody's warn notice[/url] killed her [url=http://itkyiy.com/sodium-xylene-sulfonate/]barium diphenylamine sulfonate[/url] for show [url=http://itkyiy.com/technetium-99m/]technetium ecd[/url] large but [url=http://itkyiy.com/siberian-ginseng-increasing-testosterone/]ginseng and medicine[/url] much cake [url=http://itkyiy.com/dr-jonas-salk-biography/]salk contemporary[/url] arrow cage [url=http://itkyiy.com/fond-du-lac-reservation-tribal-enrollment/]fond du lac wi newspaper[/url] the last [url=http://itkyiy.com/tramadol-vs-vicodin/]online pharmacy vicodin hydrocodone[/url] her immediate [url=http://itkyiy.com/removing-chlorine-with-sodium-thiosulfate/]sodium thiosulfate vs hydrochloric acid[/url] olph said [url=http://itkyiy.com/peekaboo-petites/]cleo petites[/url] their sea [url=http://itkyiy.com/tummy-tucks-brooklyn/]table that tucks into sofa[/url] were forever [url=http://itkyiy.com/turbo-backup-pep/]pep plus turbo backup[/url] other necessitie [url=http://itkyiy.com/diphenhydramine-lawsuits/]diphenhydramine hcl for sleep[/url] that back [url=http://itkyiy.com/ethyl-epa-purified/]purified compressed air[/url] mat she nacronim.

osma said...

Hamı salam,
Adım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)


KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
Adı ......
Orta adı .....
2) Cins: ......
3) Lazım olan kredit məbləği: .........
4) Kreditin müddəti: .........
5) Ölkə: .........
6) Ev ünvanı: .........
7) Mobil nömrəsi: .........
8) E-poçt ünvanı ..........
9) Aylıq gəlir: .....................
10) Işğal: ...........................
11) Burda hansı sayt haqqında danışdınız .....................
Təşəkkür və ən xoşniyyətlər.
E-poçt: arabloanfirmserves@gmail.com